Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7961/2021 06.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Yasamal rayon polis idarəsinə qarşı X15 və X36 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işin materiallarına məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Yasamal rayon polis idarəsinə qarşı X15 və X36 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanından X15 və X18 istifadə hüququ olmayan şəxslər kimi pasport qeydiyyatından çıxarılması öhdəliyinin Bakı şəhər Yasamal rayon polis idarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi ona məxsusdur. Həmin yaşayış evi özbaşına tikilidir və sənədsizdir, orada 1974-cü ildən yaşayır və 1984-cü ildən isə daimi qeydiyyatdadır. O, tənha qadındır. Tənha yaşadığı üçün bacısının gəlini X15 və bacısının nəvəsi X24 2017-ci ildə öz xahişi ilə ona məxsus olan evə qeydiyyata aldırmışdır. X15 və oğlu X36 ona məxsus olan evdə qeydiyyatda olsa da, qeydiyyata düşdüyü tarixdən ona məxsus evdə yaşamır və onun mülkiyyətçi kimi hüquqlarını pozur. Onların evində qeydiyyatda qalması, onun həmin evlə bağlı hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin evi özgəninkiləşdirmək istədikdə, onlardan razılığının alınması onun üçün əlavə çətinliklər yarada bilər. Qeyd edir ki, X15 və oğlu onunla birgə yaşamadığına görə ona baxmır və qulluq etmirlər. Bunu qonşular tərəfindən imzalanmış akt da təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və 3-cü şəxslərə təqdim edilərək, cavabdehdən və 3-cü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər Yasamal rayon polis idarəsinin və üçüncü şəxslərin iddiaya dair etirazı məhkəməyə təqdim olunmamışdır. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlmədiklərindən və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X25 iddiaya uyğun izahat verərək, məhkəmədən iddiada qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhər Yasamal rayon polis idarəsinə qarşı X37, X9, X10, X42, X38, X16, X49, X50, X17, X43, X47, X44, X11, X7, X19, X15 və X36 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin Bakı şəhəri Yasamal rayon polis idarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən X37, X9, X10, X42, X38, X16, X17, X47, X44, X11, X7, X19 və X5 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə X20, X2, X3, X26, X21, X6, X8, X27, X4, X1, X12, X5, X33, 18.09.2007-ci il təvəllüdlü X39, 16.11.2011-ci il təvəllüdlü X28, 31.07.2006-cı il təvəllüdlü X29 və 04.09.2012-ci il təvəllüdlü X18 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin Bakı şəhəri Yasamal rayon polis idarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5189/2020 saylı iş üzrə qəbul etdiyi 25.11.2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, üçüncü şəxslər X20, X2, X3, X26, X21, X6, X8, X27, X4, X1, X12, X5, X33, 18.09.2007-ci il təvəllüdlü X39, 16.11.2011-ci il təvəllüdlü X28, 31.07.2006-cı il təvəllüdlü X29 və 04.09.2012-ci il təvəllüdlü X18 İddiaçı məxsus ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmaları cavabdeh Bakı şəhəri Yasamal rayon polis idarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin 2-1(112)-5189/2020 nömrəli 25.11.2020-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra 11.01.2021-ci il tarixdə icra olunmaq üçün Yasamal rayon polis idarəsinə göndərilmişdir. Yasamal rayon polis idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 02.02.2021-ci il tarixli 091-5498-1221 №li məktubdan müəyyən olunur ki, məhkəmənin 2-1(112)- 5189/2020 nömrəli 25.11.2020-ci il tarixli qərarı icra olunaraq, X37, X9, X10, X42, X38, X16, X17, X44, X11, X7, X19, X15, X47, 18.09.2007-ci il təvəllüdlü X49, X50, X43 və X36 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmışlar. X22 ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 25.11.2020ci il tarixli 2-1(81)-5189/2020 saylı qərarının ləğv edilməklə, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Qeyd olunan iş üzrə İddiaçı 02.04.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin 06.04.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5189/2020 nömrəli 25.11.2020-ci il tarixli qərarı ləğv edilərək iş üzrə icraatın təzələnməsi və X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin 06.04.2021-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək, İddiaçı cavabdeh Bakı şəhər Yasamal rayon polis idarəsinə qarşı X37, X9, X10, X42, X38, X16, X17, X47, X44, X11, X7, X19 və X15, X22 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbi barədə iş üzrə iddia geri götürülmüş sayılaraq, inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmənin 27.04.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin ləğv edilmiş 25.11.2020-ci il tarixli, 2-1(112)-5189/2020 №-li qərarının icrasına dönüş edilərək, Bakı İnzibati Məhkəməsinin ləğv edilmiş 25.11.2020-ci il tarixli, 2-1(112)-5189/2020 №-li qərarı əsasında X20, X2, X3, X26, X21, X6, X8, X27, X4, X1, X12, X5, X33, 18.09.2007-ci il təvəllüdlü X39, 16.11.2011-ci il təvəllüdlü X40, 31.07.2006-cı il təvəllüdlü X29 və 04.09.2012-ci il təvəllüdlü X18 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmalarına dair Yasamal rayon polis idarəsi tərəfindən aparılmış qeydlərin nəticələri aradan qaldırılmaqla, adı çəkilən şəxslərin yaşayış yerləri üzrə əvvəlki qeydiyyatlarının bərpa edilməsi qərara alınmışdır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş “Asan-1” Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* №li “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, üçüüncü şəxslər X15 və X36 hazırda ünvan 1 ünvanında qeydiyyatda deyillər. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə araşdırması zamanı iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlərdən olan tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu müəyyən olunmamışdır. Yəni iddiaçının özünə məxsus ünvan 3 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etdiyi üçüncü şəxslərin - X15 və X18 həmin ünvanda qeydiyyatda olmadıqları müəyyən olunmuşdur. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Yasamal rayon polis idarəsinə qarşı X15 və X36 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7961/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7961/2021
06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver