Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7901/2024 17.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bağın icarəyə verilməsi haqqında” 34154 saylı xx.xx.2005-ci il tarixli müqavilə əsasında qanuni istifadəsində verilmiş 0.12 ha sahəsi olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 707 c nömrəli bağ sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən və sahəsi 1200 kv.m. təşkil edən 707c saylı bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin X2 və istismarı birliyi ilə bağlanmış 34154 saylı xx.xx.2005-ci il tarixli müqavilə əsasında qanuni istifadəsinə ayrılmışdır. Bağ sahəsi fasiləsiz olaraq istifadəsindədir. Hüquqların dövlət qeydiyyatına alınması məqsədilə xx.xx.2016-cı il tarixli ərizə ilə cavabdeh təşkilata müraciət etmişdir. Lakin, ərizəsinin icra olunması əvəzinə, xx.xx.2016-cı il tarixli **********45 saylı məktubla ərizəsinin icrasından imtina edilmişdir. Məktubda imtina səbəbi kimi, cavabdeh təşkilat tərəfindən bildirilmişdir ki, əlavə 2777 kv.m torpaq sahəsi istifadə edilməkdədir. Bağ sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritədə qeyd olunan bağ nömrəsi göstərilən bağ sahəsindən 2100 m aralı məsafədə yerləşir. Hesab edirlər ki, cavabdeh təşkilatın hüquqların qeydiyyatından imtina etməsi əsassızdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. İlk olaraq, cavabdehin hüquqların qeydiyyatından imtina edilməsinə əsas olaraq sadaladığı səbəblərə münasibət bildirmək istəyir. Cavabdehin məktubda qeyd etdiyi əlavə 2777 kv.m torpaq sahəsinin müraciətində göstərdiyi qanuni istifadəsinə ayrılmış 0,12 ha bağ sahəsinin qeydiyyata alınmasına heç bir aidiyyəti olmadığı üçün bu səbəb əsaslı hesab edilə bilməz. Eyni zamanda məhkəməyə məlumat üçün bildirmək istəyir ki, əlavə torpaq sahəsi adlandırılan hissə X4 məxsus olan 706ş və 1036c saylı bağ sahləridir. 1036c saylı bağ sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Hər üç bağ sahəsi əvvəldən bir hasar daxilində olduğuna görə 1036 c saylı bağ sahəsi qeydiyyata alınan zaman qeydiyyat orqanı ərəfındən bağ sahələrinə aid bölgü sxemi tələb edilmişdir. Tələb edilən həmin bölgü sxemi elə cavabdeh təşkilat tərəfindən tərtib olunmuş, notarial qaydada təsdiq olunduqdan sonra 1036c saylı bağ sahəsinin qeydiyyata alınması üçün verilən sənədlərə əlavə edilmişdir. Hal-hazırda həmin bölgü sxeminin əsli 1036 c saylı bağ sahəsinin qeydiyyqat əsasları sırasında cavabdehin arxivində saxlanılır. Bu halda nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən tərtib edilmiş bölgü sxemində 1036C, 706ş və 707c saylı bağ sahələri qonşu bağ sahələri olaraq göstərilmişdir. Belə olan halda, sxematik xəritədə bağ nömrəsinin göstərilən bağ sahəsindən 2100 m aralı məsafədə yerləşməsinə dair imtina səbəbi də, anlaşılan deyil. Əgər 1036c saylı bağ sahəsi qeydiyyata alınmışdırsa həmin bağ sahəsinin sxematik xəritəyə uyğun olduğu mübahisəsizdir. Cavabdeh tərəfindən tərtib edilən bölgü sxemində 1036c saylı bağ sahəsi ilə həmsərhəd 706ş saylı bağ sahəsi, 706ş saylı bağ sahəsi ilə isə 707c saylı bağ sahəsi həmsərhəddir. Cavabdehin özü tərəfindən tərtib olunan bölgü sxemində 1036c saylı bağ sahəsindən cəmi 25-30 m məsafədə göstərilmiş 707c saylı bağ sahəsinin güya 2100 m kənarda yerləşməsinə dair imtina səbəbini qəbul etmirlər. Hesab edirlər ki, bu iddia vasitəsilə, cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətin edilməsini, yəni Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 707c saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Cavabdeh təşkilatın daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunaziddir və onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Buna görə də, hesab edirlər ki, məhkəmə cavabdeh təşkilatın üzərinə bəhs edilən bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə öhdəlik qoymalıdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli xx.xx.2016-cı il tarixli, ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2016-cı il tarixli **********45 xaricolma nömrəli, xx.xx.2021-ci il tarixli **********59 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, vahid elektron kadastr baza məlumatına əsasən bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmayıb. Həmçinin, 707 indeksli bağ sahələri göstərilən torpaq sahəsindən 2100 metr aralı məsafədə yerləşir. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, şərti göstərilən torpaq sahəsinin ölçüsü 1327 kv.m təşkil edir və digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətindən xx.xx.2016-cı il tarixli, xx.xx.2021-ci il tarixli məktublarla imtina edilmişdir.
8. X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış “Bağın icarəyə verilməsi haqqında” 34154 nömrəli 06 iyun 2005-ci il tarixli müqaviləyə əsasən Binəqədi rayonu, Novxanı ərazisində yerləşən, 012 ha torpaq sahəsi olan “707c” saylı bağ sahəsi İddiaçı icarəsinə ayrılmışdır.
9. Binəqədi ryaonu, Novxanı bağ massivində yerləşən 707 c, 706 ş və 1036 c saylı bağ sahələrinin notarial qaydada təsdiq edilmiş bölgü sxemi məhkəməyə təqdim edilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-19118/2024 **********18 nömrəli məktubla Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 707 c, 707 ç, 707 b və 707 z saylı, eləcə də, dövlət reyestrində qeydiyyata alınmış 707s, 701İ və 707 q saylı bağ sahələrinə dair müvaifq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, “707c” saylı bağ sahəsi ilkin olaraq 4 saylı orderlə 109 saylı BTK tərəfindən X1 ayrılmış, sonradan onun razılığı əsasında 09 fevral 2005-ci il tarixli “Bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən X5 ayrılmış, X6 və onun ailə üzvlərinin razılığı əsasında isə 6 iyun 2005-ci il tarixli “Bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən İddiaçı istifadəsinə ayrılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
15. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
16. Məhkəmə işdə iştirak edən iddiaçının vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
17. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. İşin hallarından göründüyü kimi, X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış “Bağın icarəyə verilməsi haqqında” 34154 nömrəli 06 iyun 2005-ci il tarixli müqaviləyə əsasən Novxanı ərazisində yerləşən, 012 ha torpaq sahəsi olan “707c” saylı bağ sahəsi İddiaçı icarəsinə ayrılmışdır. Həmin bağ sahəsi uzun illərdir ki, iddiaçının istifadəsindədir. İddiaçı ilə bir hasar daxilində yerləşən digər bağ sahələrinin sahibləri və iddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş bölgü sxemi tərtib edilmişdir.
20. Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər mübahisələndirilməmiş, yalnız bağ sahəsinin nömrəsinin sxematik xəritədə əks olunmamasın, həmçinin 707 indeksli bağ sahələrinin göstərilən torpaq sahəsindən 2100 metr aralı məsafədə yerləşməsinə, eləcə də, torpaq sahəsinin faktiki ölçüsünün 1327 kv.m olmasına, həmçinin, torpaq sahəsinin digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşməsinə istinad edilmişdir.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıdan öncə həmin bağ sahəsi ilkin olaraq 4 saylı orderlə 109 saylı BTK tərəfindən X1 ayrılmış, sonradan onun razılığı əsasında 09 fevral 2005-ci il tarixli “Bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən X5 ayrılmış, X6 və onun ailə üzvlərinin razılığı əsasında isə 6 iyun 2005-ci il tarixli “Bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən İddiaçı istifadəsinə ayrılmışdır. Göründüyü kimi bağ sahəsi uzun illərdir istifadədə olmuşdur. Bundan əlavə iddiaçı hazırda yalnız sənəd üzrə ona ayrılmış torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir və iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bir hasar daxilində yerləşən torpaq sahələrinə dair iddiaçı və bağ sahələrinin sahibləri arasında notarial qaydada təsdiq edilmiş bölgü sxemi tərtib edilmişdir.
22. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə digər bağların ərazisinə uyğun gəlməsi və digər əsaslarla imtinası həm qanunvericiliyin tələbləri baxımından, həm də etimadın qorunması doktrinası ilə uzlaşmır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.
24. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
27. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0.12 ha ölçüdə, “707c” saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva