Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-795/2021 27.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X5, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Cabbarova (Yusubova) Rəhimə Tehmur qızının cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı (üçüncü şəxs X21) “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cabbarova (Yusubova) Rəhimə Tehmur qızı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı (üçüncü şəxs X21) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi X1 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında 547 saylı, 29.12.2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 izahatında bildirdi ki, inzibati hüquq münasibətlərindən yaranan mübahisə cavabdeh inzibati orqan tərəfindən qanunsuz qəbul edilən inzibati aktın etibarsızlığı ilə bağlıdır. Belə ki, cavabdeh Binəqədi Bələdiyyəsi X4 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında 547 saylı, 29.12.2006-cı il tarixdə qərar qəbul etmişdir. Özünü üçüncü şəxsin əri kimi təqdim edən şəxs, iş üzrə üçüncü şəxs X18 Binəqədi Bələdiyyəsi tərəfindən həmin ərazidə torpaq sahəsi ayrıldığını və onlara məxsus olduğunu bildirərək, iddiaçı tərəfindən inşa edilən hasarın bir hissəsini xəlvəti, qanunsuz uçurmuşdur. Cavabdeh Binəqədi Bələdiyyəsi mübahisəli aktla torpaq sahəsini üçüncü şəxsin adına ayırmaqla torpaq və digər qanunvericiliyin tələblərini pozmuş və eyni zamanda iddiaçının mülkiyyət hüquqlarını və qanuni mənafelərini gözləməmişdir. İddiaçının mülkiyyətində fərdi yaşayış evinin yerləşdiyi 2310 kv.m torpaq sahəsi var. İddiaçı tərəfindən həmin sahə beton hasara alınmış və uzun illərdir ki, həmin torpaq sahəsindən özü və ailəsi mübahisəsiz istifadə edir və sahəyə sahibliyi həyata keçirir. Lakin mübahisələndirilən qərar əsasında üçüncü şəxsə ayrılan həmin torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazi hüdudlarında yerləşməklə iddiaçının torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda 2310 kv.m olan həyətyanı sahədə yerləşən, ümumi sahəsi 240 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evini 1985-ci ildə inşa etmiş və həmin ildən qeyd edilən torpaq sahəsi və ev onların sahiblik və istifadələrindədir. Həmin vaxtdan da ailə üzvləri ilə birlikdə orada yaşamaqla, kommunal xərclər tərəflərindən ödənilir. 1998-ci ildən isə həmin evdə pasport qeydiyyatındadırlar. Həmçinin, 2002-ci ildə fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının tanınması barədə məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-714 saylı 2002-ci il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 2310 kv.m torpaq sahəsində yerləşən 240 kv.m olan yaşayış evinə iddiaçının mülkiyyət hüquqları tanınmışdır. Məhkəmə həmin qətnaməsində iş materiallarına istinad edərək göstərmişdir ki, “X15 və onun ailə üzvləri özbaşına tikilidən 1985-ci ildən bəri, yəni 17 il müddətində açıq şəkildə fasiləsiz istifadə edərək, kommunal xərcləri və vergiləri ödəməklə pasport qeydiyyatına görə yaşayış yeri hesab edilən həmin daşınmaz əmlak və torpaq üzərində sahiblik, istifadə və sərəncam vermə hüququnu əldə etmişlər.” Göründüyü kimi məhkəmə tərəfindən iş materialları araşdırılaraq ünvan 1 ünvanda yerləşən 2310 kv.m həyətyanı torpaq sahəsinin də X11 istifadəsində, sahibliyində və sərəncamında olması faktı müəyyən edilmişdir. 20.08.2004-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sad Park küçəsindəki, 4 otaq, 69,36 yaşayış sahəsi, 301.6 ümumi sahəsi olan 7 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi iddiaçının adına hüquqi qeydiyyatdan keçmiş və iddiaçıya bu barədə Seriya FM № 023791 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Müvafiq torpaq sahəsinin aid olduğu ərazinin iddiaçının istifadəsində və sahibliyində olması barədə sübutlar iddia ərizəsinə əlavə olunmuşdur. Bu səbəbdən qərarın etibarsız sayılması tələbinə dair iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququ mövcuddur. Beləliklə, cavabdeh inzibati orqan olan Binəqədi Bələdiyyəsi torpaq və digər qanunvericiliyin tələblərinə zidd və eyni zamanda iddiaçının mülki hüquqlarını və qanunla qorunan mənafelərim pozan inzibati akt qəbul etmişdir, məhkəmə tərəfindən həmin akt etibarsız sayılmalıdır. İnzibati aktın etibarsız sayılması üçün əsaslar mövcuddur. Mübahisələndirilən qərarda üçüncü şəxs X18 qeyd edilən ərazidə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu kimi, N.Əhmədovanın həmin torpaq sahəsinin öz vəsaiti hesabına abadlaşdırılaraq, yararlı vəziyyətə salındığı və uzun müddət bağ sahəsi kimi istifadə etdiyi göstərilir. Lakin qeyd edilən ərazi yüksək torpaq təpəlikdir, onun əvvəlki və hazırkı vəziyyətdə bağ kimi istifadəsi mümkün deyil. Həmin torpaq sahəsindən bağ sahəsi kimi də istifadə olunmamışdır. Həmin ərazi topraq topasından ibarət yüksəklikdir. Belə nəticəyə gəlmək olar ki, qərar verilərkən bələdiyyə qurumları tərəfindən həmin əraziyə ümumiyyətlə baxış keçirilməmiş, torpaq yığınından ibarət olan əraziyə vətəndaşın adına qərar qəbul edilmişdir. Həmçinin Bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamış, torpaq sahəsinin yeri, yerləşdiyi zona dəqiqləşdirilməmiş, həmin yerin planı və ölçüsü hazırlanmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X7 izahatında bildirdi ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 25.12.2006-cı il tarixli 547 saylı qərarına əsasən Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində 380 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X16 mülkiyyətinə verilmişdir. Torpaq Bələdiyyəyə məxsus olmasa idi, Bələdiyyə tərəfindən üçüncü şəxsə ayrılmazdı. İddia tələbi əsassızdır. Qərarın etibarsızlığı üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 25.12.2006-cı il tarixli 547 saylı qərarına əsasən Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində 380 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X16 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və iddiaçının torpağı ilə üst-üstə düşmür. Üçüncü şəxs torpağı alarkən həmin torpağın bələdiyyə mülkiyyəti olduğunu bilmişdir. Mübahisələndirilən qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Qərarın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X19 izahatında bildirdi ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 25.12.2006-cı il tarixli 547 saylı qərarına əsasən Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində 380 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X16 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və başqa şəxslərin torpağı ilə üst-üstə düşmür. Qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “X4 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 25.12.2006-cı il tarixli 547 saylı qərarının surətindən görünür ki, Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində 380 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq, vət. X21 tərəfindən abadlaşdıraraq, yararlı vəziyyətə salındığını və onun tərəfindən istifadə edildiyini nəzərə alaraq (hər kv.m. üçün YAN ilə 4 man. 16 qəp ödəmək şərti ilə) onun mülkiyyətinə ayrılması qərara alınmışdır. İş materiallarında olan X13 ilə Alan Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında imzalanmış Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan Torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi bələdiyyə ərazisində olan 6 mkr-nun Qərb hissəsində istifadə etdiyi 3.8 ha torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün X8, Alıcı həmin torpaq sahəsini qəbul edir. İş materiallarında olan AJV seriyalı 065152 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, X21 6-cı mkr, Qərb hissəsində olan torpağın alqı-satqısı üçün Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə 1580 manat pul ödəmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş FM seriyalı 023791 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Bağ-Park küçəsindəki 4 otaq 69,36 kv.m yaşayış sahəsi, 301.6 kv.m ümumi sahəsi olan 7 saylı fərdi yaşayış evi X11 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 20.08.2004-cü ildə qeydiyyat aparılmışdır. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 13.10.2020ci il tarilxi məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 28.01.2003-cü il tarixli 36 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayon Məhkəməsinin 2-714 saylı, 04.03.2002-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə M.Ə.Rəsulzadə qəsəbəsi Bağ-Park küçəsi 7 saylı ünvanda yerləşən 2310 kv.m. həyətyanı torpaq sahəsində 240 kv.m. sahəsi olan yaşayış evinin vət. X11 adına hüquqi qeydiyyata alınaraq qanuniləşdirilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Binəqədi rayon Məhkəməsinin 2-714/2002 saylı 04.03.2002-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Rəhimə Yusubovanın ərizəsi təmin edilmiş, X12 ünvan 3 ünvanda yerləşən 2310 kv.m həyətyanı torpaq sahəsində 240 kv.m yaşayış sahəsi olan yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması və həmin evin xüsusi mülkiyyət kimi R.T.Yusubovanın adına dövlət qeydiyyatından keçirilməsinin Bakı şəhəri Texniki İnventarlaşdırma və X9 İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallrında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə 08.04.2021-ci il tarixli məktubla daxil olmuş mütəxəssis rəyində qeyd olunur: Mübahisələndirilən torpaq sahəsinə baxış keçirilərək, iddiacının iddia etdiyi və göstərdiyi mübahisəli torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma müraciətə əlavə edilmiş sənədlərə, verilmiş sorğuların cavablarına və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış, baza məlumatlarını, ərazinin koordinatlarını və digər texniki parametrləri əks etdirən sxemlərə əsasən aparılmışdır (sxemlər əlavə edilir). - Elektron kadastr baza məlumatlarına əsasən iddia edilən torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində, dövlət mülkiyyəti torpağıdır. Mübahisəli ərazidə üçüncü şəxs X16 adına torpaq sahəsinin ayrılması və onun adına hər hansı hüquqi və ya texniki sənədin verilməsi ilə bağlı heç nə aşkar edilməmişdir.
1. Bakı şəhər Binəqədi rayonu İcra Hakimiyyətinin 28.01.2003-cu il tarixli 36 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair hec bir texniki sənədin (plan-ölçü, ayrıc aktı, sxem və sair) təqdim edilmədiyi üçün Bakı şəhər Binəqədi rayonu İcra Hakimiyyətinin 28.01.2003-cu il tarixli 36 nömrəli sərəncamına əsasən X11 adına huquqi qeydiyyata alınması nəzərdə tutulmuş M.Ə.Rəsulzadə qəsəbəsi Bağ-Park kuçəsı 7 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmamışdır. X2 adına seriya FM 023791 nömrəli qeydiyyat vəsiqəsi olduğu üçün həmin qeydiyyat vəsiqəsində qeyd edilən daşınmaz əmlakın mübahisəli ərazinin hüdudları daxilində yerləşib-yerləşməməsi barədə məlumat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aşağıdakı kimi cavablanmışdır: - Bildirilir ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2002-ci il tarixli, 2-74 nömrəli Qətnaməsi əsasında ünvan 4 ünvanında yerləşən 2310,0 kv.m torpaq sahəsi və 240,0 kv.m yaşayış sahəsinə dair Cabbarova (Yusubova) Rəhimə Tehmur qızının adına verilmiş Qeydiyyat Vəsiqəsində göstərilən fərdi yaşayış evi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilən sxem üzrə olan 3662,0 kv.m sahədə yerləşir. Ərazinin Bələdiyyə mülkiyyətində olması barədə bazada məlumat yoxdur. 2. X18 torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 547 saylı, 29.12.2006-cı il tarixli qərarı və həmin qərara əlavə edilmiş (müqavilə), sxem cizgi (miqyassız, koordinatsız, hər hansı bir istinad nöqtəsindən məsafəsinin göstərilməsi qeyd edilməməklə) Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin memarı tərəfindən tərtib və təsdiq edilmiş cizgi isə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları” haqqında əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planalma aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmadığından (keçmiş DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən hazırlanıb rəy verilməli və qeydiyyatdan keçməli idi) Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 547 saylı, 29.12.2006-cı il tarixli qərarı ilə X18 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. 3. Mübahisələndirilən ərazinin dövlət mülkiyyətində olması ilə yanaşı, iş materiallarında olan X18 torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 547 saylı, 29.12.2006-cı il tarixli qərarı və həmin qərara əlavə edilmiş (müqavilə), sxem cizgi “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları” haqqında əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada hazırlanmadığından X18 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə X11 adına huquqi qeydiyyata alınması nəzərdə tutulmuş M.Ə.Rəsulzadə qəsəbəsi Bağ-Park kuçəsı 7 saylı ünvanda yerləşən torpaq sahəsi ilə üst-üstə düşməsi mümkün deyil. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar aparılmış tədqiqatın dəyəri 95 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2021-ci il tarixli 10/1456 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 dekabr 2020-ci il tarixli, **********96 nömrəli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2002-ci il tarixli, 2-74 nömrəli Qətnaməsi əsasında ünvan 5 ünvanında yerləşən 2310,0 kv.m torpaq sahəsi və 240,0 kv.m yaşayış sahəsinə dair Cabbarova (Yusubova) Rəhimə Tehmur qızının adına verilmiş Qeydiyyat Vəsiqəsində göstərilən fərdi yaşayış evi 3662,0 kv.m sahədə yerləşir. Həmin ərazinin Bələdiyyə mülkiyyətində olması barədə bazada məlumat yoxdur. Mütəxəssis rəyinə əsasən, X24ma torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 547 saylı, 29.12.2006-cı il tarixli qərarı və həmin qərara əlavə edilmiş (müqavilə), sxem cizgi (miqyassız, koordinatsız, hər hansı bir istinad nöqtəsindən məsafəsinin göstərilməsi qeyd edilməməklə) Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin memarı tərəfindən tərtib və təsdiq edilmiş cizgi isə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları” haqqında əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planalma aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmadığından (keçmiş DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən hazırlanıb rəy verilməli və qeydiyyatdan keçməli idi) Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 547 saylı, 29.12.2006-cı il tarixli qərarı ilə X18 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyəti torpaqlarına aid olması müəyyən olunur. Mübahisəli torpaq sahəsi göstərilməklə tərtib olunmuş sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Həmin sxemdən görünür ki, mübahisəli ərazi 882 kv.m təşkil etməklə üçbucaq formasındadır və bir tərəfdən yol ilə sərhəddir. İş materiallarında olan X18 ayrılması nəzərdə tutulan torpaq sahəsinin sxemində miqyas, hər hansı istinad nöqtəsindən məsafə göstərilməmişdir. Lakin iş materiallarındakı sxem ilə mütəxəssis rəyinə əlavə olunmuş mübahisəli torpaq sahəsinin yerləşdiyi yeri göstərən sxemdə olan yollar, yaşayış evlərinin yerləşdiyi ərazilər və s. müqayisə olunarkən müəyyən olunur ki, iş materiallarında olan sxemdə göstərilmiş sahə ilə X18 ayrılması nəzərdə tutulan sahə ilə mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi uyğun gəldiyi müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (1-ci cümlənin 28.10.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (4-cü cümlənin 28.10.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “X4 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 25.12.2006-cı il tarixli 547 saylı qərarına əsasən Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində 380 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq, X21 tərəfindən abadlaşdırılaraq, yararlı vəziyyətə salındığı və onun tərəfindən istifadə edildiyi nəzərə alaraq onun mülkiyyətinə ayrılmışdır. Eyni zamanda Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 28.01.2003-cü il tarixli 36 saylı sərəncamına əsasən Binəqədi rayon Məhkəməsinin 2-714 saylı, 04.03.2002-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə M.Ə.Rəsulzadə qəsəbəsi Bağ-Park küçəsi 7 saylı ünvanda yerləşən 2310 kv.m. həyətyanı torpaq sahəsində 240 kv.m. sahəsi olan yaşayış evinin X11 adına hüquqi qeydiyyata alınaraq qanuniləşdirilməsi qərara alınmışdır və Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş FM seriyalı 023791 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Bağ-Park küçəsindəki 4 otaq 69,36 kv.m yaşayış sahəsi, 301.6 kv.m ümumi sahəsi olan 7 saylı fərdi yaşayış evi X11 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 20.08.2004-cü ildə qeydiyyat aparılmışdır. İş üzrə ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2021-ci il tarixli 10/1456 saylı ekspert rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyəti torpaqlarına aid olması müəyyən olunur. Mübahisəli torpaq sahəsi göstərilməklə tərtib olunmuş sxemdən görünür ki, mübahisəli ərazi 882 kv.m təşkil etməklə üçbucaq formasındadır və bir tərəfdən yol ilə sərhəddir. İş materiallarında olan X18 ayrılması nəzərdə tutulan torpaq sahəsinin sxemində miqyas, hər hansı istinad nöqtəsindən məsafə göstərilməmişdir. Lakin iş materiallarındakı sxem ilə mütəxəssis rəyinə əlavə olunmuş mübahisəli torpaq sahəsinin yerləşdiyi yeri göstərən sxemdə olan yollar, yaşayış evlərinin yerləşdiyi ərazilər və s. müqayisə olunarkən müəyyən olunur ki, iş materiallarında olan sxemdə göstərilmiş sahə ilə X18 ayrılması nəzərdə tutulan sahə ilə mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi uyğun gəldiyi müəyyən olunur. Məhkəmə tərəfindən qeyd olunan əraziyə tərəflərin iştirakı ilə keçirilmiş yerli baxış zamanı müəyyən edildi ki, üçüncü şəxsə ayrılmış torpaq sahəsi daş hasara alınmışdır, qapı hissəsi boşdur, üçüncü şəxsin nümayəndəsi X3 bildirdiyinə görə həmin hissəyə qapı qoyulsa da, rayon icra hakimiyyəti tərəfindən sökülmüşdür. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mübahisələndirilən qərarında torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün X21 tərəfindən abadlaşdıralaraq, yararlı vəziyyətə salındığı və onun tərəfindən istifadə edildiyi nəzərə alanaraq onun mülkiyyətinə ayrılması qeyd olunsa da, yerli baxış zamanı müəyyən edildi ki, hasara alınmış həmin sahə hündür təpəlikdən ibarətdir, onun fərdi yaşayış evinin tikintisi üçün ayrılması mümkün deyil, eləcə də həmin sahənin fiziki vəziyyətinə görə X21 tərəfindən istifaəd edilməsi qeyri-mümkündür və orada hər hansı abadlıq işləri aparılmamışdır və həmin sahə hər hansı formada yararlı hala salınmamışdır. Göründüyü kimi, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 25.12.2006-cı il tarixli 547 saylı qərarına əsasən üçüncü şəxsə ayrılmış torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarına aiddir, eləcə də üçüncü şəxsə ayrılması nəzərdə tutulan sahə ilə mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi uyğun gəlir. Bununla yanaşı, həmin qərar və həmin qərara əlavə edilmiş müqavilə, sxem cizgi qanunvericilikdə nəzərdə tutulan qaydada hazırlanmamış, üçüncü şəxsə bələdiyyə tərəfindən həmin torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Beləliklə, cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən 25.12.2006-cı il tarixli 547 saylı qərarla dövlət mülkiyyəti torpaqlarına aid olan torpaq sahəsi üçüncü şəxs X18 verilmişdir və üçüncü şəxsə bələdiyyə tərəfindən həmin torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Qeyd olunan torpaq sahəsinə münasibətdə cavabdeh qərar qəbul etmək səlahiyyətinə malik deyildir. Belə bir qərarın qəbul edilməsinə cavabdehin səlahiyyəti olmamışdır. Həmin qərar səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt hesab edilir. Bu isə həmin qərarın etibarsız sayılmasına əsas verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır; 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “X4 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 547 saylı 29 dekabr 2006-cı il tarixli qərarı etibarsız sayılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar aparılmış tədqiqatın dəyəri olan 95 manat cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsindən alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Pərviz Hüseynov