Məhkəmə qərarları › İş №2-1(112)-7913/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7913/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7913/2021 29.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındaki filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındaki filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.06.2021-ci il tarixli, **********299200 saylı və 18 iyun 2021-ci il tarixli **********804200 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə yenidən dəqiqləşmə verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.06.2021-ci il tarixli, **********299200 saylı və 30 iyul 2021-ci il tarixli **********910000 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 2019-2020-ci illərin mənfəəti üzrə kameral vergi yoxlaması aparılmış, aparılmış yoxlama nəticəsində 03.06.2021-ci il tarixli və 30.07.2021ci il tarixli qərarlar qəbul olunmuşdur. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.06.2021-ci il tarixli qərarına əsasən, cavabdeh vergi orqanı 2019-cu ilin mənfəət vergisi üzrə əsassız olaraq 1.209.386,88 manat əlavə vergi hesablamışdır. Halbuki, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsinə görə filialın illik 55.519.980,19 manat dövriyyəsi olması bəyan olunmuşdur. Bu dövriyyənin məbləği bank hesabından çıxarış, ƏDV depozit hesabından çıxarış və 2019-cu ilin aylar üzrə ƏDV bəyannamələrində vergi orqanı tərəfindən qəbul edilmişdir. Cavabdeh kameral vergi yoxlama üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktubda dövriyyənin təqdim olunan ƏDV bəyannamələrinə əsasən 62.498.470,17 manat olması, 13.390.786,63 manat məbləğində olan xərclərin vergi orqanın uçot-baza məlumatları ilə təsdiqi tapmadığı bildirilmişdir. Halbuki, əvvəlki cari bəyannamə təqdim olunarkən bunların heç biri barədə uyğunsuzluq məktubu göndərilməmiş və kameral hesablama aparılmamışdır. Daha sonra vergi orqanı tərəfindən 27.04.2021-ci il tarixli kameral yoxlama üçün zəruri olan sənədlərin(məlıımatların) tələb edilməsi haqqında məktubda iddiaçının 2019-cu ilin ƏDV bəyannamələrində dövriyyəsinin 59 3411 101.15 manat olması və 3 820 329.41 manat gəliri dövriyyədən gizlətməyi qeyd olunmuşdur. Ən maraqlısı isə odur ki, "Vergilərin, social sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 03.06.2021-ci il tarixli, **********299200 saylı qərarda dövriyyənin 58.203.514,45 manat olması qeyd olunaraq, bəyən olunan dövriyyə ilə arada yaranan 2.683.534,26 manat məbləğə görə 536.706,85 manat mənfəət vergisi hesablamışdır. “Vergilərin, social sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.06.2021-ci il tarixli, **********299200 saylı qərarda qeyd olunur ki, 2019-cu il üzrə kassa metodu ilə təqdim olunmuş mənfəət vergisinin bəyənnaməsində göstərilmiş 43 687 402.97 manat gəlirdən çıxılan xərclərin 2 809 739. 29 manat məbləğində olan hissəsi vergi orqanının uçot baza məlumatları ilə təsdiqini tapmadığı müəyyən olunmuşdur. Halbuki, 04.05.2021-ci il tarixli məktubla elektron qaimə faktura və yük gömrük bəyənnamələrinə əsasən formalaşmış butun xərclərin tərkibi barədə ətraflı məlumat verilmişdir. Həmiçinin vergi orqanına bu əsasını tapmayan xərclərlə bağlı sorğu göndərilsə də hər hansı müvafiq cavab verilməmişdir. Bu “əsası”nı tapmayan xərclərə görə isə vergi orqanı tam əsassız və qanunsuz olaraq 561 947.85 manat məbləğində kameral vergi məbləği hesablamışdır. Digər hissə isə təmin xərclərinin 115.1. Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır. Göründüyü kimi, Vergi məcəlləsi ilin sonuna qalıq dəyəri nəzərdə tutulduğu halda, vergi orqanı əvvəlki ilin sonuna qaliq dəyəri ilə təmir xərclərini hesablayır ki, bu da qanunsuz və ədalətsizdir. Vergi orqanını bu yanaşması ilə il ərzində alınan nəqliyyat vasitəsinin təmiri ilə bağlı çəkilən xərclər nəzərə alınmamalıdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialında həmçinin 2020-ci ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması keçirtmişdir. Aparılmış yoxlama nəticəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18.06.2021-ci il tarixli, **********804200 saylı qərar qəbul edilmiş və vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə iddiaçıya tələbnamə verilmişdir. Məlum olmuşdur ki, cavabdeh vergi orqanı 2020-ci ilin mənfəət vergisi üzrə əsassız olaraq 1 168 245.29 manat (bir milyon yüz altmış səkkiz min iki yüz qırx beş manat, iyirmi doqquz qəpik) əlavə vergi məbləği hesablamışdır. Bildiririk ki, 16.05.2020-ci il tarixində 2020-ci il üzrə mənfəət vergisi bəyənnaməsi təqdim olunmuşdur və bəyənnamədə filialın illik 62 522 077.33 manat dövriyyəsinin, 64 741 862.87 manat (o cümədən malların təqdim olunması, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə 58 575 310.28 manat, amartizasiya ayırmaları, əsas vəsaitlərin təqdim olunması və ləğv olunması üzrə 3 976 759.15 manat, təmir xərcləri üzrə 686 985.76 manat, sığorta xərcləri 274 602.70 manat, digər xərclər 1 155 493.17 manat, əmlak vergisi 72 711.81 manat) xərclərinin olması bəyan olunmuşdur. Mənfəət vergisi bəyənnaməsinin bütün sətrləri üzrə xərclər elektron qaimə fakturalar və yük gömrük bəyənnamələri ilə təsdiq olunur. Belə ki, filial tərəfindən 2020-ci il ərzində 1 215 155.54 manat dəyərində mallar idxal olunmuş, 58 244 115.34 manat dəyərində isə elektron qaimə fakturalar üzrə mallar, iş və xidmətlər alınmışdır. Vergi Məcəlləsinin müddəalarına əsasən elektron qaimə fakturalar və yük gömrük bəyənnamələri üzrə malların və xidmətlərin alınması vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri hesab olunur. Milli Gəlirlər Baş İdarəsi tərəfindən **********221800 nömrəli, 06.06.2021-ci il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubla təqdim edilmiş bəyənnamə üzrə “7 185 618,50 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin” müəyyən olunması bildirilərək dəqiqləşdirilmiş bəyənnamə verilməsi tələb olunmuşdur. Dəfələrlə vergi orqanına yazılı və şıfahi müraciət etsək də, həmin 7 185 618,50 manat məbləğin haradan və necə müəyyən olunması ilə bağlı iddiaçıya heç bir cavab verilməmişdir. Bundan sonra Milli Gəlirlər Baş İdarəsi tərəfindən **********8207000 nömrəli 14.06.2021-ci il tarixli məktub göndərilərək “8 061 012,00 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin” müəyyən olunması bildirilərək yenidən dəqiqləşdirilmiş bəyənnamə təqdim etməyimiz tələb olunmuşdur. Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən “Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir.” Göründüyü kimi qanunvercilik birmənalı şəkildə vergi ödəyicisinə vergi orqanın məktubuna 5 iş müddətində məktub gödərərək, 10 gün ərzində dəqiqləşdirilmiş hesabat vermək hüququnu tanıyır. Lakin vergi orqanı məcəllənin qeyd olunan normasını pozaraq cəmi 2 iş günü sonra 18.06.2021-ci il tarixli, **********804200 saylı “Vergilərin, social sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etməklə filiala 1.168.245, 29 manat məbləğində vergi məbləği hesablamışdır. Halbuki, həmin gün tərəfimizdən **********841800 nömrəli izahat məktubu və müvafiq sənədlər, habelə dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsi təqdim olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, kameral vergi yoxlaması zamanı 2019-cu il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində göstərilmiş 43687402,97 manat məbləğin gəlirdən çıxılan xərclərin 2809739,29 manat məbləğində olan hissəsi vergi orqanının uçotbaza məlumatları ilə təsdiqini tapmadığı müəyyən edilmişdir. Həmçinin mənfəət vergisi bəyannaməsinin 228.2-ci (Maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə hesablanmış təmir xərcləri) sətrindəki 384679.63 manat məbləğin, əvvəlki ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.1.2-ci sətirinin (əsas vəsaitlərin maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 1012422.62 manat məbləğin Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulmuş 5 faiz təmir xərci normasına hasilindən yaranan 50621.13 manat məbləğdən, həmçinin 228.3-cü (nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri) sətrindəki 456683.84 manat məbləği, əvvəlki ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.1.3-cü sətrinin (əsas vəsaitlərin nəqliyyat vasitələri uzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 992456.20 manat məbləğin Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulmuş 5 faiz təmir xərci normasına hasilindən yaranan 49622.81 manat məbləğdən böyük olduğu müəyyən edilmişdir. Daha sonra vergi orqanı tərəfindən əldə edilmiş məlumatlar əsasında 03.06.2021-ci il tarixli **********299200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən 1209386,88 manat əlavə vergi məbləği hesablanmışdır. Həmçinin araşdırma zamanı müəyyən olunmuşdur ki, kassa metodu ilə təqdim edilmiş 2020-ci il mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı olan xərc hissəsində göstərilmiş cəmi xərc məbləğləri (64 741 863,00 manat) ilə müqayisədə kommunal xərclər (+) Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclərin cəmi ilə müqayisədə cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin müvafiq sətirlərindəki göstəricilərin və baza üzrə təsdiqini tapan digər xərclərin cəmi 56 680 851,00 manat məbləği arasında 8 061 012,00 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə 06.05.2021-ci il tarixli **********221800 və **********820700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq təsdiqedici sənədlər və ətraflı izahat məktubu tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il Mənfəət vergisi bəyannaməsi üzrə 2 219 785,54 manat məbləğində zərər nəzərə alınmaqla, 1 168 245,29 manat əlavə vergi məbləği hesablanmış və vergi ödəyicisinə 18.06.2021-ci il tarixli **********804200 nömrəli “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi iddia ərizəsində əvvəlki dövrlərin təmir xərclərinin nəzərə alınmamasını və xərclərin tərkibinin vergi orqanına təqdim edilməsini bildirmişdir. Göstərilənlərlə bağlı bildiririk ki, vergi orqanı tərəfindən əvvəlki vergi dövrlərində olan təmir xərcləri nəzərə alınmışdır. Belə ki, qərara baxılarsa açıq aydın görünür ki, vergi ödəyicisinin əvvəlki illərin normadan artıq təmir xərcləri 228.2-ci sətr üzrə 181226,27 manat, 228.3-cü sətr üzrə 6232,44 manat nəzərə alınaraq xərclərə əlavə edilmişdir. Halbuki vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində əvvəlki dövrlərdən keçən təmir xərclərini göstərilməmişdir. Bundan əlavə 2019-cu il üzrə mənfəət dövriyyəsinin artırılması ilə bağlı bildiririk ki, vergi ödəyicisində 2018 yanvar və 2019-cu il sentyabr ƏDV dövriyyələri səyyar vergi yoxlaması ilə əhatə olunmuşdur. Səyyar vergi yoxlaması ilə müyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2019-cu ilin 9 ayı ərzində 5 438 014,69 manat məbləğində 6359,72 ton armatur və 1112778,0 manat məbləğində 1236,42 kubmetr dikt alınmışdır. Müəssisənin məlumatına əsasən alınan mallar həmin ay istehsala silinir və ayın sonuna qalıq qalmır. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi şəxslə tərtib edilmiş sertifikata əsasən 2019-cu ilin 9 ayı ərzində 3302867,46 manat məbləğində 2820,18 ton armatur və 564390,97 manat məbləğində 595,4 kubmetr dikt alınmışdır. Əlavə alınmış 2135147,23 manat məbləğində 3539,54 ton armatur və 548387,03 manat məbləğində 641,02 kubmetr dikt üzrə hesablamalar aparılmışdır. Belə ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən qalan 2135147,23 manat məbləğində armatur üzrə 384326,50 manat və 548387,03 manat məbləğində dikt üzrə 98709,67 manat ƏDV hesablanmışdır. Vergi ödəyicisi qeyd edilən hesablamalar ilə razılaşmış və həmin hesablama üzrə çıxarılan 08.04.2021-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından şikayət etməmişdir. Qeyd edilən hesablamalar nəzərə alınmaqla vergi ödəyicisinin 2019cu il üzrə mənfəət dövriyyəsi artırılmışdır. Əlavə olaraq bildiririk ki, 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən xərc kimi nəzərə aldığı məbləğlər vergi uçotu baxımından təmir xərci kimi nəzərə almalı olduğu halda mal material kimi xərcə aid etdiyi məbləğlərdən, həmçinin sosial xarakterli xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsindən ibarət olmuşdur. Nəqliyyat vasitələrinə quraşdırılan və tez xarab olan hissələri (təkər, akkumulyator, yağ filteri, hava filteri və s.) əsas vəsait hesab olunmur. Nəqliyyat vasitələrinin yararsız və tez xarab olan bu hissələrinin alınmasına çəkilən xərclər, eləcə də, həmin hissələrin dəyişdirilməsi və texniki qulluğun göstərilməsi ilə bağlı xidmətlərin dəyəri təmir xərci olmaqla Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına uyğun olaraq norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir, normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna həmin nəqliyyat vasitələrinin qalıq dəyərinə artmasına aid edilir. Göründüyü kimi Vergi Məcəlləsində əsas vəsaitlər üzrə çəkilən xərclər təmir xərcləri kimi nəzərə alınmalı və onlar birbaşa mal material xərci kimi nəzərə alınmamalıdır. Lakin vergi ödəyicisi bu tip xərcləri birbaşa xərclərə aid etməklə Vergi Məcəlləsinin göstərilən normalarının tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Göründüyü kimi iddia bütün mümkünlük şərtlərinə riayət edir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” 03.06.2021ci il tarixli, №**********299200 saylı qərarından görünür ki, 2019-cu ilin mənfəət vergisi üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi olaraq iddiaçıya 1.209.386,88 manat əlavə vergi məbləği hesablanmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” 30.07.2021-ci il tarixli, №**********910000 saylı qərarından görünür ki, 2020-ci ilin mənfəət vergisi üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi olaraq iddiaçıya 1.168.245,29 manat əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərar əsasında iddiaçıya bir növ vergi – mənfəət vergisi üzrə əlavə vergi məbləğləri hesablamışdır. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış mübahisənin səbəbləri – yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergitutma anı barədəki fikir ayrılığı, həmçinin vergi ödəyicisinin hesabat dövrünə ümumi dövriyyənin və gəlirin göstərilməməsi səbəbi ilə kənarlaşmanın yaranması, bundan başqa yoxlanılan dövr üzrə hüquqi şəxsin gəlirin əldə edilməsinə dair xərclər ilə xərc sənədlərində ziddiyyətlərin olması durur. Məhkəmə hesablanmış mənfəət vergisinin əsaslı olub-olmamasını müəyyən etmək məqsədi ilə ilk növbədə yoxlanılan dövr üzrə iddiaçının gəlir və xərclərinə dair məsələyə aydınlıq gətirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, mal hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən gəlir-malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci və 104.2-ci maddələrinə görə, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-ci il tarixli, Q-01 №li Qərarı ilə təsdiq edilmiş “Maliyyə X1na əsasən X3 Qaydaları”nın 2.1.6-cı və 2.1.7-ci maddələrinin tələblərinə görə, gəlir- mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin daxil olması və ya artması, və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır; xərc–mülkiyyətçilər аrаsında kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı, habelə öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır Məhkəmə sadalanan qanunvericiliyin normalarını şərh etməzdən əvvəl qeyd etmək istəyir ki, sahibkarların müəssisə fəaliyyətində əsas məqsədi gəlir (mənfəət) əldə etməkdir. Gəlirlər mahiyyət etibarilə aktivlərin artmasına və öhdəliklərin azalmasına birbaşa təsir edir. Bu zaman kapitalın artımı baş verir və bu artımın mülkiyyətçilərin paylarına heç bir təsiri yoxdur. Müəssisənin əsas gəlir mənbəyi məhsul və xidmət satışından gəlirlərdir. Lakin bununla yanaşı valyuta mübadiləsi, icarə, və s. bunun kimi sahələr də gəlir mənbəyi hesab edilir. Sahibkarlıq fəaliyyəti ilə məşqul olan vergi ödəyicisinin əldə etdiyi mənfəət iki elementin törəməsidir, gəlir çıxılsın xərclər. Milli Mühasibat Standartının Anlayış Sistemində nəzərdə tutulduğu kimi gəlir, xərc və mənfəət anlayışları daha geniş məna ifadə edirlər. Başqa sözlə desək, gəlir, bir müəssisənin fəaliyyəti nəticəsində aldığı, məsələn məhsul və ya xidmətin satdığı, lakin dolayı yolla da əldə edilə bilən ümumi pul məbləği, mənfəət və ya xalis mənfəət isə bütün xərclər çıxıldıqdan sonra qalan pul məbləğidir. Zəruri olan hal isə odur ki, gəlirdən yalnız gəlirin əldə edilməsi ilə bağlı olan xərclər (gəlirdən çıxılmayan xərclər istisna olmaqla VM-nin 109-cu maddə) çıxıldıqdan sonra mənfəət əldə edilir. Məhkəmə ilkin olaraq vurğulamağı zəruri hesab edir ki, mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində inzibati orqan tərəfindən qəbul edilən qərarlar əsasında kameral vergi yoxlaması ilə əhatə olunan dövrlər üçün tətbiq olunmuş vergilərin düzgün hesablanıb-hesablanmamasının, həmçinin iddiaçının yoxlanılan dövrlər üzrə ayrı-ayrılıqda gəlirin, o cümlədən gəlirdən çıxılan xərclərin mövcud olan sənədlər ilə müqayisəli təhlilindən sonra tərkibinin və məbləğin, eləcə də təmir xərclərinin müəyyən edilməsi ilə bağlı araşdırma aparmış, araşdırmanın xüsusi bilik tələb olunmasını nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinin nəticə hissəsindən görünür ki, məhkəmə tərəfindən ekspertlər qarşısında qoyulmuş suallara aşağıdaki kimi cavab verilmişdir: Birinci, doqquzuncu, onuncu və on birinci suallar üzrə: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialı tərəfindən 2019-2020-ci illər üzrə vergi orqanına təqdim olunmuş mənfəət vergisi bəyannamələri Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının tələbinə uyğun olaraq verilmişdir. O cümlədən, yoxlanılan dövr ərzində təmir xərcləri dərəcəsinin istifadə olunmamış hissəsi də mövcud deyil. “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialı barəsində cavabdehAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.06.2021-ci il tarixli, **********299200 saylı və 30 iyul 2021-ci il tarixli **********910000 saylı qərarları ilə hər bir yoxlanılan dövrdə mənfəət vergisi üzrə hesablanmış əlavə vergi məbləğlərinin düzgün hesablanmadığı müəyyən olunur. İkinci sual üzrə: iş materiallarında olan bank çıxarışları, ƏDV depozit hesabından çıxarış və “Aralıq Sertifikat”lara əsasən “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialının 2019-cu il üzrə bank hesabına 55.519.980,19 manat, ƏDV depozit hesabına isə 10.036.428,43 manat məbləğində vəsaitin daxil olduğu müəyyən olunur ki, bu dövriyyənin də iş materiallarında olan 2019-cu il üçün mənfəət vergisi bəyannaməsində əks etdirildiyi müəyyən edilir. Yəni təqdim edilmiş iş materiallarına əsasən Filial tərəfindən dövriyyə məbləğini artıran digər heç bir maliyyə əməliyyatı aparılmamışdır. Üçüncü sual üzrə: “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialının 2019-cu il üzrə illik mənfəətinin 11.836.609,27 manat olması, eyni zamanda 2018-ci il üzrə 16.03.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı əsasında 3.582.205,90 manat məbləğində zərərin olması və bunlara uyğun olaraq da 1.650.880,67 manat məbləğində mənfəət vergisinin olması müəyyən olunur. 2020-ci il üzrə isə 1.077.235,31 manat məbləğində zərərin olması müəyyən olunur. Dördüncü sual üzrə: “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialı tərəfindən 2019-cu il ərzində 1162 ədəd elektron qaimə-faktura əsasında 122 növdə mallar alınmışdır. 2020-ci il üzrə isə 2816 ədəd elektron qaiməfaktura əsasında 17305 adda müxtəlif növ mallar, iş və xidmətlər və 12 ədəd yük-gömrük bəyannaməsi əsasında mallar alınmışdır. Yəni mənfəət vergisi üzrə mal-material və xidmətlərin göstərilməsi ilə bağlı xərclərin hamısı elektron-qaimə faktura, yük-gömrük bəyannamələri və buna uyğun olaraq bank hesabı üzərindən köçürmələr əsasında hesablanmışdır. Beşinci sual üzrə: “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialının 2019 və 2020-ci illər üzrə gəlirdən çıxılmalı olan xərclərinin tərkibləri göstərilmiş, 2019-cı il üzrə cəmi xərcin-43.687.402,97 manat, ödənilməli mənfəət verigisinin -1.650.074, 26 manat; 2020-ci il üzrə cəmi xərcin- 63.599.312,64 manat olduğu göstərilmişdir. Altıncı, yeddinci və səkkizinci suallar üzrə: “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialının 2019 və 2020-ci illər üzrə təqdim olunmuş mənfəət vergi bəyannamələrində əks olunmuş bütün xərclər elektron-qaimə fakturalar, yük-gömrük bəyannaməəri və bunlara əsasən aparılmış bank köçürmələri və s. ilə öz təsdiqi tapmışdır. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlərin ciddi hesabat sənədləri olması və həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınmasının iddaçının tətbiq etdiyi kassa metodunun tələblərinə uyğun olması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, xərclərin tərkibi hər il üzrə ayrı-ayrılıqda hazırki rəyin birinci və beşinci suallarında göstərilmişdir. Məhkəmə ekspert rəyini, bank hesabdan çıxarışları, ƏDV depozit hesabatını, aralıq serfitikatının və ilkin mühasibat sənədlərində əks olunan məlumatlara birgə qiymət verdikdə müəyyən edir ki, 2019-2020-ci illəri əhatə edən dövrlər üzrə iddiaçının bəyan etdiyi gəlir, gəlirdən çıxılan xərclər və zərər məbləğləri düzgün olaraq göstərilmişdir. Belə ki, qaimə-fakturalar və yük-gömrük bəyənnamələri əsasında məlum olmuşdur ki, iddiaçının 2019-cu il üzrə bank hesabına 55.519.980,19 manat (1-ci ayında 0,00 manat + 2-ci ayında 17 280 555,52 manat + 3-cü ayında 0,00 manat + 4-cü ayında 0,00 manat + 5-ci ayında 6 134 748,28 manat + 6-cı ayında 6 551 055,50 manat + 7-ci ayında 0,00 manat + 8-ci ayında 5 319 424,39 manat + 9-cu ayında 5 829 825,50 manat + 10-cu ayında 7 999 353,78 manat + 11-ci ayında 0,00 manat + 12-ci ayında 6 405 017,22 manat məbləği = 55 519 980,19 manat məbləği), ƏDV depozit hesabına isə 10.036.428,43 manat daxil olmuşdur. Filialın 2019-cu il üzrə bəyan etdiyi gəlirdən çıxılan xərclər 43.687.402,97 manat təşkil edir. Göründüyü kimi, iddiaçının illik gəlirinin məbləği 55.519.980,19 manat, illik mənfəətinin 11.836.609,27 manat, gəlirdən çıxılan xərcləri isə 43.687.402,97 manat təşkil etmişdir. Eyni zamanda 2018-ci il üzrə 16.03.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı əsasında 3.582.205,90 manat məbləğində zərərin olması və bunlara uyğun olaraq da 1.650.880,67 manat məbləğində mənfəət vergisinin hesablanması müəyyən olunmuşdur. Başqa sözlə desək, cavabdeh tərəfindən iddiaçının əldə etdiyi illik gəlirinin azaldılması və 43.687.402,97 manat gəlirdən çıxılan xərclərin 2.809.739,29 manat məbləğində olan hissənin vergi orqanın uçot baza məlumatları ilə təsdiqini tapmadığına dair irəli sürülən mülahizələr təkzib olunmuşdur. Məhkəmə bildirir ki, 2020-ci ilin mənfəət vergisi üzrə kameral vergi yoxlamasının aparılmasının nəticəsində qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.07.2021-ci il tarixli qərar əsasında iddiaçıya 1.168.245,29 manat əlavə vergi məbləği hesablanmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, Filialın il üzrə çəkilmiş xərclərinin məbləği 63.599.312,64 manat təşkil etmiş, xərclərin tərkibində elektron qaimə-faktura və yük-gömrük bəyannamələri üzrə malların, işlərin və xidmətlərin alınması 53.169.706,16 manat digər xərclər amartizasiya, təmir, əmək haqqı və s. 10.429.606,48 manat təşkil etmişdir. Filial tərəfindən ümumilikdə 2020-ci il üzrə 1.077.235,31 manat məbləğində zərər müəyyən olunmuşdur. Göründüyü kimi, Filialın bəyan etdiyi illik gəlir məbləğləri ilə bağlı zidiyyətli məqamlar olmamış, həmçinni Filial tərəfindən dövriyyə məbləğini artıran digər heç bir maliyyə əməliyyatı aparılmamışdır. Bundan başqa, Filialın 2019 və 2020-ci illər üzrə təqdim olunmuş mənfəət vergi bəyannamələrində əks olunmuş bütün xərclər elektron qaimə-fakturaları, yük-gömrük bəyannamələri və bunlara əsasən aparılmış banl köçürmələri, həmçinin espert rəyində öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, təqdim olunmuş iş materiallarında olan gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlərin ciddi hesab sənədləri olması və həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınmasının iddiaçının tətbiq etdiyi kassa metodunun tələblərinə uyğun olması da müəyyən olunur. Məhkəmə cavabdehin etirazda göstərdiyi sosial xarakterli xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsi ilə bağlı irəli sürdüyü mülahizələrə münasibət bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, Filial tərəfindən 2019-cu il ərzində 345.421 manat məbləğində, 2020-ci il üzrə 841.775,10 manat məbləğində sosial xərclər çəkilmişdir ki, bu da mənfəət vergisi məqsədləri üçün xərclərin tərkibinə aid edilmir. Belə ki, Vergi Məcəlləsinin 109-cu maddəsinə görə əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla) , habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq sosial xərclər ilə bağlı çəkilmiş xərcləri gəlirdən çıxılmalı xərclərin tərkibinə aid etməmişdir. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki,eksper rəyindən və iş materiallarında olan maliyyə sənədlərindən savayi, iddianın əsaslı olduğunu təsdiq edən digər mötəbər dəlildə Vergi Məcəlləsinin və Mühasibat uçotu haqqında Qanunun tələbləri baxımından cavabdehin mübahisələndirilən qərarların qəbul edilməsi zamanı hesablaşma metoduna aid xüsuslardan istifadə etməsidir. Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanunun 2.1.3-cü maddəsinə əsasən maliyyə X1 – bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş X4 Standartları, Maliyyə X1 və bu standartlar üzrə həmin beynəlxalq təşkilatın şərhləridir. Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində dövlət tənzimləməsinin əsas məqsədi Maliyyə X1, Kiçik və X5 üçün Maliyyə X1, İctimai Sektor üçün X4 Standartları və uçot qaydaları əsasında ölkədə maliyyə hesabatlarının tərtib olunmasını və X3nı təmin etməkdən ibarətdir. Maliyyə hesabatlari üzrə konseptual əsaslarında Hesablama metodu ilə əks olunmuş maliyyə məlumatı nəzərdə tutulmuş və aşağıda göstərlən kimidir. OB17 Hesablama metodu, əməliyyatların və digər hadisələrin və halların hesabat verən müəssisənin iqtisadi resursları və iddialarına təsirini, hətta yaranan pul daxilolmaları və ödənişlər müxtəlif dövrlərdə baş verdikdə belə, bu təsirlərin baş verdiyi dövrlərdə göstərir. Bu çox vacibdir, çünki hər hansı dövrdə hesabat verən müəssisənin resursları və iddiaları və onlarda dəyişikliklər haqqında məlumat müəssisənin keçmiş və gələcək fəaliyyətini qiymətləndirmək üçün, yalnız pul vəsaitlərinin daxilolmaları və ödənişləri haqqında məlumata nisbətən daha yaxşı əsas verir. OB18.Hesabat verən müəssisənin hansısa dövr ərzində, birbaşa olaraq investorlardan və kreditorlardan (OB21) saylı paraqrafa bax) əlavə resursların əldə edilməsindən başqa, iqtisadi resurslar və iddialarda dəyişikliklərvasitəsilə əks olunmuş maliyyə fəaliyyəti haqqında məlumatı, müəssisənin keçmişdə və gələcəkdə xalis puldaxilolmalarını təmin etmək qabiliyyətini qiymətləndirməkdə faydalıdır. Bu məlumat müəssisənin mövcud iqtisadi resurslarını nə dərəcədə yüksəltdiyini və beləliklə onun, birbaşa olaraq investorlardan vəkreditorlardan əlavə resursların əldə edilməsindən başqa, öz əməliyyatları vasitəsilə xalis puldaxilolmalarını təmin etmək gücünü göstərir. OB19. Hesabat verən müəssisənin hansısa dövr ərzində maliyyə fəaliyyəti haqqında məlumatı, bazar qiymətləri və ya faiz dərəcələrindəki dəyişikliklərin müəssisənin iqtisadi resurslar və iddialarını nə dərəcədə artırıb və ya azaltmasını və beləliklə müəssisənin xalis pul daxilolmalarını təmin etmək bacarığına təsirini göstərə bilər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası “vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 07 sentyabr 2016 –ci il tarixli **********011400 saylı qərar qəbul etmişdir.Həmin qərarın 1-ci bəndinə əsasən “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi və səyyar vergi yoxlamasının aparılmasına dair Qaydalar” təsdiq edimişdir. Qaydaların 27.1.50-ci maddəsinə əsasən ilin əvvəlinə və sonuna balans məbləğləri və böyük dəyişikliklərin olub-olmaması; həmçinin qaydaların 27.1.51. ilin sonuna qalıqları əks etdirən yekun və hesablama cədvəlləri, yekun rəqəmlərin baş kitab və bəyannamə ilə üzləşdirilməsi, malların inventarizasiyasının aparılması zərurətinin yoxlanması vergi orqanının vəzifəsidir. Balans və baş kitab mühasibat uçotunun elementi olduğu üçün və mühasibat uçotu yalnız hesablaşma metodu ilə aparıldığı üçün mənfəət vergi bəyannaməsinin 1 saylı əlavəsi balans və baş kitaba uyğun tərtib edilməlidir. Ona görə də mənfəət vergi bəyannaməsi kassa metodu ilə təqdim edilməsindən aslı olmayaq mənfəət vergi bəyannaməsinin 1 saylı əlavəsi balans və baş kitaba uyğun tərtib edildiyi üçün hesablaşma metodu ilə tərtib edilir. Vergi Məcəlləsinin 131-134-cü maddələrində kassa metodu ilə mənfəət vergi bəyannaməsinin hazırlanması nəzərdə tutulmuş və aşağıda göstərlən kimidir. Maddə 131. Kassa metodu ilə gəlirin və xərcin uçotu prinsipləri Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Maddə 132. Kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. 132.2. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Maddə 133. Kassa metodundan istifadə olunarkən xərcin çəkilməsi vaxtı 133.1. Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. 133.2. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. 133.3. Vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır. 133.4. Borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir. Yuxarıda səciyyəlinmiş qanunvericiliyin və normativ hüquqi aktların normalarına görə, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlir və xərclərin vaxtı-vaxtında dəqiq uçotunu aparmağa borcludur. Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər. Nəzərə alınmalıdır ki, hesablaşma metodu ilə malların təqdim edilməsi işlərin görülməsi və xidmətlərin görülməsindən gəlirin alıcı tərəfindən ödənilməsi və həmin hal üzrə debitor borcun ləğv edilməsindən aslı olmayaq gəlirin əldə edilmə anı hesab edilir.(alcı tərəfindən öhdəlik kimi qəbul edilmişdirsə). Kassa metodu ilə gəlirin və xərcin tanınması hesablaşma metodu ilə onunla fərqlənir ki, gəlir alıcının sərəncamına daxil olmalı və ya debitor borc tərəflər arasında qarşılıqlı razılıqla siliməli, xərclər üzrə göstərilən hal üzrə fərqlənir ki, kassa metudunda xərcin öhdəlik kimi qəbul edilməsindən əlavə, xərcin ödənilməsi və ya tərəflərin qarşılıqlı razlığı ilə silinməlidir. Ona görədə kassa metodu ilə mənfəət vergi bəyannaməsinin təqdim edilməsi vaxtı gəlir və xərc maddələrinin bəyannamənin 1 saylı əlavəsinə, həmçinin gəlir və xərc maddələrinin mövcudluğunu təsdiq edən digər sübutlar arasında fərqin mövcud olması mühasibat uçotu haqqında normativ hüquqi atkların və Vergi Məcəlləsinin tələblərini pozmur. İşdə olan sənədlərdən görünür ki, 2019-cü il mənfəət vergi bəyannaməsi üzrə kameral vergi yoxlamasını başa çatdırılması üçün zəruri sənədlərin (məlumatların) təqdim edilməsi haqqında 27 aprel 2021-ci il tarixli məktub 8 bənddən ibratətdir. 4-cu və 8-ci bənd istsna olmaqla qalan bənlərdə göstərilmiş uyğunsuzluqlar Vergi Məcəlləsi 115-ci maddəsinə aid olan sullardır. 4-cü və 8-ci sual ƏDV bəyannəməsinin illik dövriyyəsi ilə mənfəət vergi bəyayyaməsinədə göstərilmiş gəlir arasındakı fərq barədədir. 2020-cü il mənfəət vergi bəyannaməsi üzrə kameral vergi yoxlamasını başa çatdırılması üçün zəruri sənədlərin (məlumatların) təqdim edilməsi haqqında 14 iyun 2021-ci il tarixli məktub isə 2 bənddən ibratətdir. Hər iki uyğunsuzluq digər şəxslərdən alınmış mal və materallar ilə mənfəət vergi bəyannaməsinin xərc hissəsi uyğunsuzluq barədədir. Məhkəmə bildirir ki, sözügedən məktubların təmir xərcini istisna edən bəndlər yuxarıda ətraflı olaraq şərh edilmiş, ekspert rəyi mötəbər sübut sayılaraq əsas götürülmüşdür. Təmir xərci ilə bağlı olan hissəyə münasibətdə isə məhkəmə bildirir ki, Vergi Məcəlləsinin 115-ci maddəsi təmirlə bağlı xərclərin gəlirdən çıxılması ilə əlaqədardır. Həmin maddə yalnız mənfəət vergi bəyannaməsi hesablaşa metodu ilə təqdim edildikdə xərci təsdiq edən sənədlərlə müqaisə etmək mümkün olardı. Lakin kassa metodu ilə mənfəət vergi bəyannaməsi təqdim edildikdə xərcin tanınması ilə yanışı həmin xərcin ödənilməsi və xərcin çəkilməsi ilə əlaqədar kreditor borcun silməsi tələb olunur. Lakin Məcəllənin 115-ci maddəsində kassa metodu ilə təmir xərclərinin gəlirdən çıxılması nəzərdə tutulmamışdır. Mənfəət vergi bəyannaməsinin xərc hissəsinin bir hissəsinin kassa metodu ilə təmir xərclərinin hesablaşma metodu ilə tərtib edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Məhkəmə yuxarıda göstərilənlərin hüquqi tətbiqi olaraq hansı məqamların vergi ödəyicisinin xeyrinə şərh edilməsinə münasibət bildirir. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. İnzibati Prosesual Məcəllənin 1.2-ci maddsinəəsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosesual Məcəllənin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Qara-Qaya” Assosiasiyasının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 11 oktyabr 2016-ci il tarixli Qəraında göstərlir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. 29 noyar 2019-cu il tarixli Vergi Məcəlləsinə əlavə və dəyişiklik edilməsi haqqında qanun 01 yanvar 2020-ci il tarixdən hüquqi qüvvəyə malikdir. Həmin Qanunla Məcəllənin 166-ci maddəsi yəni vergi tutulan əməliyyatların aparıldığı vaxt yeni redaksiya verilmişdir. 01.01.2020-ci il tarixə kimi qüvvədə olan Məcəllənin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: 166.1.1.Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda; və yaxud; 166.1.2. malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda. 01.01.2020-ci il tarixə kimi qüvvədə olan Məcəllənin 166.1-ci maddəsində vergi tutulan dövriyyən müəyyən edilməsi mənfəət vergisi bəyyanəsinin hesablaşma medodu ilə təqdim edilməsinə prinsip etibarə ilə yaxın olmuşdur. Vergi orqanının 2019-ci ilin kassa metodu ilə təqdim edilmiş mənfəət vergi bəyannaməsinin gəlir üzrə dövriyyəsini ƏDV bəyyannaməsində göstərilmiş illik vergi tutulan dövriyyə ilə müqaisə etmək Vergi Məcəlləsinin tələblərinə ziddiyyət təşkil edir. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi mənfəət vergi bəyannaməsini hesablaşma metodu ilə təqdim etdiyi halda, vergi orqanı göstərilən qərarları qəbul etmək hüququna malik olardı. Məhkəmə hesab edir ki, kameral vergi yoxlamasını əhatə edən dövrlər üzrə mənfəət vergi bəyannaməsi kassa metodu ilə təqdim edildiyindən, həmçinin vergi bəyannaməsində gəlirdən çıxılan xər kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi kassa metodunun tələblərinə uyğun olması ekspert rəyi ilə sübut olduğundan, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablaşma metoduna aid olan xüsusların qəbul edilmiş qərarla münasibətdə tətbiq olunması əsassız olduğundan,mübahisələndirilən qərarlar qanunvericiliyin tələblərinə zidd olaraq qəbul edilmişdir. Bundan başqa məhkəmə vurğulamağı zəruri hesab edir ki, ümumiyyətlə yoxlanılan dövr ərzində təmir xərcləri dərəcəsinin istifadə olunmamış hissəsi də mövcud olmamış bu hal müvafiq ekspert rəyi ilə də sübut olunmuşdur. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, təmir xərclərinin mühasibat uçotunda əks etdirilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibatı uçotunda əks etdirilməsinə dair Qaydalar” ilə tənzimlənir. Qaydalarin müddəalarına əsasən təmir məsrəfləri əsaslı təmir məsrəflərindən və cari təmir məsrəflərindən ibarətdir. Əsaslı təmir məsrəfləri əsas fondların istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir. Əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tez köhnələn) hissələrinin vədetallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflər isə cari təmir məsrəflərinə aid edilir. Qeyd olunmalıdır ki, Filial tərəfindən yalnız avtomobil ehtiyyat hissələrinin yalnız cari təmirinə aid olan xərclər mənfəət vergisi bəyannamələrində xərc kimi nəzər alınmışdır. Bu xərclərə yalnız təkər, yağ lifləri, hava filtirinin alınması və servisi üzrə xidmətlər daxildir.Digər ehtiyat hissələrinin hamsı əsas vəsaitlərə aid edilərək, xərcə salınmamışdır. Bundan başqa məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş qərarın (2019-cu il mənfəət üzrə) prosessual cəhətdən əsassız olmasına münasibətdə Vergi Məcəlləsinin aşağıdaki müddəalarını tətbiq edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. -37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -37-5-ci maddəsinə əsasən, bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. -37.6-cı maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə, kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın qərarları da, 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Belə ki, kameral vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən (qərarın vergi ödəyicisinə göndərilməsi üçün Vergi Məcəlləsinin 37.4-cü maddəsində müəyyən edilmiş 5 günlük müddət istisna edilməklə) həmin qərar da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməli idi. Halbuki, iş materiallarından da göründüyü kimi 2019-cu il üzrə mənfəət vergisinə dair bəyannamə 30.06.2020-ci il tarixində təqdim edilmiş, texniki xarakterli düzəlişlər məqsədi ilə həmin dövriyyə və xərclər saxlanılmaqla dəqiqləşdirilmiş vergi bəyənnaməsi isə 25.01.2021-ci il tarixində təqdim olunmuşdur. Lakin, cavabdeh inzibati orqan 12.02.2021-ci il , 02.03.2021-ci il və 27.04.2021-ci il tarixlərdə kameral yoxlama üçün zəruri olan sənədlərin(məlumatların) tələb edilməsi haqqında məktublar ilə müraciət etmiş və son olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 03.06.2021-ci il tarixdə qəbul etmişdir. Göründüyü kimi, vergi orqanı 30 günlək müddət başa çatdıqdan sonra “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 03.06.2021-ci il tarixli qərarı qəbul etmişdir. Məhkəmə bildirir ki, oxşar işlər üzrə formalaşmış Ali Məhkəməsinin təcrübəsinə görə kameral vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən (qərarın vergi ödəyicisinə göndərilməsi üçün Vergi Məcəlləsinin 37.4-cü maddəsində müəyyən edilmiş 5 günlük müddət istisna edilməklə) həmin qərar da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməlidir. (Bax: Ali Məhkəmənin №2-1(102)- 3009/2019 saylı qərarı) İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Azərbaycan Respublikasının İPM-nin 111.1-ci maddəsinə əsasən proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. İddia tələbi tam təmin edildiyindən Məhkəmə hesab edir ki, ekspertiza xərcinin ödənilməsi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.06.2021-ci il tarixli, **********299200 saylı və 30 iyul 2021-ci il tarixli **********910000 saylı qərarları ləğv edilsin. 200 manat məbləğində ekspertiza xərcinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar