Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-795/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xəstəliyinə görə ikinci dərəcə əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1990-ci ildə anadan olmuşdur. xx.xx.2017-ci il tarixində işdən qayıtdıqdan sonra yatarkən AT-im qalması və yuxuda qəfil halının pisləşməsi, sol ətrafında keyimə, ürəkbulanma, qusma əlamətləri ilə 2 saylı Şəhər Klinik Xəstəxanasına aparılmışdır. Xəstəxanaya daxil olarkən vəziyyəti ağır idi, sol tərəfi keyimişdi. Baş ağrıları olmasından ümumi zəyifləmişdi,sağ beyin yarımkürəsində hemoragiya insult keçirdi. Bununla əlaqədər müalicə və müayinə alımışdır. Bütün müayinə və müalicələrin nəticəsində səhhətində bir sıra problemlərin olduğu bəlli oldu.Belə ki, təkrar müayinə zamanı xx.xx.2024-cü il tarixində DTSRA-aparatına müayinəyə göndərilmişdir. Sonda nəticə olaraq “hipertaniya, Arterial hipertenziya İİİ mərhələ ağırlaşma , kəllə daxili qansızmanın nəticələri, sağ beyin arıkürəsinin hemorrogik insultunun nəticələri, spasti hemiplcgiya, sol tərəfi i dərin hemiparez, hərəkətin yerişin pozulması hipertenziv ensefalopatiya, hipertenziv ensefalopatiya” kimi xəstəliklərin diaqnozu qoyulmuş və 2-ci qrup əlillik təyin edilmişdir. Hazırda aradan keçən müddətdə xəstəliyim daha da kəskinləşmişdir və müalicə ilə bərpa olunması mümkün deyildir. Həmçinin sənədlərdən də göründüyü kimi, indiyə qədər dəfələrlə xəstəliyilə bağlı stasionar və ambulator müalicələr almağına baxmayaraq, xəstəlik müalicə olunmamış,əksinə daha da ağır mərhələyə keçmişdir. Buna görə də, hesab edir ki, cavabdeh orqan tərəfindən əlilliyinin ləğv edilməsi tamamilə əsassızdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçının xx.xx.2023-cü il tarixdən xəstəliyinə görə ikinci dərəcə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə İddiaçı əyani müayinə olunması üçün 01 (bir) ay müddət təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-4/2-M-33699/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilir. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0008 saylı göndərişə əsasən xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Əsas diaqnoz 110 Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İİİ mərhələ. Ağırlaşma 169.1 Kəllədaxili qansızmanın nəticələri, Sağ beyin yarımkürəsinin hemorrogik insultunun nəticələri. Ağırlaşma G81.1 Spastik hemiplegiya, Sol tərəfli dərin hemiparez. Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yerişin pozulması. Ağırlaşma 167.4 Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya” diaqnozu ilə qiymətləndirilmiş və “diaqnoz əlillik əlaməti təyin etməməsi - səbəb: diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si E00129685YTZ, göndəriş tarixi xx.xx.2023-cü il) göndərişi verən müəssisədə xx.xx.2023-cü il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2017-ci il tarixdən (xroniki; orta ağır) müəyyən edilmişdir. Əsas diaqnoz: İ10 Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İİİ mərhələ Ağırlaşmalar: İ69.1 Kəllədaxili qansızmanın nəticələri, Sağ beyin yarımkürəsinin hemorrogik insultunun nəticələri. G81.1 Spastik hemiplegiya, Sol tərəfli dərin hemiparez R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yerişin pozulması İ67.4 Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya Cavabdehin xx.xx.2023-cü il tarixli əyani müayinə aktından görünür ki, Müəyyən olunmuşdur ki, Bakı, Binəqədi, M. Ə. Rəsulzadə ünvanında qeydiyyatda olan İddiaçı (FİN- xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin E00129685YTZ nömrəli göndərişinə əsasən xx.xx.2023 -cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Ətraflı səbəb: “xəstənin əmək müqaviləsi var peşəsi əsas diaqnozun agirliq dərəcəsinə gorə uygun deyil.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-4/2-18876/2024 saylı məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-14433/2024 saylı qərarından görünür ki, 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T-819/2024 saylı ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı Baş Səhiyyə İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli E00129685YTZ saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: İ10-Essensial (birincili) hipertenziya. Arterial hipertenziya İİİ mərhələ. Ağırlaşmalar: İ69.1-Kəllədaxili qansızmanın nəticələri. Sağ beyin yarımkürəsinin hemorragik insultun nəticələri; G81.1-Spastik hemiplegiya. Sol tərəfli dərin hemiparez; R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Yerişin pozulması; İ67.4-Hipertenziv ensefalopatiya. Hipertenziv ensefalopatiya” diaqnoz xəstyə stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilsə də, onun xx.xx.2024-cü il tarixində DTSERA-da əlavə əyani müayinəsi zamanı şikayətləri arterial təzyiqin yüksəlməsindən, baş ağrılarından, əsəbilikdən, sol ətrfaında hərəkət məhdudluğundan, yerişin çətinləşməsindən olmuş, 2017-ci ildə “insult” keçirdiyini bildirmiş, MRT müayinəsində dəyişikliklər olması qeyd edilsə də, həkim nevropatoloq tərəfindən müayinə olunarkən ətraflarda hərəkət məhdudluğu, hipotrofıya izlənilməmiş, əzələ gücü saxlanılmış, Marinesko Radoviç simptomu “müsbət” olmuş, Romberq vəziyyətində dayanıqlı olmuş, əlillik təyinatına əsas verən nevroloji defısit və heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Exo-KQ müayinəsinin nəticəsində isə əlillik təyinatına əsas verən qan dövranı pozğunluğu müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. İddiaçı məhkəməyə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. İddiaçı xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, həmin tarixdə diaqnozun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. Həmin imtina və qərarın iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edildiyi müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia mümkündür, iddiaçının iddianı qaldırmağa subyektiv hüququ var, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün müddət ötürülməmişdir. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si E00129685YTZ, göndəriş tarixi xx.xx.2023-cü il) göndərişi verən müəssisədə xx.xx.2023-cü il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2017-ci il tarixdən (xroniki; orta ağır) müəyyən edilmişdir. Əsas diaqnoz: İ10 Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İİİ mərhələ Ağırlaşmalar: İ69.1 Kəllədaxili qansızmanın nəticələri, Sağ beyin yarımkürəsinin hemorrogik insultunun nəticələri. G81.1 Spastik hemiplegiya, Sol tərəfli dərin hemiparez R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yerişin pozulması İ67.4 Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya Məhkəmə aradırması zamanı təyin və tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T-819/2024 saylı ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı Baş Səhiyyə İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli E00129685YTZ saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: İ10-Essensial (birincili) hipertenziya. Arterial hipertenziya İİİ mərhələ. Ağırlaşmalar: İ69.1-Kəllədaxili qansızmanın nəticələri. Sağ beyin yarımkürəsinin hemorragik insultun nəticələri; G81.1-Spastik hemiplegiya. Sol tərəfli dərin hemiparez; R26.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Yerişin pozulması; İ67.4-Hipertenziv ensefalopatiya. Hipertenziv ensefalopatiya” diaqnoz xəstyə stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilsə də, onun xx.xx.2024-cü il tarixində DTSERA-da əlavə əyani müayinəsi zamanı şikayətləri arterial təzyiqin yüksəlməsindən, baş ağrılarından, əsəbilikdən, sol ətrfaında hərəkət məhdudluğundan, yerişin çətinləşməsindən olmuş, 2017-ci ildə “insult” keçirdiyini bildirmiş, MRT müayinəsində dəyişikliklər olması qeyd edilsə də, həkim nevropatoloq tərəfindən müayinə olunarkən ətraflarda hərəkət məhdudluğu, hipotrofıya izlənilməmiş, əzələ gücü saxlanılmış, Marinesko Radoviç simptomu “müsbət” olmuş, Romberq vəziyyətində dayanıqlı olmuş, əlillik təyinatına əsas verən nevroloji defısit və heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Exo-KQ müayinəsinin nəticəsində isə əlillik təyinatına əsas verən qan dövranı pozğunluğu müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan, iddia rədd edilməlidir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-795/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-795/2025
03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver