Məhkəmə qərarları › İş №2-1(112)-7906/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7906/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7906/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X19 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11, X14 və X25) “maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 54000,00 (əlli dörd min) manat və hüquqi yardımla əlaqədar vəkillə bağladığı müqaviləyə əsasən ödədiyi 300,00 (üç yüz) manat olmaqla, cəmi 54300,00 (əlli dörd min üç yüz) manat tutularaq ona verilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli 2-(041)-400/2015 nömrəli İcra vərəqəsinə əsasən borclu X17 ödəniləcək günü məzənnə ilə 65000,00 (altmış beş min) ABŞ dolları və 30,00 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin icra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına qəbul edildikdən sonra 15 iyul 2019-cu il tarixli qərarla sənədin icrasına başlanılmışdır. İcra sənədinin icrası ilə bağlı borcluya tələbin könüllü icrası barədə bildirişlər göndərilərək borclu icra şöbəsinə dəvət edilmiş, lakin görülmüş tədbirlərə baxmayaraq borclu icra sənədində göstərilən məbləği qərəzli şəkildə ödəməmişdir. İcra tədbirləri zamanı X6 adına qeydə alınmış Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 324 saylı torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsi olması müəyyən edilmişdir. Kürdəmir rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Kürdəmir Rayon Məhkəməsinin 2-(041)-400/2015 saylı 16 iyun 2015-ci il tarixli İcra vərəqəsinin icrasını təmin etmək məqsədilə X6 adına qeydə alınmış Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 324 saylı torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmiş, Kürdəmir Rayon Məhkəməsinin 8(041)- 296/2019 saylı 27 dekabr 2019-cu il tarixli qərardadı ilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 05 aprel 2021-ci il tarixli **********89 nömrəli məktubla Kürdəmir rayon İcra və Probasiya şöbəsinin 28 yanvar 2021-ci il tarixli 104401/2-27 nömrəli məktubuna cavab olaraq bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 8(041)-296/2019 saylı 27 dekabr 2019-cu il tarixli qərardadına əsasən X21 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 324 saylı torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Kürdəmir rayon İcra və Probasiya şöbəsi 21 iyun 2021 -ci il tarixli 104401/2-1020 nömrəli məktubla Kürdəmir Rayon Məhkəməsinin 2-(041)-400/2015 saylı 16 iyun 2023- cü il tarixli İcra sənədinin icrası ilə əlaqədar X21 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 324 saylı torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin 03 noyabr 2016-cı il tarixli qərarını icra üçün “Qiymətləndirmə Xidməti Mərkəzi" MMC-yə göndərmiş və sözügedən əmlakın qiymətləndirilməsini xahiş etmişdir. "xxxx" MMC tərəfindən 54000,00 (əlli dörd min) manat dəyərində qiymətləndirilmiş və 20 iyun 2023-cü il tarixli QXM/3444 nömrəli məktubla Qiymətləndirmə hesabatını Kürdəmir rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Kürdəmir rayon İcra və Probasiya şöbəsi 02 iyul 2023-cü il tarixli 104401/2 nömrəli məktubla "xxxx" MMC-nə müraciət edərək icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X21 məxsus daşınmaz əmlakın satışını təmin etməsini xahiş etmişdir. Kürdəmir rayon İcra və Probasiya şöbəsi 02 avqust 2023-cü il tarixli 104401/2-1332 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək göstərmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 8(041)-296/2019 saylı 27 dekabr 2019-cu il tarixli qərardadı ilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulduqdan sonra tələb həmin daşınmaz əmlaka yönəldilmiş və sözü gedən əmlak qiymətləndirici tərəfindən 54000,00 (əlli dörd min) manat dəyərində qiymətləndirilmişdir. Bundan sonra icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya məxsus daşınmaz əmlakın satışını təmin etməkdən ötrü "xxxx" MMC-yə 02 iyul 2023- cü il tarixdə müraciət olunmuş, həmin Mərkəz 02 avqust 2023-cü il tarixli məktubla Kürdəmir rayon İcra və Probasiya şöbəsinə müraciət edərək açıq hərracın nəticələri haqqında 48/01 nömrəli 02 avqust 2023-cü il tarixli protokoluna və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə eyni tarixli Müqaviləyə əsasən X21 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 324 saylı torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin 54000,00 (əlli dörd min) manata qalib alıcı (ŞV AZE ******** FİN: xxxxxxx) xx xxxxx 1964cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı əldə etdiyini bildirmişdir. Odur ki, X21 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 324 saylı torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin 54000,00 (əlli dörd min) manata qalib alıcı (ŞV AZE ******** FİN: xxxxxxx) xx xxxxx 1964-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 3-21-302/2-12434/2023 nömrəli 19 oktyabr 2023-cü il tarixli məktubla Kürdəmir rayon İcra və Probasiya şöbəsinin 02 avqust 2023-cü il tarixli 104401/2-1332 nömrəli məktubuna cavab verərək bildirmişdir ki, sözügedən torpaq sahəsi X25 tərəfindən 09 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X7 adına, daha sonra isə X15 tərəfindən 03 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X4 adına özgəninkiləşdirilmişdir. Bu səbəbdən "xxxx" MMC-nin açıq hərracın nəticələri haqqında 02 avqust 2023-cü il tarixli 48/01 nömrəli protokoluna əsasən həmin torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Həmin məktubda məlumat üçün bildirilmişdir ki, sözügedən torpaq sahəsinin üzərinə 16 mart 2023-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsinin 8(041)-296/2019 saylı 27 dekabr 2019-cu il tarixli qərardadına əsasən həbs qoyulmuşdur. Bundan sonra Bakı şəhəri Xəzər rayon prokurorluğuna şikayətlə müraciət edilmiş və Xəzər rayon prokuroluğunun 17 avqust 2023-cü il və 23 avqust 2023-cü il tarixli 401-C-23 nömrəli sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28 İdarə Heyətinin sədr müavini Elşad Məmmədov 3-21-302/2-12210/2023 nömrəli 02 noyabr 2023-cü il tarixli məktubla cavab verərək bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 8(041)-296/2019 saylı 27 dekabr 2019-cu il tarixli qərardadı əsasında JN-2378H, KOD 00304016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən X20 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 324 saylı torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyularaq Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə bu barədə məlumat vermişdir. Sözügedən torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmədiyi üçün daşınmaz əmlakın üzərinə həbsin qoyulması “qeydiyyata alınmamış əmlaklara qoyulan məhdudiyyətlər bazası”nda həyata keçirilmişdir. Həmin əmlak X25 tərəfindən özgəninkiləşdirildiyi zaman texniki səhv səbəbindən əmlakın üzərində həbsin olduğunu müəyyən etmək mümkün olmamışdır. Sonradan texniki səhv aşkar olunduqda daşınmaz əmlakın dövlət reyestrinin elektron məlumat bazasının üçüncü fəslində Kürdəmir Rayon Məhkəməsinin müvafiq qərardadı əsasında qeyd edilən əmlakın üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 324 saylı torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinə aid arxiv qovluğunda saxlanılan sənədlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 1 saylı Ərazi İdarəsinin nümayəndəsi tərəfindən 30 avqust 2023-cü il tarixdə müvafiq akt əsasında Xəzər rayon prokurorluğuna təhvil verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 1 saylı Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən X21 verilmiş 07 iyun 2023-cü il tarixli 03 A4/580 nömrəli arayışda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində X20 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1161 nömrəli reyestr kitabının 36 vərəqində qeydiyyata alınmışdır və 07 iyun 2023-cü il tarixə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmayıb. Cavabdehin birbaşa ziyan vurulmasına gətirib çıxaran, göstərilən qəsdən təqsirli, hüquqa zidd əməli nəticəsində (guya həmin əmlak X25 tərəfindən özgəninkiləşdirildiyi zaman texniki səhv səbəbindən əmlakın üzərində həbsin olduğunu müəyyən etmək mümkün olmamışdır) açıq hərracın nəticələri haqqında 48/01 nömrəli 02 avqust 2023-cü il tarixli protokoluna və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə eyni tarixli müqaviləyə əsasən əldə etdiyi əmlakdan X21 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 324 saylı torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsindən məhrum olmuş və nəticədə 54000,00 (əlli dörd min) manat maddi ziyan dəymişdir. Bundan başqa, hüquqi yardımla əlaqədar 15 saylı Vəkil Bürosunda vəkillə bağladığı müqaviləyə əsasən 300,00 (üç yüz) manat Vəkil Bürosunun hesabına ödəmişdir. 31 yanvar 2024-cü il tarixdə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 1 saylı Bakı Ərazi İdarəsinə Pretenziya ünvanlayaraq Pretenziyanın təmin edilməsini və cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 1 saylı Bakı Ərazi İdarəsinin təqsirli hərəkəti nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 54000,00 (əlli dörd min) manat məbləğində pul vəsaitinin ona ödənilməsini xahiş etmişdir. Lakin indiyə qədər həmin pretenziyaya cavab verilməmişdir. Bu səbəbdən cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 54000,00 (əlli dörd min) manat və hüquqi yardımla əlaqədar vəkillə bağladığı müqaviləyə əsasən ödədiyi 300,00 (üç yüz) manat olmaqla, cəmi 54300,00 (əlli dörd min üç yüz) manat tutularaq ona verilməsi barədə qərar çıxarılması barədə xahiş ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 və X14 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X25 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı “cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31 1 saylı Bakı Ərazi İdarəsindən dəymiş maddi zərərin əvəzi olaraq 54000 manat və hüquqi yardımla əlaqədar vəkillə bağlanılan müqaviləyə əsasən ödənilmiş 300 manat olmaqla cəmi 54300 manat tutularaq verilməsi”nə dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********30 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, inzibati orqanın hərəkətləri nəticəsində dəymiş məbləğ o zaman tələb edilə bilər ki, öz mülkiyyət hüquqlarının reallaşdırılması istiqamətində hüquq sahibi bütün hüquqi müdafiə vasitələrini tükətmiş olsun. Belə ki, X25 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 324 saylı, 0,12 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli, 4Ə-152 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında 20000 manat pul məbləği qarşılığında X8 xeyrinə özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 1745 saylı xx.xx.2024-cü il tarixli məktub ilə X14 və Əliverdiyeva oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-1575 reyestr nömrəli alqı-satqı müqaviləsinin sürəti təqdim edilmişdir. Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 191 saylı xx.xx.2024-cü il tarixli məktub ilə xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin (reyestrdə 4Ə-152 № ilə qeyd edilib) dair notariat işinin təsdiq edilmiş kserosurəti təqdim edilmişdir. Kürdəmir Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş 2(041)-400/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqindən görünür ki, X17 ödəniləcək günün məzənnəsi ilə 65000 ABŞ dolları məbləğində əsas borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. Kürdəmir Rayon Məhkəməsinin 8(041)-296/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən X6 adına qeydə alımış Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi, 324 saylı torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Qərardadın icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********89 saylı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, qərardada əsasən X21 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 324 saylı 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Kürdəmir rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Kürdəmir Rayon Məhkəməsinin 2(041)-400/2016 saylı, xx.xx.2015-cı il tarixli icra sənədinin icrası üçün hərracda satılmalı olan daşınmaz əmlakın qiymətləndirilməsində yaranmış zərurətlə əlaqədar ""xxxx"" MMC-dən mütəxəssis dəvət edilmişdir. Qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulmuşdur. Kürdəmir rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Kürdəmir rayon məhkəməsinin 2(041)-400/2016 saylı, xx.xx.2015-cı il tarixli icra sənədinin icrası üçün hərracda satılmalı olan daşınmaz əmlakın qiymətləndirilməsində yaranmış zərurətlə əlaqədar ""xxxx"" MMC-dən mütəxəssis dəvət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 8(106)-76/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(041)- 296/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin QXM/3444 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-400/2016 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi ilə əlaqədar, Kürdəmir rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli Qərarı və 104401/2 saylı, xx.xx.2023-cü il tarixli müraciətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 324 saylı torpaq sahəsində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin bazar dəyərinə uyğun qiymətləndirilməsi üçün qiymətləndirmə işi həyata keçirilmiş, və bu barədə tərtib olunmuş xx.xx.2023-cü il tarixli QXM-3444 saylı Qiymətləndirmə hesabatını təqdim edilmişdir. Bu qiymətləndirmə işinə görə borclu X25 tərəfindən ödəniləcək xidmət haqqının məbləği 500.00 (beş yüz) manat təşkil edir. Kürdəmir rayon İcra və Probasiya şöbəsinin 104401/2 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-400/2016 saylı, xx.xx.2015-cı il tarixli icra icra sənədinə əsasən iş üzrə borclu X17 65000 ABŞ dolları (ödəniş günü milli manat məzənnəsinə uyğun olaraq) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İcra tədbirləri zamanı iş üzrə borclu X21 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 324 saylı torpaq sahəsində yerləşən 0.12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Tələb daşınmaz əmlaka yönəlmiş və sözügedən əmlak qiymətləndirici tərəfindən 54000 (əlli dörd min ) manat dəyərində qiymətləndirilmişdir. Odur ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X21 məxsus daşınmaz əmlakının satışını təmin etmək xahiş olunur. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-795/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X16 cavabdehlər İddiaçı və Kürdəmir rayon İcra və Probasiya şöbəsinə qarşı icarə müqaviləsi əsasında ona qanuni əsasla məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 324 saylı ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2335/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən Kürdəmir Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(041)-795/2022 saylı qətnaməsi ləğv edilmişdir. İddiaçı X16 cavabdehlər İddiaçı və Kürdəmir Rayon İcra və Probasiya şöbəsinə qarşı əmlakın həbsdən azad edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-30539/2024 **********39 saylı xx.xx.2024-cü il tarixli məktub ilə ünvan 2yə dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2023-cü il) əsasən ünvan 2 (Yeni qaydalarla: Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 24-cü Qala küçəsi 18) X4 xüsusi mülkiyyətindədir. ünvan 2yə (Yeni qaydalarla: Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 24-cü Qala küçəsi 18) dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı məhkəməyə cavabdeh tərəfindən təqdim edilmişdir (hüquq sahibi X11). X14 və X11 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 X1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2023-cü il) əsasən ünvan 2 (Yeni qaydalarla: Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 24-cü Qala küçəsi 18) X8 xüsusi mülkiyyətindədir. ünvan 2yə (Yeni qaydalarla: Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 24-cü Qala küçəsi 18) dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı məhkəməyə cavabdeh tərəfindən təqdim edilmişdir (hüquq sahibi X14). X25 və X14 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 X2. X25 və X13 arasında bağlanılmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 X3. Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 154 saylı xx.xx.1999-cu il tarixli sərəncamına əsasən ünvan 4 ünvanında yaşayan, “Azərneftyanacaq EAT” üzrə usta vəzifəsində işləyən, ailə tərkibi 7 nəfərdən ibarət olan X10 Qala qəsəbəsi 324 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 03A4/580 saylı xx.xx.2023cü il tarixli arayışa əsasən ünvan 5 ünvanında yerləşən torpaq sahəsi üzərində X20 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1161 nömrəli reyestr kitabının 36 vərəqində qediyyata alınmışdır. X21 məxsus ünvan 2yə dair JN-2378H 00304016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və “Mülkiyyətə verilmiş torpaq sahəsinin sxemi” cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Hərrac təşkilatının “Açıq hərracın nəticələri haqqında” 48/01 saylı xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, əmlakın (torpaq sahəsi) ilkin hərrac qiyməti 54 000,00 (əlli dörd min manat, 00 qəpik) manat təşkil edir. Əmlakın (torpaq sahəsi) satış qiyməti 54 600,00 (əlli dörd min altı yüz manat, 00 qəpik) manat təşkil edir. Hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında müqavilə qüvvəsinə malik alqı-satqı protokolu imzalanmalıdır. Hərrac təşkilatçısı kütləvi informasiya vasitələrində elanların dərc olunmasına, bildirişlərin tərəflərə göndərilməsinə, yerin ayrılmasına görə məsuliyyət daşıyır. Protokol imzalanmadan, möhürlə təsdiq edilmədən və xidmət haqqı ödənilmədən hüquqi qüvvəyə malik deyil. Ödənilən hərrac xərci kommersiya sirri sayılır, yalnız məhkəmə qaydasında həll edilə bilər. Bu protokol alıcının yeni mülkiyyətçi kimi hüququnu təsdiq edən və müvafiq dövlət reyestrinə daxil edilməsi üçün əsas hesab edilən sənəddir. Protokolla müəyyənləşmiş yeni mülkiyyətçinin qanunvericiliyə uyğun sənədləşməsinə, həmçinin qeydiyyatına görə aidiyyəti orqanlar məsuliyyət daşıyır və qəbul olunmuş qərarlara görə hərrac təşkilatı məsuliyyət daşımır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı arasında bağlanılmış X21 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində 324 saylı torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə (təsdiq olunmuş hərracın yekun protokoluna əsasən) verilmiş, İddiaçı həmin daşınmaz əmlakı qəbul edərək onun dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. Kürdəmir rayon İcra və Probasiya şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış 104401/2-1332 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirlmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-400/2016 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasının təmini məqsədilə Kürdəmir Rayon Məhkəməsinin 8(041)- 296/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə təqdimat təmin edilərək iş üzrə X6 adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 324 saylı torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Tələb daşınmaz əmlaka yönəlmiş və sözügedən əmlak qiymətləndirici tərəfindən 54000 (əlli dörd min) manat dəyərində qiymətləndirilmişdir. Bundan sonra icra sənədinin icrasını təmin etmək məqsədilə borcluya məxsus daşınmaz əmlakın satışını təmin etmək məqsədilə "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə sifarişlə müraciət olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Xammal və X32 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi xx.xx.2023-cü il tarixli məktubu ilə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək açıq hərracın nəticələri haqqında 48/01 nömrəli 02 avqust 2023-cü il tarixli protokoluna əsasən X21 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 324 saylı torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin 54600 (əlli dord min altı yüz) manata qalib alıcı (AZE********, FİN:xxxxxxx) xx.xx.1964-cü il təvəllüdlü ünvan 6 ünvanında qeydiyyatda olan İddiaçı əldə etdiyini bildirmişdir. Odur ki, X21 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 324 saylı torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin qalib alıcı (AZE********, FİN:xxxxxxx) xx.xx.1964-cü il təvəllüdlü ünvan 7 ünvanında qeydiyyatda olan İddiaçı adına rəsmiləşdirilməsinə aidiyyəti göstərişin verilməsi xahiş olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31 3-21-3-02/2-12434/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 324 saylı torpaq sahəsi X25 tərəfindən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X8 adına, daha sonra isə X14 tərəfindən xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi əsasında X4 adına özgəninkiləşdirilmişdir. Bu səbəbdən "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin açıq hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 48/01 nömrəli protokoluna əsasən həmin torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Həmin torpaq sahəsinin üzərinə xx.xx.2023-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(041)-296/2019 saylı qərardadına əsasən həbs qoyulmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən Bakı şəhəri Xəzər Rayon Prokurorluğuna ünvanlanmış 3-21-302/2-13210/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(041)-296/2019 nömrəli qərardadı əsasında, JN-2378H, KOD 00304016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən X20 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 324 saylı 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyularaq Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə bu barədə məlumat verilmişdir. Sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmədiyi üçün daşınmaz əmlakın üzərinə həbsin qoyulması qeydiyyata alınmamış əmlaklara qoyulan məhdudiyyətlər bazasında həyata keçirilmişdir. Həmin əmlak X25 tərəfindən özgəninkiləşdirildiyi zaman texniki səhv səbəbindən əmlakın üzərində həbsin olduğunu müəyyən etmək mümkün olmamışdır. Sonradan texniki səhv aşkar olunduqda daşınmaz əmlakın dövlət reyestrinin elektron məlumat bazasının üçüncü fəslində Kürdəmir Rayon Məhkəməsinin müvafiq qərardadı əsasında qeyd edilən əmlakın üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 324 saylı 0,12 ha torpaq sahəsinə aid arxiv qovluğunda saxlanılan sənədlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixində müvafiq akt əsasında Bakı şəhəri Xəzər Rayon Prokurorluğuna təhvil verilmişdir. Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, 104401/2-27 nömrəli məktubunun, həmin məktuba əlavə edilmiş Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(041)-296/2019 nömrəli qərardadının və Kürdəmir rayon İcra və Probasiya şöbəsinə yazılmış xx.xx.2021-ci il tarixli **********89 nömrəli məktubun təsdiq olunmuş surətləri təqdim edilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5069/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, hazırki iddia mümkündür. III. Məhkəmənin mövqeyi İşin mübahisələndirilməyən halıdır ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 400/2015 saylı xx.xx.2015-ci il tarixli, “X17 ödəniləcək günün məzənnəsi ilə 65000 ABŞ dolları məbləğində əsas borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi” barədə icra vərəqinin icrası ilə bağlı həmin Məhkəmənin 8(041)-296/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən bX6 adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi, 324 saylı torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin əmlak X25 tərəfindən özgəninkiləşdirildiyi zaman cavabdehin texniki səhvi səbəbindən əmlakın üzərində həbsin olduğunu müəyyən etmək mümkün olmamışdır. Sonradan texniki səhv aşkar olunduqda Kürdəmir Rayon Məhkəməsinin müvafiq qərardadı əsasında qeyd edilən əmlakın üzərinə həbs qoyulmuşdur. X26 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X9 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). “İcra haqqında”Azərbaycan Respublikasının Qanunundan: Maddə 43. Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Maddə 84. İcra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət 84.1. İcra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Eyni zamanda icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər. Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir. 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 84.3. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 84.4. İcra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsindən: Maddə 158. Müvəqqəti təminat tədbirlərinin növləri və həmin tədbirlərə riayət edilməməsinin nəticələri 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak. 158.4. Cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin əmlakı iddia tələbi həddində siyahıya alınır. 158.5. Bu Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrində göstərilən qadağaların pozulması hallarında fiziki və hüquqi şəxslərdən dövlətin xeyrinə aşağıdakı miqdarda cərimələr tutulur: 158.5.1. qiymətləndirilən iddialar üzrə — iddia qiymətinin 50 faizinədək miqdarda; 158.5.2. qiymətləndirilməyən iddialar üzrə — iki yüz iyirmi manat Məhkəmə nəzərə alır ki, iddiaçıya ziyan cavabdehin qanunsuz hərəkətləri nəticəsinə deyil, X20 ödəniləcək günün məzənnəsi ilə 65000 ABŞ dolları məbləğində borcunun ödənilməməsi nəticəsində dəymişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 400/2015 saylı qətnaməsinin icrası yalnız X21 məxsus reyestr qeydiyyatı olmayan torpaq sahəsinin satılmasından ibarət deyil. Belə ki, bu yalnız qətnamənin icra üsullarından biri ola bilər. Hazırki halda həmçinin qeyd etmək lazımdır ki, sözügedən torpaq sahəsinin məhz iddiaçının qeyd etdiyi qiymətdə satışının baş tutub-tutmaması da real deyil və əvvəlcədən müəyyən edilə bilməzdi. Məhkəmə qeyd edir ki, qanunvericilikdə qətnaməsinin icrasının məcburi qaydada təmin edilməsinin digər vasitələri, eləcə də inzibati və cinayət məsuliyyəti müəyyən edən normalar mövcuddur ki, bu da məhkəmənin iddiaçının borc məbləğini borclu şəxsdən deyil, məhz cavabdehdən tələb etməsinin ədalətli olmamasını bir daha təsdiq edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının məhkəmə qətnaməsinin icrası ilə bağlı hüquqi müdafiə vasitələri tükənməmişdir. Belə olan halda, həmkəmə hesab edir ki, məhkəmə qətnaməsinin məcburi icra üsulu kimi inzibati orqanın hərəkətləri nəticəsində dəymiş məbləğ o zaman tələb edilə bilərdi ki, öz mülkiyyət hüquqlarının reallaşdırılması istiqamətində hüquq sahibi bütün hüquqi müdafiə vasitələrini tükətmiş olsun. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar