Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7956/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğvi və işə bərpa olunma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin "Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156 "e" bəndinə “xidməti uyğunsuzluğu" əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında xx.xx.2022-ci il tarixli əmri ləğv edərək, onun işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2013-cü ildə Bakı şəhəri 13 Saylı Peşə Məktəbini bitirmişdir. 2012-ci ildə Dəmiryol Peşə məktəbini bitirmişdir. 2010-2012-ci illərdə Hərbi Xidmətdə olmuşdur. 10 iyul 2019-cu ildən xx.xx.2022-ci il tarixinədək Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasedici Xidmətində Həqiqi hərbi xidmətdə olmuşdur. Müqavilə beş il müddətinə bağlansa da, o xx.xx.2022-ci il tarixində "Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı "e" bəbdinə bəndinə (Xidmət Uyğunsuzluğu) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Barəsində qanunsuz olaraq işdən çıxarılması barədə əmr ləğv olunmalı, işə bərpa olunması barədə qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7956/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi Xüsusi Riskli Xilasetmə Xidmətinin 03 noyabr 2022-ci il tarixli, 0463/ş nömrəli əmrinin ləğv edilməsi və işə bərpa edilmə öhdəliyinin cavabdeh Azərbayca Respublikası Cavabdeh üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 47.2 maddəsinə əsasən iddia ərizəsi təqdim edilərkən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə Məhkəməyə bildirmək tələb olunur. Həmin Məcəllənin 55.1 maddəsinə əsasən Məhkəmə qərarı qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina edə bilər. Eyni zamanda məhkəmə iddia müddətinin ötürülmədiyi qənaətinə gələrsə, iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı dəfələrlə intizam qaydalarını pozmuşdur. Bu hallar onun yazılı izahatları ilə də öz təsdiqini tapır. İddiaçıya dəfələrlə şifahi xəbərdarlıqlar edilmişdir. Bunlara məhəl qoymadığı üçün yazılı xəbərdarlıq, töhmət və şiddətli töhmət intizam cəzaları verilmiş və onun xidməti vərəqəsində müvafiq qeydlər aparılmışdır. Nəhayət 01 noyabr 2022-ci il tarixdə Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin gizir heyətinin şərəf məhkəməsinin yığıncağı keçirilmiş, yığıncaqda 44 nəfər iştirak etmiş, onlardan 14-ü zabit, 30-u gizir olmuşdur. Məhkəmə yığıncağının qərarına əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün dalğıc xilasetmə katerləri taqımının təlimatçı dalğıcı gizir İddiaçı hərbi xidmətə laqeyd yanaşdığı, xidmət yerinə mütəmadi gecikdiyini, hərbi intizamının aşağı səviyyədə olmasını, gələcək perspektivlərinin olmadığını və özünün şəxsi keyfiyyətlərinin qənaətbəxş olmamasını, verilmiş cəzalardan nəticə çıxarmamasını, başqa hərbiçilərə pis nümunə olduğunu nəzərə alaraq gizir İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların “Şərəf məhkəməsi haqqında” Əsasnamənin 5.2.6-ı maddəsini və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ı maddəsinin “e” bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış, vəsatət təmin olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsində istinad olunmuş hallar tamamilə əsassızdır və bu halları sübut edən hər hansı bir mötəbər sübut mövcud deyildir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58,68-69-cu maddələrinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı xx.xx.2022-ci il tarixli 0463/ş nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair iddianın tamamilə əsassız olduğunu nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Cavabdeh 14 aprel 2023-cü il tarixli, 3-18-16/2-405/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətlərindən görünür ki: -Azərbaycan Respublikası Cavabdeh xx.xx.2019-cu il tarixli, 0669/ş nömrəli Əmrdən çıxarışından görünür ki, İddiaçı həqiqi hərbi xidmətə qəbul edilməsi haqqında “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 12-ci maddəsinin “q” bəndinə, 53-cü maddəsinə əsasən və Azərbaycan Respublikası fövqəladə hallar nazirinin 21 yanvar 2011-ci il tarixli 004 nömrəli əmrinin 1.2-ci bəndini rəhbər tutaraq ehtiyatda olan əsgər İddiaçı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində 5 il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilməsi və Xidmətin Su hövzələrində xüsusi riskli xilasetmə taborunun (N saylı hərbi hissə) Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc taqımının təlimatçı dalğıcı vəzifəsinə təyin edilməsi Əmr edilmişdir. -xx.xx.2022-ci il tarixli, 120/ş nömrəli Xüsusi Riskli Xilasetmə Xidməti N saylı Hərbi Hissə X3 görünür ki, Azərbaycan Respublikası Silahlı X1 61-ci maddəsinin “v” bəndini rəhbər tutularaq Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc taqımının təlimatçı-dalğıcı gizir İddiaçı səhər yerbəyerinə gecikdiyinə görə Azərbaycan Respublikası Silahlı X1 61-ci maddəsinin “v” bəndinə müvafiq olaraq ' "Şiddətli Töhmət” elan edilmişdir. -28 oktyabr 2022-ci il tarixli Aktda qeyd olunmuşdur ki, Biz aşağıda imza edənlər - Xüsusi Riskli Xilasetmə Xidmətinin Su hövzələrində xüsusi riskli xilasetmə taborunun (N saylı hərbi hissə) hərbi qulluqçuları, Maddi texniki təminat bölməsinin baş köməkçisi baş leytenant X20, Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc xilasetmə katerləri taqımının komandirinin köməkçisi baş leytenant X9, Əməliyyat növbətçi hissənin əməliyyat növbətçisi gizir X10, Maddi texniki təminat bölüyünün Avtomobil taqımının baş sürücüsü gizir X11, Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Qəza xilasetmə taqımının mütəxəssis xilasedicisi gizir X13, Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc xilasetmə taqımının təlimatçı dalğıcı gizir Babaşov Elçin Uğur oğlu tərtib edirik həmin aktı ondan ötrəri ki, xx.xx.2022-ci il tarixdə saat 20:50 də hərbi hissə üzrə cavabdeh baş leytenant X20 və mobil qrup rəhbəri vəzifələrini yerinə yetirən baş leytenant X9, hərbi hissənin əməliyyat növbətçisi gizir X10 qazanxana operatorları üçün ayrılmış otağa daxil olarkən hərbi hissə üzrə patrul nəfərləri, Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc xilasetmə katerləri taqımının təlimatçı dalğıcı gizir İddiaçı, Maddi texniki təminat bölüyünün Avtomobil taqımının baş sürücüsü gizir X5, mobil qrup nəfərləri Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Qəza xilasetmə taqımının mütəxəssis xilasedicisi gizir X8, Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc xilasetmə taqımının təlimatçı dalğıcı gizir Babaşov Elçin Uğur oğlunun günün nizam qaydalarını kobud sürətdə pozaraq qazanxana operatorları üçün ayrılmış otaqda domino oynadıqları aşkar edilmişdir. Tərəfimizdən tərtib olunmuş aktın doğruluğunu imzalarımızla təsdiq edirik. X26, Kazımov Sadiq, Mahmudov İlqar, Hümbətov Məhəmməd, Əliyev Namiq, Babaşov Elçin tərəfinkdən imzalanmışdır. -İddiaçı xx.xx.2022-ci il tarixli Xüsusi Riskli Xilasetmə Xidməti N saylı Hərbi Hissəyə verdiyi İzahatında qeyd etmişdir ki, o, xx.xx.2022-ci il tarixdə sutkalıq naryadda patrul nəfəri kimi xidmətdə olarkən təyin olunmuş marşurut üzrə hərəkət etməyib patrul nəfəri üçün təyin olunmuş xidməti yeri tərk edərkən qazanxana operatoru otağında domino oynamışdır. Hərbi hissə zrə cavabdeh şəxs və mobil qrupun rəhbəri tərəfindən aşkar olundu, onunla birlikdə gizir Babaşov Elçin, gizir Əliyev Namiq, gizir İddiaçı, gziri Hümbətov Məhəmməd, mülki Vəliyev Şəhrudə domino oynayıb. Bölük komandiri tərəfindən bu kimi halların qadağan olunması barədə təlimat verilmişdir. -xx.xx.2022-ci il tarixli Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissənin gizirlərin şərəf məhkəməsinin Qərarı ilə Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc-xilasetmə katerləri taqımının təlimatçıdalğıcı gizir İddiaçı hərbi xidmətə laqeyd yanaşdığını, xidmət yerinə mütəmadi olaraq gecikdiyini, hərbi intizamının aşağı səviyyədə olmasını, gələcək perspektivinin olmadığını və özünün şəxsi keyfiyyətlərinin qənaətbəxş olmamasını, verilmiş cəzalardan nəticə çıxarmamasını, başqa hərbiçilərə pis nümunə olduğunu nəzərə alaraq gizir İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların şərəf məhkəməsi haqqında Əsasnamənin 5.2.6-cı maddəsini və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. -XRXX-nin N saylı hərbi hissənin xx.xx.2022-ci tarixli Təqdimatında qeyd edilmişdir ki, gizir İddiaçı, Xüsusi Riskli Xilasetmə Xidmətinin Su hövzələrində xüsusi riskli xilasetmə taborunda (N saylı hərbi hissə) xidmət etdiyi müddət ərzində adı çəkilən hərbi qulluqçuya bir neçə intizam cəzaları tətbiq edilmişdir:
1. Daxili nizam-intizam qaydalarını ciddi şəkildə pozduğuna görə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” xx.xx.2020-ci il tarixdə XRXX-nin rəisi tərəfindən;
2. Səhər yerbəyerinə gecikdiyinə görə “Töhmət“ xx.xx.2021-ci il tarixdə Hərbi hissə komandiri tərəfindən
3. Səhər yerbəyerinə gecikdiyinə görə “Şiddətli töhmət“ xx.xx.2021-ci il tarixdə Hərbi hissə komandiri tərəfindən;
4. Səhər yerbəyerinə gecikdiyinə görə “Şiddətli töhmət“ xx.xx.2022-ci il tarixdə Hərbi hissə komandiri tərəfindən. İntizamın və qayda-qanunun bərpası işində komandirlərinə köməklik göstərməyə meyilli olmamış və səy göstərməyə çalışmamışdır. Müəyyən müddət xidmətində nisbətən dönüş yaratsa da, yenidən nöqsanlara yol vermişdir. Bir sıra intizam tənbehi tədbirlərinin tətbiq edilməsinə baxmayaraq hərbi xidmətində dönüş yaratmamışdır. Komandirləri tərəfindən dəfələrlə fərdi söhbətin aparılmasına baxmayaraq öz üzərində yetərincə çalışmamışdır. xx.xx.2022-ci il tarixdə gizir İddiaçı patrul nəfəri növbətçiliyi zamanı təyin olunmuş marşrut üzrə hərəkət etməli olduğu ərazidə olmamış, qazanxana operatorları üçün təyin edilmiş otaqda günün nizam qaydalarını kobud surətdə pozaraq digər hərbi qulluqçularla birgə domino oynamışdır. Bu hal hərbi hissə üzrə cavabdeh baş leytenant X20 tərəfindən aşkar edilmişdir. Gizir İddiaçı əvvəllər ona tutulan iradlardan və tətbiq edilmiş intizam cəzalarından nəticə çıxarmadığına, başqa hərbiçilərə pis nümunə olduğuna görə hərbi qulluqçu barəsində xx.xx.2022-ci il tarixində hərbi hissədə “Şərəf məhkəməsi” keçirilmiş və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə“nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılması barəsində qərar qəbul edilmişdir. Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılır, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayonu idarəsinə qeydiyyata alınmaq üçün göndərilməsi məqsədə uyğundur”. -Azərbaycan Respublikası Cavabdeh xx.xx.2022-ci il tarixli, 0463/ş nömrəli Əmrdən çıxarışından görünür ki, Gizir İddiaçı ehtiyata buraxılması haqqında "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən və Azərbaycan Respublikamın Fövqəladə Hallar nazirinin 21 yanvar 2011-ci il tarixli 004 nömrəli Əmrinin 1.2-ci bəndini rəhbər tutaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin Su hövzələrində xüsusi riskli xilasetmə taborunun (N saylı hərbi hissə) Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc-xilasetmə katerləri taqımının təlimatçı-dalğıcı gizir İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması Əmr edilmişdir. - Xüsusi Riskli Xilasetmə Xidməti N saylı Hərbi Hissə Komandirinin xx.xx.2022-ci il tarixli 151/ş nömrəli Əmrindən Çıxarışından görünür ki, Gizir İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması haqqında Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 03 noyabr 2022ci il tarixli 0463/ş nömrəli əmrini rəhbər tutaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin Su hövzələrində xüsusi riskli xilasetmə taborunun (N saylı hərbi hissə) Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc xilasetmə katerləri taqımının təlimatçı-dalğıcı vəzifəsinə təyin edilmiş gizir İddiaçı 05 noyabr 2022-ci il tarixdən hərbi hissənin siyahısından, bütün növ təminatlardan çıxarılması, hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə göndərilməsi əmr edilmişdir. -İddiaçı Xidmət Vərəqəsindən görünür ki, ona xx.xx.2020-ci il tarixli hərəkətinə görə xx.xx.2020-ci il tarixli 0175/ş nömrəli Əmr ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” edilmiş, xx.xx.2021-ci il tarixli hərəkətinə görə xx.xx.2021-ci il tarixli 091/ş nömrəli Əmr ilə “Töhmət” edilmiş, xx.xx.2021-ci il tarixli hərəkətinə görə xx.xx.2021-ci il tarixli 128/ş nömrəli Əmr ilə “Şiddətli töhmət” edilmiş, xx.xx.2022-ci il tarixli hərəkətinə görə xx.xx.2022-ci il tarixli 120/ş nömrəli Əmr ilə “Şiddətli töhmət” edilmişdir. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Cavabdeh xx.xx.2019-cu il tarixli, 0669/ş nömrəli Əmri ilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində 5 il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və Xidmətin Su hövzələrində xüsusi riskli xilasetmə taborunun (N saylı hərbi hissə) Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc taqımının təlimatçı dalğıcı vəzifəsinə təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Cavabdeh xx.xx.2022-ci il tarixli, 0463/ş nömrəli Əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, Xüsusi Riskli Xilasetmə Xidməti N saylı Hərbi Hissə Komandirinin xx.xx.2022-ci il tarixli 151/ş nömrəli Əmri ilə hərbi hissənin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Hazırkı iddiasında iddiaçı sözügedən xx.xx.2022-ci il tarixli, 0463/ş nömrəli əmrin ləğvini və xidmətə bərpasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi barədə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun: -1.2-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. -2.2-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə görə bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndinə görə bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. -156-cı bəndinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). -168-ci bəndinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Azərbaycan Respubliaksı Müdafiə Nazirliyinin 30 may 2015-ci il tarixli 24 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamənin: -3.1-ci maddəsinə əsasən şərəf məhkəmələri yalnız aşağıdakı işlərə baxır: (.....) 3.1.2 hərbi qulluqçular tərəfindən hərbi intizam və ictimai qaydaların kobud şəkildə pozulması; (....) 3.1.4. vəzifə borclarını layiqincə yerinə yetirməmə və ümumiyyətlə vəzifə borclarına məsuliyyətsiz yanaşma hallarının baş verməsi (....) -3.2-ci maddəsinə əsasən hərbi qulluqçular şərəf məhkəmələrinə o zaman cəlb edilir ki, onlara Silahlı Qüvvələrin İntizam Nizamnaməsinə uyğun olaraq verilmiş intizam cəzası öz tərbiyəvi təsirini gödtərməmiş olsun. -4.8-ci maddəsinə əsasən kiçik zabitlərin məhkəmə iclasında baş zabitlər, gizirlərin, miçmanların məhkəmə iclasında zabitlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının məhkəmə iclasında gizirlər və zabitlər iştirak edə bilərlər. Baş zabitlərin məhkəmə iclasında isə yalnız baş zabitlər iştirak edir. -5.2-ci maddəsinə görə məhkəmə məhkəməyə cəlb edilən şəxsin təqsirini müəyəyn etdikdə aşağıdakı ictimai tədbirlərdən birinin komandanlıq tərəfindən tətbiq edilməsi üçün qərar qəbul edir: 5.2.1 ictimai xəbərdarlıq etmək; 5.2.2 ictimai məzəmmət elan etmək; 5.2.3 ittimai töhmət elan etmək; 5.2.4 bir pillə aşağı vəzifəyə təyin edilməsi barədə vəsatət qaldırmaq; 5.2.5 hərbi rütbənin bir pillə aşağı salınması barədə vəsatət qaldırmaq; 5.2.6 xidməti uyğunsuzluğa görə Azərbaycan Silahlı qvvələrindən ehtiyata uraxılma barədə vəsatət qaldırmaq. 5.9-cu maddəsinə görə məhkəmə hərbi qulluqçunun (....) xidməti uyğunsuzluğa görə Azərbaycan Silahlı qvvələrindən ehtiyata uraxılma barədə vəsatət qaldırdığı halda məhkəmənin qərarı komandirin (rəisin) rəyi ilə birlikdə 1 ay müddətindən gec olmayaraq müvafiq qərar qəbul edilməsi üçün məsələyə baxmağa səlahiyyəti olan rəisə təqdim edilir. İşin hallarından görünür ki, İddiaçı, Xüsusi Riskli Xilasetmə Xidmətinin Su hövzələrində xüsusi riskli xilasetmə taborunda N saylı hərbi hissədə xidmət etdiyi müddətdə barəsində Daxili nizamintizam qaydalarını pozduğuna görə xx.xx.2020-ci il tarixdə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”, xx.xx.2021-ci il tarixdə “Töhmət, xx.xx.2021-ci il tarixdə “Şiddətli töhmət“ intizam cəzaları tətbiq edilmişdir. İddiaçı barəsində mübahisələndirilən əmrdən əvvəl qəbul edilmiş sonuncu tənbeh tədbiri səhər yerbəyerinə gecikdiyinə görə xx.xx.2022-ci il tarixdə tətiq edilmiş “Şiddətli töhmət“ intizam cəzası olmuşdur. 28 oktyabr 2022-ci il tarixdə hərbi hissə üzrə Patrul nəfəri növbətçiliyi zamanı qazanxana operatorları üçün ayrılmış otaqda digər hərbiçilərlə domino oynaması hərbi hissə üzrə cavabdeh baş leytenant X20 və mobil qrup rəhbəri vəzifələrini yerinə yetirən baş leytenant X9, hərbi hissənin əməliyyat növbətçisi gizir X10 tərəfindən aşkar edilmiş, bu barədə aşkar edən adları çəkilən hərbi qulluqçular və Maddi texniki təminat bölüyünün Avtomobil taqımının baş sürücüsü gizir X5, mobil qrup nəfərləri Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Qəza xilasetmə taqımının mütəxəssis xilasedicisi gizir X8, Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc xilasetmə taqımının təlimatçı dalğıcı gizir Babaşov Elçin Uğur oğlu tərəfindən akt tərtib edilmiş və nizam qaydalarını kobud surətdə pozulması faktı həmin hərbi quluqçular tərəfindən bilavasitə təsdiq edilmişdir. Bundan sona yol verdiyi intizam pozuntusu ilə bağlı iddiaçı barəsində xx.xx.2022-ci' il tarixində hərbi hissədə “Şərəf məhkəməsi” keçirilmiş və şərəf məhkəməsi iddiaçının “Hərbi xidmətkeçmə haqqında Əsasnamə“nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılması barəsində qərar qəbul edərək bu barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçı sonuncu intizam pozuntusu ilə bağlı hərbi hissə rəhbərliyinə verdiyi xx.xx.2022-ci il tarixli yazılı izahatında xidmət zamanı patrul ximəti üçün təyin edilmiş xidmət yerini tərk edərək qazanxana operatoru otağında domino oynadığını etiraf etmişdir. Eyni zamanda inzibati icaat zamanı izahatları alınmış hərbi qulluqçular məhkəmə iclasında şahid qismində yazılı izahatların məzmununa uyğun izahat vermişlər. Belə ki, N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin baş köməkçisi baş leytenant X20 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixində hərbi hissə üzrə cavabdeh olduğu zaman axşam saat 20:50 də mobil qrup rəhbəri baş leytenant X9 və hərbi hissənin əməliyyat növbətçisi gizir X10 ilə birlikdə hərbi hissənin patrul nəfərlərinin xidmətini yoxlamağa çıxdıqlarını, ərazidə olduqları müddətdə təyin olunmuş marşurut üzrə patrul nəfərlərini görmədiklərindən hərbi hissəyə düzülüş verdiklərini, düzülüşdə 4 hərbi qulluqçunun sırada olmadığını aşkar etdiklərini, həmin 4 hərbi qulluqçunun harada olduğunu müəyyən etmək üçün hərbi hissənin ərazisində axtarış apardıqlarını, qazanxanın yanından keçəndə domino səsləri eşitdiklərini, bu səbəbdən qazanxana operatorları üçün ayrılmış otağa daxil olduqda həmin gün növbətçi olan patrul nəfərləri gizir İddiaçı, gizir X11, mobil qrup nəfərləri gizir X13, gizir Babaşov Elçin Uğur oğlu və qazanxana operatoru X12 nizam qaydalarını pozaraq domino oynadıqlarını aşkar etdiklərini və bu barədə tərəflərindən akt tərtib edildiyini bildirdi. Məhkəmə iclasında şahid X9 və X10 şahid X14 izahatına uyğun izahat vermişlər. X2 ifadəsində xx.xx.2022-ci il tarixində hərbi hissə üzrə patrul xidmətində olduğunu, sutka ərzində 4 nəfər patrul xidmətində olmaqla, 2 nəfər-2 nəfər olaraq növbəyə çıxdıqlarını, növbə zamanı 4 saatdan bir asudə vaxtın olduğunu, xidmət zamanı ərazinin təhlükəsizliyinə riayət etməli olduqlarını, yalnız asudə vaxtda istirahət edə bildiklərini, həmin günü axşam saatlarında patrul xidmətində asudə olmayan vaxtda gizir İddiaçılə qazaxana operatoru otağında olmaqla domino oynadıqlarını, X20, X9 və X6 otağa daxil olaraq bu halı aşkar etdiklərini, yol verdiyi intizam pzountusuna görə ondan izahat alındığını, ona şiddətli töhmət intizam cəzası verildiyini bildirmişdir. X4 28 oktyabr 2022-ci il tarixində İddiaçı, X11, Babaşov Elçin Uğur oğlu ilə birlikdə domino oynadıqlarını bildirmişdir. Şahid Babaşov Elçin Uğur oğlu ifadəsində 2021-ci ilin noyabrından xidmət etdiyini, 28 oktyabr 2022-ci il tarixdə axşam saatlarında asudə vaxı olduğunu, çölə çıxıb səs-küy eşitdiyi yoldaşların qazanxana operatoru üçün ayrılmış otaqda domino oynadıqlarını görüb yaxınlaşdığını, Bəhruza oyundan qalxmasını və yerini ona veməsini, hərbi hissənin əməliyyat növbətçisi gizir X10 içəri girəndə Bəhruzun da içəridə olduğunu, domino oynamağa icazə verilməməsinin bilmədyini, bilmiş olsa idi nə özünün oynayacağı, nə də Bəhruzun oynamasına icazə verməyəcəyini, izahat yazdığını, ilk dəfə şiddətli töhmət aldığını, şərəf məhkəməsində iştirak etdiyini bildirmişdir. İddiaçı barəsində təqdim edilmiş Xüsusi Riskli Xilasetmə Xidməti Su Hövzələri Xüsusi Riskli Xilasetmə Taboru N saylı Hərbi Hissənin Su Hövzələri Xüsusi Riskli Xilasetmə bölüyünün şəxsi heyətlə fərdi söhbətlər Kitabından görünür ki, iddiaçıyla xidmət dövründə xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində fərdi söhbətlər aparılmışdır. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömərli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 aşağıdakı bəndlərinə əsasən: -43 Hərbi qulluqçu hərbi intizamı yaxud ictimai asayişi pozarsa komadir(rəis) ona vəzifə borcunun xatırlatmalı, lazım gələrsə intizam cəzası verməlidir. -44. (....) Bundan əlavə, zabitlərin, gizilərin, mişmanların və müddətindən artıq xidmət edən hərni qulluqçuların nalayiq hərəkətlərinə zabitlər, gizirlər, miçmanlar və müddətindən artıq xidmət hərbi qulluqçularının şərəf məhkəmələrində baxıla bilər. -61. Gizirlərə və miçmanlara: a)məzəmmət; b)töhmət; v)şiddətli töhmət; q)hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; ğ)vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d)aşağı vəzifəyə keçirmə; e)gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma; ə)xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; z)kiçik gizir və kiçik miçmanları hərbi rütbələrindən məhrm edib həqiqi hərbi xidmət başa çatanadək müddətli xidmət hərbi qulluqçuların siyahısına keçirmə; i)sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib ehtiyata buraxma intizam cəzaları verilə bilər. -85. Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin sərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təsirkarın bundan əvvəlki davranışı, hərni qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınmalıır. -89. Dəfələrlə nalayiq hərəkət etdikdə hərbi intizamın və ictimai asayişin qrup halında pozulmasında iştirak etdikdə nalayiq hərəkət xidməti vəzifəsini yerinə yetirərkən döyüş növbəsində olarkən ya da sərxoş halda törətdikdə nalayiq hərəkət ictimai asayişin kobud surətdə pozulmasına gətirib çıxartdıqda hərbi qulluqçuya verilən intizam cəzası ciddiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. -14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. -16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati Prosesual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə qeyd edilən normaları işin faktiki hallarına tətbiq edərək xidmət keçmə ilə bağlı sənədlərə əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin Su hövzələrində xüsusi riskli xilasetmə Dalğıc-xilasetmə katerləri taqımının təlimatçı-dalğıcı gizir İddiaçı xidmət keçdiyi müddətdə mütəmadi olaraq intizam pozuntularına yol verdiyindən ona intizam cəzaları tətbiq edildiyini, xidmət müddətində yalnız 1 dəfə-xx.xx.2021-ci il tarixdə FHN işçilərinin peşə bayramı münasibəti ilə əvvəllər verilmiş intizam cəzasının götürülməsi barədə həvəsləndirmə tədbiri tətbiq edildiyini, iddiaçıya xidməti ilə bağlı müvafiq iradlar tutularaq davamlı nizamintizam barədə fərdi, profilaktik söhbətlər aparıldığı, ehtiyata buraxılmazdan az əvvəl xx.xx.2022-ci il tarixdə şiddətli töhmət cəzası verildiyini, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə patrul nəfəri növbəliyi zamanı asudə olmayan vaxtda, bilavasitə növbə zamanı xidmət yerini tərk etdiyi, qazanxana operatorları üçün ayrılmış otaqda olduğu, orada xidmətindən kənar domino oynadığının aşkar edildiyini, pozuntunun hərbi hissənin qulluqçuları tərəfindən aşkar edilərək aktlaşdırıldığını, şərəf məhkəməsində iddiaçının hərbi xidmətə laqeyd yanaşması, xidmət yerinə mütəmadi olaraq gecikdiyi, hərbi intizamnın aşağı olması, verilən cəzalardan nəticə çıxarmamasının nəzərə alınaraq barəsində ehtiyata buraxılma barədə qərar qəbul edilərək komandanlıq qarşısında vəsatət qaldırıldığını nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmiş, barəsində seçilmiş intizam cəzası iddiaçının yol verdiyi intizam xətasına və xidmətə olan münasibətinə mütənasib olmuş, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğvi və işə bərpa olunma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova