Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7948/2025 08.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsi) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli 407 saylı qərarına əsasən alqı-satqı yolu ilə 6-cı mikrorayon qərb hissəsində yerləşən İddiaçı ayrılan 600 kv.m. torpaq sahəsinə, 29 dekabr 2005-ci il tarixli 382 saylı qərarına əsasən alqı-satqı yolu ilə 6-cı mikrorayon qərb hissəsində yerləşən İddiaçı ayrılan 600 kv.m. torpaq sahəsinə, 24 dekabr 2005-ci il tarixli 385 saylı qərarına əsasən alqı-satqı yolu ilə 6-cı mikrorayon qərb hissəsində yerləşən İddiaçı ayrılan 600 kv.m. torpaq sahəsinə, 29 dekabr 2005-ci il tarixli 406 saylı qərarına əsasən alqı-satqı yolu ilə 6-cı mikrorayon qərb hissəsində yerləşən İddiaçı ayrılan 600 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüquqlarının tanınması, torpaq sahələrinə dair çıxarışların, plan və ölçülərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə Bakı şəhəri Binəqədi Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli 407 saylı qərarı ilə vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 600 kvm torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi haqqında qərar qəbul edilmişdir. Bildirmək istəyir ki, müraciətinə əsasən Bələdiyyənin müvafiq orqanları tərəfindən yerində tələb olunan qaydada yoxlanılaraq torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi məqsədə müvafiq hesab edilmişdir. X4 İnkişaf daimi komissiyasının xx.xx.2005-ci il tarixli iclasında ərizəsinə baxılaraq xx.xx.2005-ci il tarixli 19 saylı ümumi iclasında vətəndaş İddiaçı yəni ki, ona 600 kv.m torpaq sahəsi ayrılması məqsədə uyğun hesab edilmişdir. Qeyd olunanlara əsasən “X1 haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19 saylı ümumi iclasında qərara alınmışdır. 1. Binəqədi rayonu, 6-cı mkr, qərb hissəsində, fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq (hər kv.m üçün 20.800 iyirmi min səkkiz yüz manat ödəmək şərti ilə) İddiaçı mülkiyyətinə ayrılsın. 2. Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə tapşırılsın ki, İddiaçı ilə müvafiq alqı-satqı müqaviləsi bağlanılsın. 3. Ayrılmış torpaq sahəsində tikinti işlərinə, tikiləcək obyektin layihəsi, habelə mühəndiskommunikasiya pasportu rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlanılsın. 4. İddiaçı tapşırılsın ki, sahənin sanitar-texniki və digər normalarının tələblərinə uyğun saxlanılmasını təmin etsin. 5. Qərarın təsdiq edilmiş nüsxələri vətəndaşa, Bələdiyyənin maliyyə, vergi- ödənişlər və Bələdiyyə Mülkiyyətinin idarəedilməsi şöbələrinə verilsin. Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin sədri N.A.Məmmədov tərəfindən imzalanaraq möhürlənmiş, və təsdiqlənmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsini və X1 haqqında Azərbaycan Respublikası Qanunun 6,7,9, və 20-ci maddələrini əsas tutaraq 29 dekabr 2005-ci il tarixli 685 №-li tarixli müqavilə ilə Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin, İnzibati ərazisi 6-cı mkr, qərb hissəsində yerləşən 600 kv.m. torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı yolu ilə mülkiyyətinə ayrılan torpaq sahəsinin sərhədləri və dönmə nöqtələri yerində müəyyənləşdirilərək naturaya və xəritəyə keçirilmiş, torpaq sahəsinin plan-cizgisi alanın yəni ki, onun hesabına hazırlanmışdır. Torpağın satış qiyməti, bazar məzənnəsi, tələb və təklif, sahənin təyinatı, coğrafi yeri, ölçüsü keyfiyyəti və digər amillər nəzərə alınmaqla tərəflər arasında sahənin hər bir kv.m üçün 20.800 (iyirmi min səkkiz yüz) məbləğində razılaşdırılmış və tərəfindən ödənilmişdir. Bakı şəhəri Binəqədi rayonu X2 ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi haqqında 30 dekabr 2005-ci il tarixli 670 saylı alqı-satqı müqaviləsi aralarında imzalanmış, sədr Məmmədov. N.A tərəfindən imzalanaraq möhürlənmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş “torpaqların alqı-satqısı” qaydalarına əsasən torpaqların alqı-satqısına dair akt tərtib edilərək bağlanmışdır. Həmin akta əsasən tərəfindən edilmiş müraciət əsasında Bakı Şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin satılması barədə 28 dekabr 2005-ci il tarixli 407 saylı qərar qəbul edilmiş və həmin qərara əsasən bunun müqabilində hesaba əvvəlcədən 12.480.000 haqq ödənilmişdir. Tərəflər arasında akt imzalandıqdan sonra möhürlənərək təsdiqlənmişdir. Binəqədi rayonu, 6-cı mikrorayon, qərb hissəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı yəni ki, onun mülkiyyətinə ayrılan torpaq sahəsinin situasiya planı, yerləşmə sxemi (cizgisi) tərtib edilərək natura və xəritəyə keçirilmiş və nəzərdə tutulan sahə xəritədə qeyd edilmişdir. Bələdiyyə mülkiyyətinin idarəedilməsi şöbəsinin mühəndis-memarı Qulamov F.Ə tərəfindən imzalanmış Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi tərəfindən möhürlənərək təsdiqlənmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, tam qanuni yolla alqı-satqı əsasında mülkiyyətimə ayrılan torpaq sahəsinə artıq 20 ilə yaxın müddətdir ki torpaqla bağlı bütün sanitar, ekoloji qaydalara riayət edirəm və heç bir hüquqi və ya fiziki şəxslə habelə dövlət və yerli özünü idarəetmə bələdiyyə orqanları tərəfindən mülkiyyətimə ayrılan torpaq sahəsi ilə bağlı heç bir mübahisə yaranmamış əksinə mülkiyyəti bilinərək tanınmışdır. Eyni zamanda torpaqla bağlı müntəzəm olaraq yararlı vəziyyətdə saxlanılması üçün tərəfindən vəsait xərclər çəkilmişdir. Tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi vasitəsilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına edilmiş sorğu-müraciət əsasında arxivdən çıxarışla Bakı Şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin alqı-satqı yolu ilə mülkiyyətinə ayrılan torpaq sahəsinə dair xx.xx.2005-ci il tarixli 407 saylı qərarı və əlavə edilmiş sənədlərin Dövlət Arxivinin Bakı filialında mövcudluğu təsdiq olunaraq elektron təsdiqli surətləri ona təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsinə dair ********** saylı ərizə məktub ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli 243021 149865 saylı məktubla hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənəddə ləğv edilmiş X5 Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Hüququn tətbiqindən imtina edilməsinə görə Konstitusiyada təsbit edilən hüquq və azadlıqlarının, o cümlədən xüsusi qanunvericilik bazasıyla qorunan mülkiyyət hüquqlarının pozulması halı kimi qəbul etdiyim qanunsuz inzibati aktın təqdim etdiyim sübutlar əsasında ləğv olunmasını tələb etsə də ona məhkəməyə müraciət etməyini bildirilmişdir. Zəruriliyini xüsusi ilə vurğulayaraq bildirmək istəyir ki, inzibati orqan tərəfindən hazırki imtina edilən qanunsuz inzibati aktla heç bir araşdırılma aparılmadan və nəzərə alınmadan Azərbaycan Respublikası qanunvericiliyinin bütün tələbləri pozulmuşdur. Belə ki, 2005-ci ildən tam qanuni yolla alqısatqı müqaviləsi ilə mülkiyyətinə ayrılan torpaq sahəsinin yanındakı torpaq sahəsinə dair tərəfindən təqdim edilən analoji hüquqmüəyyənedici sənədlər əsasında torpaq sahəsinə dair hüquqları heç bir maneəsiz və tərəddüdsüz imtinasız hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda yaxın ailə üzvü Nümayəndə tərəfindən müvafiq hüquqmüəyyənedici sənədlər əsasında Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin müvafiq alqı-satqı müqaviləsi ilə mülkiyyətinə verilən torpaq sahəsinə dair də hüquqları yenə də heç bir əngəl, maneə, imtina və süründürməçiliyə yol vermədən hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmişdir, sözügedən qeydiyyatdan keçən torpaq sahələri eyni analoji hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyata alınmışdır və həmin torpaq sahələri ilə indiki vəziyyətdə müraciət olunan ərazi yan-yana yerləşir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli 407 saylı qərarına əsasən alqı-satqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kvm torpaq sahəsinə dair çıxarışın, plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qəbul edilməsi xahiş edilmişdir.
4. Məhkəmənin qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli 407 saylı qərarına əsasən alqı-satqı yolu ilə 6-cı mikrorayon qərb hissəsində yerləşən İddiaçı ayrılan 600 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüquqlarının tanınması, torpaq sahələrinə dair çıxarışların, plan və ölçülərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işdən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 24 dekabr 2005-ci il tarixli 385 saylı qərarına əsasən alqı-satqı yolu ilə 6-cı mikrorayon qərb hissəsində yerləşən İddiaçı ayrılan 600 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüquqlarının tanınması, torpaq sahələrinə dair çıxarışların, plan və ölçülərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli 382 saylı qərarına əsasən alqı-satqı yolu ilə 6-cı mikrorayon qərb hissəsində yerləşən İddiaçı ayrılan 600 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüquqlarının tanınması, torpaq sahələrinə dair çıxarışların, plan və ölçülərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli 406 saylı qərarına əsasən alqı-satqı yolu ilə 6-cı mikrorayon qərb hissəsində yerləşən İddiaçı ayrılan 600 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüquqlarının tanınması, torpaq sahələrinə dair çıxarışların, plan və ölçülərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə icraat ayrılmışdır.
5. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən hazırkı iş üzrə iddia tələbi “Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 24 dekabr 2005-ci il tarixli 385 saylı qərarına əsasən alqı-satqı yolu ilə 6-cı mikrorayon qərb hissəsində yerləşən İddiaçı ayrılan 800 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüquqlarının tanınması, torpaq sahələrinə dair çıxarışların, plan və ölçülərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
6. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, “təqdim etdiyiniz sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Torpaq sahəsi xx.xx.2005-ci il tarixli, 385 saylı qərar ilə ayrılsa da, alqı-satqı aktında xx.xx.2005-ci il tarixli, 385 saylı qərara istinad olunmuşdur. Bundan əlavə torpaq sahəsi qanun üzrə nəzərdə tutulan normadan artıq olmuşdur.”
7. Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 385 nömrəli qərarında qeyd edilmişdir ki, Binəqədi rayonu, 6 mkr., Qərb hissəsində, fərdi yaşayış evinin tikintisi üçün, 800 kv.m. torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq (hər kv.m. üçün 20.800 manat ödəmək şərti ilə) vət. İddiaçı mülkiyyətinə ayrılması qərara alınmışdır.
8. Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilmiş sənədə əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılması nəzərdə tutulan torpaq sahəsinin situasiya planı tərtib edilmişdir.
9. Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilmiş torpaqların alqısatıqısına dair aktda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 385 nömrəli qərarı əsasında ayrılmış Binəqədi rayonu, 6 mkr., Qərb hissəsində, fərdi yaşayış evinin tikintisi üçün, 800 kv.m. torpaq sahəsi İddiaçı satılmışdır.
10. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsinin hüquqməyyənedici sənəd üzrə ölçüsü 800 kv.m., faktiki 800 kv.m. təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsinin sərhədləri, iki tərəfdən şərti, bir tərəfdən mişar daş hasarla, digər tərəfdən səki daşı ilə sərhədlənib. Tikili yoxdur. Torpaq sahəsi zeytunluq ərazisinin bir hissəsində yerləşməklə üzərində zeytun ağacları mövcuddur. Torpaq sahəsinin yerləşməsinə aid təqdim edilmiş cizgidə iki tərəfin perimetrik ölçüləri, dəqiq istinad və məsafələr qeyd edilməyib.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 385 nömrəli qərarı ilə Binəqədi rayonu, 6 mkr., Qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün 800 kv.m. torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmin ayrılmış torpaq sahəsinin yerləşdiyi yerin cizgisi müəyyən edilmişdir. İddiaçı cavabdehə müraciət edərək ona ayrılmış torpaq sahəsinə dair adına çıxarışın verilməsini xahiş etmiş, cavabdeh isə hüquqların qeydə alınmasından imtina etmişdir. İddiaçı hazırda cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir və mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir.
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
24. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
25. Məhkəmə hesab edir ki, Binəqədi rayonu, 6 mkr., Qərb hissəsində, fərdi yaşayış evinin tikintisi üçün 800 kv.m. torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılmasına dair Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 385 nömrəli qərarı İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin qərar ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.
26. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlillər odur ki, torpaq sahəsinə dair təqdim edilmiş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və səlahiyyətli şəxsin imzası yoxdur.
27. Qeyd edilməlidir ki, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair qərar qüvvədədir və ölçülərini göstərən yerləşmə cizgisi mövcuddur. Həmin cizgidə dəqiq istinad və məsafələr qeyd olunaraq torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etməyə imkan verir.
28. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən imtinasının dəlili olaraq yerləşmə sxemində dəqiq istinadların qeyd olunmamasının bildirilməsi (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir.
29. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
30. Həmçinin, torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
31. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.
32. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.
33. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
34. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir.
35. Belə ki, torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri yaşayış məntəqələri torpaqlarına aid edilmiş və həmin sahələrə dair iddiaçının və digər şəxslərin adına bələdiyyə qərarı əsasında çıxarışlar verilmişdir.
36. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
37. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 385 saylı qərarına əsasən ayrılan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon Qərb hissəsində yerləşən 800 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair müvafiq çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva