Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7965/2024 04.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Nizami rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, qardaşı X4 doğum haqqında şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı,xx.xx.2001- ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydaları”nın 1. bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X3 doğum haqqında şəhadətnaməsinin verilməsi vəzifəsinin Nizami Rayon Qeydiyyat Şöbəsinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X3 adına doğum haqqında arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, qardaşı X6 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş və qardaşı X6 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Qardaşı İİ qrup əlil olmuş və fəaliyyət qabiliyyətsiz olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1534/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı qardaşı X6 üzərində qəyyum təyin edilmişdir. Qardaşının vəfat etməsi səbəbi ilə dəfn müavinətini almaq üçün AR ƏƏSMN-nə müraciət etmiş, lakin Nazirlik tərəfindən ondan qardaşının doğum haqqında şəhadətnaməsi tələb edilmişdir. Belə ki, qardaşı X3 doğum haqqında şəhadətnaməsi illər əvvəl itmişdir. Yenidən doğum haqqında şəhadətnaməni almaq üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabına əsasən qardaşı X3 doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində qeyd olunan doğum tarixləri arasında fərq vardır. Belə ki, qardaşı X3 doğum haqqında şəhadətnaməsində doğum tarixi xx.xx.1971-cü il yazılmasına baxmayaraq şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1971-ci il olaraq qeyd edilmişdir. Bu səbəbdən də o, X3 doğum haqqında şəhadətnaməsini əldə edə bilmir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində göstərmişdir ki, iddiaçının qardaşı X3 adına Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 139 saylı xx.xx.1971-ci il tarixli doğum haqqında akt qeydində doğum tarixi “xx.xx.1971-ci il”, lakin ona məxsus AA4678727 seriyalı şəxsiyyət vəsiqəsində və ölümü haqqında akt qeydində isə doğum tarixi “xx.xx.1971-ci il” qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.1. bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı,xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarının” 1. bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Ərizəçi İddiaçı qardaşı mərhum X1 arasında ziddiyyət olduğundan, həmçinin onun doğumu haqqında akt qeydində dəyişiklik edilməsi ilə bağlı kifayət qədər əsaslar olmadığından ərizəçinin doğum haqqında arayışın alınması və doğum akt qeydində dəyişiklik edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi şöbədə mümkün olmamışdır və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1971-ci il tarixli 139 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X7 xx.xx.1971-ci il tarixdə doğulmuş, atası X8, anası X5r. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1534/2023 nömrəli qətnaməsindən görünür ki, ərizəçi X2 ərizəsi təmin edilmiş, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. xx.xx.2024-cü il tarixli, ********* nömrəli ölüm haqqında akt qeydindən görünür ki, xx.xx.1971-ci ildə doğulmuş X6 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-12694/24 nömrəli məktubdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X6 xx.xx.2003-cü il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı hazırda T.Əliyevə məxsus doğum haqqında şəhadətnaməni itirdiyini, buna görə də ona Tofiq Əliyevin doğumu haqqında arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na əsasən: -1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikas Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 2.1-ci bəndinə görə doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. - 2.2-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. İşin hallarından müəyyən olur ki, T.Əliyev barəsində doğum haqqında akt qeydi tərtib edilmişdir, həmin akt qeydi qüvvədədir, ləğv edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının vəfat etmiş qardaşının doğumu haqqında arayış verilməsini tələb etmək hüququ olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı xx.xx.1971-ci il tarixli 139 saylı doğum haqqında akt qeydi əsasında X3 doğumu haqqında arayış verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7965/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7965/2024
04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver