Məhkəmə qərarları › İş №2-1(112)-7946/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7946/2024

29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7946/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İmişli rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işlədiyi müddəti və dövlət qulluqçusu kimi pensiya təyin olunmasına dair münasibətlərin xx.xx.2010-cu ildə yarandığından həmin münasibətlərin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinin 6 mart 2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun ona dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 1955-ci ildə doğulmuşdur. 2020ci ilin aprel ayının 20-də 64,5 yaşı tamam olmaqla pensiya hüququ yaranmışdır. xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək İmişli rayon X3 İdarəsinin Tikintiyə nəzarət şöbəsində iqtisadçı, xx.xx.1977-ci ildən xx.xx.1986-cı ilədək köçürmə yolu ilə İmişli rayon Kənd Təsərrüfatı idarəsinin mərkəzi mühasibatında baş mühasib, xx.xx.2010-ci ildən xx.xx.2022-ci ilədək İmişli rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifələrində işləmişdir. İmişli rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun Dövlət qulluqçularının pensiya təminatından bəhs edən 23.2-ci maddəsində Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minumum həddi 5 il göstərilmişdir. Lakin 6 mart 2018-ci il tarixli 10025-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun qəbulundan sonra (Azərbaycan” qəzeti, 29 mart 2018-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 392) isə 23.2-ci maddə birinci cümlədə “qulluğunda xidmət illərindən” sözləri “qulluğu vəzifəsində qulluq stajından” sözləri ilə əvəz edilmişdir və ikinci cümlə yeni redaksiyada “Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur” kimi verilmiş, əvvəlki redaksiyada olan “Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minumum həddi 5 ildir” cümləsi çıxarılmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 6 mart 2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasına istinad edərək dövlət qulluqçusu kimi təqaüdə çıxmağına köməklik göstərilməsi üçün Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Filialın direktor müavini F.Zalıyev tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-N-30323/2024 saylı “Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” cavab məktubunda göstərilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən dövlət qulluğunda iş stajı 15 ildən az (13 il 1 ay 20 gün ((xx.xx.1976-xx.xx.1977-ci il və xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövr) təşkil etdiyinə görə dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Halbuki başqa bir əsasla münasibətlərin yarandığı zaman qüvvədə olan maddi hüququ normalarına əsasən dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini onun ərizəsini oxumadan Dövlət təşkilatlarında 22 ildən artıq əmək faliyyəti ilə bağlı etdiyi əvvəlki müraciətinə yazdığı cavabla onun xahişini təmin etməmişdir. Ona dövlət qulluqçusu kimi pensiya təyin olunmasına dair münasibətlər xx.xx.2010-cu ildə yarandığından həmin münasibətlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 6 mart 2018-ci il tarixdən qüvvəyə minmiş 23.2-ci maddəsinə görə deyil, 6 mart 2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və V bəndlərinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ bəndinə görə hər kəs qanunla müəyyən olunmuş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçisini itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüqququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə görə fiziki və hüquqi şəxsiərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların düvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinə görə normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə mniməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında“ Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 149 cu maddəsi ilə bağlı hüquq normasının zamana görə qüvvəsi məsələsinə dair mövqeyini belə şərh etmişdir ki, “Hüquq normasının zamana görə qüvvəsi məsələsi geniş təcrübi (praktiki) əhəmiyyətə malikdir. Onun düzgün həllindən çox zaman konkret münasibətlərə hansı yeni və ya əvvəllər qüvvədə olmuş qanunun tətbiq edilməsi, onun müddəalarının necə həyata keçirilməsi asılı olur. Məsələnin kifayət qədər böyük əhəmiyyətə malik olmasını onun Konstitusiyanın 149-cu maddəsi ilə tənzimlənməsi faktı da təsdiq edir. Həmin maddənin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ümumi şəkildə aşağıdakı qaydaları müəyyən edir: normativ hüquqi akt yalnız gələcəyə dair qaydaları müəyyən edir, onun geriyə qüvvəsi yoxdur. Bu qaydanın aydınlaşdırılması üçün Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş iki halı dəqiq şəkildə ayırmaq və onları ikincidən başlamaqla bir-birinin ardınca tədqiq etmək lazımdır. Normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur. Bu qaydanın mahiyyəti ondan ibarətdir ki, məhkəmə, normativ hüquqi aktı, onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələri dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz. Normativ hüquqi akt, onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər. Vətəndaşdan bilmədiyi qaydaya riayət edilməsini tələb etmək olmaz. Bu prinsip hüquq münasibətlərinin subyektləri arasındakı münasibətlərin sabitliyini və hüquq qaydasının möhkəmliyini qoruyur. Prinsipin əksini qəbul etmək, həmin normativ hüquqi akta tabe olanların hafizəsində onun nüfuzunu sarsıtmaq demək olardı. Yeni normativ hüquqi akt qüvvəyə mindiyi andan yalnız onun dərcindən sonra baş vermiş faktları və hadisələri əhatə edir”. Yuxarıda qeyd olunan Qərarda daha sonra şərh olunmuşdur ki, “Əksər normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi olmur. Həmin aktlar yalnız hüquqi qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Normativ-hüquqi aktın hüquqi qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaradır. Belə məhdudiyyət, ilk növbədə, qanunvericiliyin və təcrübədə normaları tətbiq edən orqanların fərdin subyektiv hüquqlarına haqqsız müdaxiləsindən qoruyur. Qanunvericilikdə hüquqi müəyyənlik, yəni yeni hüquq normasının gözlənilməsi (əvvəlcədən gözlənilən, hüquq sisteminin dəyərləri və məntiqinə zidd olmayan) prinsipi hüquqi dövlətin əsas əlamətlərindən biridir. Hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması isə hüquqi müəyyənlik prinsipinin bir komponentidir. Hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil edilməsinə məhdudiyyətin qoyulması hüquqi məsuliyyət institutu ilə bağlıdır. Hüquqi məsuliyyət hüquq münasibətlərinin subyektləri üçün neqativ təsirlə nəticələnir. Ona görə hüquq münasibətlərinin iştirakçıları qanunvericilik səviyyəsində neqativ nəticələnən münasibətlərin formal hüquqi tərkibini aydın təsəvvür etməlidirlər. Qeyd edilənlərlə yanaşı, konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktl artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. MM-nin 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. MM-nin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPMnin) 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-in 1.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun olmalıdır. Bu baxımdan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun Dövlət qulluqçularının pensiya təminatından bəhs edən 23.2-ci maddəsinin 6 mart 2018-ci il tarixli 10025-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun qəbulunadək olan redaksiyası heç bir məhdudiyyət qoyulmadan 5 il və daha çox dövlət qulluqçusu vəzifəsində işləyənlərə şamil edilməlidir. Əks halda göstərilən norma Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində təsbit edilmiş normativ hüquqi aktların hüquqa və haqq - ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması prinsipi ilə ziddiyyət təşkil etmiş olur”. İPM-nin 2.2.2-ci maddəsində göstərilir ki, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33-cü maddəsində göstərilir ki, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər və Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-nin 73.1-cü maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiya təyin olunması üçün xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-N-39323/2024 nömrəli məktubla ona “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci, 20.11.1-ci və 20.11.2-ci maddələrinə əsasən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyqun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyalarına əlavələr təyin edilir. Belə ki, sözügedən Qanunun 20.11-ci maddəsinə əsasən həmin qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında (20.11.1.) dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir (20.11.2.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda İddiaçı xx.xx.1977xx.xx.1986-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifələr nəzərdə tutulmayıb. Cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə iddiaçının xx.xx.1976-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edilib-edilməməsinə dair sorğu ünvanlanıb. Cavab məktubunda iddiaçının xx.xx.1976- xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edildiyi xx.xx.1977-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində fəaliyyət göstərdiyi İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin Mərkəzi Mühasibatlığına dair arxiv sənədləri aşkar olunmaması səbəbindən həmin dövrün dövlət qulluğu stajına aid edilib- edilməməsi barədə rəy bildirilməsinin mümkün olmadığı göstərilib. İddiaçı dövlət qulluğu stajı 15 ildən az (13 il 1 ay 20 gün (xx.xx.1976xx.xx.1977-ci il və xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Beləliklə, İddiaçı dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yasa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 15 il dövlət qulluqçusu kimi stajının olmaması səbəbindən ona yasa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göründüyü kimi iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz hesab olunmalı və məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-N- 132512/2023 nömrəli məktubla ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmaması bildirilmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud xx.xx.1991-ci il tarixdən həmin Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da xx.xx.1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda İddiaçı xx.xx.1977-xx.xx.1986-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifələr nəzərdə tutulmayıb. Cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə iddiaçının xx.xx.1976-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edilib-edilməməsinə dair sorğu ünvanlanıb. Cavab məktubunda iddiaçının xx.xx.1976-xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edildiyi, xx.xx.1977xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində fəaliyyət göstərdiyi İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin Mərkəzi Mühasibatıığına dair arxiv sənədləri aşkar olunmaması səbəbindən həmin dövrün dövlət qulluğu stajına aid edilib-edilməməsi barədə rəy bildirilməsinin mümkün olmadığı göstərilib. İddiaçı dövlət qulluğu stajı 15 ildən az (13 il 1 ay 20 gün (xx.xx.1976-xx.xx.1977-ci il və xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Beləliklə, yuxarıda sadalanan əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə goyuİması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1976-cı il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1976-cı il tarixdə İmişli rayonu k/t istehsalat idarəsində tikintiyə nəzarət şöbəsinə iqtisadçı vəzifəsinə təyin edilmişdir (əmr № 68, xx.xx.1976). xx.xx.1977-ci il tarixdə İmişli rayon k/t idarəsi mərkəzi mühasibatlığa baş mühasib vəzifəsinə keçirilmişdir (əmr № 09, xx.xx.1977). xx.xx.1986-cı il tarixdə İmişli rayonu k/t idarəsində mərkəzi mühasibatlığın baş mühasibi vəzifəsindən ərizəsinə əsasən azad edilmişdir (əmr № 60, xx.xx.1986). xx.xx.1986-cı il tarixdə İmişli rayonu Jdanov adına kolxozda iqtisadçı vəzifəsinə təyin edilmişdir. xx.xx.1986-cı il tarixdə İmişli rayonu Jdanov adına kolxozda baş mühasib vəzifəsinə keçirilmişdir (əmr № 6, xx.xx.1986). xx.xx.1992-ci il tarixdə Buludlu kolxozunun ayrılması ilə əlaqədar olaraq baş mühasib vəzifəsindən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə Nahid Səhmdar Cəmiyyətinə baş mühasib vəzifəsinə qəbul edilmişdir. xx.xx.1994-cü il tarixdə Nahid Səhmdar Cəmiyyətində direktor müavini vəzifəsinə qəbul edilmişdir (əmr xx.xx.1994). xx.xx.1997-ci il tarixdə “Nahid” Səhmdar Cəmiyyətində direktor müavini vəzifəsindən azad edilmişdir. xx.xx.1997-ci il tarixdə İmişli rayonu Buludlu kəndi Nəcəfqulu kft başçısı seçilmişdir. xx.xx.1998-ci il tarixdə Nəcəfqulu kft başçısı vəzifəsində azad edilmişdir. xx.xx.1998-ci il tarixdə İmişli rayonu Buludlu kəndi Mədinə k.f.t başçısı seçilmişdir. xx.xx.2010-cu il tarixdə İmişli rayonu Buludlu kəndi Mədinə k.f.t başçısı vəzifəsindən azad edilmişdir. xx.xx.2010-cu il tarixdə İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsinin nümayəndəsinin müavini vəzifəsinə 1 il stajçı kimi təyin edilmişdir. xx.xx.2011-ci il tarixdə 26 saylı xx.xx.2011-ci il tarixli sərəncam ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ona 9-cu təsnifat üzrə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2013-cü il tarixdə 258 saylı xx.xx.2013-cü il tarixli sərəncama əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 7-ci təsnifat üzrə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2020-ci il tarixdə 144 saylı xx.xx.2020-ci il tarixli əmrə əsasən “Dövlət qulluqçusu haqqında” Qanunun 32.1.2-ci maddəsinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində olma müddəti 1 il uzadılmışdır. xx.xx.2021-ci il tarixdə 151 saylı xx.xx.2021-ci il tarixli əmrə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.2-ci maddəsinə əsasən xx.xx.2021ci il tarixdən İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində olma müddəti 1 il uzadılmışdır. xx.xx.2022-ci il tarixdə 114 saylı xx.xx.2022-ci il tarixli sərəncama əsasən Azərbaycan Respublikası “Dövlət Qulluğu haqqında” Qanunun 33.12-ci maddəsinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində dövlət qulluğunda olma müddəti 1 il uzadılmışdır. xx.xx.2022-ci il tarixdə 306 saylı xx.xx.2022-ci il tarixli sərəncama əsasən Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində dövlət qulluğuna xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-N-39323/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991 -ci il 18 oktyabr tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda xx.xx.1977-xx.xx.1986-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifələr nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə xx.xx.1976xx.xx.1986-cı il tarixləri arasında dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edilib-edilməməsi dair sorğu ünvanlanıb. Cavab məktubunda xx.xx.1976-xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajınıza aid edildiyi, xx.xx.1977-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində fəaliyyət göstərdiyi İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin Mərkəzi Mühasibatlığına dair arxiv sənədləri aşkar olunmaması səbəbindən həmin dövrün dövlət qulluğu stajınıza aid edilib-edilməməsi barədə rəy bildirilməsinin mümkün olmadığı göstərilib. Qeyd olunanları və Mərkəzi Filiala təqdim edilən sənədləri nəzərə alaraq, dövlət qulluğu stajı 15 ildən az (13 il 1 ay 20 gün (xx.xx.1976-xx.xx.1977-ci il və xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-N-132512/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda xx.xx.1977-xx.xx.1986-ci il tarixləri arasındakı dövr ərzində işlədiyiniz vəzifələr nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə xx.xx.1976-xx.xx.1986-cı il tarixləri arasında dövr ərzindəki əmək fəaliyyətinizin dövlət qulluğu stajına aid edilib-edilməməsi dair sorğu ünvanlanıb. Cavab məktubunda xx.xx.1976-07.02.?977-ci il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edildiyi, xx.xx.1977-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində fəaliyyət göstərdiyi İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin Mərkəzi Mühasibatlığına dair arxiv sənədləri aşkar olunmaması səbəbindən həmin dövrün dövlət qulluğu stajına aid edilib-edilməməsi barədə rəy bildirilməsinin mümkün olmadığı göstərilib. Qeyd olunanları və Mərkəzi Filiala təqdim edilən sənədləri nəzərə alaraq dövlət qulluğu stajı 15 ildən az (13 il 1 ay 20 gün (xx.xx.1976-xx.xx.1977-ci il və xx.xx.2010- xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 9-3/2-2480/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1976-1977-ci illərdə İmişli rayon X3 idarəsinin Tikintiyə nəzarət şöbəsində iqtisadçı vəzifəsində iş müddəti ilə bağlı bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1974cü il 17 may tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Rayon X6 icraiyyə komitəsinin kənd təsərrüfatı idarəsi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən rayon X6 icraiyyə komitəsinin kənd təsərrüfatı idarəsi Azərbaycan SSR Konstitusiyasına müvafiq surətdə yaradılmış və öz fəaliyyətində həm Rayon Sovetinə və onun icraiyyə komitəsinə, həm də müvafiq surətdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinə, yaxud Azərbaycan SSR Sovxozlar Nazirliyinə tabe olmuşdur. Yuxarıda qeyd edilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X4 icraiyyə komitəsinin idarələrində mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığından 1976-1977-ci illərdə İmişli rayon X3 idarəsinin Tikintiyə nəzarət şöbəsində iqtisadçı vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 1977-1986-cı illərdə İmişli rayon kənd təsərrüfatı idarəsinin mərkəzi mühasibatlığında baş mühasib vəzifəsində iş müddəti ilə bağlı bildirilmişdir ki, qeyd edilən Siyahının 1.15-ci bəndində yalnız Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. “Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatının strukturunun təsdiqlənməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 6 mart 1980-ci il tarixli 99 nömrəli Qərarına Əlavədə həmin Nazirliyin mərkəzi aparatının strukturu müəyyən edilmiş, lakin İmişli rayon kənd təsərrüfatı idarəsinin mərkəzi mühasibatlığı Nazirliyin mərkəzi aparatının strukturunda nəzərdə tutulmamışdır. İşin hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə həmin illərdə İmişli rayon kənd təsərrüfatı idarəsinin hüquqi statusunu və strukturunu müəyyən edən sənədlərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim edilməsi ilə bağlı İmişli rayon Dövlət Arxivinə sorğu göndərilmişdir. Adıçəkilən qurum tərəfindən həmin idarənin hüquqi statusunu və strukturunu müəyyənləşdirən sənədlər təqdim edilməmiş və bununla əlaqədar olaraq, qeyd edilən idarədəki iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıb-alınmaması ilə bağlı rəy verilməsi mümkün olmamışdır. 2010-2022-ci illərdə İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində iş müddətilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini inzibati vəzifələrin yeddinci təsnifatına aiddir. Qeyd edilənlərə əsasən 2010-2022-ci illərdə İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Azərbaycan Respublikası İmişli Rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-22 RA/2-132/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, vətəndaş İddiaçı 1976-1986-cı illərdə İmişli rayon X6 İcraiyyə Komitəsinin sədr müavini yox İmişli rayon X3 İdarəsində iqtisadçı və Mərkəzi mühasibathğın baş mühasibi vəzifəsində çalışmışdır. Mərkəzi mühasibatlıq da X3 İdarəsinin strukturna daxil olmaqla bu idarənin şöbəsi olmuşdur. 1976-1986-cı illərdə İmişli rayon X3 İdarəsinə rəhbərlik etmiş şəxs (Xalıq Mirzəyev) bu vəzifə ilə bərabər İmişli rayon XDS İK-in sədr müavini vəzifəsini də icra etmişdir. Vətəndaş İddiaçı işləmiş olduğu İmişli rayon XDS İKnın 1976-1986-cı illərin sənədləri (sonradan bu İdarə İmişli rayon X5muşdur) mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Vətəndaşa tərəfindən verilmiş arayışlar rayon ZDS və XDS İK-in protokollarından əldə olunmuş məlumatlara və əmək kitabçasına əsasəndir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 9-3/2-1006/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1976-1977-ci illərdə İmişli rayon X3 idarəsinin Tikintiyə nəzarət şöbəsində iqtisadçı vəzifəsində iş müddəti ilə bağlı bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1974cü il 17 may tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş "Rayon X6 icraiyyə komitəsinin kənd təsərrüfatı idarəsi haqqında Əsasnamə"nin 1-ci hissəsinə əsasən rayon X6 İcraiyyə komitəsinin kənd təsərrüfatı idarəsi Azərbaycan SSR Konstitusiyasına müvafiq surətdə yaradılmış və öz fəaliyyətində həm Rayon Sovetinə və onun icraiyyə komitəsinə, həm də müvafiq surətdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinə, yaxud Azərbaycan SSR Sovxozlar Nazirliyinə tabe olmuşdur. Qeyd edilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X4 icraiyyə komitəsinin idarələrində mövcud olmuş vəzifələrin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığından 1976-1977-ci illərdə İmişli rayon X3 idarəsinin tikintiyə nəzarət şöbəsində iqtisadçı vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 1977-1986-cı illərdə İmişli rayon kənd təsərrüfatı idarəsinin mərkəzi mühasibatlığında baş mühasib vəzifəsində iş müddəti ilə bağlı bildirilmişdir ki, işin hərtərəfli araşdırılmasını təmin etmək məqsədi ilə həmin illərdə İmişli rayon kənd təsərrüfatı idarəsinin hüquqi statusunu və strukturunu müəyyən edən sənədlərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim edilməsi ilə bağlı İmişli rayon Dövlət Arxivinə sorğu göndərilmişdir. Adıçəkilən qurum tərəfindən həmin idarənin hüquqi statusunu və strukturunu müəyyənləşdirən sənədlər təqdim edilməmiş və bununla əlaqədar olaraq, qeyd edilən idarədəki iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıb-alınmaması ilə bağlı rəy verilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən İmişli rayon kənd təsərrüfatı idarəsinin mərkəzi mühasibatlığı həmin idarənin mərkəzi aparatının strukturunda nəzərdə tutulduğu halda, mərkəzi mühasibatlıqda iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarından: ... Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, “hüquqi vəziyyət” anlayışına aydınlıq gətirilməsini zəruri hesab edir. ... Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununda, “Hərbi qulluqçuların statusu haqqında” Qanunda və başqa qanunvericilik aktlarında hərbi qulluqçuların hüquqları, vəzifələri və məsuliyyəti müəyyən edilmişdir. Bu qanunvericilik aktlarında hərbi qulluqçuların xüsusi statusu müəyyən edilmişdir. Göstərilən qanunlara uyğun olaraq hərbi qulluqçuların siyasi hüquqları və azadlıqları, şəxsiyyətin toxunulmazlığı, əmək, istirahət, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi, təhsil, xidmət yerini dəyişdirmək, müavinətlər və başqa güzəştlər almaq və s. hüquqları vardır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. ... İddiaçı xx.xx.1955-ci il təvəllüdür. İddiaçının dövlət qulluğu stajı inzibati orqan tərəfindən 15 ildən az, yəni 13 il 01 ay 20 gün (xx.xx.1976-xx.xx.1977-ci il və xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövr) olması səbəbindən ona dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı dövlət qulluqçusu kimi pensiya təyin olunmasına dair münasibətlərin xx.xx.2010-cu ildə yarandığından həmin münasibətlərin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinin 6 mart 2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun ona dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1976-1977-ci illərdə İmişli rayon X3 idarəsinin Tikintiyə nəzarət şöbəsində iqtisadçı vəzifəsində iş müddəti ilə bağlı bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 17 may tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Rayon X6 icraiyyə komitəsinin kənd təsərrüfatı idarəsi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən rayon X6 icraiyyə komitəsinin kənd təsərrüfatı idarəsi Azərbaycan SSR Konstitusiyasına müvafiq surətdə yaradılmış və öz fəaliyyətində həm Rayon Sovetinə və onun icraiyyə komitəsinə, həm də müvafiq surətdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinə, yaxud Azərbaycan SSR Sovxozlar Nazirliyinə tabe olmuşdur. Yuxarıda qeyd edilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X4 icraiyyə komitəsinin idarələrində mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığından 1976-1977-ci illərdə İmişli rayon X3 idarəsinin Tikintiyə nəzarət şöbəsində iqtisadçı vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 1977-1986-cı illərdə İmişli rayon kənd təsərrüfatı idarəsinin mərkəzi mühasibatlığında baş mühasib vəzifəsində iş müddəti ilə bağlı bildirilmişdir ki, qeyd edilən Siyahının 1.15-ci bəndində yalnız Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. “Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatının strukturunun təsdiqlənməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 6 mart 1980-ci il tarixli 99 nömrəli Qərarına Əlavədə həmin Nazirliyin mərkəzi aparatının strukturu müəyyən edilmiş, lakin İmişli rayon kənd təsərrüfatı idarəsinin mərkəzi mühasibatlığı Nazirliyin mərkəzi aparatının strukturunda nəzərdə tutulmamışdır. İşin hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə həmin illərdə İmişli rayon kənd təsərrüfatı idarəsinin hüquqi statusunu və strukturunu müəyyən edən sənədlərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim edilməsi ilə bağlı İmişli rayon Dövlət Arxivinə sorğu göndərilmişdir. Adıçəkilən qurum tərəfindən həmin idarənin hüquqi statusunu və strukturunu müəyyənləşdirən sənədlər təqdim edilməmiş və bununla əlaqədar olaraq, qeyd edilən idarədəki iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıb-alınmaması ilə bağlı rəy verilməsi mümkün olmamışdır. 2010-2022-ci illərdə İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində iş müddətilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini inzibati vəzifələrin yeddinci təsnifatına aiddir. Qeyd edilənlərə əsasən 2010-2022-ci illərdə İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunundan: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.1.7-ci maddənin əvvəlinə “əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş” sözləri əlavə edilmişdir. 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.11.1-ci və 20.11.2-ci maddələr yuxarıda qeyd edilən yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184- İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il № 462-İİİQD Qanununun XVİİ hissəsinə əsasən, “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədən düşmüş hesab edilmişdir. Qüvvədən düşmüş “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunundan: 6.1. Pensiya dövlət qulluğunda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir: 6.1.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 2 faizi miqdarında əlavə olunmaqla; Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan yaşa görə əmək pensiyası yaşına xx.xx.2020-ci il tarixdə (64 yaş 06 ay) çatmışdır. Həmin dövrdə qanunun qüvvədə olan mətninə görə 15 il qulluq stajı tələb olunurdu. İddiaçının hazırki dövrə dövlət qulluğu stajı 15 ildən az, yəni 13 il 01 ay 20 gündür (xx.xx.1976-xx.xx.1977-ci il və xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövr). Məhkəmə iddiaçının dövlət qulluqçusu kimi qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsinin hüquqi müddəaya və ya hüquqi akta əsaslanan “qanuni gözləntisi”si olduğunu müəyyən etmir. Odur ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələrin təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı tələb olunur. Beləliklə, məhkəmə müəyyən edir ki, dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “qanuni gözləntisi” yoxdur. Belə ki, X8 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. X8 Məhkəməsi qərarlarında dəfələrlə qeyd etmişdir ki, pensiya hüququ 1 saylı Protokolun 1-ci maddəsinin təsir dairəsinə düşsə də, həmin maddə konkret məbləğdə pensiya almaq hüququna təminat vermir. AHİM təcrübəsi: -Baxmayaraq ki, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud mülkiyyətinə şamil edilir və əmlak əldə etmək hüququ yaratmır (bax. Stummer Avstriyaya qarşı [GC], № 37452/02, § 82, AİHM 2011), müəyyən hallarda aktivin əldə edilməsi ilə bağlı “qanuni gözlənti” 1 saylı Protokolun 1-ci maddəsinin müdafiəsindən də istifadə edə bilər (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 37; Anheuser-Busch İnc. Portuqaliyaya qarşı [GC], № 73049/01, § 65, AİHM 2007-İ). -Beləliklə, maddi maraq tələb xarakteri daşıdıqda, milli qanunvericilikdə maraq üçün kifayət qədər əsas olduqda, məsələn, həll edildiyi halda, onun verildiyi şəxs “qanuni gözlənti” sahibi hesab edilə bilər, məsələn, mövcudluğunu təsdiq edən yerli məhkəmələrin formalaşmış təcrübəsi (bax: Kopecký Slovakiyaya qarşı [GC], № 44912/98, § 52, AİHM 2004-İX). Bununla belə, daxili qanunvericiliyin düzgün təfsiri və tətbiqi ilə bağlı mübahisə olduqda və ərizəçinin təqdimatları sonradan milli məhkəmələr tərəfindən rədd edildikdə heç bir qanuni gözləntinin yarandığını söyləmək olmaz (yenə orada, § 50). Bundan əlavə, qüvvədə olan qanunun ərizəçinin xeyrinə dəyişdiriləcəyinə inam 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün legitim gözlənti kimi qəbul edilə bilməz. Sadəcə ümid arasında fərq var, belə ki, başa düşüləndir ki, ümid və qanuni gözlənti ola bilər ki, hansı ki bu, sadəcə ümiddən daha konkret xarakter daşımalı və hüquqi müddəa və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 38; Qratzinger və Qratzingerova Çexiyaya qarşı (dek. ) [GC], № 39794/98, § 73, AİHM 2002-Vİİ). -Məhkəmə eyni zamanda bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi beləliklə, müəyyən məbləğdə pensiya hüququna təminat vermir (bax: Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 84 və § 113 və Yavaş və başqaları Türkiyəyə qarşı, №-li, heç 36366/06, § 40, 5 mart 2019-cu il). Bundan əlavə, müavinətin məbləği azaldıqda və ya dayandırıldıqda, bu, əsaslandırılmalı olan mülkiyyətə müdaxilə ola bilər (bax. Rasmussen Polşaya qarşı, № 38886/05, § 71, 28 aprel 2009-cu il). Bununla belə, maraqlı şəxs bu cür güzəştlərin verilməsi üçün daxili qanunvericilikdə müəyyən edilmiş hüquqi şərtləri təmin etmədikdə və ya təmin etməyi dayandırdıqda, 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlara heç bir müdaxilə olunmur (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 39; Bellet, Huertas və Vialatte Fransaya qarşı (dek.), № 40832/98 27 aprel 1999-cu il; X1rşı (dek.), № 26252/08, § 17, 10 aprel 2012-ci il; və Damjanac Xorvatiyaya qarşı, № 52943/10, § 86, 24 oktyabr 2013-cü il). -Hazırkı işin hallarına gəldikdə, Məhkəmə qeyd edir ki, onun üçün əsas məsələ ərizəçinin xüsusi pensiya tələb etməsi üçün daxili məhkəmələrin şərh etdiyi kimi, müvafiq daxili qanunvericilikdə kifayət qədər əsasın olub-olmadığını müəyyən etməkdir. (yuxarıda göstərilən Kopecký, § 54 və Damjanac, § 87, müqayisə edin). Məhkəmə iddianın təmin edilməsi üçün daxili qanunvericilikdə kifayət qədər əsasın və müəyyən edilmiş hüquqi şərtlərin ödəndiyini müəyyən etmir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar