Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-795/2022 11.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin dekabr ayına qədər ödənilən pensiya məbləğinin (864,05 manat) bərpa olunması, pensiya məbləği bərpa olunana qədər ona əksik ödənilmiş məbləğin ödənilməsi və geri ödənilməsi tələb olunan 6705,58 manat pensiya məbləğinin silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1945-ci il tarixdə anadan olmuş və 45 ildən çox əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin müddətin 21 ilini dövlət qulluqçusu kimi fəaliyyət göstərmişdir. Bütün bu iş illəri əmək kitabçasında öz əksini tapmışdır. Ona 2009-cu ilin avqust ayında DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən dövlət qulluqçusu kimi 293,49 manat pensiya təyin edilmişdir. Lakin, həmin vaxt inzibati orqan onun pensiyasını düzgün hesablamadığı üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2inz(81)-54/2012 saylı qərarı ilə iddia tələbi təmin olunmuş, ona təyin olunmuş pensiyanın yenidən hesablanması, pensiya təyin edilən zaman orta aylıq vəzifə maaşının, dövlət qulluqçusunun qulluq stajına görə əlavənin və mükafatların düzgün tətbiq edilməməsi nəticəsində keçən dövr ərzində 1750,72 manat məbləğində dəymiş ziyanın, hesablanmış aylıq pensiyanın 6 misli miqdarında birdəfəlik müavinətin fərqi 328,26 manatın, cəmi 2078,98 manatın alınaraq ona verilməsi vəzifəsi cavabdeh DSMF-nin Yasamal rayon şöbəsinə həvalə edilmişdir.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qeyd olunan qərarı qanuni qüvvəsini almış və inzibati orqan tərəfindən icra olunmuşdur. Qərar icra olunduğu tarixdən ona təyin olunan pensiyanın məbləği məhkəmənin qərarına uyğun olaraq 348,19 manat təşkil etmişdir.Sonrakı dövrlərdə dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq pensiyanın məbləği bir neçə dəfə artırılmış və xx.xx.2019-cu il tarixdən 864,05 manat təşkil etmişdir. Qeyd olunan pensiya məbləği 2020-ci ilin dekabr ayına qədər ona ödənilmişdir. Lakin 2021-ci ilin yanvar ayında pensiyasının ödənilməsi ərəfəsində ona məlum olmuşdur ki, ona xəbərdarlıq olunmadan pensiyası dayandırılıb. Bundan sonra o, bir neçə dəfə DSMF-yə müraciət etdikdən sonra 2021-ci ilin yanvar ayının pensiyası ferval ayında ona ödənilmişdir. Lakin, bu zaman da məlum olmuşdur ki, ona ödənilən pensiyanın məbləği 120,35 manat azaldılmışdır. Bununla əlaqədar olaraq,o, DSMF-yə qəbula getmiş və qəbul zamanı ona bildirilmişdir ki, guya əvvəllər monun pensiyasının məbləği düzgün hesablanmamış, ona artıq pensiya ödənilmişdir. Buna görə də, pensiya məbləği azaldılmışdır. Həmçinin ondan artıq ödənilmiş pensiyanın geri qaytarılması tələb olunmuşdur.Bundan sonra,o, xx.xx.2021-ci il tarixdə DOST Agentliyi vasitəsilə, xx.xx.2021-ci il tarixdə isə poçt vasitəsilə DSMF-nin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi ərizə ilə müraciət edərək “pensiyasının hansı əsasla azaldılması barədə ona rəsmi məlumat verilməsini, onun pensiyasının əvvəlki məbləğdə ödənilməsini və ondan tələb olunan məbləğin silinməsini” xahiş etmişdir. Lakin, inzibati orqan bugünədək onun müraciətlərinə heç bir rəsmi cavab verməmişdir.Müraciətlərinə cavab verilmədiyi üçün o, dəfələrlə Nazirliyin və DSMF-nin məsul şəxslərinin qəbuluna getmişdir. Qəbullar zamanı hər dəfə ona şifahi olaraq bildirmişdir ki, DSMF-nin Daxili nəzarət şöbəsi tərəfindən araşdırma aparılmış və ona ödənilən pensiyanın məbləğinin düzgün hesablanmadığı müəyyən edilmişdir. Pensiya məbləği düzgün hesablanmadığına görə xx.xx.2009-xx.xx.2013-cü illər ərzində 802,21 manat, xx.xx.2013-xx.xx.2018-ci illər ərzində 3343,45 manat, xx.xx.2018xx.xx.2019-cu illər ərzində 634,32 manat, xx.xx.2019- xx.xx.2020-ci illər ərzində 1925,60 manat, cəmi 6705,58 manat artıq pensiya məbləği ödənilmişdir. Bu səbəbdən də, həmin məbləğin büdcəyə bərpa edilməsi məqsədilə pensiyasından tutulma aparılması üçün qısa müddətdə yazılı razılıq verilməsi də, ondan tələb olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, DSMF-nin ondan geri ödənilməsini tələb etdiyi 6705,58 manat məbləğin içərisində əvvəllər az ödənildiyi üçün sonradan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 inz (8D-54/2012 saylı qərarı əsasında ona ödənilmiş 2078,98 manat da, vardır. Bildirir ki, inzibati orqanın yuxarıda qeyd olunan bütün hərəkətləri qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2009-cu il tarixdə dövlət qulluqçusu kimi ona təyin olunan pensiyanın məbləği ilə razı olmadığı üçün o, məhkəməyə müraciət etmiş və məhkəmə araşdırması zamanı onun haqlı olduğu müəyyən olunmuşdur. Buna görə də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2012-ci il tarixli qərarı ilə iddiasını təmin edərək onun hər ay 348,19 manat məbləğində pensiya almalı olduğunu qeyd etmişdir. Göründüyü kimi, onun dövlət qulluqçusu kimi pensiyasının ilkin məbləği məhkəmə qərarı əsasında müəyyən edilmişdir. Belə olan halda isə DSMF-nun ona təyin olunmuş pensiya məbləğinin düzgün hesablanmadığını bildirməsi həmin qurumun məhkəmə qərarlarına hörmət etmədiyinin bariz göstəricisidir. Halbuki, məhkəmənin qərarı dövlətin adından çıxarılır və icrası məcburidir. Dövlət qulluqçusu kimi ona təyin olunmuş pensiyanın məbləği məhkəmə qərarı əsasında müəyyən olunduqdan sonrakı dövrlərdə dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq pensiyanın məbləği müxtəlif vaxtlarda bir neçə dəfə artırılmışdır.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-cü maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.Həmin qanunun 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da, nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 5-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür.Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən dövlət qulluqçusuna xidmətin ikinci ilindən başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşağıdakı qaydada hər ay əlavə haqq ödənilir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 2020-ci ilin dekabr ayınadək ona ödənilən pensiya məbləğinin (854.14 manat) bərpa edilməsi, pensiya məbləği bərpa edilənədək ona əksik ödənilmiş 2512.09 manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, xx.xx.2021-ci il tarixli, **********4 nömrəli qərarının ləğv edilməsi, cavabdehdən maddi ziyana görə 3250 manat, mənəvi ziyana görə 5000 manat pulun onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakıları diqqətə çatdırırlar: iddiaçı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, iddiaçıya Dövlət Sosial X5 rayon Şöbəsi tərəfindən 1 may 2007-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. X8 Departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, 3 avqust 2009-cu il tarixində vaxtilə onun qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 259,30 manat, qulluq stajına görə əlavə 53,60 manat, ixtisas dərəcəsinə görə əlavə 30,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 58,16 manat olmaqla orta aylıq əmək haqqı 401,06 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 25 il 10 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (401,06 manat) 80 faizi-320,85 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16663,50 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 17465,71 manat ödənilmişdir. Bu səbəbdən də, iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 802,21 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının 370,50 manat, qulluq stajına görə əlavə 76,58 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 83,13 manat olmaqla orta aylıq əmək haqqı 585,21 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017- ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 25 il 10 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (585,21 manat) 80 faizi- 468,17 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2013xx.xx.2018- ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23876,67 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 27220,12 manat ödənilmişdir. Bu səbəbdən də, iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 3343,45 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir.Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 406,83 manat, qulluq stajına görə əlavə 84,09 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 91,28 manat olmaqla orta aylıq əmək haqqının 637,20 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.11.2- ci maddəsinə əsasən orta aylıq əmək haqqının (637,20 manat) 80 faizi-509,76 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 545,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində iddiaçıya 634,32 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir.Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 611,17 manat, qulluq stajına görə əlavə 126,33 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 137,13 manat olmaqla orta aylıq əmək haqqı 929,63 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2- ci maddəsinə əsasən orta aylıq əmək haqqının (929,63 manat) 80 faizi-743,70 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 864,05 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində iddiaçıya 1925,60 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2009xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6705,58 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 6705,58 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün 05 fevral 2021-ci il tarixli **********9 nömrəli məktubla yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməyi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.Məlumat üçün bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən cari ilin yanvar ayından etibarən iddiaçının əmək pensiyası 743,70 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür.Göründüyü kimi, İddiaçı yuxarıda qeyd olunanlarla razılaşmamış, pensiya məbləğinin bərpa olunması və geri ödənilməsi tələb olunan pensiya məbləğinin silinməsi öhdəliyinin Mərkəzi Filialın üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi edilməsi və artıq ödənilmiş 6705,58 manatpensiya məbləğinin iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkiliiddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1945-ci il təvəllüdlüdür. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-54/2012 saylı, 04 aprel 2012-ci il tarixli qanuni qüvvəsini almış qərarından görünür ki, İddiaçı iddia tələbi qismən təmin edilərək, İddiaçı 2009-cu il 03 avqust tarixdə təyin olunmuş pensiyanın yenidən hesablanması, pensiya təyin edilən zaman orta aylıq vəzifə maaşının, dövlət məvacibinə dövlət qulluqçusunun qulluq stajına görə əlavənin və mükafatların düzgün tətbiq edilməməsi nəticəsində keçən dövr ərzində 1750,72 manat məbləğində dəymiş ziyanın, hesablanmış aylıq pensiyanın 6 misli miqdarında birdəfəlik müavinətin fərqi 328,26 manatn alınaraq ona verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial X5 rayon Şöbəsinə həvalə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, xxxxxxx210004 nömrəli müraciət vərəqəsindən görünür ki, iddiaçı pensiya məbləğinin azaldılma səbəbi barədə rəsmi məlumat verilməsi üçün 1 saylı Dost Mərkəzinə müraciət etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir. İşdə olan iddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının hesablanması haqqında” məktubun surətindən görünür ki, ididaçının xx.xx.2021-ci il tarixdə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, Filial tərəfindən 05 fevral 2021-ci il tarixli, **********9 nömrəli məktubla cavablandırılmş eyni məzmunli ərizəsinə baxaraq əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqı xx.xx.1993xx.xx.1998-ci il tarixləri arasındakı dövr əsas götürülərək hesablanmışdır. Mərkəzi Filial tərəfindən cari ilin yanvar ayından etibarən əmək pensiyası 743.70 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçının ümumi əmək stajı 38 il 3 ay təşkil edir. İşdə olan cavabdehin “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********4 nömrəli qərarının surətindən görünür ki, xx.xx.1945-ci il tarixində anadan olmuş, ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) borclu İddiaçı xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 6705.58 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İşdə olan Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin 09.06.201-ci il tarixli “icraata başlama haqqında” qərarından və xx.xx.2021-ci il tarixli, 143798/2021-53-31-004 nömrəli “tələbin könüllü icrası haqqında” məktubdan görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********4 nömrəli qərarı üzrə icraata başlanılmış, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı iddiaçıya məktub göndərilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 08 dekabr 2021-ci il tarixli, **********7 nömrəli “Əmək peniyasının yenidən hesablanması haqqında” məktubun surətindən görünür ki, İddiaçı Dövlət Sosial X5 rayon Şöbəsi tərəfindən 1 may 2007-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. Arxiv sənədlərinin araşdırılması zamanı adıçəkilən şəxsə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 aprel 2012-ci il tarixli, 2inz(81)-54/2012 nömrəli qərarı aşkar edilərək həmin qərara əsasən onun əmək pensiyası 2021-ci ilin noyabr ayında yenidən hesablanmışdır. Nəticədə 3 avqust 2009-cu il tarixində İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 261.15 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 78.35 manat, ixtisas dərəcəsinə görə əlavəsi 30.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 65.75 manat olmaqla orta aylıq əmək haqqısı 435.25 manat təşkil etdiyi müəyyən edilmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 19 il 7 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (435.25 manat) 80 faizi – 348.20 manat məbləğində müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauyğun pensiya məbləğinə görə adıçəkilən şəxsə xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 18083.94 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 17465.71 manat ödənilmişdir. Buna görə də, həmin dövr üzrə ona 618.23 manat əskik pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 372.75 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 111.83 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 93.75 manat olmaqla orta aylıq əmək haqqısı 633.33 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 19 il 7 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (633.33 manat) 80 faizi – 506.66 manat məbləğində müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauyğun pensiya məbləğinə görə adıçəkilən şəxsə xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 25839.66 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 27220.12 manat ödənilmişdir. Buna görə də, həmin dövr üzrə ona 1380.46 manat pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci ill iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Həmin şəxslərin əmək pensiyasına quluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 19 il 7 ay 9 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 63.75 faiz təşkil edir. Dövlət quluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 4409.25 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 122.78 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 102.92 manat olmaqla orta aylıq əmək haqqısı 689.95 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda bəhs olunan 2018ci il 25 iyul tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqısı (633.33 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısının (689.95 manat) arasındakı fərq məbləğinin (56.62 manat) 63.75 faizi – 36.10 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (506.66 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 542.76 manat məbləğində müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauyğun pensiya məbləğinə görə adıçəkilən şəxsə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 9769.68 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 9810.00 manat ödənilmişdir. Buna görə də, həmin dövr üzrə ona 40.32 manat artıq pul vəsaiti ödənilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 614.75 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 184.43 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 154.58 manat olmaqla orta aylıq əmək haqqısı 1008.76 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqısı (689.95 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısının (1008.76 manat) arasındakı fərq məbləğinin (318.81 manat) 63.75 faizi – 203.24 manat 1 sentyyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının ( 542.76 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 746.00 manat müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauyğun pensiya məbləğinə görə adıçəkilən şəxsə xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19396.00 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 21261.80 manat ödənilib. Buna görə də, həmin dövr üzrə ona 1865.80 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2009-xx.xx.2013cü il tarixləri arsındakı dövr ərzində 618.23 manat əksik, xx.xx.2013-xx.xx.2021-ci il tarixləri arsındakı dövr ərzində 3286.58 manat artıq pul vəsaiti ödənilib. Nəticədə ümumilikdə 2668.35 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 2668.35 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə adıçəkilən şəxsin əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi, Mərkəzi Filial tərəfindən cari ilin noyabr ayından etibarən əmək pensiyasının 746.00 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülməsi bildirilmişdir. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya məxsus pensiya işinin surətindən müəyyən edilmişdir ki, iddiaçıya 38 il 3 ay ümumi, 19 il 7 ay 9 gün dövlət qulluğu stajına görə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, dövlət qulluğu məvacibi xx.xx.1993-xx.xx.1998-ci illər arasındakı dövr əsas götürülməklə hesablanmışdır. İddiaçıya pensiya hesablanması zamanı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 aprel 2012-ci il tarixli, 2inz(81)-54/2012 saylı qərarında göstərilmiş məhkəmənin hüquqi mövqeyi nəzərə alınmış, iddiaçıya 55.0 manat ixtisas dərəcəsinə görə əlavə, qulluq stajına görə 30% əlavə, mükafatlar 1500% nəzərə alınmış, iddiaçının əmək pensiyasının məbləği 746.00 manat müəyyən edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müraciətlər etmiş və cavabdeh tərəfindən onun müraciətləri xx.xx.2021-ci il tarixli məktubla cavablandırılmışdır. Cavabdehin cavabından narazı qalan iddiaçı bundan sonra xx.xx.2021-ci il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə işin halları ilə bağlı qanunvericiliyin aşağıda sadalanan normalarını qeyd etməyi zəruri hesab edir. Belə ki, iddia tələbi cavabdehin “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********4 nömrəli qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin ediməlidir. Belə ki, məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialları ilə müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2007-ci il tarixindən Dövlət Sosial X5 rayon Şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də, iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə, hazırkı iş üzrə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələb, əmək pensiyasının təyin edilməsi barədə qərarın, o cümlədən inzibati orqanın faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Məhkəmə gəlmiş olduğu nəticəni ilə bağlı inzibati icraat haqqında qanunvericiliyin aşağıdakı tələblərinin təhlil olunmasını zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi, hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həlledici əhəmiyyət daşımasa da, pensiya təyini qərarının və faktiki xarakterli hərəkətlərin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair iddia uğurlu ola bilər. Lakin, işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna cavabdeh tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da, müəyyən olunmamışdır. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də, məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İş materiallarında olan digər sənədlərlə isə cavabdeh təyin edilmiş əmək pensiyasının əsassızlığını səhv hesablama ilə bağlı əsaslandırılsa da, bu zaman iddiaçının səhv təyinata hər-hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da, mövcud olmayacaqdır. “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də, göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də, ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən, artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq, geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə, həmçinin onu da, qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə, inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalara (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Beləliklə, əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması hazırkı iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsinin qarşısını alır. Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi, inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yolverilməzdir. Məhkəmə vurğulayır ki, əmək pensiyasının təyin edilməsi barədə qərar şəxsin ziyanına şərh olunacağı halda belə, yəni əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv olunması, əmək pensiyasının bərpa edilməsi barədə iddiaçı tərəfindən iddia qaldırılmamaması və ya qaldırılmış iddianın uğurlu olmaması halında belə, bu həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı iddianın təmin edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşır. Məhkəmə iddia tələbinin təmin olunmayan hissəsi, yəni, 2020-ci ilin dekabr ayınadək ona ödənilən pensiya məbləğinin (854.14 manat) bərpa edilməsi, pensiya məbləği bərpa edilənədək ona əksik ödənilmiş 2512.09 manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehdən maddi ziyana görə 3250 manat, mənəvi ziyana görə 5000 manat pulun onun xeyrinə tutulması hissələrinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə ilk öncə əvvəlki pensiya məbləğinin, yəni 854.14 manat məbləğində pensiya məbləğinin bərpa olunması tələbinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya məxsus pensiya işinə baxış keçirilən zaman, eləcə də, məhkəmə iclasında mütəxəsiss qismində iştirak etmiş X6 Təyinatı Departamentinin Əmək haqqı əsasında hesablanan pensiya təyinatı şöbəsinin baş mütəxəssisi X3 də, izahatından müəyyən edilmişdir ki, iddiaçının pensiya məbləği 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz (81)-54/2012 saylı, 04 aprel 2012-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə uyğun olaraq tam şəkildə icra edilərək yenidən hesablanmış, məhkəmə qərarında göstərilmiş bütün mükafat və müavinətlər, ixtisas dərəcəsinə görə əlavə nəzərə alınmışdır. İddiaçının əvvəlki pensiya məbləği ilə indiki pensiya məbləği arasındakı fərq məbləği (hansı ki, bu fərq məbləği iddiaçıya artıq ödənilmiş pensiya məbləğini yaranmasına səbəb olmuşdur) Dövlət Sosial X5 rayon Şöbəsinin əməkdaşları tərəfindən pensiya məbləğinin düzgün hesablanmaması nəticəsində, əsasən 2018-ci ilin sentyabr ayında artım faizi məbləğlərinin yüksək götürülməsi (50 faiz əvəzinə 100 faiz) nəticəsində yaranmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi barədə tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi barədə iddia tələbi əsaslı olmadığından, pensiya məbləğinin azaldılması nəticəsində iddiaçının əksik ödənildiyini iddia etdiyi 2512.09 manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbi də, əsaslı hesab edilə bilməz. Məhkəmə eləcə də, iddia tələbinin cavabdehdən maddi ziyana görə 3250 manat, mənəvi ziyana görə 5000 manat pul məbləğinin tutularaq ona ödənilməsi hissələrinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən ona maddi və mənəvi ziyanın dəyməsinə dair mötəbər sübutlar təqdim edilmədiyindən, iddia tələbləri həmin hissədə də, əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (1100-cü maddə). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarına əsasən: 1-ci bənd. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarlarına görə mənəvi zərər müəyyən edilərkən hər bir işin konkret halı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X3rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********4 nömrəli qərarı ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-795/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-795/2022
11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver