Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7901/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət X10 Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət X10 Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət X10 Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üçtərəfli müqavilə üzrə xx.xx.2025-ci il tarixdə qəbul etdiyi 3-33- 2200/001Q saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə “ABŞERON TEKSTİL" MMC, X7 və YİWİJ XİNZHONG TRADE CO.LİD arasında mal idxalı ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 4.4-cü bəndinə əsasən ödəniş ABŞ dolları ilə YİWU XİNZHONG TRADE CO.LTD köçürülməlidir. Həmin müqaviləyə əsasən xx.xx.2023-ci il tarixində **********7709 (X7) və **********7708 (İP "Burqut Bezeqi") nömrəli yük gömrük bəyənnamələri Türkmənistan Respublikasından ölkəyə idxal olunmuşdur. YGB-lər üzrə borc, qarşı tərəf İP "Burqut Bezeqi" və X7 tapşırığı ilə xx.xx.2023-cü il tarixində EXP 02- 2023 saylı xx.xx.2023 tarixli müqaviləyə əsasən **********7709 YGB üzərindən 9368.50 ABŞ Dolları və xx.xx.2023 tarixli EXP 01-2023 saylı müqaviləyə əsasən **********7708 YGB üzərindən 16 307.55 ABŞ X15 ASC tərəfindən 3-cü tərəf YİWU XİNZHONG TRADE CO LTD şirkətinə köçürülmüşdür. Lakin, ödəniş köçürüldükdən sonra Enerji resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən həmin vəsaitın köçürülməsi ilə bağlı imtiyazın ləğv olunmaması üçün köçürülən vəsaitin geri qaytarılmasını tələb etdi. Tələbə əsasən vəsait xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023 tarixlərində YİWU XİNZHONG TRADE CO LTD tərəfindən onlara geri qaytarılmışdır. Vəsaitin geri qaytarıldığı tarixdə "xxxx" ASC ləğv etmə prosesində olduğu üçün vəsait "xxxx" ASC Nəsimi filialında mövcud olan hesablarına köçürülmüşdür. Lakin, DGK Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilib ki, “audityoxlaması zamanı aşkar edilmiş, **********7709 və **********7708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 15230.64 manat idxal gömrük rüsumu həmçinin 2741.51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin büdcəyə ödənişi təmin olunmalı olduğu və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna dəbbə pulu hesablanmalı olduğu müəyyən edilmişdir. Qeyd: xx.xx.2024-cü il tarixinə dəbbə pulu 6559.84 azn təşkil edir." İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı "bank hesablarının açılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək mənkəmədən "xxxx" MMC-dən, xx.xx.2023-cü il tarixli “Abşeron Tekstil" MMC ilə üçtərəfli müqaviləyə əsasən, tutulmuş pulun geri qaytarılması, pulun tutulmasını cavabdehə qadağan edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2024-cü il trarixdə 2-1(112)-9013/2024 xx.xx.2024-cü il saylı qətnamə ilə iddia təmin etmiş və Abşeron Tekstil" MMC-dən, xx.xx.2023-cü il tarixli “Abşeron Tekstil" MMC ilə üçtərəfli müqaviləyə əsasən, tutulmuş pulun geri qaytarılması öhdəliyi cavabdeh Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin üzərinə qoyularaq pulun tutulması ona qadağan edilməsi barədə qərar qəbul edib. Lakin, Dovlət Gömrük Komitəsi Dəniz Nəqiiyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi yenidən həmin üçtərəfli müqavilə üzrə xx.xx.2025-ci il tarixdə 3-33-2200/001Q saylı qərar qəbul edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən qərarın alındığı gündən və ya qanunvericilikdə ona çatdırıldığı hesab olunduğu gündən 10 gün müddətində dövlət büdcəsinə ödənilməli olan ümumilikdə 15230,64 manat idxal gömrük rusumu, 2741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə deyər vergisi və 6559,84 manat dəbbə pulunun qoşmada qeyd edilmiş bank hesabına ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edib. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1842/2023 nömrəli Qərarının 33-cü bəndinə əsasən inzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Beləliklə, Baş İdarə tərəfindən iddiaçının gömrük borcu barəsində xx.xx.2025-ci il tarixli 3-33-2200/001Q saylı qərar qəbul edilərək yeni maddi-hüquqi əsas yaranmışdır. İddiaçı Baş İdarəyə xx.xx.2023-cü il tarixdə **********7708 və **********7709 sorğu nömrəli gömrük bəyannamələri ilə müraciət edərək idxal etdiyi malların mənşə, göndərən və ticarət edən ölkələrini Türkmənistan olaraq qeyd etmişdir. Həmin bəyannamələr üzrə 36-cı “imtiyaz” qrafasında 210 yazılaraq idxal olunan mallar 0 faiz idxal rüsumuna cəlb olunmuşdur. Həmçinin, iddiaçı banka və məhkəməyə təqdim etdiyi üçtərəfli müqaviləni malların rəsmiləşdirilməsini həyata keçirən zaman gömrük orqanına təqdim etməmişdir. Gömrük orqanlarının elektron Vahid avtomatlaşdırılmış informasiya sisteminə iddiaçı malı idxal etdiyi şirkətlə, yəni İP “Burqut Bezeqi” Aşgabat/Türkmənistan və X7 Aşgabat/Türkmənistan ilə bağladığı ikitərəfli müqavilələri təqdim etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 sentyabr 2023-cü il tarixli “Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 3-33/3-2-000164/2023 nömrəli sərəncamına əsasən Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə aparılmış auditin nəticələrinə dair” akt əsasında müəyyən edilmişdir ki, Türkmənistan Respublikasından İddiaçı MMC-nin ünvanına idxal olunan netto çəkisi 5665 kq, gömrük dəyəri 453.15,20 manat olan, XİFMN üzrə 6302 31 000 0 (15% idxal rüsum dərəcəsi) kodu altında xx.xx.2023-cü il tarixli **********7708 sorğu nömrəli gömrük bəyannaməsinin 31-ci qrafasında “pambıq ipliyindən hazırlanmış tək nəfərlik və iki nəfərlik yataq dəsti ağları və yorğan ağları” adı ilə bəyan edilən malın gömrük rəsmiləşdirilməsi CT-1 formalı mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. X1 Sisteminin “Maliyyə əməliyyatları” blokunun “GB üzrə bank əməliyyatlarına düzəliş” alt bölməsində **********7708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 16.307,50 dollar ABŞ dolları məbləğində pul vəsaitinin Çin Xalq Respublikasının “X13 CO.,LTD” şirkətinə köçürüldüyü aşkar edilmişdir. Göstərilən hallar isə idxal əməliyyatının qeyd edilən Sazişin 5.1- ci maddəsinin “a” bəndinin tələbinin pozulmaqla həyata keçirililmiş və **********7708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 6.797,28 manat idxal gömrük rüsumu, 1.223,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin büdcəyə ödənişi təmin olunmalı və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna dəbbə pulu hesablanmalıdır. Həmçinin, sözügedən aktda qeyd edilir ki, eyni zamanda Türkmənistan Respublikasından İddiaçı MMC-nin ünvanına idxal olunan malların **********7709 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirildiyi və CT-1 formalı mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumundan azadolma tətbiq edildiyi məlum olmuşdur. Yuxarıda qeyd olunan hal təkrarlandığı və **********7709 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 9.368,50 ABŞ dolları məbləğində pul vəsaitinin X9 “X13 CO.,LTD” şirkətinə köçürüldüyü aşkar edilmişdir. **********7709 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 8.433,36 manat idxal gömrük rüsumu, 1.518,00 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin büdcəyə ödənişi təmin olunmalı və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna dəbbə pulu hesablanmalıdır. Sözügedən akt əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC **********7708 və **********7709 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal etdiyi malları göndərən və ticarət edən ölkəni Türkmənistanı qeyd etsə də, lakin ödənişi üçüncü dövlət Çin Xalq Respublikasına köçürmüşdür. **********7708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 6.797,28 manat idxal gömrük rüsumu, 1.223,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi, **********7709 sorğu nömrəli gömrük bəyannaməsi üzrə isə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 8.433,36 manat idxal gömrük rüsumu, 1.518,00 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin ümumilikdə isə 15 230,64 manat idxal gömrük rüsumu və 2 741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin büdcəyə ödənişi təmin olunmalı və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcuna 6 559,84 manat dəbbə pulu hesablanmalıdır. Azərbaycan Respublikası Prezidentinin 27 iyul tarixli 1046 nömrəli "X5 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin təsdiq edilməsi barədə Sərəncamı ilə “X5 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları” haqqında 20 noyabr 2009-cu il tarixli Saziş təsdiq edilmişdir. Sözügedən sazişlə təsdiqlənmiş Malların mənşə ölkəsinin təyin edilməsi qaydalarının 5-ci bölməsi Sərbəst ticarət rejiminin təqdim edilməsi qaydalarını tənzimləyir. 5.1. Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala aşağıdakı hallarda tətbiq edilir: a) mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə / kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa. Bu Qaydaların 8.5-ci və 8.6-cı bəndlərində qeyd olunan hallarda, belə müqavilə malın ixracından sonra bağlanıla bilər; 5.4-cü bölmədə qeyd edilir ki, Bu Qaydaların 5.3-cü bəndində qeyd olunan mallara münasibətdə, idxal ölkəsində gömrük bəyannaməsinin qeydiyyat günündən etibarən 12 ay müddətinə qədər onların mənşəyi barədə lazımi şəhadətnamənin əldə olunması (CT-1 formalı sertifikatın və lazım gələrsə, malların mənşə ölkəsi təqdim edən digər sənədlərin təqdim edilməsi) şərtilə, Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazisində sərbəst ticarət rejimi tətbiq (bərpa) oluna bilər (CT-1 formalı sertifikatın saxtalaşdırılması halları istisna edilməklə). Qeyd olunanların araşdırılması ilə bağlı Baş İdarə tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin (inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi) tələbinə uyğun inzibati icraat prosesi başlanmışdır. İnzibati icraatda iştirakın təmin edilməsi haqqında Baş İdarə tərəfindən İddiaçı MMC şirkətinə xx.xx.2025-ci il 3-33-3200/2- 000073/2025 nömrəli məktub göndərilmişdir. Məktubda inzibati icraatın keçirilmə yeri, vaxtı İddiaçı MMC-yə bildirilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. İddiaçı MMC bu güzəştlərdən yararlanmağa görə idxal etdiyi mallara münasibətdə gömrük orqanına Türkmənistanın İP “Burqut Bezeqi” Aşgabat və X7 Aşgabat şirkətləri ilə bağladığı ikitərəfli müqaviləni və CT-1 formalı mənşə sertifikatı təqdim etmiş və buna görə də, ona idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. Lakin, İddiaçı 3-cü dövlətlə bağlanan müqaviləni banka təqdim etməklə vəsaiti X11 ödəmişdir. Artıq bu zaman yuxarıda qeyd edilən sazişin müddəaları ilə tətbiq edilən güzəşt öz qüvvəsini itirmiş olur və İddiaçı MMC idxal etdiyi mallar üçün idxal gömrük rüsumunu fərqli dərəcədə ödəməlidir. İddiaçı MMC gömrük bəyannaməsinə yanlış məlumatların daxil edilməsi ilə dövlət büdcəsindən ümumilikdə isə 15 230,64 manat idxal gömrük rüsumu və 2 741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi və 6 559,84 manat dəbbə pulu yayındırmışdır.
5. Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, mallar və nəqliyyat vasitələri “Azad ticarət Sazişi” ölkələrindən Azərbaycan Respublikasına idxal olunduqda, həmçinin idxal olunan zaman CT-1 formalı mənşə sertifikatı ilə müşayiət olunduqda, idxal gömrük rüsumundan azad olunur. İdxal olunan mallar üçün təqdim edilmiş CT-1 formalı mənşə sertifikatının etibarlı olması və tanınması şərtləri Azərbaycan Respublikası Prezidentinin 27 iyul tarixli 1046 nömrəli "X5 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin təsdiq edilməsi barədə sərəncamı ilə tənzimlənir. Sözügedən sazişlə təsdiqlənmiş malların mənşə ölkəsinin təyin edilməsi qaydalarının 5-ci bölməsi “Sərbəst ticarət rejiminin təqdim edilməsi” qaydalarını tənzimləyir. 5.1. Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala aşağıdakı hallarda tətbiq edilir: a) mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə / kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa. Bu Qaydaların 8.5-ci və 8.6-cı bəndlərində qeyd olunan hallarda, belə müqavilə malın ixracından sonra bağlanıla bilər; 5.4-cü bölmədə qeyd edilir ki, Bu Qaydaların 5.3-cü bəndində qeyd olunan mallara münasibətdə, idxal ölkəsində gömrük bəyannaməsinin qeydiyyat günündən etibarən 12 ay müddətinə qədər onların mənşəyi barədə lazımi şəhadətnamənin əldə olunması (CT-1 formalı sertifikatın və lazım gələrsə, malların mənşə ölkəsi təqdim edən digər sənədlərin təqdim edilməsi) şərtilə, Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazisində sərbəst ticarət rejimi tətbiq (bərpa) oluna bilər (CT-1 formalı sertifikatın saxtalaşdırılması halları istisna edilməklə). İddiaçı MMC-nin Baş idarəyə təqdim etdiyi CT-1 formalı mənşə sertifikatında qeyd olunan alqı-satqı müqaviləsi banka faktiki təqdim edilən müqavilə ilə eynilik təşkil etmir və Çin Xalq Respublikası ilə bağlanmış müqavilədir. İdxal olunmuş malların dəyəri Türkmənistana deyil, Çin Xalq Respublikasına ödənilmişdir (müqaviləyə uyğun olaraq bank üzərindən köçürülmə həyata keçirilmişdir). Bu hallar "X5 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin 5.1-ci bəndində sadalanan “a” yarımbəndinin müddəalarına ziddir. Əlavə olaraq bildirilmişdir ki, CT-1 formalı mənşə sertifikatının 5-ci qrafasında qeyd olunan alqı-satqı müqaviləsi ilə gömrük bəyannaməsinin 44-cü qrafasında 4011 kodu altında qeyd olunan olunan alqı-satqı müqaviləsi ilə eynilik təşkil etmir. Yuxarıda qeyd olunan sazişin 5.4-cü bəndinə əsasən müəyyən edilmiş müddət keçdiyindən həmin CT-1 formalı mənşə sertifikatı etibarsız sayılır və həmin mallara münasibətdə azadolma tətbiq oluna bilməz. “Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sərənamına əsasən mallar və nəqliyyat vasitələri CT-1 formalı mənşə sertifikatı ilə idxal olunduqda, bəyannaməsinin 36-cı qrafasında “210” kodu qeyd olunur. Qrafada gömrük ödənişləri üzrə imtiyazlar təsnifatına (bu Metodikanın 14 saylı Əlavəsi)uyğun imtiyazın kodu göstərilir. Bundan əlavə olaraq bildirilmişdir ki, 2-1(112)- 3311/2025 nömrəli eyni analoji məhkəmə işi üzrə məhkəmə öz qərarında qeyd edir ki, işdən görünür ki, "xxxx" MMC qeyd edilən Sazişə istinadən bu güzəştlərdən yararlanmağa görə idxal etdiyi mallara münasibətdə gömrük orqanına Türkmənistanın “X4” şirkəti ilə bağladığı ikitərəfli müqaviləni və CT-1 formalı mənşə sertifikatı təqdim etmiş və ona idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. Daha sonra iddiaçı 3-cü dövlətlə bağlanan müqaviləni banka təqdim etməklə vəsaiti Çin Xalq Respublikasına ödəmiş, bununla da yuxarıda qeyd edilən sazişin müddəaları ilə tətbiq edilən güzəşt imkanını itirmişdir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı müvafiq məhsulları idxal edərkən üçtərəfli müqavilə imzalamış, lakin gömrük rəsmiləşdirilməsi zamanı həmin müqaviləni deyil, yalnız "X5 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişə qoşulmuş Türkmənistan Respublikasında yerləşən “X3” bağladığı müqaviləni təqdim etmiş, bununla da cavabdeh tərəfindən güzəşt tətbiq edilməsinə nail olmuşdur. Məhkəmə Sazişin məqsədinin onun iştirakçılarının mallarının azad hərəkəti üçün şəraitin yaradılması, iqtisadi cəhətdən onların inkişafının təmin edilməsi olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehin qərarı qanuni olmuş, iddiaçının hüququnun pozulmasına səbəb olmamışdır və iddiaçının iddiasının təmin ediməməsi barədə qərar qəbul etmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdehin “Gömrük Borcunun, dəbbə pulunun hesablanması və ödənilməsinin tələb edilməsi barədə” xx.xx.2025-ci il tarixli, 3-33-3200/001Q nömrəli qərarına əsasən İddiaçı (VÖEN:**********) xx.xx.2025-ci il tarixli, 3-33-3200/2-000073/2025 nömrəli məktubla xx.xx.2025-ci il tarixdə saat 10:00-da Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin inzibati binasında keçiriləcək İnzibati icraat prosesinə şəxsən və ya səlahiyyətli nümayəndə (qanuni nümayəndə) və ya vəkili vasitəsilə iştiraka dəvət edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Lakin, "xxxx" MMC-nin nümayəndəsi İnzibati icraatda iştirak etməmiş və iştirak etməməsi barədə hər hansı sənəd təqdim etməmişdir. İnzaibati icraat prosesi İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan aparılmışdır. Gömrük orqanı tərəfindən aparılmış araşdırma materialları və materiallara əlavə edilmiş sənədlərdən görünür ki, AZ1110, Вakı şəhəri ünvan 3 ünvanında qeydiyyatda oian İddiaçı ünvanına Türkmənistan Respublikasından idxal olunan mallar xx.xx.2023-cü il tarixli **********7708 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və CT-1 formalı mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. X1 Sisteminin "Maliyyə əməliyyatları" blokunun "GB üzre bank əməliyyatlarına düzəliş" alt bölməsində **********7708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 16307,50 dollar ABŞ dolları məbləğində pul vəsaitinin Çin Xalq Respublikasının "X13 CO.,LTD" şirkətinə köçürüldüyü aşkar edilmişdir. Həmçinin, "xxxx" MMC-nin ünvanına idxal olunan malların xx.xx.2023-cü il tarixli **********7709 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirildiyi və CT-1 formalı mənşə sertifikatı təqdim ediiməkiə idxal gömrük rüsumundan azadoima tətbiq edildiyi məlum olmuşdur. Yuxarıda qeyd olunan hal təkrarlandığı və **********7709 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 9368,50 ABŞ dolları məbləğində pul vəsaitinin X9 "X14 CO.,LTD" şirkətinə köçürüldüyü aşkar edilmişdir. Gömrük orqanlarının X2 Sisteminə "xxxx" MMC tərəfindən əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********7708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə qoşma sənədlərdə "Satıcı" "İP Burqut Bezeqi" Aşgabat/Türkmənistan ilə "Alıcı" "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli EXP 01-2023 nömrəli ikitərəfli müqavilənin 3.1-ci bəndində qeyd edilir ki, ödəniş "Alıcı" tərəfindən "Satıcı"nın bank hesabına ABŞ dolları ilə köçürməklə həyata keçiriləcək. Həmçinin, xx.xx.2023-cü il tarixli **********7709 sorğu nömrəii gömrük bəyannaməsi üzrə qoşma sənədlərdə "Satıcı" "X7" Aşgabat/Türkmənistan ilə "Alıcı" "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli EXP 02-2023 nömrəli ikitərəfli müqavilənin 3.1-ci bəndində də ödənişin "Alıcı" tərəfindən "Satıcı"nın bank hesabına ABŞ dolları ilə köçürməklə həyata keçirilməsi qeyd edilmişdir. Lakin, ödəniş "xxxx" MMC tərəfindən üçüncü dövlətə Çin Xalq Respublikasının "X13 CO.,LTD" şirkətinə köçürülmüşdür. Göstərilən hallar isə idxal əməliyyatının Azərbaycan Respublikasi Prezidentinin 27 iyul 2010-cu il tarixli 1046 Noli Serəncamı ilə təsdiq edilmiş "X5 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin tələblərinin pozulması ilə həyata keçirildiyini göstərir. **********7708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq sebebinden "xxxx" MMC tərəfindən 6797,28 manat idxal gömrük rüsumu, 1223,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna görə hesablanmış 2927.59 manat dəbbə pulu dövlət büdcəsinə ödənilməli olduğu müəyyən edilmişdir. **********7709 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən "xxxx" MMC tərəfindən 8433,36 manat idxal gömrük rüsumu, 1518,00 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna görə hesablanmış 3632.25 manat dəbbə pulu dövlət büdcəsinə ödənilməli olduğu müəyyən edilmişdir. Yuxarıda gösterilənlərə əsasən "xxxx" MMC tərəfindən gömrük bəyannaməsinə yanlış məlumatların daxil edilməsi nəticəsində dövlət büdcəsindən ümumilikdə 15230,64 manat idxal gömrük rüsumu, 2741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi və 6559,84 manat dəbbə pulu yayındırması müəyyənləşdirilmişdir. Qeyd edilən ödənişlər "xxxx" MMC tərəfindən Qərarın alındığı gündən və ya qanunvericiliklə ona çatdırıldığı hesab olunduğu gündən 10 gün müddətində qoşma vərəqdə qeyd edilmiş bank hesablarına ödənilməlidir. Qeyd edilənlərə əsasən İddiaçı tərəfindən Qərarın alındığı gündən və ya qanunvericiliklə ona çatdırıldığı hesab olunduğu gündən 10 gün müddətində dövlət büdcəsinə ödənilməli olan ümumilikdə 15230,64 manat idxal gömrük rüsumu, 2741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə deyer vergisi və 6559,84 manat dəbbə pulunun qoşmada qeyd edilmiş bank hesabına ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
9. Cavabdeh tərəfindən inzibati icraat materiallarının (gömrük bəyananmələri, məktublar, ödəniş tapşırıqları, audit yoxlamalarının nəticələrinə dair akt, müqavilələr və s.) surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
15. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
16. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2025-cü il tarixli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisəli qərarın ləğvi ilə bağlı xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.
17. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
19. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:
20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 1046 nömrəli sərəncamı ilə təqdim edilmiş 2009-cu il noyabrın 20-də Yalta şəhərində imzalanmış "X5 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişə əsasən: X6 iştirakçısı olan dövlətlərin bundan sonra "Tərəflər" adlandırılacaq Hökumətləri, azad ticarət zonasının lazımi və səmərəli surətdə fəaliyyət göstərməsi zərurətini nəzərə alaraq, malların azad hərəkəti üçün şəraitin yaradılması məqsədilə, malların mənşə ölkəsinin təyin edilməsinin vahid qaydasının müəyyən edilməsinə çalışaraq, aşağıdakılar barədə razılığa gəldilər: -maddə 1. Tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərini tətbiq etmək məqsədilə Tərəflər bu Sazişin ayrılmaz tərkib hissəsi olan, Malların mənşə ölkəsinin təyin edilməsi Qaydalarını qəbul edirlər. Həmin Sazişə əlavə edilmiş Malların mənşə ölkəsinin təyin edilməsi Qaydalarına əsasən: malın mənşə ölkəsi - malın tam istehsal olunduğu və ya bu Qaydalara müvafiq olaraq kifayət qədər emala/təkrar emala məruz qaldığı ölkə; - maddə 5.1. Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala aşağıdakı hallarda tətbiq edilir: a) mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə/kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa. Bu Qaydaların 8.5-ci və 8.6-cı bəndlərində qeyd olunan hallarda, belə müqavilə malın ixracından sonra bağlanıla bilər; b) xarici ticarət müqaviləsinə/sövdələşməyə uyğun olaraq, habelə Sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyində nəzərdə tutulan digər hallarda, mal üzərində mülkiyyət hüququ Sazişin iştirakçısı olan dövlətin rezidenti olan şəxsə məxsusdursa; c) mal Sazişin bir iştirakçısı olan dövlətin fiziki şəxsi sayılan rezidenti tərəfindən Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə ixrac (idxal) edilirsə; d) mal, ərazisi vasitəsilə göndərilməsinin həyata keçirildiyi ölkənin gömrük orqanları tərəfindən sənədlə təsdiq edilmiş gömrük nəzarəti altında üçüncü ölkənin ərazisində yerləşdiyi və ya yerini dəyişdiyi hallar istisna edilməklə, Sazişin iştirakçısı olan dövlətlərin ərazisini tərk etmirsə. Bu halda, malın qorunmasının təmin edilməsi və təkrar yüklənməsi üzrə əməliyyatlar istisna edilməklə, mal dəyişməz vəziyyətdə olmalı və onun üzərində hər hansı əməliyyat aparılmamalıdır; e) mal, bu Qaydalarla müƏyyən edilmiş malların mənşə ölkəsinin teyin edilməsi meyarlarına uyğun gəlirsə; ə) mal barəsində bu Qaydaların 6.1-ci və ya 6.2-ci bəndlərinə uyğun olaraq malın mənşəyi haqqında sənəd təqdim edilirsə - maddə 5.3. Mənşəyi təyin edilməmiş və ya mənşəyi təyin edilmiş, lakin bununla belə, onlara münasibətdə bu məqsədlər üçün lazım olan sənədlərin olmaması səbəbindən sərbəst ticarət rejimi tətbiq olunmayan mallar idxal ölkəsinə idxal ölkəsinin tarif və qeyritarif tənzimlənməsi tələblərinə müvafiq olaraq buraxılır. - maddə 5.4. Bu Qaydaların 5.3-cü bəndində qeyd olunan mallara münasibətdə, idxal ölkəsində gömrük bəyannaməsinin qeydiyyat günündən etibarən 12 ay müddətinə qədər onların mənşəyi barədə lazımi şəhadətnamənin əldə olunması (CT-1 formalı sertifikatın və lazım gələrsə, malların mənşə ölkəsi təqdim edən digər sənədlərin təqdim edilməsi) şərtilə, Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazisində sərbəst ticarət rejimi tətbiq (bərpa) oluna bilər (CT-1 formalı sertifikatın saxtalaşdırılması halları istisna edilməklə).
21. İşdən görünür ki, İddiaçı MMC qeyd edilən Sazişə istinadən bu güzəştlərdən yararlanmağa görə idxal etdiyi mallara münasibətdə gömrük orqanına “Burqut Bezeqi” Aşgabat/Türkmənistan və X7 Aşgabat/Türkmənistan şirkətləri ilə bağladığı ikitərəfli müqavilələrii və CT-1 formalı mənşə sertifikatı təqdiq etmiş və ona idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. Daha sonra iddiaçı 3-cü dövlətlə bağlanan müqaviləni banka təqdim etməklə vəsaiti Çin Xalq Respublikasına ödəmiş, bununla da yuxarıda qeyd edilən sazişin müddəaları ilə tətbiq edilən güzəşt imkanını itirmişdir.
22. İddiaçı həmin müqaviləni cavabdehə təqdim etmədiyindən iddiaçıya müvafiq güzəşt tətbiq edilmiş, sonradan qeyd olunan hallar aşkar edildiyindən mübahisələndirilən qərar qəbul edilmişdir.
23. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən: - maddə 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. - maddə 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. - maddə 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur.
24. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı müvafiq məhsulları idxal edərkən üçtərəfli müqavilə imzalamış, lakin gömrük rəsmiləşdirilməsi zamanı həmin müqaviləni deyil, yalnız "X5 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişə qoşulmuş Türkmənistan Respublikasında yerləşən “Burqut Bezeqi” Aşgabat və X7 Aşgabat şirktələri ilə bağladığı müqaviləni təqdim etmiş, bununla da cavabdeh tərəfindən güzəşt tətbiq edilməsinə nail olmuşdur.
25. Məhkəmə Sazişin məsqədinin onun iştirakçılarının mallarının azad hərəkəti üçün şəraitin yaradılması, iqtisadi cəhətdən onların inkişafının təmin edilməsi olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehin qərarı qanuni olmuş, iddiaçının hüququnun pozulmasına səbəb olmamışdır.
26. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
27. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
28. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
29. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
30. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva