Məhkəmə qərarları › İş №2-1(112)-794/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-794/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-794/2021 23.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Məmməd-zadə Orxan Oqtay oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinə qarşı 3-cü şəxs X5 işə cəlb edilməklə sərəncamın ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinə qarşı 3cü şəxs X5 işə cəlb edilməklə Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin 05 mart 1993-ci il tarixli, 531 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkəit və Almaniyanın "xxxx" Şirkəti arasında neft hasilatı üzrə bağlanmış müqaviləyə əsasən 1994-cü ildə İddiaçı MMC yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı MMC-nin fəaliyyəti həyata keçirmək üçün öz əsas vəsaitlərini və neft hasilatı aparılan ərazini MMC-nin balansına təsisçi kimi təqdim etmişdir. İddiaçı MMC isə öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqdim etdiyi əsas vəsaitləri, ərazini və xarici investorların qoyduğu sərmayələrdən istifadə edir və hər il fəaliyyət barədə təsisçiləri qarşısında hesabat verir. Həmin ərazi (torpaq sahəsi) 1:10000 xəritə ilə təsdiq edilmişdir. Belə ki, neft-qaz əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş “Kontrakt sahəsi Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, 39T 414917.82; 4478645.80 kooodinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilən zaman 1200 kv.m ərazinin zəbt olunaraq, fərdi yaşayış evinin tikintisi aşkarlanmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli 1200 kv.m torpaq sahəsi Cavabdeh başçısının 531 nömrli, 05.03.1993-cü il tarixli sərəncamı ilə vətəndaş X4 ayrılmışdır və vətəndaş X2 vəfatı ilə əlaqədar olaraq mübahisəli torpaq sahəsi vərəslik şəhadətnamə əsasında X3 miras qalmışdır. Halbuki, qeyd edilən torapq sahəsi İddiaçı MMC-nin neft qaz əməliyyatlarının aparılması üçün istifadəsinə verilmiş strateji əhəmiyyətli ərazidir və burada tikinti işlərinin aparılması qadağandır. Sənaye təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən heç bir əsas olmadan vətəndaşın istifadəsinə ayrılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahibkarlıq və istifadə hüquqlarını pozmaqla yanaşı əməliyyat şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirilməsinə maneəçilik yaradır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehin və 3cü şəxsin nümayəndəsi isə gəlməmişlər. Məhkəmə işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı, cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin 05.03.1993-cü il tarixli, 531 nömrəli sərəncamın üçüncü şəxsə münasibətdə ləğv edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 35.1-ci maddəsi konkret olaraq nəzərdə tutur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Konkret halda isə iddiaçı təşkilatın cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyəsinin 05.03.1993-cü il tarixli, 531 nömrəli Qərarının üçüncü şəxsə münasibətdə ləğv edilməsi barədə iddia tələbinin mümkün sayılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə ki, 2011-ci ilin yanvarın 1-dən qüvvədə olan İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsinə və ona ələvə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı birgə müəssisəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın "xxxx" şirkəti arasında neft hasilatı üzrə 1994-cü ildə bağlanmış müqaviliyə əsasən yaradılmış və həmin vaxtdan İddiaçı MMC (hazırkı adı) onun istifadəsinə verilmiş torpaqların ərazi hüdudlarını artıq dəqiq bilmiş (və ya bilməli idi). Lakin, üçüncü şəxsə torpaq sahəsi ayrılması barədə cavabdehin 05.03.1993-cü il tarixli, 531 nömrəli qərarı (əlverişli izibati aktı) 17 il keçdikdən sonra, yəni, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilən iddia müddəti ötürməklə, məhkəmə qaydasında mübahisələndirilmiş, ləğv olunması barədə iddia qaldırılmışdır. Onu da, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci ilə qədər qüvvədə olan 296.1-ci və 298-ci maddələrində nəzərdə tuturdu ki, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində mübahisə qaldıra bilər. Göstərilənlərlə yanaşı həm də, qeyd edilməlidir ki, Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyən edilən 10 illik ümumi iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. İPM-in 24.4-cü maddəsi isə ümumiyyətlə, nəzərdə tutur ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə də, konkret halda, İddiaçı MMC-nin hazırkı iddia tələbi qanunla müəyyən edilən iddia müddəti çərçivəsində verilmədiyindən, İPM-in 35.1-ci maddəsinin mənası baxımından, əsaslandırılmış iddia kimi qiymətələndirilə bilməz. Bu səbəbdən də, məhkəmə hesab edir ki, PM-in 35.3-cü maddəsinə müvafiq olaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Eyni zamanda, İPM-in 108 və 109-cu maddələrinin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, həmin qərardadla iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatın dəyəri 25 manatı İddiaçı MMC-yə, digər 25 manatı isə cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinə aid edilərək onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Azgerneft MMC-nin iddiası mümkün sayılmasın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatın dəyəri, 25 manatı İddiaçı MMC-yə, digər 25 manatı isə cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinə aid edilsin və onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibatiMəhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar