Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-79/2021 04.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, X5 qızının katibliyi cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə işə 04 fevral 2021-ci il tarixdə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2 iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC 2018-ci il 11 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı MMC-dən 283.093,68 manat məbləğində vergi və ona hesablanmış faizlərin ödənilməsi ilə bağlı 2018-ci il 12 noyabr tarixli, **********502700 nömrəli və 368.1912,88 manat məbləğində vergi və ona hesablanmış faizlərin ödənilməsi ilə bağlı 2018-ci il 30 noyabr tarixli, **********077400 nömrəli qərarlarının ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci ildə təsis edilmiş İddiaçı MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla müxtəlif xarici dövlətlərdən müxtəlif adda məhsullar alaraq həmin malların topdan satışını təşkil edir. MMC-nin fəaliyyət müddəti ərzində qanunvericilikdə nəzərdə tutulmuş bütün vergilər vaxtlı-vaxtında ödənilməsinə baxmayaraq vergi orqanı əsassız olaraq 2018-ci ilin 2 və 3-cü rübləri ərzində alınan mallara ödəmə mənbəyindən 10 faiz məbləğində vergi və faizlər hesablamışdır. Belə ki, 2018-ci ilin ikinci rübü üzrə cavabdeh MMC-yə 283.093,68 manat, 3-cü rüb üzrə isə 368.912,88 manat məbləğində vergi hesablamışdır. Vergi orqanı MMC tərəfindən Ofşor banka pul ödənilməsi səbəbindən qeyd olunan vergiləri hesabladığını iddia edir. Bu tamamilə əsassız və qanunsuzdur. MMC xarici dövlətin bankının Ofşor bank olmasını biləbilməz və hansı bank olmasından asılı olmayaraq “X6” vasitəsi ilə xaricdən alınan bütün malların pulları ödənilmişdir. Vergi orqanının MMC-yə qarşı qərəzli olması və bu səbəbdən də əsassız vergilərə cəlb etməsini təsdiq edən hallardan biri də odur ki, MMC 09 avqust 2018-ci il tarixdə “X6” vasitəsilə Çin Xalq Respublikasından alınan su qızdırıcılarına görə ödədiyi 653.125.0 ABŞ dolları məbləğində pul vəsaiti səhvən 2 dəfə ödənilməsi səbəbindən bank vasitəsilə geri qaytarılmasına baxmayaraq həmin məbləğə də ödəmə mənbəyindən 10 % məbləğində vergi hesablanmışdır. Vergi orqanı qanunsuz və əsassız olaraq 2018-ci ilin 3-cü rübü üzrə isə MMC-yə 368.912,88 manat məbləğində vergi hesablamışdır. Cavabdehin xx.xx.2019-cu ildə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş iddiaya dair etirazında göstərilmişdir ki, Vergi Məcəlləsinin müddəalarına əsasən cavabdehdə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 2018-ci ilin 2 və 3-cü rübü üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Cavabdeh tərəfindən kommersiya banklarından əldə olunmuş məlumatlara əsasən 2018-ci ilin 2-ci rübü ərzində vergi ödəyicisi tərəfindən güzəştli vergi tutulan ölkələrdə və 2 ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə 2830936,77 manat ödəniş edildiyi halda müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim edilməmişdir. Qeyd edilənlər iddiaçı tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********427900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin 2-ci rübü üçün ÖMV bəyannaməsi üzrə 283093,68 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********502700 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Bundan başqa, kommersiya bankından əldə olunmuş məlumatlara əsasən 2018-ci ilin 3-cü rübü ərzində iddiaçı tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə 3689128,82 manat ödəniş edildiyi halda müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim edilməmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********882400 saylı, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə kameral vergi yoxlaması ilə 2018-ci ilin 3cü rübü üçün ödəmə mənbəyində vergi bəyannaməsi üzrə 368912,88 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********077400 saylı “Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Qeyd edilənlərə əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Sonda İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 aprel tarixli 2-1(82)- 791/2019 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 iyun tarixli 2-1(103)-1533/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin olunmasını tələb etmişdir. İş kassasiya instansiyasında şifahi məhkəmə baxışına təyin edildikdən sonra cavabdeh ərizə ilə müraciət edərək kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2640/2019 saylı qərardadı ilə cavabdehin kassasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin olunmuş və cavabdehin şikayəti üzrə kassasiya icraatına xitam verilmişdir. Sonradan iş Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Cavabdehin məhkəməyə xx.xx.2020-ci ildə daxil olmuş iddiaya dair etiraza əlavədə göstərilmişdir ki, mübahisələndirilən 2018-ci ilin 3-cü rübün ödəmə mənbəyində vergi bəyannaməsi üzrə iddiaçı xx.xx.2018-ci il tarixdə həmin vergi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək, ödəniləcək vergi məbləğini azaltmışdır. Təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə əsasında, cavabdeh tərəfindən yenidən kameral vergi yoxlaması keçirilmiş, “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********635800 saylı qərar ilə 2018-ci ilin 3-cü rübün ödəmə mənbəyində vergi bəyannaməsi üzrə 368912,88 manat vergi məbləği hesablanmış və cavabdehin xx.xx.2018-ci il tarixli **********077400 saylı qərarı ləğv edilmişdir. Əlavə olaraq həmin yoxlama üzrə toplanmış materiallarda vergidən yayınma cinayətinin tərkib əlamətlərinin olması ilə əlaqədar olaraq Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində cinayət işi başlanmışdır. Lakin Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata həmin maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətdiyindən və cinayət nəticəsində vurulan ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CPM-nin 40.4-cü maddəsinə əsasən xitam verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019-cu il tarixli sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin iş üzrə 12 mart 2020-ci il tarixdə keçirilmiş hazırlıq icraatında iddia tələblərini konkretləşdirməklə və dəqiqləşdirilməklə iddiaçıya irəli sürdüyü iddia tələbinin dəyişdirilərək cavabdeh orqan tərəfindən vergi ödəyicisinə əlavə vergi və maliyyə sanksiyasının hesablanması barədə qüvvədə olan qərarın mübahisələndirilməsinin məqsədəuyğunluğu izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbində hər hansı qüsura yol verilmədiyini bildirirək iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı MMC-dən 368.191,88 manat məbləğində vergi və ona hesablanmış faizlərin ödənilməsi ilə bağlı 2018-ci il 30 noyabr tarixli, **********077400 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və olduğu kimi baxılmasını israrla xahiş etmişdir. Məhkəmənin 2-1(112)-1190/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbinin dəyişdirilməsi barədə iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən qəbul edilmiş 2018-ci il 30 noyabr tarixli, **********077400 nömrəli qərar ləğv edilsin”. Cavabdehin məhkəməyə xx.xx.2020-ci ildə daxil olmuş dəyişdirilmiş iddiaya dair etiraza əlavədə xx.xx.2020-ci il tarixli iddiaya dair etiraza əlavədəki ilə eyni məzmunlu mətndə iddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə əsasında, cavabdeh tərəfindən yenidən kameral vergi yoxlaması keçirildiyi, “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********635800 saylı qərar ilə 2018-ci ilin 3-cü rübün ödəmə mənbəyində vergi bəyannaməsi üzrə 368912,88 manat vergi məbləği hesablandıgı və cavabdehin xx.xx.2018-ci il tarixli **********077400 saylı qərarının ləğv edildiyi təkrarən göstərilmişdir. Məhkəmənin iş üzrə 18 may 2020-ci il tarixdə keçirilmiş hazırlıq icraatında iddiaçıya irəli sürdüyü iddia tələbinin dəyişdirilərək cavabdeh orqan tərəfindən vergi ödəyicisinə əlavə vergi və maliyyə sanksiyasının hesablanması barədə qüvvədə olan qərarın mübahisələndirilməsinin məqsədəuyğunluğu təkrarən izah edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi icraata qəbul edilmiş iddia tələbinə dəyişdirilmiş variantda baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkünlüyü ilə əlaqədar vəsatətin hazırlanaraq məsələyə baxılması üçün məhkəmə iclasının təxirə salınmasının xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin 04 fevral 2021-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətlə çıxış edərək iddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə əsasında, cavabdeh tərəfindən yenidən kameral vergi yoxlaması keçirildiyi, “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********635800 saylı qərar ilə 2018-ci ilin 3cü rübün ödəmə mənbəyində vergi bəyannaməsi üzrə 368912,88 manat vergi məbləği hesablandıgı və cavabdehin xx.xx.2018-ci il tarixli **********077400 saylı qərarının ləğv edildiyi bildirərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün hesab edilmir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prossessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından, eləcə də iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında verdikləri izahatlarından müəyyən olunur ki, iddiaçının əsas məqsədi cavabdehin qanunsuz hesab etdiyi qərarlar əsasında hesablanmış əsassız vergi borcunun onun hesabından silinməsidir. Lakin iddiaçı hesablanmasının əsassız hesab etdiyi həmin vergi borcunun silinməsini tələb etsə də, bu borcun yaranmasına əsas olmuş qüvvədə olan vergi orqanının qərarını mübahisələndirməmiş, ləgv edilmiş qərarı mübahisələndirmiş və məhkəmə də iddiaçının nümayəndəsi ilə müzakirələr aparılmasına, zəruri hüquqi yardım göstərilərək qüvvədə olan qərarın mübahisələndirilməsi ona təklif edilsə də, məhkəmənin təklifi qəbul edilməmişdir. Beləliklə də məhkəmə tərəfindən iddiaçıya onun nail olmaq istədiyi məqsədə uyğun düzgün iddia tələbi ilə çıxış etməyə dair, iddiaçının əsl məqsədinə uyğun və onun üçün konkret hüquqi nəticələr yaradan sənədin (qərarın) ləğv edilməsi ilə bağlı düzgün iddia tələbinin qoyulması üçün hüquqi yardım göstərilərək bu hallar aydın şəkildə ona izah edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi bu istiqamətdə heç bir prosessual hərəkət etmədiyindən məhkəmə iclasında iddianın mümkünlüyü məsələsinnə baxılmışdır. Belə ki, iddiaçının hazırki dəyişdirilmiş iddia tələbində mübahisələndirdiyi cavabdehin 2018-ci il 30 noyabr tarixli, **********077400 nömrəli qərarı iddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə əsasında, cavabdeh tərəfindən yenidən kameral vergi yoxlaması keçirilərək “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********635800 saylı qərar ilə 2018-ci ilin 3-cü rübün ödəmə mənbəyində vergi bəyannaməsi üzrə 368912,88 manat vergi məbləği hesablanaraq ləğv edilmişdir. Yəni vergi ödəyicisinə “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********635800 saylı qərar ilə 2018-ci ilin 3-cü rübün ödəmə mənbəyində vergi bəyannaməsi üzrə 368912,88 manat vergi məbləği hesablanmış, həmin qərar isə vergi ödəyicisi tərəfindən mübahisələndirilməmiş, heç bir hüquqi nəticə yaratmayan qüvvədə olmayan inzibati akt mübahisələndirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2.-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Lakin hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” 2018-ci il 30 noyabr tarixli, **********077400 nömrəli qərarın inzibati akt kimi hüquqi qüvvəsi yoxdur və hüquqi cəhətdən etibarlı sayılmır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. (Qərarın 2.3,12,13 və 17-ci bəndləri). İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən qəbul edilən vergi yoxlamasının yekun aktı əsasında vergi orqanının rəhbəri (onun müavini) tərəfindən onu qane etməyən məsuliyyətlə bağlı qərarların qanuniliyini məhkəmədə mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4KİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-79/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-79/2021
04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver