Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7917/2022 12.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 06 aprel 2022-ci il tarixli, NA00004078 saylı qərarın ləğv edilməsi, “X8 və Xidmət Universiteti” tərəfindən ona verilmiş 105004 ******* №-li, 18 may 2021-ci il tarixli (015020 qeydiyyat nömrəsi) bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1987-ci ildə anadan olmuşdur. 2016-2021-ci illərdə “X8 və Xidmət Universiteti”nin “Menecment” ixtisası üzrə Bakalavriat (qiyabi) dərəcəsi səviyyəsində təhsil almışdır. Bu barədə təhsil aldığı “X8 və Xidmət Universiteti” tərəfindən ona 18 may 2021-ci ildə 105004 ******* №-li (015020 qeydiyyat nömrəli) diplom verilmişdir. Diplom lazımi qaydada imzalanmış və möhürlə təsdiq edilmişdir. İddiaçı diplomun tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyası) müəyyən edilməsi barədə elektron ərizə göndərmişdir (müraciət nömrəsi **********4, ərizə tarixi xx.xx.2022-ci il). Cavabdeh tərəfindən müraciətindən 06 aprel 2022-ci il tarixli, NA00004078 saylı qərar ilə imtina edilmişdir. Səbəb kimi imtinada göstərilmişdir ki, “Ərizəçi sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur”. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, təhsil aldığı dövrdə (2016-2021-ci illərdə) 1-ci kurs bütün semestr dərslərdə iştirak etmişdir. Lakin 2-ci kursdan etibarən işlə, himayəsində azyaşlı övladının olması və bütün dünyanı bürüyən “COVİD-19” xəstəliyi ilə əlaqədar olaraq dərslərdə Universitetin razılığı ilə iştirak edə bilməmişdir. Universitet hər semestr öncəsi ona materiallar göndərmiş, o, yalnız imtahan və zaçotlarda gedib iştirak etmişdir. Bunu xx.xx.2022-ci ildə Universitet tərəfindən verilmiş arayış təsdiq edir. İmtahan və zaçotları yaxşı qiymətlərlə özü vermişdir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq ərizəçiyə onun təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində (İ il-20 gün, İİ il-13 gün, İİİ il-16 gün, İV il-9 gün (İ semestr) (İİ semestr pandemiya dövrü), V il-getməyib (pandemiya dövrü) tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.2022-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı təhsil normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (2016/2017-ci tədris ili üzrə - 20 gün, 2017/2018-ci tədris ili üzrə -13 gün, 2018/2019-cu tədris ili üzrə - 16 gün, 2019/2020-ci tədris ili üzrə - 9 gün (İ semestr) (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ili üzrə - getməyib (pandemiya dövrü)) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.7. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2. auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3. təcrübələrdə iştirak etməsi; 3.2.7.4. laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5. kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6. imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7. buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. 3.2.8. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: 3.2.8.1. məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 3.2.8.2. məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; 3.2.8.3. tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. 3.2.9. Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativhüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı Təhsildə X1rşı X8 və Xidmət Universiteti tərəfindən verilmiş menecment ixtisası üzrə aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən xx.xx.1987-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyasının “X8 və Xidmət Universiteti” tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş 105004 ******* (qeydiyyat nömrəsi 015020) nömrəli apostil olunmuş diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı “Menecmentlik” hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəyib və yekun dövlət imtahanlarını müvəffəqiyyətlə keçib, dövlət imtahan komissiyasının qərarı ilə ona bakalavr dərəcəsi verimişdir. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyasının “X8 və Xidmət Universiteti” tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş diploma əlavəyə əsasən təhsil proqramının istiqaməti (profili) turizm və qonaqpərvəlik üzrə menecmentlik, təhsil forması qiyabidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 534 nömrəli X8 və Xidmət Universitetinin Mahaçqala filialının arayış-çağırışına əsasən verilir Azərbaycan Beynəlxalq bankına, Rusiya Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən qiyabi formada 2-ci kursda təhsil alan İddiaçı attestasiyadan keçməsi üçün tələb olunan müddət xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 20 təqvim günü təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 601 nömrəli X8 və Xidmət Universitetinin Mahaçqala filialının arayış-çağırışına əsasən verilir Azərbaycan Beynəlxalq bankına, Rusiya Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən qiyabi formada 3-cü kursda təhsil alan İddiaçı attestasiyadan keçməsi üçün tələb olunan müddət xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 25 təqvim günü təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 674 nömrəli X8 və xidmət universitetinin Mahaçqala filialının arayış-çağırışına əsasən verilir Azərbaycan Beynəlxalq bankına, Rusiya Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən qiyabi formada 3-cü kursda təhsil alan İddiaçı attestasiyadan keçməsi üçün tələb olunan müddət xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək 25 təqvim günü təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Beynəlxalq Bankı Baş direktorun 916 m nömrəli xx.xx.2018-ci il tarixli təhsil məzuniyyəti barədə əmrə əsasən Quba filialının nəzarət şöbəsinin kredit inzibatçısı İddiaçı imtahan sessiyasında iştirak etmək üçün 15 oktyabr 2018-ci il tarixindən 19 oktyabr 2018-ci il tarixinədək əmək haqqı saxanılmaqla təhsil məzuniyyətinə buraxılması, 22 oktyabr 2018-ci il tarixindən işə başlanılması əmr edilmişdir. Əsas: X8 və Xidmət Universitetinin Mahaçqala filialının arayış-çağırışı və İddiaçı ərizəsi. İş materiallarına əlavə olunmuş Azərbaycan Beynəlxalq Bankı Baş direktorun 293 m nömrəli xx.xx.2019-cu il tarixli təhsil məzuniyyəti barədə əmrə əsasən Quba filialının nəzarət şöbəsinin kredit inzibatçısı İddiaçı imtahan sessiyasında iştirak etmək üçün 27 mart 2019-cu il tarixindən 05 aprel 2019-cu il tarixinədək 10 təqvim günü müddətinə əmək haqqı saxlanılmaqla təhsil məzuniyyətinə buraxılması, 08 aprel 2019-cu il tarixindən işə başlanılması əmr edilmişdir. Əsas: X8 və xidmət universitetinin Mahaçqala filialının arayış-çağırışı və İddiaçı ərizəsi. İş materiallarına əlavə olunmuş Azərbaycan Beynəlxalq Bankı Baş direktorun 2101 m nömrəli xx.xx.2019-cu il tarixli təhsil məzuniyyəti barədə əmrə əsasən Quba filialının inzibatyçılıq üzrə mütəxəssisi İddiaçı imtahan sessiyasında iştirak etmək üçün 21 noyabr 2019-cu il tarixindən 29 noyabr 2019-cu il tarixinədək 09 təqvim günü müddətinə əmək haqqı saxlanılmaqla təhsil məzuniyyətinə buraxılması, 02 dekabr 2019-cu il tarixindən işə başlanılması əmr edilmişdir. Əsas: X8 və Xidmət Universitetinin Mahaçqala filialının arayış-çağırışı və İddiaçı ərizəsi. İş materiallarına əlavə edilmiş X8 və Xidmət Universitetinin Mahaçqala filialının xx.xx.2016-cı il tarixli 1370/5 nömrəli əmrdən çıxarışa İddiaçı X8 və Xidmət Universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 1-ci kursa qəbul edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X8 və Xidmət Universitetinin Mahaçqala filialının xx.xx.2017-ci il tarixli 1247/5 nömrəli əmrdən çıxarışa əsasən 2016/2017-ci tədris ili və tələb olunan tədris planının uğurla yerinə yetirilməsinə görə tələbə İddiaçı X8 və xidmət universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 2-ci kursa keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X8 və xidmət universitetinin Mahaçqala filialının xx.xx.2018-ci il tarixli 965/5 nömrəli əmrdən çıxarışa əsasən 2017/2018-ci tədris ili və tələb olunan tədris planının uğurla yerinə yetirilməsinə görə tələbə İddiaçı X8 və Xidmət Universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 3-cü kursa keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X8 və Xidmət Universitetinin Mahaçqala filialının xx.xx.2019-cu il tarixli 994/5 nömrəli əmrdən çıxarışa əsasən 2018/2019-cu tədris ili və tələb olunan tədris planının uğurla yerinə yetirilməsinə görə tələbə İddiaçı X8 və xidmət universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 4-cü kursa keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X8 və Xidmət Universitetinin Mahaçqala filialının xx.xx.2020-ci il tarixli 922/5 nömrəli əmrdən çıxarışa əsasən 2019/2020-ci tədris ili və tələb olunan tədris planının uğurla yerinə yetirilməsinə görə tələbə İddiaçı X8 və xidmət universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 5-ci kursa keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X8 və xidmət universitetinin Mahaçqala filialının xx.xx.2021-ci il tarixli 367/5 nömrəli əmrdən çıxarışa əsasən təhsil alması ilə əlaqədar tələbə İddiaçı X8 və Xidmət Universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 5-ci kursdan azad edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2210/2011 nömrəli, 18 avqust 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı nikahın pozulmasına dair iddiasının təmin edilməsi, X7 ilə İddiaçı arasında bağlanmış və 22 iyun 2007-ci il tarixdə 147 nömrə ilə Quba rayon VVADQ şöbəsində qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından 18 iyul 2008-ci il tarixdə anadan olmuş X5 anası İddiaçı yanında qalması, X2 18 iyul 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 76 (yetmiş altı) manat məbləğində İddiaçı xeyrinə aliment tutulması, alimentin tutulmasının 18 may 2011ci il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5675/2011 nömrəli, 28 dekabr 2011-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2011-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, X7 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 06 aprel 2022-ci il tarixli, NA00004078 nömrəli qərarından görünür ki, ərizəçi sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarına əsasən, xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması o şərtlə mümkün hesab edilir ki, xaricdə əldə olunmuş ixtisasla həmin ixtisasa ekvivalent hesab edilən milli ixtisas arasında məzmun, profil, dərs yükü, keyfiyyət və təlim nəticələrinə münasibətdə əhəmiyyətli fərq aşkarlanmasın. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən, ali təhsilin dövlət standartı özündə təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini ehtiva edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3-cü bölməsinə əsasən, ərizəçinin ixtisası üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Belə ki, ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət hesab oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Göründüyü kimi, ərizəçinin aldığı təhsilin məzmun və müddəti qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun deyildir. Qeyd olunanlara əsasən qərara alındı: 1. Ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmasın.
2. Qərarın surəti məlumatı üçün ərizəçiyə təqdim edilsin. 3. Qərardan 30 (otuz) gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı 2016-2021-ci illərdə Rusiya Federasiyasının “X8 və Xidmət Universiteti”ndə qiyabi təhsil formasında “Menecmentlik” hazırlıq istiqaməti üzrə təhsil almış, ona 18 may 2021-ci il tarixdə 105004 ******* nömrəli (qeydiyyat nömrəsi 015020) bakalavr diplomu verilmişdir. İddiaçı ona verilmiş ixtisasın ölkə ərazisində tanınması və müvafiq şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, cavabdeh iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona verilmiş 105004 ******* №-li, 18 may 2021-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2022-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etməklə, 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. “Təhsil haqqında” Qanunun 1.0.4-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsiprosesi və onun nəticəsidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” nın: -1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir -2.3-cü bəndinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. -4.1-ci bəndinə əsasən “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; -peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti" nin 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrıayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəliqərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: -5.5-ci bəndinə görə ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. -8.7-ci bəndinə görə ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla).Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrıixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriatsəviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın: -1.1-ci bəndinə görə bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Hazırkı mübahisə mahiyyət etibarı ilə diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı Rusiya Federasiyasının “X8 və Xidmət Universiteti” tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş bakalavr diplomunun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçı X8 və Xidmət Universitetində “Menecmentlik” üzrə tam bakalavriat kursunu bitirmişdir və Dövlət İmtahan Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə ona bakalavr dərəcəsi verilmişdir (protokol № 8). X8 və Xidmət Universiteti tərəfindən iddiaçıya verilmiş diplom xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına uyğun olaraq Dağıstan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə 571335 nömrəsi ilə apostil edilmişdir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının diplomunun tanınmasından və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsindən imtinasının əsas və yeganə dəlili ondan ibarətdir ki, X8 və Xidmət Universitetinin tədris normativi üzrə tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğu üçün diploma əlavədə qeyd edilmiş tədris yükünün onun tərəfindən yerinə yetirilməsi qeyri-mümkündür. Başqa sözlə, cavabdehin mübahisələndirdiyi yeganə məqam X8 və Xidmət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması və bu baxımdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin mümkünlüyü ilə bağlıdır Bununla əlaqədar nəzərə almaq lazımdır ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əsasən deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından da qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Qeyd edildiyi kimi xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduğu hallarda mənfi rəy verilə bilər. İş üzrə materiallarla iddiaçının 2016-2021-ci illərdə təhsil müddətinin qiyabi formaya uyğun olaraq 5 il, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin ali təhsil pilləsinin təhsilin normativ müddətinə dövlət standartlarına uyğun olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil formasına Azərbaycan Respublikasında yol verilməməsi barədə cavabdeh mübahisə açmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı təhsil aldığı Rusiya Federasiyasının ərazisində birinci il - 20 gün, ikinci il - 13 gün, üçüncü il - 16 gün, dördüncü il İ semestr 9 gün getmiş, İİ semestr-pandemiya və V il pandemiya dövrlərinə düşdüyünə görə getməmişdir. Onun qeyd olunan müddətlərdə təhsil aldığı Rusiya Federasiyasının ərazisində olması Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş arayışla təsdiq olunur. İddiaçı məhkəmə icraatında verdiyi izahatda təhsil aldığı ölkədə az olmasının səbəbi kimi tək ana olmaqla himayəsində azyaşlı övladının olması, övladının azyaşlı olması və səhhəti ilə əlaqədar övladına baxacaq şəxsin olmaması səbəbindən uzun müddət ondan ayrı qalmasının qeyri-mümkün olması, bank sistemində işləməklə işini itirməmək üçün yalnız işəgötürən tərəfindən verilmiş təhsil məzuniyyətləri dövründə imtahan sessiyasında iştirak etmək üçün həmin ölkəyə gedə bilməsi ilə əlaqələndirmiş, eyni zamanda pandemiya dövründə tədrisin online şəkildə internet üzərindən keçildiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş iddiaçının təhsil aldığı universitet tərəfindən iddiaçının işlədiyi quruma göndərilmiş arayış-çağırışlara əsasən müəyyən edilir ki, universitet tərəfindən müvafiq tədris illəri üçün semestr ərzində tələbə 20, 25 təqvim günü üçün çağırılarkən, işəgötürən tərəfindən iddiaçıya verilmiş təhsil məzuniyyətləri barədə əmrlərdən görünür ki, ona yalnız imtahan sessiyasında iştirak üçün 5, 9, 10 təqvim günü təhsil məzuniyyəti verilmişdir. Lakin qeyd edilməlidir ki, arayış çağırışlardakı müddət ərzində iddiaçı həmin ölkədə olmasa da iddiaçının təhsil aldığı universitet idiaçının tədris müddəti ərzində tələb olunan günlərdən az iştirak etməsini qəbul etmişdir. Bununla ələqədar məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu da diqqətə alınmalıdır. Başqa sözlə, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir İş materiallarından görünür ki, universitetin hər il üzrə xx.xx.2017-ci il tarixli 1247/5 nömrəli, xx.xx.2018-ci il tarixli 965/5 nömrəli, xx.xx.2019-cu il tarixli 994/5 nömrəli, xx.xx.2020-ci il tarixli 922/5 nömrəli əmrlərinə əsasən tədris ili və tələb olunan tədris planının uğurla yerinə yetirilməsinə görə iddiaçı hər il növbəti kursa keçirilmiş və yekunda xx.xx.2021-ci il tarixli 367/5 nömrəli əmrlə 5-ci kursu bitirməsi ilə əlaqədar azad edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 015020 nömrəli diploma əlavəyə əsasən, iddiaçı həmin Universitetdə təhsil aldığı zaman proqram fənlərindən əla, yaxşı və məqbul qiymətlər almış, tədris təcrübəsini keçmiş, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmiş, iddiaçının növbəti kurslara kəsiri və ya akademik borcu qalmamışdır. Məhkəmə iddiaçının sosial vəziyyətini, onun himayəsində övladı olmaqla tək ana olduğunu, eləcə də işlədiyi müəssisə tərəfindən ona semestr ərzində universitet tərəfindən çağırış-arayışlara uyğun müddət çərçivəsində məzuniyyət verilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçının təhsil müddəti ərzində cavabdeh tərəfin mübahisələndirdiyi normativ müddətdən az müddətdə təhsil aldığı ölkədə olması səbəbi hazırkı iş üzrə iddiaçının təhsil barədə sənədinin ölkə ərazisində tanınmasına, ümumən nostifikasiyanın məqsədinə xidmət etmir. Belə ki, məhkəmə tərəfindən iddiaçının cavabdeh orqan tərəfindən aparılmış müsahibə diskinin müşahidəsi zamanı iddiaçının təhsil aldığı tədris dilində bilmə səviyyəsi onun keçirilmiş dərsləri anlama və cavab vermə baxımından qənaətbəxş olduğu müşahidə olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib-gəlmiş, həmin ölkədə olmadığı dövrün üzrlü səbəbi barədə məhkəməyə sübut və əsaslar (himayəsində yetkinlik yaşına çatamayan övladı olması, övladını tək böyütməsi, iş yerindən ona tələb olunan müddət həddində təhsil məzuniyyəti verilməməsi, iddiaçının tək övlad böyüdən valideyn kimi işini itirməmək qayğısı) təqdim etmiş, akademik borclarını ödəmiş, təhsil aldığı müəssisə onu hər il imtahan sessiyasını uğurla başa vurduğuna görə növbəti kurslara keçirmiş, iddiaçı imtahanlardan əla və yaxşı qiymətlər almış və tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu almışdır. İddiaçının tədris dili üzrə bilik səviyyəsi qənətbəxş olmaqla müvafiq tədris olunan fənləri mənimsəməyə kifayət etmiş, cavabdeh iddiaçının dil biliyi ilə bağlı müsahibənin nəticəsini müsbət qiymətləndirmiş və bununla bağlı hər hansı mübahisə etməmişdir. Beləliklə, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan və işi faktiki hallarına əsasən hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı “X8 və Xidmət Universiteti” tərəfindən verilmiş 105004 ******* №-li (015020 qeydiyyat nömrəli) 18 may 2021-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı “X8 və Xidmət Universiteti” tərəfindən verilmiş 105004 ******* №-li (015020 qeydiyyat nömrəli) 18 may 2021-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova