Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-796/2022 18.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X24 və X12) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 mənzildən X24 və X7 pasport qeydiyyatından çıxarılması öhdəliyinin Səbail Rayon Polis İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı istifadəsindədir. “ASAN xidmət” mərkəzindən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayış alarkən ona məlum olmuşdur ki, X24 və onun yetkinlik yaşına çatmayan qızı X12 ünvan 1 ünvanda qeydiyyatdadır. Həmin şəxslər ünvan 2 ünvanda yaşayırlar. “ASAN xidmət” mərkəzindən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışda onlar həm ünvan 1 ünvanda, həm də ünvan 3ğu göstərilir. Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, X24 və X7 ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin Səbail Rayon Polis İdarəsi müraciətini təmin etməkdən imtina etmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin imtinası əsassızdır. Buna görə də X24 və X12 ona məxsus ünvan 1 mənzildən pasport qeydiyyatından çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5331/2021 nömrəli, 05.04.2021-ci il tarixli qərardadı ilə X24 və X12 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münabasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddia ərizəsi ilə bağlı yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X24 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı 13.04.2021-ci il tarixli, 065-10647-1221 nömrəli, 22.06.2021-ci il tarixli, 065-17586-1221 nömrəli, 06.09.2021-ci il tarixli, 065-24684-1221 nömrəli, 21.12.2021-ci il tarixli, 065-34514-1221 nömrəli, 28.01.2022-ci il tarixli, 065-2326- 1222 nömrəli və 28.02.2022-ci il tarixli, 065-5343-1222 nömrəli məktublarında iddia tələbi ilə bağlı inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 04.03.2021-ci il tarixli, ******* nömrəli arayışına əsasən Bakı şəhəri, Ö.F.Nemanzadə küçəsi, ev Ö/T 5 ünvanında X24, X12, İddiaçı, X17, X10, X26, X20 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 04.03.2021-ci il tarixli, ******* nömrəli arayışına əsasən Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ev 5 ünvanında X5, X25, X21 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş 149 saylı MKİS tərəfindən 01.05.2021-ci ildə təsdiqlənmiş Forma A qeydiyyat vərəqəsindən görünür ki, İddiaçı ünvan 5 ünvanında 20.02.1991-ci ildən qeydiyyata alınmışddır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28.04.2021-ci il tarixli, **********02 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, 5 saylı fərdi yaşayış evinə dair X13 və X7 istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki: - Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 18.12.1995-ci il tarixli, 3481 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Ö.F.Nemanzadə küçəsi 5 nömrəli özbaşına tikilmiş evin X6 şəxsi mülkiyyət kimi verilməsi qərara alınmış, sahibkara mülkiyyət kimi qeydiyyat vəsiqəsinin verilməsi Bakı şəhər Texniki İnventarlaşdırma Bürosundan xahiş edilmişdir. - 12.03.2009-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X11 (əvəzinə Bakı şəhəri 34 saylı DNK tərəfindən 30.01.2009cu ildə verilmiş 7E-21/617 rey. etibarnaməyə əsasən hərəkət edən X14) Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 24.02.2009-cu il tarixdə verilmiş, 11/3442 nömrəli arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzkadə küçəsi, ev 5-də yerləşən yaşayış sahəsi 28.1 kv.m, ümumi sahəsi 40.9 kv.m, köməkçi sahəsi 12.8 kv.m olan 2 (iki) otaqlı evi alıcı X1 mülkiyyətinə verir. Satılan daşınmaz əmlak Azərbaycan Respublikasının Bakı şəhəri Tİ və MHQ İdarəsi tərəfindən Reyestr kitabı 31 №-li, səh. 4658, qeyd. 30/106252, tarix 11.01.1996-cı ildə verilmiş qeydiyyat vəsiqəsinə əsasən satıcıya məxsusdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 10.05.2021-ci il tarixli, 065-13462-1221 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 6 ünvanlarına qeydiyyata alınma əsasları saxlama müddəti bitdiyindən müvafiq qaydada məhv edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 22.06.2021-ci il tarixli, 018-8849-1221 nömrəli məktubu ilə Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ev 5 və Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ev Ö/T 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə məlumat göndərilmişdir. Həmin məlumata əsasən X24, X12, İddiaçı, X17, Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ev Ö/T 5 ünvanında, X5, X25, X8, X21 ünvan 7 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12.11.2021-ci il tarixli, **********94 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 03.05.1989-cu il tarixli, 4/150 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonunda Eksperimental küçəsinin adı dəyişdirilməklə X35 küçəsi adlandırılmışdır. Müraciətinizdə göstərilən ünvan 5 ünvanı Bakı şəhəri, Səbail rayonu, X35 küçəsi, Ö/T 5 olaraq eynilik təşkil edir. İdarənin müvafiq şöbəsinin mühəndisi ünvana texniki baxış keçirmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən fərdi yaşayış evləri bir-birindən 190 m aralı məsafədə yerləşir. Bundan başqa fərdi yaşayş evləri ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 23.11.2021-ci il tarixli, **********6 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 03 may 1989-cu il tarixli, 4/150 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, Eksperimental küçəsinin adı yeni qaydalarla X35 küçəsi adlandırılmışdır. Əlavə olaraq bildirilir ki, ünvan 5 ünvanı Bakı şəhəri, Səbail rayonu, X35 küçəsi, Ö/T 5 olaraq eynilik təşkil edir. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki: - Səbail Rayon Məhkəməsinin 2-1053/2007 nömrəli, 12.06.2007-ci il tarixli qətnaməsi ilə ərizəçilər X4, X2 və X9 Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, 5 saylı evin yaşayış sahəsindən istifadə hüquqları tanınmışdır. - Səbail Rayon Məhkəməsi tərəfindən 12.07.2007-ci il tarixdə Səbail Rayon Məhkəməsinin 2-1053/2007 nömrəli, 12.06.2007-ci il tarixli qətnaməsi ilə bağlı icra vərəqəsi tərtib edilmiş, qətnamənin icra olunması borclu Səbail Rayon Polis İdarəsinə həvalə edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 19.03.2021-ci il tarixli, 065-7729M-3121 nömrəli məktubda bildirilmişdir ki, sizə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ev Ö/T 5 ünvanında qeydiyyatda olan X24 və X7 göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş üzrə yuxarıda sadalanan hallarından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Ö.F.Nemanzadə küçəsi, ev Ö/T 5 ünvanında (keçmiş adda ünvan 9 X17, X10, X26, X20 ilə yaşayır və həmin ünvan üzrə qeydiyyatdadırlar. İddiaçı və ailə üzvlərinin yaşadığı Bakı şəhəri, Ö.F.Nemanzadə küçəsi, ev Ö/T 5 ünvanında yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, özbaşına tikilidir. Eyni zamanda müəyyən edilir ki, Bakı şəhəri, Ö.F.Nemanzadə küçəsi, ev Ö/T 5 ünvanında üçüncü şəxslər X24, X12 da qeydiyyatdadırlar. Sonuncular iddiaçının ailə üzvləri deyillər. Üçüncü şəxslər iddiaçıya aid fərdi yaşayış evində deyil, iddiaçının evindən 190 m aralı məsafədə yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış evdə yaşayırlar. Həmin evdə X24, X12 ilə yanaşı sonuncuların ailə üzvləri X8, X5, X25, X21 yaşayır və onlar ünvan 7 ünvanında qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. İş üzrə müəyyən olunur ki, iddiaçı və üçüncü şəxslər bir-birindən fərqli fərdi yaşayış evlərində yaşayırlar. Hər iki ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış özbaşına tikilidir. İddiaçıya aid fərdi yaşayış evinin ünvanı ünvan 10at vərəqəsindən müəyyən olunur ki, iddiaçı həmin ünvanda (keçmiş ünvan 11ldən yaşayır və qeydiyyatdadır. Eyni zamanda üçüncü şəxs X24 və onun yetkinlik yaşına çatmayan övladı X12 iddiaçıya aid evdə yaşamasalar da iddiaçının yaşadığı evin ünvanında qeydiyyata alınmışlar. Halbuki, işdən müəyyən olunur ki, X13 ailə üzvlərinin, o cümlədən atası X8, anası X5 və qardaşı X9 2007-ci ildə Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, 5 saylı evə istifadə hüquqları tanınmış və onlar qətnamə ilə Səbail Rayon Polis İdarəsi tərəfindən həmin ünvana qeydiyyata alınmışlar. X24 isə valideynlərinin qeydiyyata alındığı Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, 5 saylı evə deyil, iddiaçıya aid Bakı şəhəri, Ö.F.Nemanzadə küçəsi, ev Ö/T 5 ünvanına qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması iddiaçının həmin ev üzrə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməyə mane təşkil etmir. Belə ki, qanun şəxsin yalnız yaşadığı yer üzrə qeydiyyatını tələb edir. Yaşayış yeri üzrə qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir, qeydiyyatın məqsədi şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrasının təmin edilməsi ilə bağlıdır. Bu baxımdan hazırkı iş üzrə iddiaçının yaşadığı ev özbaşına tikili olsa da həmin ev ünvan 13 ünvan göstəricisinə malikdir. İddiaçı və ailə üzvləri həmin evdə yaşayır və həmin ünvanda qeydiyyadadırlar. Üçüncü şəxslər isə iddiaçıya aid evdə yaşamırlar, iddiaçının ailə üzvləri deyillər, onların yaşadıqları ev digər ailə üzvlərinin məhkəmə qətnaməsi ilə qeydiyyata alındıqları Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, 5 saylı evdir. Beləliklə, üçüncü şəxslər iddiaçının ailə üzvü olmamaqla, iddiaçıya məxsus evə dair əmlak hüquqları olmayan şəxslərdir. Üçüncü şəxslər faktiki yaşamadıqları ünvanda qeydiyyata alınmışlar, halbuki, onların yaşadıqları evin ünvanı fərqlidir. Belə olan halda iddiaçı yaşadığı evə, həmin evin ünvan göstəricisinə hər hansı hüququ olmayan və fərqli ünvanlı evdə yaşayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 14.07.1992-ci il təvəllüdlü X24 və 01.02.2013-cü il təvəllüdlü X7 Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ev Ö/T 5 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X24 və X7 Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ev Ö/T 5 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-796/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-796/2022
18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver