Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-795/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “xxxx” X6 Təşkilatı 3-cü şəxs qismində işə cəlb edilməklə kompensasiya tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə X2 hüquqi varisi Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (“xxxx” X6 Təşkilatı 3-cü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Maliyyə X2 Apelyasiya Komissiyasının xx.xx.2019-cu il tarixli 25659 nömrəli qərarını ləğv edərək ona düşən “xxxx” Kredit Təşkilatına ödədiyi 10 000 ABŞ dolları ilə bağlı kompensasiyanın hesablanması və ödənilməsi üzrə lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Maliyyə X2 hüquqi varisi Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən ona “xxxx” X6 Təşkilatı bağlanılmış xx xxxx 2014-cü il tarixli, **********8372 saylı kredit müqaviləsi üzrə ədalətli məbləğdə kompensasiyanın hesablanması vəzifəsinin Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixində “xxxx” X6 təşkilatından 10000 (on min) ABŞ dolları məbləğində 24 aylıq kredit götürmüşdür. Krediti 10 ay müddətində kredit cədvəlinə uyğun olaraq 514 ABŞ dollarını ödəmişdir. Kreditinin 10-cu ayında xx.xx.2015-ci il tarixində birinci devalvasiya baş verəndən sonra “xxxx” kredit təşkilatına müraciət edərək bildirmişdir ki, yeni dollar kursu ilə kredit borcunu ödəyə bilmir. Onlar ona yeni qrafik açmış və həmin qrafik üzrə o, hər ay 445 (dörd yüz qırx beş) manat ödəməli olduğu halda ödəməyə gücü çatmamış və hər ay 25 ay müddətində 404 manat (dörd yüz dörd) manat ödəmişdir. Çoxsaylı vətəndaşlarımız kimi devalvasiyaya düşərək və krediti dollarla olduğuna görə, kreditini yüksək dollar məzənnəsi ilə ödəmiş və 2015-ci ilin hər iki devalvasiyasına düşmüşdür. xx xxxxxx 2019-cu il tarixində qəbul edilən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən onunla “xxxx” kredit təşkilatından ABŞ dolları ilə götürdüyü krediti üzrə kompensasiya almaq hüququ yaranmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Maliyyə X2 rəsmi www.Fimsa.az internet sehifəsində qeydiyyatdan keçərək, kompensasiya almaq üçün müraciət etmişdir. Müraciət edəndən bir müddət sonra xx.xx.2019-cu il tarixində öz qeyd etdiyi rekvizitləri həmin Azərbaycan Respublikasının Maliyyə X2 rəsmi www.fimsa.azinternet sehifəsində qeyd edərək, ona məktub olduğunu görmüşdür. Həmin məktubda qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixli 25659 nömrəli qərarı ilə kredit təşkilatı tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə AR Prezidentinin Fərmanı tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yarandığı bildirilərək məhkəməyə müraciət olunması ona tövsiyə olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə göstərilmiş 1.490,75 manat kompensasiyanın hesablanması ilə əlaqədar cavabdehin mövqeyi ilə razılaşmır. Hesab edir ki, ona kompensiya məbləği daha artıq məbləğdə hesablanmalıdır. Aylıq kredit ödənişlərinin aparılmasını təsdiq edən qəbzləri itirmişdir. İddiaçı izahatının sonunda iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki: İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının seriya AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Ermənistan Respublikasının Spitak rayonunda doğulmuşdur. İş materiallarında olan “xxxx” Kredit Təşkilatı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və “xxxx” Kredit Təşkilatı ilə İddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli **********8372 saylı kredit müqaviləsinin surətindən müəyyən edilir ki, iddiaçı ilə “xxxx” Kredit Təşkilatı arasında bağlanmış kredit müqaviləsinə əsasən ona 24 aylıq 10000 (on min) ABŞ dolları məbləğində illik 21 faiz dərəcəsilə kredit verilmiş, 8208,36 ABŞ dolları əsas, 2381,00 ABŞ dolları faiz, 259,61 ABŞ dolları cərimə, cəmi 10848,97 ABŞ dolları ödənildiyi, qalıq borc 1791,64 ABŞ dolları olması göstərilmişdir. İş materiallarında olan Maliyyə X2 iddiaçıya elektron qaydada ünvanladığı xx.xx.2019cu il tarixli 25659 saylı müraciət qovluğunda iddiaçının müraciətinə X5 X1 baxılaraq cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə X3 tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. İddiaçının müraciəti üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması həmin kreditin devalvasiya tarixlərində valyutasının müəyyən edilməsini mümkünsüz etmişdir. Bununla əlaqədar, sorğu edilən kredit üzrə müqavilələrə həqiqiliyinin və kreditin valyutasının məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmışdır. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan xx.xx.2019-cu il tarixli çıxarış məlumatlarında xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək olan ödənişlər ABŞ dolları valyutasında, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan ödənişlər Azərbaycan valyutasında göstərilmişdir. İş materiallarında olan məhkəmə sərəncamının icrası məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən göndərilmiş xx xxxx 2020-ci il tarixli məktubda göstərilmişdir ki, birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) sözügedən kredit müqaviləsi üzrə 5.963 ABŞ dolları məbləğində əsas kredit borcunun ödənilməməsi nəzərə alınmaqla İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsinə və ona “xxxx” X6 Təşkilatı ilə aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli, **********8372 saylı kredit müqaviləsi üzrə cəmi 1.490,75 manat kompensasiyanın hesablanmasına (hesablanmış kompensasiya məbləğinin həmin müqavilə üzrə ödəniş müddəti keçmiş kredit borcuna yönəldilməklə) etiraz edilmir. Məhkəmənin qərardadına əsasən iddiaçının vəsatəti ilə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2267 saylı xx xxxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı “xxxx” X6 Təşkilatı ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, **********8372 saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 1.490,75 manat məbləğində kompensasiyanın düzgün hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamnın 1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının Maliyyə X3 ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında X5 orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən, onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir.” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli sərancamına əsasən Azərbaycan Respublikasının Maliyyə X2 hüquqi varisi Azərbaycan Respublikasının Mərkəzi Bankı hesab olunmalıdır. İşin araşdırılan hallarından məlum olur ki, “xxxx” ASC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli, **********8372 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 21%-lə 10.000,00 ABŞ dolları məbləğində hissə-hissə qaytarmaq şərti ilə kreditin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) sözügedən kredit müqaviləsi üzrə 5.963 ABŞ dolları məbləğində əsas kredit borcunun ödənilməməsi nəzərə alınmaqla İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsinə və ona “xxxx” X6 Təşkilatı ilə aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli, **********8372 saylı kredit müqaviləsi üzrə cəmi 1.490,75 manat kompensasiyanın hesablanmasına (hesablanmış kompensasiya məbləğinin həmin müqavilə üzrə ödəniş müddəti keçmiş kredit borcuna yönəldilməklə) etiraz edilmədiyi bildirilmişdir. İddiaçı bu məbləgi mübahisələndirdiyindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Lakin kreditin verilməsi və hansı valyutada verilməsi barədə qəbzi iddiaçı məhkəməyə təqdim etmədiyindən, həmçinin,“xxxx” ASC tərəfindən ekspertizaya təqdim edilmiş maliyyə arayışında müqavilə üzrə 8208,36 ABŞ dolları əsas borcdan, 2.381,00 ABŞ dolları faiz borcundan və 259,61 ABŞ dolları cərimə borcundan ödənişlər olmaqla, ümumilikdə, 10.848,97 ABŞ dolları məbləğində ödəniş olması göstərildiyindən, həmin maliyyə arayışında ödənilmiş ümumi 10.848,97 ABŞ dollarının hansı tarixdə və hansı məbləğdə ödənilməsi göstərilmədiyindən, iddiaçının təqdim etdiyi çıxarış məlumatlarında xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək olan ödənişlər ABŞ dolları valyutasında, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan ödənişlər Azərbaycan valyutasında göstərildiyindən, yəni Azərbaycan valyutasında ödənilən məbləglər “xxxx” ASCnin ödəniş günlərinə müəyyən etdiyi ABŞ dolları məzənnəsinə uygun konvertasiya edilib ABŞ dolları valyutasında göstərilmədiyindən, iddiaçı həmçinin tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********8372 saylı kredit müqaviləsi şərtlərinin (valyutası, məbləği, faiz dərəcəsi, müddəti) dəyişdirilməsi barədə restrukturizasiya müqaviləsi və ya əlavə sazişi barədə heç bir sənəd təqdim etmədiyindən, sonuncu maliyyə arayışında da kredit təşkilatı tərəfindən ödənişlərin ABŞ dolları valyutasında qəbul edildiyi və Azərbaycan Kredit Bürosundan çıxarışda da kreditin qalıq məbləği ABŞ dolları valyutasında göstərilməsi səbəblərindən, ekspert qarşısında qoyulmuş suallar üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, xx.xx.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı “xxxx” X6 Təşkilatı ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, **********8372 saylı kredit müqaviləsi üzrə hesablanmalı olan kompensasiyanın məbləğini və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, xx.xx.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı “xxxx” X6 Təşkilatı ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, **********8372 saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 1.490,75 manat məbləğində kompensasiyanın düzgün hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Odur ki, məhkəmə iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) sözügedən kredit müqaviləsi üzrə 5.963 ABŞ dolları məbləğində əsas kredit borcunun ödənilməməsi nəzərə alınmaqla İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsinə və ona “xxxx” X6 Təşkilatı ilə aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli, **********8372 saylı kredit müqaviləsi üzrə cəmi 1.490,75 manat kompensasiyanın hesablanması ədalətli və əsaslıdır. Belə ki, iddiaçı müvafiq kredit müqaviləsi üzrə ona 1.490,75 manat kompensasiyanın hesablanmasının tam ədalətli və əsaslı olmamasını bildirsə də, bu hal nə məhkəmə araşdırması, nə də təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası zamanı zamanı sübuta yetirilmişdir. İnzibati-Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki-Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İş üzrə xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə göstərilmişdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında “xxxx” X6 Təşkilatı ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə dair qeydlər daxil edilsə də, həmin kredit müqavilələrinin icra statusu ilə bağlı məlumat ləğv olunmuş X4 Palatasına ötürülməmişdir. Vətəndaşın kredit məlumatları natamam olduğundan vətəndaşın adı Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Bununla belə, məhkəmə sərəncamının icrası məqsədilə Mərkəzi Bank tərəfindən sözügedən müqavilə ilə bağlı “xxxx” X6 Təşkilatına müvafiq sorğu edilmişdir. Sorğu ilə bağlı təqdim edilmiş sənədlərdən isə aydın olmuşdur ki, xx.xx.2014-cü il tarixli bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyindən borcun xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərində restrukturizasiya edilməsi ilə bağlı razılaşma əldə edilmiş, lakin borclu tərəfindən bu razılaşma üzrə də borc tam icra edilmədiyindən Fərmanın qüvvəyə mindiyi tarixə və hazıra 1.675,94 ABŞ dolları məbləğində ödənilməmiş əsas kredit borcu qalmışdır. Beləliklə, birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) sözügedən kredit müqaviləsi üzrə 5.963 ABŞ dolları məbləğində əsas kredit borcunun ödənilməməsi nəzərə alınmaqla İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsinə və ona “xxxx” X6 Təşkilatı ilə aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli, **********8372 saylı kredit müqaviləsi üzrə cəmi 1.490,75 manat kompensasiyanın hesablanmasına (hesablanmış kompensasiya məbləğinin həmin müqavilə üzrə ödəniş müddəti keçmiş kredit borcuna yönəldilməklə) etiraz edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, xx.xx.2019cu il tarixli Fərmanına əsasən İddiaçı “xxxx” X6 Təşkilatı ilə aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli, **********8372 saylı kredit müqaviləsi üzrə cəmi 1.490,75 manat kompensasiyanın hesablanması Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməli, iddia İddiaçı adına “xxxx” X6 Təşkilatı ilə aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli, **********8372 saylı kredit müqaviləsi üzrə 1.490,75 manatdan artıq məbləğdə kompensasiyanın hesablanılması hissəsində təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən İddiaçı “xxxx” X6 Təşkilatı ilə aralarında bağlanılmış xx xxxx 2014-cü il tarixli, **********8372 saylı kredit müqaviləsi üzrə 1.490,75 (min dörd yüz doxsan manat yetmiş beş qəpik) manat kompensasiyanın hesablanması Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-795/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-795/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver