Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7914/2021 13.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin tutulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ :
1. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın 25.06.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh artıq ödənilmiş 10107,95 manat pensiya məbləğinin tutulması tələbini irəli sürmüşdür (iş№2-1(112)-7914/2021).
2. Ona qədər iddiaçı Cavabdeh 08.04.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh dayandırılmış əmək pensiyasının yenidən verilməsinin təmin edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi tələbini irəli sürmüşdür (iş№2-1(112)-5622/2021).
3. Məhkəmə qeyd edir ki, qaldırılmış iddia tələbləri üzrə iddianın növləri İnzibati- Prosessual Məcəllənin 53.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsini istisna etmədiyindən Bakı İnzibati Məhkəməsinin 13.08.2021-ci il tarixli qərardadı ilə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə hazırki 2-1(112)-7914/2021 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-5622/2021 nömrəli işlə inzibati iş üzrə icraata birləşdirilmişdir.
4. İnzibati-Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir.
5. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz.
6. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.
7. Hazırki iş üzrə icraata müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi ilə əlaqədar xitam verildiyindən eyni qayda həmin qərardada da şamil olunmalıdır.
8. Göstərilənlərə əsasən və İPM-in 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
2-1(112)-7914/2021 nömrəli iş üzrə məhkəmə icraatına 2-1(112)-5622/2021 nömrəli iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilsin. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz.
Hakim Günel Sevdimalıyeva