Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7963/2021 01.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “son 3 illik qalıq müavinətinin tam və birdəfəlik şəkildə 2880 manat olmaqla ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sosial müavinətin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Daha sonra iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2-1(112)-7963/2021 saylı qərradadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. 01.09.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, son 3 illikqalıq müavinətinin tam və birdəfəlik şəkildə (ayda 80 manatdan, cəmi 36X80= 2880) 2880 manat olmaqla ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İnzibati iş üzrə məhkəmə iclası 01.09.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı iddia tələbini müdafiə edərək, izahatında qeyd etdi ki, ona məhkəmə qərarı ilə təyin edilmiş 3 illik sosial müavinət cavabdeh orqan tərəfindən düzgün hesablanmamış, həmçinin, cavabdeh orqan birdəfəlik ödəməli olduğu məbləği hissə-hissə ödəməklə qanunvericilik normalarının tələblərini pozmuşdur. Odur ki, iddia tələbinin təmin olunması, məhkəmə qərarı ilə təyin edilmiş 3 illik sosial müavinətin düzgün hesablanması və hesablanan məbləğin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin inzibati orqanın səlahiyyətli nümayəndəsi iddia tələbinə etiraz məktubunu təqdim edərək, bildirdi ki, Fondun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialı yekun məhkəmə qərarı olaraq Ali Məhkəmənin 2-1(102)-532/2021 nömrəli 10.03.2021-ci il tarixli qərarına əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə qərarını icra edərək, iddiaçıya 1293,14 manat məbləği 24.05.2021-ci il tarixdən ödəyir. 24.10.2014-cü il tarixdən əvvəlki 3 il üçün ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə nəinki kassasiya instansiyası üzrə, eləcə də apelyasiya və birinci instansiya məhkəməsi üzrə qərarların nəticə hissəsində də həmin müavinətin birdəfəlik ödənilməsi barədə qeyd göstərilməmişdir. Həmçinin, vətəndaş müraciət ərizəsində də ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi barədə fikir bildirməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materialını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialında olan Bakı İnzibati Məhkəməsinin 18.06.2020-ci il tarixli 2- 1(112)-3749/2020 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı ödənilməmiş müavinətin verilməsi tələbinə dair iddia tələbi qismən təmin edilmiş, iddiaçı X2 24.10.2014-cü il tarixdən əvvəlki 3 (üç) il, yəni 36 ay fərq məbləğində ödənilməmiş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. İddia ərizəsinin məzmunundan isə aydın olur ki, iddiaçının tələbi Bakı İnzibati Məhkəməsinin 18.06.2020-ci il tarixli 2-1(112)-3749/2020 saylı qərarının icrası ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan məhkəmə qərarının icrası ilə bağlı müraciət etməmiş, məhkəmədə ayrıca iddia qaldırmışdır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddianın mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “son 3 illik qalıq müavinətinin tam və birdəfəlik şəkildə 2880 manat olmaqla ödənilməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında ayrıca iddia çərçivəsində baxılması mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, tərəf barəsində qəbul edilmiş məhkəmə aktının düzgün icra edilib-edilməməsi ilə bağlı ayrıca iddia tələbi ilə deyil, müvafiq ərizə ilə müraciət edə bilər, həmçinin, qərara izah verilməsini tələb edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü bəndində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmçinin həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-7963/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7963/2021
01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver