Məhkəmə qərarları › İş №2-1(112)-790/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-790/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-790/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildən ürək xəstəliyindən əziyyət çəkir. xx.xx.2016-cı il tarixdə Mərkəzi Klinikaya qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə “Koronar şuntlama x 3” əməliyyatı icra olunmuş, xx.xx.2016-cı il tarixdə evə buraxılmışdır. xx.xx.2016-cı il tarixdə Akademik C.M.Abdullayev adına X5 İnstitutuna stasionar müalicəyə qəbul edilmiş və ona “İ20.1ÜİX: stabil gərginlik stenokardiyası İİİ f.s.i25.2 infarktdansonrakı kardioskleroz. X9 əməliyyatından sonrakı vəziyyət, i.11.0 Hipertoniya xəstəliyi İİİ dərəcə, ürək çatışmazlığı, İİ f.s. Ekstrasistolik aritmiya” diaqnozu qoyulmuşdur. xx.xx.2016-cı il tarixdə evə ambulator müalicəyə buraxılmışdır. Həmçinin xx.xx.2016-cı il tarixdə Akademik C.M.Abdullayev adına X5 İnstitutuna yenidən stasionar müalicəyə qəbul edilmişdir və xx.xx.2016-cı il tarixdə evə yazılmışdır. Bundan sonra mütəmadi olaraq ambulator və stasionar müalicələrdə olmuşdur, ürək fəaliyyəti 18% həddindədir. 2016-cı ildə ona İİ qrup əlillik dərəcəsi verilməklə pensiya təyin edilmişdir. Lakin heç bir səbəb olmadan ona təyin edilmiş pensiya 2022-ci ilin fevral ayından dayandırılmışdır. Əlillik vəziyyətinin qiymətləndirilməsi barədə ərizəsinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş cavabda onun əlillik vəziyyətinin qiymətləndirilməsi və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilməsi göstərilmişdir. Akademik C.M.Abdullayev adına X5 İnstitutunda xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicələrdə olmuşdur. Həmçinin Dağıstan Respublikası Dərbənd şəhərində yerləşən “Doktor Plus” Tibb Mərkəzində müayinə və müalicə olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 18 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları Diaqnozun mətni: ÜİX.Stabil gərginlik stenokardiyası İİİ fs.İnfarktdan sonrakı kardioskleroz.AKŞ-dan sonrakı vəziyyət. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması" səbəbi ilə imtina verilmişdir. Bakı 18 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => 120.1 - Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya Diaqnozun mətni: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX. stabil gərginlik stenokardiyası. Ürək çatmamazlığı, ÜÇ İİ fs. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDÇ-İİ A.Əvvəllər keçirilən miokard infarktı, İnfarkdan sonrakı kardioskleroz. Digər ürək və damar implantatların və transplantatların olması, AKŞ x3. əməliyyatdan sonrakı vəziyyət. Ürək ritminin digər pozğunluqları, Ekstrosistolik aritmiya. Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİİ d. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20- İ25,...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı X6 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inaği] => İ20.8 - Stenokardiyanın digər formaları Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜXİ.Stabil gərginlik stenokardiyası İİİ f.s. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: İxtisaslaşdırılmış müalicəsi davam etdirilsin.” səbəbi ilə imtina verilmişdir. X6 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Stenokardiya [döş inaği], ÜXİ.Stabil gərginlik stenokardiyası İİİ f.s. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: Xəstənin ekspertiza üçün əhəmiyyətli olan funksional pozğunluqları ətraflı qeyd edilsin.” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi – “Göndərişin natamam doldurulması – Səbəb: Xəstənin ekspertiza üçün əhəmiyyətli olan funksional pozğunluqları ətraflı qeyd edilsin.” olmuşdur. İddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyəti cavabdeh tərəfindən Bakı 18 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında qiymətləndirilmiş və X1: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları Diaqnozun mətni: ÜİX.Stabil gərginlik stenokardiyası İİİ fs.İnfarktdan sonrakı kardioskleroz.AKŞ-dan sonrakı vəziyyət. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması" səbəbi ilə imtina verilmişdir. Daha sonra Bakı 18 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi ilə iddiaçının əlilliyi yenidən qiymətləndirilmiş, “Səbəbi: Ümumi xəstəlik X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => 120.1 - Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya Diaqnozun mətni: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX. Stabil gərginlik stenokardiyası.Ürək çatmamazlığı, ÜÇ İİ fs. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDÇ-İİ A.Əvvəllər keçirilən miokard infarktı, İnfarkdan sonrakı kardioskleroz. Digər ürək və damar implantatların və transplantatların olması AKŞ x3. əməliyyatdan sonrakı vəziyyət. Ürək ritminin digər pozğunluqları, Ekstrosistolik aritmiya.Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİİ d. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,1 1.0,113- 113.2,120- 125,...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. İddiaçıya təyin edilmiş əlilliyin müddəti bitdikdən sonra Bakı X6 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlilliyi qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması- Səbəb: İxtisaslaşdırılmış müalicəsi davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Daha sonra X6 xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlilliyinə yenidən baxılmış və “Göndərişin natamam doldurulması- Səbəb: Xəstənin ekspertiza üçün əhəmiyyətli olan funksional pozğunluqları ətraflı qeyd edilsin.” səbəbi ilə imtina verilmişdir. İddiaçı hazırda bu imtina ilə razılaşmayaraq ona əlilliyin təyin edilməsini xahiş edir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli qərardad ilə əyani müayinəyə cəlb etməklə İddiaçı müraciətinə yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edil, cavabdeh həmin qərardadın icrası ilə bağlı məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş həmin qərar bununla əsaslandırılmışdır ki, müayinəyə gələrkən ürək nahiyyəsində olan ağrı, göynəmə, fiziki gərginlik zamanı yaranan tənginəfəslikdən şikayət etmiş, bir sıra müayinə, stasionar müalicə sənədləri təqdim etmişdir. X4 xx.xx.2016-xx.xx.2016-cı il tarixli epikrizində diaqnoz “Ürəyin işemik xəstəliyi. Miokard infarkti yarımkəskin mərhələ” kimi göstərilmiş, vətəndaşa xx.xx.2016-cı ildə “Koronar şuntlama x3” icra edildiyi, eyni müəssisənin xx.xx.2016-cı il tarixli Tredmil testi “Test mənfidir” kimi göstərilmiş, eyni müəssisənin xx.xx.2021-xx.xx.2021-ci il tarixli epikrizində xx.xx.2021-ci ildə koronar angioplastika icra edildiyi göstərilmişdir. Obyektiv müayinə zamanı periferik ödem aşkarlanmamış, ürək tonları ritmik, bir qədər karlaşmış, auskultasiyada ağciyərlər üzərində sərt tənəffüs eşidilmişdir. ƏƏSMN-nin tabeliyində DTSERA-da rəngli dopler müayinə nəticəsi “AKŞ əməliyyatından sonrakı vəziyyət (2016). Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sitolik funksiyası (LVEF-48%) azalıb. Sol qulaqcıq və sol boşluqlar normaldır.İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru -anteriorun bazalı, inferiorun bazalı və midi hipokinetik. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Min MÇ, MİN TÇ” kimi qiymətləndirilmiş, Nəticə “Sol mədəciyin sistolik disfunksiyası (LVEF=48%)” kimi göstərilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verəcək hər hansı patofunksional pozuntu aşkar edilmədiyi üçün Tibbi-sosial ekspert komissiyası tərəfindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir. Cavabdehin bu qərarı iddiaçının instrumental müayinəsi həyata keçirilmədən aparıldığından məhkəmə tərəfindən yenidən xx.xx.2023-cü il tarixli qərardad ilə cavabdeh tərəfindən iddiaçının təkrar əyani müayinəyə cəlb edilməklə sağlamlıq vəziyyəti qiymətləndirilərək aşağıdakı sualların da cavablandırıldığı məlumatın 30 gün müddətində məhkəməyə təqdim edilməsi tələb olunmuşdur:

1. İddiaçı «Stenokardiya [döş inağı]. UİX. Stabil gərginlik stenokardiyası İİİ f.s (İ20), Durğunluq ürək çatışmazlığı, XÜÇ İİİ f.s (AF 37%) (İ50.0), Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz (İ25.2), Koronar angioplastik implantatın və transplantatın olması, AKŞx3 c/amal,s\v (Z95.5), Digər ürək və damar implantatların və transplantatların olması. Stentx1 s/v (Z95.8)» diaqnozu müşahidə olunurmu?

2. Əgər həmin diaqnoz iddiaçının sağlamlıq vəziyyətinə uyğun gəlirsə, onda aşağıdakılardan hansı müşahidə olunur?

1. ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda;

2. ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda;

3. ÜDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS lV (25 Vatt və ya 1,1-1,9 METs); XÜÇ İİİ mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda;

4. ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ;

5. ÜDS-nin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ;

6. ÜDS-nin ağır və davamlı disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ;

7. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər;

8. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda;

9. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun- Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması;

10. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ciddi pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİB mərhələ, ağciyər hipertenziyası 2-3-cü dərəcə, 3-cü dərəcə ürək aritmiyası (Laun- Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması;

11. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ağır və davamlı pozulması ilə: FS İV (25 Vatt və ya 1,1- 1,9 METs), XÜÇ İİİ mərhələ, ağciyər hipertenziyası 3-cü dərəcə, 4-5-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının 30%-dən az olması;

12. Ürək və damar implantlarının və qreftlərin (transplantlarının) olması;

13. Süni ürək ritmi aparıcısının olması. Həmin qərardadın icrası məqsədilə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, qərardada uyğun olaraq İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün telefon nömrəsi vasitəsilə (051- 526-03-40) əlaqə saxlanılmış və xx.xx.2024-cü il tarixinə Agentlikdə dəvət edilmişdir. Həmin tarixdə vətəndaş exokardioqrafiya (ExoKQ) müayinəsinə göndərilmiş, lakin müayinədən keçməmişdir. Sonrakı dövrdə vətəndaşla yenidən telefon nömrəsi vasitəsilə (***-***-**-**) əlaqə saxlanılaraq müayinədən keçməsi bildirilmişdir. Qeyd edək ki, İddiaçı xx.xx.2024-cü il tarixində Agentliyə gələrək sənəd təqdim etmiş, lakin ExoKQ olunmaqdan yenidən imtina etmişdir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:

1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.

2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.

3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir.

4. Əgər şəxs TSEK-in qərarının düzgünlüyünü mübahisələndirərsə, Agentlik əlilliyi şəxsi əyani müayinəyə cəlb etməklə qiymətləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə görə əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İsinad olunan normalardan görünür ki, şəxsin əlilliyinin qiymətləndirilməsi onun orqanizmin funksiyalarının pozulması faizləri nəzərə alınmaqla aparılır. Bu faizlər isə insanın həyat fəaliyyəti kateqoriyalarının, yəni özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığının hər hansı birinin və ya bir neçəsinin hansı dərəcə məhudlaşması nəzərə alınmaqla müəyyən edilir. İşdən görünür ki, iddiaçı barəsində verilmiş sonuncu göndərişdə onun sağlamlıq vəziyyətinin Əsas diaqnoz - İ20 - Stenokardiya [döş inağı], ÜİX. Stabil gərginlik stenokardiyası İİİ f.s., Ağırlaşma - İ50.0. Durğunluq ürək çatmamazlığı, XÜÇ İİİ f.s. (AF - 37%), İ25.2 - əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz (29.04.16), Z95.5 – Koronar angioplastik implantın və transplantatın olması, AKŞ x3 c/əməl, s/v (02.05.16), Z95.8 – Digər ürək və damar implantatların və transplantatların olması, Stenx1s/v (04.06.21). uyğun gəldiyi müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə olan “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 2-ci bəndindən görünür ki, qan dövranı sisteminin xəstəlikləri üzrə şəxsin əlilliyi qiymətləndirilərkən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. Həmin Əlavənin 2.2-ci bəndinə əsasən XBT kodu - İ20 - İ25 -Ürəyin işemik xəstəliyi –qiymətləndirilərkən aşağıdak hallar nəzərə alınmaqla şəxsin orqanizmin funksiyalarının pozulmasının faizi müəyyən edilir: 1.ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda;

2. ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda;

3. ÜDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS lV (25 Vatt və ya 1,1-1,9 METs); XÜÇ İİİ mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda . Həmin Əlavənin 2.3-cü bəndinə əsasən XBT kodu – İ50 - Ürək çatışmazlığı və Z95 – Ürək və damar implantlarının və qreftlərin (transplantlarının) olması qiymətləndirilərkən isə aşağıdak hallar nəzərə alınmaqla şəxsin orqanizmin funksiyalarının pozulmasının faizi müəyyən edilir:

1. ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ;

2. ÜDS-nin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ;

3. ÜDS-nin ağır və davamlı disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ;

4. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər;

5. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunanlardan aydın olur ki, şəxsdə FS və ya XÜÇ mərhələsini müəyyən etmək üçün onun insturmental müayinədən keçməsi zəruridir, yalnız müvafiq tibbi cihaz vasitəsilə aparılan yoxlama ilə şəxsin ürək xəstəliklərinin onun həyat fəaliyyəti kateqoriyalarına hansı dərəcədə təsir etdiyini müəyyən etmək olar. İddiaçının təqdim etdiyi tibbi sənədlərə əsasən iddiaçının müvafiq ürək xəstəliyindən əziyyət çəkməsi, koronar şuntlama əməliyyatı keçirməsi öz təsdiqini tapır, lakin həmin xəstəliyin hansı mərhələdə olması, yəni ÜDS üzrə FS İİİ, XÜÇ İİA mərhələ, FS İİİ, XÜÇ İİB mərhələ və ya FS İV, XÜÇ İİİ mərhələdə olması müəyyən edilmir, bununla bağlı iş materiallarında tibbi-instrumental müayinə nəticələri tam olaraq mövcud deyil, cavabdeh də həmin halların araşdırılması üçün zəruri araşdırma aparmamışdır. Məhkəmə qeyd edir ki, inzibati orqan işin faktiki hallarını kifayət qədər araşdırmadan qərar qəbul etdiyi hallarda məhkəmə işin faktiki hallarını tam araşdırılmalıdır. Lakin məhkəmə proses çərçivəsində digər, zəruri araşdırmaları özü həyata keçirmək iqtidarında olmadıqda, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, məhkəmə işi araşdırılması üçün inzibati orqana geri göndərə bilər. Çünki məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparmaqla inzibati orqanın yerinə onun işini görən orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarını təmin etməkdən ibarətdir. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi cavabdehin qiymətləndirmə azadlığına malik olduğu bir səlahiyyətdir. Lakin həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur (bax Azərbacan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 2500/2023 saylı qərarı). İşin hazırkı halında iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi cavabdeh tərəfindən tam həyata keçirilmədiyindən onun qəbul etdiyi qərar qanuni olmamışdır. İddiaçının yenidən tibbi-instrumental müayinə göndərilməsi və buna uyğun olaraq onda olan ürək xəstəliklərinin həyat fəaliyyəti kateqoriyalarına hansı dərəcədə təsir etdiyini və nəticə etibarilə onun qrqanizminin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətinin müəyyən edilməsi isə cavabdeh orqanın diskresion səlahiyyətinə aid olduğunu nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmənin mövqeyi nəzərə alınaraq zəruri inzibati araşdırma aparıldıqdan sonra iddiaçının müraciətinə qiymət verilməlidir. Bununla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra inzibati orqanda yenidən aparılacaq inzibati icraatın nəticəsi olaraq qəbul ediləcək yeni inzibati aktı mübahisələndirmək hüququ saxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə¬sinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla, İddiaçı əlilliyin təyin edilməsi barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar