Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7938/2025 06.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı adından iddia ərizəsi məhkəməyə təqdim edilərək 3-cü şəxs xx.xx.1989-cu il doğumlu X2 ünvan 1 ünvanda yerləşən mənzilə pasport qeydiyyatından çıxarılması öhdəliyinin Bakı şəhər Nərimanov rayon Polis idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu il təvəllüdlü İddiaçı 2000-ci ildən 2008ci ildə ailə qurana qədər Malik Məmmədov küçəsi ev 14, mənzil 1 ünvanında anasına məxsus evdə yaşamışdır. 2016-cı ildə anası həm qardaşına, həm də iddiaçıya həmin evdən hədiyyə verib. İddiaçı 1 otaq-19.58 kv.m, qardaşı X4 1 otaq-20.48 kv.m. İddiaçının qardaşı X10 3-cü şəxs X5 ilə 2010-cu ildə ailə quraraq 2022-ci ilə qədər, boşanana qədər Nərimanov rayonu, Malik Məmmədov küçəsi, ev 17, mənzil 217-də (yeni qaydalarla Malik Məmmədov küçəsi 103, mənzil 15 yaşamışdır. Həmin ünvan satılmışdır. Evin əsas mülkiyyətçisi anası X8 (Quliyeva) Arzu Mübariz qızını 2014-cü ildə pasport qeydiyyatına saldırmışdır. X1 İlyas Malik oğlu iddia predmeti olan həmin evdə, Malik Məmmədov küç.14. mənzil 1-də bir gün belə yaşamamışdır. X6 “əmlak bölgüsü“ tələbinə dair məhkəmədə hər 2 mənzilə dair iddia qaldırsa da, Nərimanov məkkəməsinin e-2-(005)- 599/2024 saylı 02.05 2024-cü il tarixli Qətnaməsi ilə iddiası rədd edilmişdir. İddiaçının anası X3 3-cü şəxsin qeydiyyatdan çıxarılması üçün Nərimanov Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Şöbəsinə ərizə ilə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə N 50/2- V-32037 saylı cavabında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsaslanaraq həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtina etmiş, bunun üçün məhkəməyə müraciət edilməsi bidirilmişdir. İddiaçı hesab edir ki, Nərimanov rayon Polis İdarəsinin iddiaçının xüsusi mülkiyyətində olan evdə qeydiyyatda olan X2 M.Malik Məmmədov küç. ev 14., mənzil 1 ünvanından Nərimanov Polis İdarəsi tərəfindən qeydiyyatda çıxarılmaması əsassız və qanunsuzdur.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı il tarixində İddiaçı (1 otaq), xx.xx.2016-cı il tarixində X10 (1 otaq), xx.xx.2016-cı il tarixində X3 (qalan hissədə) adına qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Nikahın Pozulması haqqında Şəhadətnaməyə əsasən X10 və X5 arasında nikah Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə pozulmuşdur.
5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X2 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda işə cavabdeh qurumun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir.
II. İddianın mümkünlüyü
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
8. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Məhkəmənin iş materillarına əsasən müəyyən edilir ki, iddiaçının pasport qeydiyyatından çıxartmaq istədiyi üçüncü şəxsin qeydiyyatda olduğu ünvan paylı mülkiyyət kimi qeydiyyata alınmışdır.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
10. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı il tarixində İddiaçı (1 otaq), xx.xx.2016-cı il tarixində X10 (1 otaq), xx.xx.2016-cı il tarixində X3 (qalan hissədə) adına qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2 Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
37. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
12. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının pasport qeydiyyatından çıxartmaq istədiyi üçüncü şəxsin qeydiyyatda olduğu ünvan paylı mülkiyyət sayıldığından digər mülkiyyətçilər də birgə iddiaçı qismində iştirak etməlidirlər.
13. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.
14. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir.
15. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir.
16. Odur ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli məktubla müvafiq hüquqi yardım göstərilərək birgə iddiaçı qismində mənzilin mülkiyyətçilərinin çıxış etmələri təklif edilmişdir. Buna baxmayaraq məhkəmə iclasında tərəflər iştirak etməmiş və birgə iddiaçı qismində cəlb edilməklə bağlı məhkəməyə hər hansı ərizə təqdim edilməmişdir.
17. Məhkəmə qeyd edir ki, iddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə ki, iddiaçı hüquqi maraqlarına uyğun olaraq lazımi qaydada qaldırılmış iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva