Məhkəmə qərarları › İş №2-1(112)-7945/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7945/2021

16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7945/2021 16.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçılar İddiaçı5 nümayəndəsi X2, İddiaçı4 nümayəndəsi X1, Cavabdeh şirkətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı5, X3, İddiaçı2, İddiaçı4 Cavabdeh şirkətinə qarşı “mülkiyyət hüquqlarının tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar məhkəməyə müraciət edərək Binəqədi qəsəbə Bələdiyyəsinin bizə ayırdığı hər biri 600 m2 torpaq sahəsində hüquqlarının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə Bələdiyyəsinin müvafiq sərəncamları ilə və bağlanmış alqı-satqı müqavilələr əsasında Binəqədi qəsəbəsinin inzibati ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə hər birinə 0,06 ha torpaq sahəsi ayrılmışdır. Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi ayrılmış torpaq sahəsinin koordinat nöqtələrini yerində göstərərək esgiz-cizgisi hazirlanıb hər birimizə təqdim etmişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “Azərbaycan Respublikası Qanununun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınır. Həmin qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icrayə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra həyata keçirilir. Bələdiyyələr kollegial orqan olaraq qəbul edilmiş qərarı bələdiyyə üzvlərinin müzkirəsinə çıxarılan məsələlər kollegiyal olaraq qəbul edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi haqqında qanunda torpaq sahəsi üzərində üç mülkiyyət növünün: dövlət mülkiyyətinin; bələdiyyə mülkiyyətinin və xüsusi mülkiyyətin olduğu bildirilir. Vətəndaşlara fərdi yaşayış evinin və ya sahibkarlıq fəaliyyəti üçün ayrilmış torpaq sahələrinə verilmiş qərarlarda göstərilir ki, ərazidə hər hansı tikintinin aparılması üçün işlənmiş layihənin və inşaat pasportunun müvafiq icra orqanlarının həmçinin Memarlıq və şəhərsalma komitəsi tərəfindən təsdiq olunduqda həyata keçirilməsi mümkün hüsab olunur. Saziş əsasında qeydiyyatdan keçmiş Cavabdeh şirkəti Binəqədi rayon ərazisində neft kəşfiyyatı axtarış işləri məqsədi ilə müqavilə bağlanmış lakin qeyd olunan şirkət onların mülkiyyətinə ayrılmış torpağın onlara məxsus olduğunu, iddiaçıların mülkiyyətinə ayrılmış torpaq sahəsinə əsassız olaraq iddia edirlər.

2. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddia ərizəsinin formal tələblərə uyğunlaşdırılması üçün iddiaçılara 01.07.2021-ci il tarixdə hüquqi yardım məktubu göndərmiş, cavabdehin dəqiqləşdirilərək iddianın qaldırılması qaydalarına riayət edilməsi üçün müddət müəyyən etmişdir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi iddianı müdafiə etdilər və hazırki mübahisəyə inzibati qaydada baxılmalı olduğunu bildirdilər. Belə ki, cavabdeh Cavabdeh şirkəti onların torpağını qanunsuz olaraq hasara alaraq onların mülkiyyət hüquqlarını pozmuşdur.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, hazırki iddia mülki xarakterlidir, belə ki, Cavabdeh şirkəti inzibati orqan deyil.

II. İddianın mümkünlüyü

5. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1.) (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

7. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına əsasən inzibati orqan deyil.

8. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

9. Məhkəmə müəyyən etdi ki, kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, "X9" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) AZ1053, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi ştq, Mədən 3-cü (Binəqədi qəs.), ev korpus 119 yerləşir.

10. Odur ki, iddiaçılara özlərini qeyd edilən torpaq sahələrinin mülkiyyətçiləri hesab edirlərsə, hüquqlarına yaradılmış maneələrin aradan qaldırılmasına dair cavabdehə qarşı müvafiq tələblə daşınmaz əmlakın yerləşdiyi yer üzrə Binəqədi rayon məhkəməsinə müraciət etmək hüquqları izah olunsun.

11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

12. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar