Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7914/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik dərəcəsinin bərpa edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh qurum Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətsizliyinin obyektiv qiymətləndirilərək, üçüncü dərəcə əlilliyinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Talib qızma xx.xx.2018-ci il tarixdə təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2018-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli 2-1(112)- 5174/2022 saylı qərarı ilə iddia tələbimiz təmin edilmişdir. Daha sonra cavabdeh orqan tərəfindən Bakı Apellyasiya Məhkəməsinə müraciət edilərək qərarın ləğv edilməsi və iddia tələbimizin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2-1(103)-2710/2022 nömrəli qərara əsasən qərar dəyişdirilmədən saxlanılmış və apellyasiya şikayəti təmin edilməmişdir. Həmin zamandan etibarən tərəfimdən İİİ qrup əlillik pensiyası aylıq olaraq alınmışdır. Lakin xx.xx.2024-cü il tarixli bildiriş məktubu cavabdeh orqan tərəfindən bizə ünvanlanaraq xx.xx.2018-ci il tarixdə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyimin ləğvi barədə qərar qəbul edildiyi qeyd edilmişdir. Ləğv edilmənin əsası kimi isə mənim heç bir məlumatımın olmadığı xx.xx.2023-cü il tarixində keçirilmiş əyani yoxlamada iştirak etməməyim qeyd edilmişdir. Sözügedən əyani yoxlanış barədə mənim bu zamana qədər hər hansı bir məlumatım olmamışdır. Bu səbəbdən tərəfimdən iştirakım təmin edilməmişdir. Həmin məlumat mənə rəsmi qaydada təqdim edilsə idi, həmin yoxlanışda iştirakım tərəfimdən təmin edilərdi. Qeyd edilənlərdən də aydın olur ki,cavabdeh tərəfindən hər hansı bir əsas olmadan, boş kimi dəyərləndiriləcək səbəblərdən ötrü mənim əlillik pensiyam ləğv edilmişdir. Həmçinin aydın olur ki, cavabdeh orqan Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərarın icrasını qərəzli şəkildə icra etməkdən boyun qaçırır. Halbuki, məkhəmə qərarlarına nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, mənə İİİ qrup əlillik müddətsiz olaraq təyin edilmişdir. Bu səbəbdən də hesab edirik ki, cavabdeh orqanın bu kimi hərəkətləri qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. İddiaçı tərəf xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək cavabdeh Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixdən “diaqnozun əlillilik əlaməti təyin etməməyi” barədə qərarının ləğv edilməsi və ona 3-cü qrup əlilliyinin ləvğ edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Təqdim edilmiş inzibati icraat materiallarından görünür ki: -İddiaçı Talib qızının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli, 4110003AADC4 saylı göndərişi əsasında qiymətləndirilmiş və “Gözdən əlil; X1:Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın xəstəlikləri => H35 - Tor qişanın digər xəstəlikləri => H35.0 - Fon retinopatiyaları və retinal d...; Diaqnozun mətni: Arxa qütbün və ləkənin degenerasiyası, Xəstə xx.xx.2018-ci il tarixində Z.Əliyeva adına MOM-da müayinədə olub. Müayinə protokoluna əsasən ona, 927N-İİ rəylə diaqnoz təyin edilib-OD-mərkəzi seroz xoriorrtinopatiya. OU-zəif dərəcəli hipermetropiya. H 2.OD; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondan az olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4)” səbəbi ilə ona müddətsiz üçüncü dərəcə əlillik təyin olunmuşdur. -Əlillərin sosial X3 məruzəsi ilə 72 nəfərin, o cümlədən iddiaçının əlilliyinin təyini üçün əsas olmuş göndərişin etibarsız edilməsi barədə daxil olduğu məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi xx.xx.2018-ci il tarixdən etibarsız edilmişdir. Bakı İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(112)-5174/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Talib qızına xx.xx.2018-ci il tarixdə təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2018-ci il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-2710/2022 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)- 540/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2-1(103)-2710/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli Qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Talib qızına (FİN:xxxxxxx) dair Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADC4 nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2018-ci il tarixində ilkin olaraq qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.14 bəndinə müvafiq olaraq Ümumi xəstəlik-gözdən əlil səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Lakin vətəndaşın əlilliyi xx.xx.2018-ci il tarixində **********2 nömrəli ESDAS-nömrəsi ilə etibarsız edilmiş, vətəndaşın məhkəməyə müraciəti əsasında xx.xx.2023-cü il tarixində 3-17-4/3-1-15398/2023-nömrəli məhkəmə qərarı əsasında bərpa edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-M-31122/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı 2018-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17- 4/2-M-31122/2023 nömrəli iddiaçıya ünvanladığı bildirişdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda: Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qeyd edilənləri nəzərə alaraq siz xx.xx.2023-cü il tarixində saat 13:10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunursunuz. Əyani müayinəyə gələrkən özünüzlə mövcud xəstəliyinizə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (məs: qərar şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə - 7Z” formalı akt: həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki. əyani müayinəyə gəlmədiyiniz halda, iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəkdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17- 4/2-M-4804/2024 nömrəli iddiaçıya ünvanladığı bildirişdə qeyd edilmişdir ki, zərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq siz xx.xx.2023-cü il tarixinə Agentliyə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmusunuz. Həmin bildirişlərdə əyani müayinəyə gəlmədiyiniz halda, iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, sizə ümumi xəstəlik-gözdən əlil şəxs səbəbindən xx.xx.2018-ci il tarixində təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyinizin ləğvi barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya məhkəməyə şikayət vermək hüququna maliksiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5174/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli qərarının icra edilməməsi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə cərimənin təyin edilməsindən imtina olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3289/2024 xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5174/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, iş mateiallarının iddiaçının ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin qərardadında qeyd edilmişdir ki, “(...) Lakin bu zaman birinci instansiya məhkəməsi, cavabdeh tərəfindən inzibati icraat qaydalarına uyğun hərəkət etməsi yoxlanılmamış, bununla bağlı demək olar ki, heç bir araşdırma aparmamışdır. İş materiallarından təkcə görünən odur ki, cavabdeh orqan iddiaçya ünvanladığı xx.xx.2014-cü il tarixli yeganə bildirişində onun əyani müayinəyə dəvət olunduğunu bildirərək, gəlmədiyi təqdirdə onun iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyini bildirmişdir. Məhkəmə kollegiyası birincisi onu qeyd edir ki, həmin bildirişin göndərilməsi barədə qəbz işə əlavə olunsa da, iddiaçının özünə təqdim olunmasına dair sənəd-sübut mövcud deyil. Belə ki, iş materillarına əsasən iddiaçının ünvanı ünvan 1 Nəsimi rayonu, ünvan 2 ünvanına göndərilmiş və kimliyi, o cümlədən iddiaçının nümayəndəsi olub-olmadığı bilinməyən şəxsə verilmişdir. İddiaçı isə isralıdır ki, bu barədə ona hər hansı bir məlumat verilməmişdir. İkincisi, iddiaçıya TSEK-in xx.xx.2018-ci il tarixli müayinə aktı ilə müddətsiz əlillik təyin edildiyi halda, adıçəkilən bildirişdə onun yenidən müayinəyə dəvət olunduğu görünür ki, bu da əlilliyin müddətsiz təyinatına və hüquqi müəyyənlik prinsipinə ziddir. Yəni, əgər cavabdeh iddiaçının etimad etdiyi əlverişli inzibati aktın ləğv edilməsi və ya etibarsızlıq məsələsini həll etməkdə niyyətlidirsə, məhz, bu barədə də ona məlumat verməklə, həm də onun iştirakını təmin etməklə, “İnzibati icraat haqqında” Qanunun 28, 36, 65 və 67-ci maddələrinin tələbləri çərçivəsində inzibati icraatı təşkil etmək və nəticəsi barədə həmin Qanunun 61-ci maddəsinə uyğun yeni akt qəbul etmək onun xidməti vəzifəsidir. Üçüncüsü, iddiaçının apellyasiya şikayətinə etirazından hətta aydın olur ki, iddiaçı barəsində onun iştirakı olmadan, inzibati icraat başlanılmış və tibbi göndəriş artıq etibarsız da hesab edilərək onun əlillik statusu qüvvədən düşmüş və iddiaçı həmin qərarv Bakı İnzibati Məhkəməsində mübahisələndirmiş və məhkəmədə 2-1(112)-7914/2024 saylı inzibati məhkəmə icraatı başlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə cavabdehin qeyd olunan qərarı və həmin qərarın qəbul edilməsi ilə bağlı sənədlər məhkəmə araşdırmasının obyektini təşkil etməmişdir. Dördüncüsü, iddiaçı barəsində tibbi göndərişin etibarsız hesab edilməsi yeni qərarının məhkəmə qaydasında mübahisələndirilsə belə, həmin akt üzrə yenu məhkəmə aktı qəbul olunandək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə öz bərpasını tapmış xx.xx.2018-ci il tarixli ilkin əlverişli aktın icrasının dayandırılması üçün səbəb ola bilməz. Göründüyü kimi bundan əvvəlki etibarsızlıqla bağlı cavabdehin hərəkətləri inzibati məhkəmə icraatında mübahisələndirilmiş, məhkəmə icraatından sonra cavabdeh yenidən yeni icraat açma ilə bağlı zəruri tədbirləri görməmiş, məhkəmənin qanuni qüvvəsi almış icrası lazımı qaydada həyata keçirilməmişdir.” Bunun nəticəsidir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin cərimə edilməsi ilə bağlı ərizəyə baxarkən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını ləğv etmiş, iddiaçının cərimə təyin edilməsi barədə ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir. Başqa sözlə hazırkı halda məhkəmə hesab edir ki, nə qədər ki, apelyasiya instansiyası məhkəməsi sonuncu qərardadı ilə iddiaçının əlillyin bərpa edilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarının icra edilmədiyini, inzibati orqanın məhkəmə icraatından sonra əlilliyi bərpa etmədiyini və yeni icraat açma ilə bağlı zəruri tədbirləri görmədiyini qeyd edərək inzibati orqanın hərəkətlərini ərizə icraatında yoxlayaraq hüquqi qiymət vermiş, bu halda həmin icraat nəticələnmədən, yəni əlilliyi əlillik alt sistemində bərpa edilmədən sonrakı hərəkətlər (qərar və ya hərəkətsizlik) hüquqi nəticə yaratmır və belə olan halda iddiaçının hüquqi marağı alt sistemdə etibarlılığı bərpa edilməmiş əlilliyin sonradan ləğvi ilə bağlı cavabdehin bir digər qərarının ləğvinin mübahisələndirilməsi ilə müəyyən olunmur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı iddia inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik dərəcəsinin bərpa edilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7914/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7914/2024
09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver