Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-790/2021 15.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “soyadın sonluğuna dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 “Hüseynzadə” kimi qeyd olunması və həmin dəyişikliklərin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilməsi, əvvəllər verilmiş şəhadətnamələrin ləğv edilməsi və onun əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 mövcud “Hüseynli” soyadının sonluğuna dəyişiklik edilərək “Hüseynzadə” kimi qeyd olunması, həmin dəyişikliklər qeydə alınmaqla bu barədə doğum haqqında akt qeydlərində müvafiq dəyişikliklərin edilməsi (digər məlumatlar saxlanılmaqla), əvvəllər verilmiş doğum haqqında şəhadətnamələrin ləğv edilməsi və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İştirak etdiyi məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onlar xx.xx.2006-cı il tarixdə ailə həyatı qurmuşlar və nikahlarından xx.xx.2008ci il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Onlar Cavabdehnə ərizə ilə müraciət edərək, övladlarının soyadının “Hüseynli”dən “Hüseynzadə”yə dəyişdirilməsini xahiş etmişlər. Lakin Cavabdeh xx.xx.2020-ci il tarixli, 05/15/277 saylı cavab məktubu ilə Azərbaycan Respublikası Milli Məclisinin 495 saylı xx.xx.1993-cü il tarixli qərarının müddəasını uşaqların doğum haqqında akt qeydlərində tətbiq etdiklərindən, növbəti dəfə sonluğunun “zadə”yə dəyişdirilməsi mümkün olmadığını əsas gətirərək imtina etmişdir. Bakı şəhəri Cavabdeh imtinası qanunsuz və əsassızdır. Soyadın “Hüseynli”dən “Hüseynzadə”yə dəyişdirilməsi qanunla qadağan edilməmişdir. “Hüseynli” soyadı övladlarının ilkin soyadıdır, övladlarının soyadının “Hüseynzadə”yə dəyişdirilməsi növbəti soyad dəyişdirilməsi deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. İddiaçılar və cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı1 məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1981-ci ildə doğulmuşdur. İş materiallarında olan İddiaçı2 məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1981-ci ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/15-277 saylı məktubda qeyd olunur: Sizin uşaqlarınızın doğumu haqqında akt qeydlərində onların soyadının sonluğunu “Hüseynli’’-dən “Hüseynzadə”-yə dəyişdirilməsi barədə Cavabdehnə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Milli Məclisinin 495 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, "-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Hazırkı halda yuxarıda adı çəkilən Azərbaycan Respublikası Milli Məclisinin 495 saylı xx.xx.1993-cü il tarixli qərarının müddəasını siz usaqlarınızın doğumu haqqında akt qeydlərində tətbiq etmisiniz. Növbəti dəfə soyadın sonluğunun “zadə”-yə dəyişdirilməsi qeydiyyat şöbəsində mümkün deyildir. Bununla bağlı aidiyyəti məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarında olan Laçın rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 222224 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X5 xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2006-cı ildə 27 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X6 (şəhadətnamə AZ-İİİ №498017, doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci ildə 966 nömrə ilə qeyd edilmişdir), xx.xx.2011-ci il tarixdə X8 (şəhadətnamə AZ-İİ №687915, doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci ildə 1270 nömrə ilə qeyd edilmişdir) və xx.xx.2018-ci il tarixdə X7 (şəhadətnamə AZ-İV №125859, doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 3030 nömrə ilə qeyd edilmişdir) doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 03/13-352 saylı və xx.xx.2020-ci il tarixli 05/13-589 saylı məktublarda qeyd olunur: Azərbaycan Respublikası Milli Məclisinin 495 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası vətəndaşları “-ov”,”-yev”,sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”,’’-lu",”lü”),”-zadə”, “oğlu”-qızı”, sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Hazırkı halda yuxarıda adı çəkilən Azərbaycan Respublikası Milli Məclisinin 495 saylı xx.xx.1993-cü il tarixli qərarının müddəasını vətəndaşlar İddiaçı1 və İddiaçı2 uşaqlarının doğumu haqqında akt qeydlərində tətbiq etmişlər. Növbəti dəfə soyadın sonluğunun “zadə”-yə dəyişdirilməsi qeydiyyat şöbəsində mümkün deyildir. İş materiallarında olan doğum haqqında akt qeydinin (№0002 1 0966 16052008) təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2008-ci ildə Bakı şəhərində doğulmuşdur, atası İddiaçı1 və anası İddiaçı2dır. İş materiallarında olan doğum haqqında akt qeydinin (№0002 1 1270 xx.xx.2011) təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2011-ci ildə Bakı şəhərində doğulmuşdur, atası İddiaçı1 və anası İddiaçı2dır. İş materiallarında olan doğum haqqında akt qeydinin (№9104 1 3030 14062018) təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2018-ci ildə Bakı şəhərində doğulmuşdur, atası İddiaçı1 və anası İddiaçı2dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır; 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır; 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir; 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarının: 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir; 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir; 5.3-cü bəndinə əsasən soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir; 5.4-cü bəndinə əsasən soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. 5.10-cu bəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin x xxxxxx 1993-cü il tarixli 495 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Azərbaycan Respublikasının vətəndaşları soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək hüquqi əhəmiyyəti olan bütün sənədlərdə soyadlarının yeni ifadə formalarını işlədə bilərlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X6, xx.xx.2011-ci il tarixdə X8 və xx.xx.2018-ci il tarixdə X7 doğulmuşdur. Uşaqların doğum akt qeydlərində soyadları «Hüseynli» yazılmışdır. İddiaçılar övladlarının mövcud “Hüseynli” soyadının sonluğuna dəyişiklik edilərək “Hüseynzadə” kimi qeyd olunması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin növbəti dəfə soyadın sonluğunun dəyişdirilməsinin qeydiyyat şöbəsində mümkün olmaması əsası ilə cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən hər bir uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Hazırki iş üzrə uşaqların valideynləri hər ikisi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər və hər iki valideyn uşaqların mövcud soyadının sonluğuna dəyişiklik edilməsinə razıdırlar. Eyni zamanda məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, uşaqların hazırki soyadı onların ilkin soyadıdır, bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunan soyadın sonluğuna dəyişiklik növbəti dəfə dəyişiklik deyildir. Qeyd olunan dəyişiklik qanunvericiliyin tələblərinə zidd hesab edilmir və uşaqların soyadının sonluğunun “Hüseynli”dən “Hüseynzadə”yə dəyişdirilməsində hər hansı məhdudiyyətin olması məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsaslı saymır və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 mövcud “Hüseynli” soyadının sonluğuna dəyişiklik edilərək “Hüseynzadə” kimi qeyd olunması, həmin dəyişikliklər qeydə alınmaqla bu barədə doğum haqqında akt qeydlərində müvafiq dəyişikliklərin edilməsi (digər məlumatlar saxlanılmaqla), əvvəllər verilmiş doğum haqqında şəhadətnamələrin ləğv edilməsi və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-790/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-790/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver