Məhkəmə qərarları › İş №2-1(112)-7956/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7956/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7956/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçın cavabdeh Azərbaycan Respublikası 4 saylı Bakı Asan Xidmət X1rşı “adın dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı “Asan xidmət” X3rşı məhkəməyə müraciət edərək, Şəms adının “Nailə” adı ilə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. Evləndikdən sonra şəxsiyyət vəsiqəsinə əsasən adı, ata adı və soyadı X7 olmuşdur. O özü ərizə ilə adının dəyişdirilməsi üçün 2016-cı il tarixdə 4 saylı ASAN XİDMƏT Mərkəzinə müraciət etmiş, 4 saylı ASAN Xidmət Mərkəzinin mərkəzi qeydiyyat şöbəsinin 29 mart 2016-cı il tarixli 29 saylı aktı ilə onun adı “Nailədən” Şəmsə dəyişdirilmişdir. Həmin müraciəti o düşünülməmiş və tələsik etmiş və öz əsl adını səbəbsiz yerə dəyişdirmişdir. Buna görə də indiki “Şəms” adını özünün əvvəlki “Nailə” adı ilə dəyişdirmək və əvvəlki adına qayıtmaq istəyir. Hər hansı öhdəlikləri və ya barəsində cinayət xarakterli hər hansı iş yoxdur. Bunun üçün o müvafiq sənədləri toplayıb 4 saylı ASAN Xidmət X2 müraciət etmiş, 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi 22.06.2021-ci il tarixli imtina məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydalarının 6.1-ci bəndinə əsasən “Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verildiyini, həmin Qaydaların 6.3-cü bəndinə əsasən isə “Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verildiyini, 4 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 29.03.2016-cı il tarixli 29 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən “Nailədən”dən “Şəms”ə dəyişdirildiyini, adın növbəti dəfə dəyişdirilməsinin bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş halların heç biri mövcud olmadığından ərizənin təmin olunmasının şöbə tərəfindən mümkün olmadığı bildirilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. 12.07.2021-ci il tarixli cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktubda iş yükünün çox olmasının nəzərə alınaraq məhkəmədə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının xahiş edildiyi aydın olur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, iddiaçının izahaını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Kürdəmir rayonu, Mollakənd kəndində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1973-cü ilin yanvar ayının 19-u günündə 08 nömrə ilə qeyd edilmişdir. Valideynləri qismində X5 və X6 qeyd olunmuş və 08 aprel 2016-cı il tarixli AZ-İİİ 697905 nömrəsi ilə verilmişdir. 4 saylı Bakı Cavabdeheydiyyat şöbəsi tərəfindən 22.06.2021-ci il tarixdə İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, onun soyadı və adı 4 saylı Bakı Cavabdeheydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 29.03.2016-cı il tarixli 29 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən “Şəmsiyeva Nailə”dən “İddiaçı”ə dəyişdirilmişdir. Adının növbəti dəfə dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş halların heç biri mövcud olmadığından ərizəsinin təmin olunması şöbə tərəfindən mümkün deyildir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir rayon Qeydiyyat Şöbəsi tərəfindən cavab olaraq göndərilmiş 29 mart 2016-cı il tarixli doğum haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı adı “Nailə”dən “Şəms”ə dəyişdirilmişdir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, xx.xx.1955-cİ il tarixdə Kürdəmir rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Onun əvvəlki adı Nailə olmuş və “Şəms” adına dəyişdirmişdir. İddiaçı yenidən adının “Şəms”dən “Nailə”yə dəyişdirilməsi ilə bağlı Bakı şəhəri 4 saylı “ASAN Xidmət” X2 müraciət etmiş, inzibati orqan isə 22.06.2021-ci il tarixl, imtina məktubunda Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»na istinad etməklə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmədiyini bildirmiş və iddiaçı cavabdeh inzibati orqanın imtinasını qanunsuz hesab edərək məhkəmə qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6-cı madəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Həmin Qaydaların 6.25-ci bəndinə görə atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirirsə, onun yetkinlik yaşna çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Həmin Qaydaların 6.27-ci bəndnə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atasının adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istorsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»ndan göründüyü kimi 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə olmaqla adın dəyişdirilməsi hüququ tanınmış, iddiaçı həmin hüququndan bir dəfə istifadə etdiyindən onun yenidən adının dəyişdirilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın imtinası əsaslıdır və İddiaçı hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 4 saylı Bakı “Asan xidmət” X1rşı «adın dəyişdirilməsi » tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı qızının iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar