Məhkəmə qərarları › İş №2-1(112)-7894/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7894/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7894/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə İddiaçı Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 17 mart 2020-cil il tarixli, İR-058 saylı əmrinin ləğv edilməsi, Nazirlikdəki məsləhətçisi vəzifəsinə bərpa edilməyi, işə bərpa edildiyi tarixədək cavabdehdən məcburi işburaxma müddəti üçün əmək haqqının, işdən çıxarıldığı tarixədək ödənilməmiş, habelə, işə bərpa edildiyi tarixədək mobil cihazların qeydiyyatına görə Nazirliyə ayrılan vəsaitin iddiaçıya münasibətdə ödənilməli olan hissəsinin iddiaçının xeyrinə tutularaq verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1464 saylı “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılmışdır. Buna görə də məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hesab edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 14 iyul 2003-cü il tarixində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin İşlər idarəsinin təsərrüfat şöbəsinə mütəxəssis vəzifəsi üzrə işə qəbul edilmiş, 05 sentyabr 2003-cü il tarixli, 27/K nömrəli əmrlə tutduğu vəzifə təsərrüfat şöbəsinin “məsləhətçisi” vəzifəsi adlandırılmış və müvafiq olaraq İİ dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsinin verilməsi rəsmiləşdirilmişdir. Nazirliyin 02 aprel 2012-ci il tarixli, 47/K nömrəli əmrinə əsasən isə təsərrüfat şöbəsinin məsləhətçi vəzifəsindən azad edilərək İctimaiyyətlə Əlaqələr şöbəsinə məsləhətçi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həmin vəzifə üzrə əmək funksiyalarının icrasına davam etmiş, sonra 24 yanvar 2018-ci il tarixli, İR-054 saylı əmrlə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsi ilə xxxxxxx0001X1 nömrəli əmək müqaviləsinə xitam verilmiş və Nazirliklə bağlanmış xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə əsasən Nazirliyin Təsərrüfat və Maddi-texniki təchizat şöbəsində məsləhətçi vəzifəsinə keçirilmişdir. Nazirlikdə qulluq keçdiyi müddətdə əmək intizamına əməl etməklə bərabər, rəhbərliyin bütün qanuni göstərişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmişdir. Lakin həmin Fərmandan sonra keçmiş Nəqliyyat Nazirliyinin digər işçilərindən olduğu kimi ondan da işdən azad edilməyi barədə könüllü ərizə verməyini tələb etmişlər, lakin qanunsuz tələblərə boyun əymədiyindən “süni ixtisar”dan istifadə etmişlər. Nəticədə, birtərəfli qaydada əmək münasibətlərinə xitam verilməsinə dair rəsmi xəbərdarlıq verilmiş və 17 mart 2020-cil il tarixli, İR-058 saylı əmrlə Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununun 33.1.3-cü maddəsi rəhbər tutulmaqla Nazirliklə bağlanmış xxxxxxx0002X0 nömrəli əmək müqaviləsi ləğv edilmişdir. Hesab edir ki, cavabdeh əmək müqaviləsinin ləğv edilməsi barədə qanunvericilik normalarına əməl etməmiş və qanunsuz olaraq işdən çıxarılmışdır. 17 mart 2020-ci il tarixli əmri qeyri-obyektiv və qərəzli olaraq verilmişdir. Bu səbəbdən də cavabdehin məsləhətçi vəzifəsi üzrə dövlət qulluğuna xitam verilməsi barədə əmri ləğv edilməlidir. Mübahisələndirilən əmrin sadəcə “hüquqi don geyindirmək” məqsədi ilə, qərəzli olaraq verilməsi əmək münasibətlərinə xitam verilməsinin rəsmiləşdirilməsindən də bəlli olur. Belə ki, 17 mart 2020-ci il tarixli əmrin surəti iddiaçıya rəsmi qaydada təqdim olunmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Qüvvədə olan qanunvericiliklə işəgötürənin üzərinə sonuncu iş günü işçiyə əmrin surətinin verilməsi vəzifəsi qoyulmuşdur. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin cavabdeh tərəfindən bu imperativ normaya riayət edilməmiş, nəticədə, əmrin məzmunu ilə tanış olmaq imkanından məhrum edilmişdir. Cavabdeh işəgötürənin bu qanunsuz hərəkəti, eyni zamanda, qüvvədə olan Əmək Məcəlləsinin başlıca prinsiplərinin, xüsusilə də “mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması” prinsipinin pozulmasına səbəb olmuşdur. Sözügedən Məcəllənin 2-ci maddəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Qanunun aliliyi onu bildirir ki, onun göstərişləri həm işəgötürən, həm də işçi üçün məcburidir və tərəflər qanunun tələblərinə ciddi əməl etməyə borcludurlar. Tərəflər hər bir məsələnin həllində qanuna əsaslanmalı və onun göstərişlərini əldə rəhbər tutmalıdırlar. Keçən müddət ərzində əmr rəsmi qaydada təqdim olunmadığından əmrin verilməsinə əsas olan sənədlər, habelə cavabdehin Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununun 33.1.3-cü maddəsinə istinad edərkən nəyi rəhbər tutması iddiaçıya bəlli deyildir. Cavabdehin tərtib etdiyi əmrdən müəyyən olunur ki, əmr tərtib olunarkən həmkarlar ittifaqı təşkilatının razılığı əsas kimi qiymətləndirilməmişdir. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən işəgötürənin nə vaxt və hansı qaydada həmkarlar ittifaqı təşkilatına müraciət etməsi və həmkarlar ittifaqı təşkilatının razılığının verilməsinin müəyyən edilməsi qeyri- mümkündür. Qanunvericiliyə əsasən həmkarlar ittifaqının üzvü olan işçini ixtisar etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. İşdən azad edilməyinin hüquqi əsasına gəldikdə, ilk növbədə, qeyd edilməlidir ki, işçilərin sayının və ya ştatların ixtisarının aparılması, şirkətdə və ya müəsissədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən izafi xərclərin qarşısının almaq, işin fəaliyyətini optimallaşdırmaq və bu zəmində digər zəruri islahatlar aparmaq məqsədi ilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir neçə ştat vahidinin ləğvini nəzərdə tutur. Müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və s. Bir qayda olaraq, bu işlər işəgötürənin əsaslandırılmış əmri ilə həyata keçirilir. Ştat vahidlərinin ixtisarı ilə əlaqədar əmək müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilərkən nəzərə alınmalı olan ən önəmli məsələ isə müəssisədə ixtisara, həqiqətən də ehtiyacın olmasıdır. Bu, bilavasitə qanunvericiliyin tələbindən irəli gəlir. İşçiyə verilən xəbərdarlıqda aparılmış islahatların səbəbi, zəruriyyəti, əsası, işçinin işlədiyi vəzifə və ya peşə ilə bağlı səbəbli əlaqəsi və iki aylıq xəbərdarlıq müddəti ərzində işçinin hüquqları və əmək müqaviləsinə xitam verilməsinə dair digər təminatları öz əksini tapmalıdır. Hazırki iş üzrə həm xəbərdarlıq məktubunda, həm də cavabdehin 13 fevral 2020-ci il tarixli, 1-3- 21/1064-20 saylı cavab məktubunda işçi sayı və ya ştat ixtisarının zəruri olmasına dair heç bir əsas və səbəb göstərilməmişdir. Doğrudur, müəssisədə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürərinin hüquqlarından biri hesab olunur. Lakin bu, onun həmin imkandan maneəsiz istifadə edə bilməsi anlamına gəlmir. Başqa sözlə, işəgötürən tərəfindən bu hüquq işçilərin hüquqlarına xələl gətirilmədən və onların mənafeyi əsas götürülməklə həyata keçirilməlidir. Bu iş iddiaçının yeganə gəlir mənbəyidir. Hal-hazırda 63 yaşı var, pensiyaya çıxmağına 2 il qalıb, bu yaşda başqa işə düzəlmək imkanları isə məhduddur. Digər tərəfdən, əmək müqaviləsinə işçilərin sayı və ştatın ixtisarı ilə əlaqədar olaraq xitam verilərkən işdə saxlanmaq üçün əsas meyarlar olan peşəkarlıq təcrübəsi və uzunmüddətli əmək stajına malik olma faktı nəzərə alınmamış, qanunla dövlət qulluqçularına verilmiş əsas təminatlardan biri olan tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük hüququ təmin edilməsi məqsədi ilə hər hansı bir tədbir görülməmişdir. Göründüyü kimi, 10 ildən daha çox qulluq stajına malik olduğuna görə işdə saxlanılmaqda üstünlük hüququ cavabdeh tərəfindən kobudcasına pozulmuşdur. Deməli, ştatların ixtisarı aparılarkən işəgötürən tərəfindən onların bu vəzifə və peşəyə uyğun olmasına dair ixtisası, iş stajı və peşəkarlıq meyarları düzgün qiymətləndirilməli və ya bu meyarlara uyğun digər sahələr üzrə işə keçirilmələrin mümkünlüyü düzgün araşdırılmalıdır. Bu proses işçilərin ixtisası (peşəsi) və peşəkarlıq səviyyəsi nəzərə alınmaqla işdə qalmaqda üstünlük hüquqlarının müqayisəsi aparılaraq rəsmiləşdirilir. Lakin bu müddəaların əksinə, ixtisas səviyyəsi və dövlət qulluğunda müvafiq vəzifə üzrə uzunmüddətli qulluq stajı nəzərə alınmamış və iddiaçıya başqa iş təklif olunmamışdır. İddia ərizəsinə əlavə edilmiş materiallardan göründüyü kimi, dövlət qulluğunda qulluq keçdiyi 16 il 8 aylıq müddətin təxminən 11 ilini təsərrüfat şöbəsində, 5 il 10 ayını isə ictimaiyyətlə əlaqələr şöbəsində “məsləhətçi” vəzifəsində çalışmışdır. Tutduğu vəzifə üzrə böyük təcrübə var və bu sahədə tamamilə ixtisaslı kadr kimi formalaşmışdır. Əldə etdiyi ixtisas dərəcələri və xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticələri bunun əyani sübutudur. 05 sentyabr 2003-cü il tarixli, 27/K nömrəli əmrlə “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsinin verilməsi rəsmiləşdirilmişdir. 19 mart 2009-cu il tarixli, 26/K saylı əmrlə “1-ci dərəcə dövlət qulluqçusu”, 20 iyun 2013-cü il tarixli, 72/K saylı əmrlə isə “dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmişdir. İxtisarın əsassız olmasını göstərən daha önəmli bir fakt: tutduğu ştat ixtisar edilməmişdən əvvəl Nazirlikdə otuza yaxın, təkcə Təsərrüfat və Maddi-texniki Təchizat şöbəsində isə 4 vakant yer olmuşdur. Cavabdeh ilk növbədə boş ştatların azaldılmasını həyata keçirməli olduğu halda, “nədənsə” iddiaçının vəzifəsinin ixtisarını məqbul hesab etmişdir. Cavabdehin fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi məqsədi ilə Aparatın strukturu və ştat cədvəlinin təsdiq edilməsi barədə 18 oktyabr 2019-cu il tarixli 141 nömrəli əmrin verildiyi tarixədək Nazirliyə tabeli qurumlardan təxminən qırx nəfər köməkçi işçidən ibarət heyət cəlb olunmuşdu. Onlar, demək olar ki, Nazirliyin rəsmi işçiləri olan dövlət qulluqçularının da əmək funksiyalarını icra edirdilər. Hətta, bu köməkçi heyətdən olan altı nəfər çalışdığı şöbədə işləyirdi. Bəhs olunan bu situasiya və işçi sayının və ya ştatın ixtisar edilməsi zərurətinin meydana gəlməsi bir-biri ilə ziddiyyət təşkil edir. Müəssisə daxilində ixtisara ehtiyacın yaranacağı halda kənardan köməkçi heyətin cəlb olunması, üstəlik bunun tələb olunandan daha çox sayda olması olduqca böyük maraq doğurur. Qanunvericiliyə edilmiş dəyişikliklərə və Prezidentin Fərmanına əsasən mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumlarının 25%-i Nazirliyin işçilərinin sosial təminatının yaxşılaşdırılmasına sərf olunur. İddiaçının da Nazirlikdə məsləhətçi vəzifəsini tutan işçilərə bu məqsədlə ödənilən vəsait miqdarında - 400 AZN təminat almaq hüququ vardır. Lakin dəfələrlə müraciət etməyinə baxmayaraq Nazirlik tərəfindən buna heç bir əhəmiyyət verilməmişdir. 17 mart 2020-ci il tarixli əmr, eyni zamanda, qeyri- obyektiv və qərəzli olaraq verilmişdir. Qanunsuz olaraq dövlət qulluğunda tutduğu vəzifəyə xitam verilməsəydi, 957 AZN məbləğində əmək pensiyası təyin ediləcəkdi. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Bu da 5.742 AZN (957 AZN x 6) edir. Bütün bunlar qanunsuz işdən çıxarılmaqla iddiaçıya nə qədər ziyan vurulmasına və gələcək pensiya həyatının məhv edilməsinə səbəb olmuşdur. Qeyd olunanlar bir daha təsdiq edir ki, mübahisələndirilən əmr etibarsız hesab edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, həmin əmrdən əvvəl işlədiyi vəzifəyə bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Cavabdehin iddiaya dair xx.xx.2021-ci il tarixli, 1-3-17/4919-21 saylı etirazında bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” 2017-ci il 13 fevral tarixli 2669 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılmışdır, ölkə prezidentinin “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi müəyyən edilmişdir. Təbii olaraq təsdiq edilmiş ştat vahidi çərçivəsində keçmiş Rabitə və Yüksək Texnologiyalar və Nəqliyyat nazirliklərinin əməkdaşlarından bəzilərinin işlə təmin edilməsi mümkün olmamış, lakin İddiaçı Eldar oğlu analoji vakant vəzifəyə təyin edilmişdir. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İddiaçı Eldar oğlu arasında 24 yanvar 2018-ci il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Əmək Məcəlləsi əsasında əmək müqaviləsi bağlanmış və o, Nazirliyin Aparatının Təsərrüfat və maddi-texniki təchizat şöbəsinin məsləhətçisi vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmişdir. Nazirliyin fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2019-cu il tarixli 141 nömrəli əmri ilə Nazirliyin Aparatının strukturu və ştat cədvəli təsdiq edilmişdir. Təsərrüfat və maddi-texniki təchizat şöbəsində iş həcminin azalması nəzərə alınaraq, təsdiq olunmuş struktura əsasən şöbədə 2 (iki) vahid baş məsləhətçi, 1 (bir) vahid böyük məsləhətçi, 1 (bir) vahid aparıcı məsləhətçi və 1 (bir) vahid məsləhətçi ştatları ixtisar edilmiş, şöbədə vakant vəzifə qalmamışdır. Sözügedən əmrlə Nazirliyin Aparatının strukturunda bir sıra dəyişikliklər edilmiş, Rabitə sahəsinin tənzimlənməsi şöbəsində 1 (bir) vahid şöbə müdirinin müavini ştatı ixtisar edilmiş, əvvəllər 2 sektordan ibarət İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin əsasında 3 sektordan ibarət İnnovasiyalar və rəqəmli inkişaf şöbəsi yaradılmış, Maliyyə və iqtisadi təhlil şöbəsinə 3 (üç) vahid, Hüquq şöbəsinə 1 (bir) vahid, Daxili nəzarət və audit şöbəsinə 1 (bir) vahid yeni ştat ayrılmış, Beynəlxalq əməkdaşlıq və Sənədlərlə iş şöbələrinin hər birində 1 (bir) vahid ştat ixtisar edilmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Belə ki, İddiaçı orta təhsillidir, peşəkarlıq səviyyəsinə, işgüzarlıq keyfiyyətlərinə və dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələrinə görə digər əməkdaşlardan geri qalırdı. Şöbədə mövcud məsləhətçi vəzifəsində çalışan digər əməkdaş üç yaşınadək uşağı olan qadındır. Əmək Məcəlləsinin 79-cu maddəsi isə üç yaşınadək uşağı olan qadınla əmək müqaviləsinin ləğv olunmasını qadağan edir. Qeyd olunanlara əsasən, iddiaçının dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə əsasən xitam verilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət edilmişdir. Belə ki, iddiaçıya ünvanlanmış 18 oktyabr 2019-cu il tarixli xəbərdarlıqla Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq, doqquz təqvim həftəsi xəbərdarlıq müddəti (on ildən çox əmək stajına görə) bitdikdən sonra onunla bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi bildirilmiş və o, xəbərdarlıq müddəti ərzində iş axtarmağa imkan yaradılması məqsədi ilə hər iş həftəsində əmək haqqı saxlanılmaqla azı bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Qeyd olunanlarla yanaşı Əmək Məcəlləsinin 77ci maddəsinin üçüncü hissəsinə əsasən, iddiaçıya işdənçıxarma müavinətinin (on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında) ödəniləcəyi bildirilmiş, eyni zamanda həmin maddənin dördüncü hissəsinə uyğun olaraq, işçinin razılığı ilə xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 mislini bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü bildirilmişdir. İddiaçı 20 dekabr 2019-cu il - 28 yanvar 2020-ci il tarixləri arasında məzuniyyət hüququndan istifadə etmiş, həmçinin 10 fevral 2020-27 fevral 2020-ci il və 28 fevral 2020- 11 mart 2020-ci il tarixli müddətlərdə əmək qabiliyyətini müvəqqəti itirməyə görə işə çıxmamışdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin 2020-ci il 17 mart tarixli İR- 058 nömrəli əmri ilə X1 dövlət qulluğuna ştatların ixtisarı ilə əlaqədar 17 mart 2020-ci il tarixindən xitam verilmiş, ona 20.3 (iyirmi tam onda üç) təqvim günü istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və Əmək Məcəlləsinin 77-ci maddəsinin üçüncü hissəsinə əsasən orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. Nazirlik tərəfindən iddiaçıya ünvanlanmış 17 mart 2020-ci il tarixli 1-xx-xx/1982-20 nömrəli məktubda onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi bildirilmiş və əmək kitabçasının ən qısa zamanda alınması üçün Nazirliyin Aparatının İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinə müraciət etməsi xahiş olunmuşdur. İddiaçı 18 mart 2020-ci il tarixində Nazirliyə gələrək əmək kitabçasını almış və Qeydiyyat kitabına imzayla müvafiq qeyd etmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəi Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 8-ci hissəsinə uyğun olaraq, ştatların ixtisarı ilə əlaqədar Nazirlikdə ehtiyat kadr kimi saxlanılmış və bu barədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə məlumat verilmişdir. İddia ərizəsində X4 onun dövlət qulluğuna xitam verilməsi haqqında əmrin və əmrin qəbul edilməsinə əsas olan sənədlərin ona rəsmi qaydada təqdim edilmədiyini bildirmişdir. Bildiririk ki, ötən müddət ərzində iddiaçı tərəfindən Nazirliyə dəfələrlə şifahi və yazılı müraciətlər edilmiş, daxil olan müraciətlərə qanunla müəyyən edilmiş qaydada və müddətdə baxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 68-ci maddəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Məcəllənin 70-ci maddəsi isə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsaslarını müəyyən etmişdir. Eyni zamanda Məcəllənin 76.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Yuxarıda sadalanan hallardan görünür ki, İddiaçı ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə işəgötürən tərəfindən ləğv edilmişdir. Bu zaman Məcəllənin 77-ci maddəsinin tələbləri gözlənilmişdir. Eyni zamanda bildirmək istərdik ki, Səbail rayon məhkəməsi 19 iyun 2020ci il tarixli 2(009)-1131/2020 nömrəli qətnamə ilə İddiaçı iddiasını təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsi 14 oktyabr 2020-ci il tarixli 2(103)-7442/20 nömrəli qətnamə ilə Səbail Rayon Məhkəməsinin qətnaməsini olduğu kimi qüvvədə saxlamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddianın mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materiallarında olan: - Cavabdehin xx.xx.2018-ci il tarixli 0004 saylı “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanınına uyğun olaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətinin təşkili barədə əmrindən görünür ki, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının strukturu” və “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin strukturu təsdiq edilmişdir. - Cavabdehin xx.xx.2019-cu il tarixli 141 saylı “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının strukturu və ştat cədvəlinin təsdiq edilməsi barədə” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının strukturu və ştat cədvəlinin təsdiq edilməsi barədə əmrindən görünür ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının strukturu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının ştat cədvəli təsdiq edilmişdir. - Cavabdehin xx.xx.2019-cu il tarixli 1-1-21/7847-19 saylı iddiaçıya ünvanlanmış xəbərdarlığı ilə bildirilmişdir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin xx.xx.2019-cu İİ tarixil 141 nömrəli əmri İlə nazirliyin fəaliyyətində səmərəliliyin ve operativliyin təmin edilməsi məqsədilə nazirliyin Aparatının strukturu və ştat cədvəli təsdiq edilmişdir. Təsdiq olunmuş struktura əsasən Təsərrüfat ve maddi-texniki təchizat şöbəsində 1 (bir) ştat vahidi məsləhətçi vəzifəsi ixtisar edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, “Dövlət qulluğu haqqında” Azerbaycan Respublikası Qanununun 33.1.3-cü ve 34-cü maddələrinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq, doqquz təqvim həftəsi xəbərdarlıq müddəti bitdikdən sonra iddiaçı ilə nazirlik arasında bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində emək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə hər iş həftəsində bir iş günü əmək funksiyasının icrasından azad edildiyi, eyni zamanda, işdənçıxarma müavinəti İlə yanaşı, Azerbaycan Respublikası Əmək Məcəlləsinin 77-cl maddəsinin dördüncü hissəsinə əsasən razılığı əsasında yuxarıda qeyd olunan xəbərdarlıq müddəti əvəzinə orta əmək haqqının iki mislini bir dəfəyə ödəməklə bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsi barədə xəbərdar edilmişdir. - Cavabdehin 1R-058 saylı xx.xx.2020-ci il tarixli “İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında” əmrindən görünür ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Təsərrüfat ve maddi-texniki təchizat şöbəsinin məsləhətçisi olmuş iddiaçının dövlət qulluğuna xx.xx.2020-ci il tarixindən ştatların ixtisarı ilə əlaqədar xitam verilmişdir. - Cavabdehin iddiaçıya ünvanlanmış 17.032020-ci il tarixli 1-xx-xx/1982-200 saylı məktubu ilə bidirilmişdir ki, ən qısa zamanda əmək kitabçasının alınması üçün İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinə müraciət etsin. - 2018-ci il və 2019-cu il üzrə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi”ndən görünür ki, hər iki il üzrə Gülnarə Hüseynovanın xidməti fəaliyyəti üzrə qiyməti iddiaçının xidməti fəaliyyəti üzrə qiymətindən çox olmuşdur. - 4 saylı Asan Xidmətlərinin Mərkəzi Qeydiyyat şöbələri tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Gülnarə Hüseynovanın xx.xx.2017-ci il təvəllüdlü X6 adlı azyaşlı uşağı vardır. - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin xx.xx.2003-cü il tarixli 39 k/ş saylı əmrindən görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixdən Nəqliyyat Nazirliyinin İşlər idarəsinin Təsərrüfat şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 47/k saylı 2 aprel 2012-ci il tarixli əmrindən çıxarışdan görünür ki, xx.xx.2012-ci il tarixdən 1-ci dərəcə dövlət qulluqçusu İddiaçı, Təsərrüfat şöbəsində məsləhətçi vəzifəsindən azad olunaraq, İctimaiyyətlə əlaqələr şöbəsində məsləhətçi vəzifəsinə təyin edilmişdir. - Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X2 İttifaqı Komitəsinin sədri Şirzad İsmayılova ünvanlanmış xx.xx.2019-cu il tarixli 4/7-1-2-7-19 saylı məktubu ilə bildirilmişdir ki, “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi məqsədilə nazirliyin Aparatının strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi nəzərdə tutulur. Təsdiq ediləcək yeni strukturda Aparatın struktur bölmələrinin təminedici və yardımçı bölmə olmaları nəzərə alınmaqla, bölmələrə həvalə olunmuş vəzifə, funksiya və səlahiyyətlərin əhəmiyyətlilik dərəcəsindən və həmin bölmələr tərəfindən yerinə yetirilən işin həcmindən asılı olaraq “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nazirliyin Aparatının işçilərinin say həddi çərçivəsində sözügedən bölmələrdə hal-hazırda mövcud olan ştat vahidlərinin sayında müvafiq dəyişikliklər edilməsi planlaşdırılır. Belə ki, aparatın bir sıra struktur bölmələrində ştat vahidlərinin sayının artırılması, yerdəyişdirilməsi və ixtisarın, o cümlədən Aparatın Təsərrüfat və maddi-texniki təchizat şöbəsində mövcud olan 2 məsləhətçi ştatından birinin ixtisar edilməsi nəzərdə tutulur (əlavə olunur). Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının struktur bölmələrində ştatların ixtisarı mövcud qanunvericiliyə uyğun qaydada həyata keçiriləcək, işçilərin hər hansı hüquqlarının məhdudlaşdırılmasına və ya pozulmasına yol verilməyəcəkdir”. - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X2 İttifaqı Komitəsinin cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli 1/9206- 19 saylı məktubu ilə bildirilmişdir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi məqsədilə nazirliyin Aparatının strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi ilə əlaqədar Aparatın bir sıra struktur bölmələrində ştat vahidlərinin sayının artırılması, yerdəyişdirilməsi və ixtisarı ilə bağlı məktubuna baxılmışdır. Əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının bir sıra struktur bölmələrində ştat vahidlərinin sayının artırılması, yerdəyişdirilməsi və ixtisarına etiraz edilməmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırki iş üzrə iddiaçının əsas tələbi – tutduğu vəzifədən azad edilməsi barədə əmrin ləğv edilməsi ilə yanaşı məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi barədə əlavə tələb də irəli sürmüşdür. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 32.1 və 37-ci maddələrinin tələblərindən çıxış edərək hər iki tələbin bir icraatda baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı əsaslara görə iddiaçının gətirdiyi arqumenti onun barəsində verilmiş müvafiq əmrin qanunsuzluğuna səbəb ola biləcək sübutetmə vasitəsi kimi qəbul etmir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 10.1. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. 10.5. İnzibati vəzifələr Ali - 5-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələridir. İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir. 10.6. Yardımçı vəzifələr Ali - 5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir. Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir. 13.2. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. 13.3. Yardımçı vəzifə iddiasında olan şəxsin tam orta təhsili olmalıdır. 30-1.1. Dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilir. 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən: 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 5.2 Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.

68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

77. 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

79.1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 79.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. 79.3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. 80.1 Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 80.3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımandan hüquqi qiymət verən məhkəmə qeyd edir ki, hazırkı iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın qəbul edilməsi zamanı maddi və prosessual hüquq normalarına riayət edilməsi müəyyən edilmişdir. Buna görə də iddiaçının hər hansı hüququnun pozulması müəyyyən edilməmişdir. Belə ki, cavabdehin 1R-058 saylı xx.xx.2020-ci il tarixli “İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında” əmri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının və Azərbaycan Respublikasının Əmək Məcəlləsi normalarına uyğun qəbul edilmişdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2019-cu il tarixli 141 nömrəli əmri ilə aparılan sturuktur dəyişikliyə görə iddiaçının çalışdığı vəzifə üzrə yalnız bir ştat vahidi nəzərdə tutulmuşdur. Sturuktur dəyişikliyə qədər isə həmin vəzifə üzrə iki ştat vahidinin nəzərdə tutulduğu üçün və ştatların heç biri vakant olmağı üçün işləyən iki işçi arasında cavabdeh (işəgötürən) tərəfindən seçim edilməzi zərurəti yaranmışdır. Cavabdeh tərəfindən isə bu seçim qanuni tələblərinə və humanizm prinsipinə uyğun edilmişdir. Cavabdeh iddiaçı kimi Nazirlikdə İctimaiyyətlə əlaqələr sektorunda baş məsləhətçi vəzifəsində işləyən və 3 yaşınadək azyaşlı uşağı olan Gülnarə Hüseynovanı işdə saxlamış, iddiaçının vəzifəsi isə ixtisar olunduğu üçün onun işdən çıxarılması barədə əmr qəbul etmişdir. Həmçinin, Gülnarə Hüseynovanın xidməti fəaliyyəti üzrə qiymətləri də iddiaçının qiymətlərindən yüksək olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, bu seçim Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən qanuni olmuşdur. Digər tərəfdən əmr qəbul edilərkən cavabdeh tərəfindən Əmək Məcəlləsində təsbit edilmiş xəbərdarlıq müddətinin gözlənilməsi və həmkarlar ittifaqının razılığının alınması tələblərinə riayət edilmişdir. Bundan başqa, iddiaçının hazırda işə bərpasını mümkünsüz edən əsas hallardan biri də, ondan ibarətədir ki, o, “Dövlət qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində göstərilən inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsilinin olması barədə tələbə cavab vermir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli əmri maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının ilk tələbi (cavabdehin əmrinin ləğvi) əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər törəmə tələbi də, belə bir hüquqi zərurət artıq aradan qalxdığı üçün, müzakirə edilmədən rədd edilməlidir. Azərbaycan Respublikası İPM-in: 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 17 mart 2020-cil il tarixli, İR-058 saylı əmrinin ləğv edilməsi, Nazirlikdəki məsləhətçisi vəzifəsinə bərpa edilməyi, işə bərpa edildiyi tarixədək cavabdehdən məcburi işburaxma müddəti üçün əmək haqqının, işdən çıxarıldığı tarixədək ödənilməmiş, habelə, işə bərpa edildiyi tarixədək mobil cihazların qeydiyyatına görə Nazirliyə ayrılan vəsaitin iddiaçıya münasibətdə ödənilməli olan hissəsinin iddiaçının xeyrinə tutularaq verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 3ƏDRLİK EDƏN: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar