Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7967/2025 06.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçıların nümayəndəsi(vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı8, İddiaçı5, X5, İddiaçı6, İddiaçı7, İddiaçı9, X1, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi, əmək pensiyasının yenidən hesablanması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı8, İddiaçı5, X5, İddiaçı10, İddiaçı6, İddiaçı7, İddiaçı9, X1, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı8, İddiaçı5, X5, İddiaçı10, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı4, İddiaçı3, İddiaçı2 “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiyasının yenidən hesablanması zamanı həmin şəxsin fərdi hesabının siğorta hissəsində toplanmış pensiya kapitalının 72 aya bölünməsi yolu ilə həyata keçirilməsi vəzifəsinin cavabdeh orqan üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar X2, İddiaçı3, X6, İddiaçı12, İddiaçı9, İddiaçı7, İddiaçı6, İddiaçı10, İddiaçı11, İddiaçı5, İddiaçı8 və İddiaçı1 və mülki aviasiya sahəsində çalışmaqla uçuş heyətinin üzvləri olmuşlar. Belə ki, İddiaçı1 xx.xx.2007-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı8 xx.xx.2007-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. X8 xx.xx.2014-cü il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı11 xx.xx.2007-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi "Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı10 xx.xx.2014-cü il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı6 xx.xx.2007-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı7 xx.xx.2009-cu il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı9 xx.xx.2007-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı12 xx.xx.2007-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı4 xx.xx.2011-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi ’’Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı3 xx.xx.2007-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı2 xx.xx.2011-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. Adıçəkilən şəxslərin əmək pensiyaları Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanan zaman Qanunun 45-ci və 37.3.1-ci maddələrinin xx.xx.2022-ci ilədək qüvvədə olmuş redaksiyasına uyğun yenidən hesablamalar həyata keçirilmiş və sözügedən əlavə və dəyişikliklərin təsdiq edilməsi haqqında xx.xx.2022-ci ilin Qanununun keçid müddəasının 2.2-ci maddəsinə istinad olunmuşdur. Hesab edirik ki, Filial tərəfindən qeyd edilən şəxslərə münasibətdə Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanma həyata keçirilən zaman xx.xx.2022-ci il tarixli Qanunun 2.2-ci maddəsi nəzərə alınmamalı idi. Belə ki, yuxarıda sadaladığımız şəxslərin hər birinə ilkin pensiya təyinatı xx.xx.2017-ci il tarixdən əvvəl həyata keçirilmiş və onların hər birinin pensiyasının yenidən hesablanması İyun 2022-ci ildən sonraya təsadüf etmişdir. Yəni Filial adıçəkilən şəxslərə münasibətdə xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilə qədər qüvvədə olan Qanunun normalarına istinad etmişdir. Bu hal isə vətəndaşların hüquqlarını kobud şəkildə pozmuşdur. “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (keçid müddəalarına) əsasən müəyyən edilmiş tənzimləmə Filial tərəfindən düzgün təfsir və tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45- ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutulmuşdur. Bu isə o mənaya gəlir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, aşağıdakı hallarda tətbiq edilməlidir: bu Qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2022-ci il tarixinədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması; həmin günədək, yəni xx.xx.2022-ci il tarixinədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi; və həmin günədək, yəni xx.xx.2022ci il tarixinədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixinədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixinədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin həmin tarixindən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Birgə iddiaçılar İddiaçı1 və digərlərinə xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunduğuna görə onlara münasibətdə də sözügedən keçid müddəa tətbiq edilməlidir. Bu məsələ ilə bağlı həm də nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə aslı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilikdə aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən Keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Bundan əlavə, iddia tələbi onunla əsaslandırılmışdır ki, Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olan 45ci maddəsinin ikinci cümləsində pensiyanın “yenidən hesablanma" qaydası deyil, “hesablanma” qaydası müəyyən edilmişdir, yəni həmin müddəa pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar xx.xx.2022-ci il tarixinədək qüvvədə olmamış, 2022-ci ilin aprel ayında ləğv edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.2022-ci il tarixli 175 nömrəli Qaydaların, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddələrinin düzgün tətbiq edilmədiyi qeyd edilmişdir. "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən. yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Nəzərinizə çatdırırıq ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanması” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Bakı İnzibati Məhkəməsinin oxşar iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli 2-1(112)-12344/2024 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmə iddiaçının Qanunun 45-ci maddəsinin ikinci cümləsinin pensiyanın yenidən hesablanması hallarını deyil, təyin edilməsini tənzimləməsi ilə bağlı dəlili ilə razılaşmır ona görə ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsinin məzmunundan göründüyü kimi, bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Həmin qərara əsasən məhkəmə qeyd edir ki, “göründüyü kimi, normanın məzmununda “Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında" sözlərindən istifadə edilmişdir. Sığorta və yığım hissələrinə görə hesablanma isə, yenidən hesablanmanı da əhatə edir. Digər tərəfdən həmin normanın qüvvədən düşməsinə dair 530-VİQD nömrəli Qanunun Keçid müddəalarından göründüyü kimi, normanın ləğv edilməsinin, Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi açıq-aydın qeyd edilmişdir.” Məlumat üçün bildiririk ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsi xx.xx.2017-ci il tarixində Qanuna əlavə olunduqdan sonra 11 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48-ci misalında Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Qanunun 45-ci maddəsi adından da göründüyü kimi “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti”nin tənzimlənməsi ilə əlaqədar olmaqla, əmək pensiyasının məbləğinin hesablanması zamanı nəzərə alınan göstəricilərdən biridir. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı “Əmək pensiyaları haggında” Qanunun xx.xx.2022-ci il tarixinədək güvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə uyğun olarag gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçıların nümayəndəsi(vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, inzibati iş üzrə iddianın İddiaçı10 münasibətdə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilən sənədlər iddaçıya geri qaytarılmışdır. İddiaçı tərəf xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı9 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 12664/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, İddiaçı5 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-22554/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qismən 6 i likhesablama hissəsində ləğv edilməsi, İddiaçı4 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-23521/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qismən 6 ilik hesablama hissəsində ləğv edilməsi, İddiaçı1 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-17307/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qismən 6 ilik hesablanma hissəsində ləğv edilməsi, İddiaçı7 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-13440/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının, İddiaçı11 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-10270/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qismən 6 illik yenidən hesablanma hissəsində ləğv edilməsi, İddiaçı8 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-13353/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, İddiaçı6 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-13730/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, İddiaçı3 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-13836/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, İddiaçı2 münasibətdə cavabdehin cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3 15756/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qismən 6 ilik hesablama hissəsində ləğv edilməsi, İddiaçı12 münasibətdə cavabdehin xx.xx.2024 cü il tarixli, 3-17-1/3-3-17007/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının 6 illik hesablama hissəsində ləğv edilməsi və iddiaçılara əmək pensiyası "Əmək pensiyaları haqqında" AR Qanununun 37.3.1-ci maddəsinə əsasən hüququn yarandığı vaxtdan yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyanın yenidən hesablanma yaşı ilə "Əmək pensiyaları haqqında" AR Qanununun 7 ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-7967/2025 nömrəli qərardadı ilə iddia ərizəsi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi(vəkili) iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının təqdim olunmuş pensiya işi və inzibati icraat materiallarından görünür ki: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-13836/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı3 hazırkı pensiya məbləği 4011 manat 62 qəpik, yenidən hesablanmış pensiya məbləği 4865 manat 20 qəpik müəyyən edildi. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12664/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı9 hazırkı pensiya məbləği 2700 manat 15 qəpik, yenidən hesablanmış pensiya məbləği 3151 manat 36 qəpik müəyyən edildi. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-22554/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə X3 hazırkı pensiya məbləği 737 manat 08 qəpik, yenidən hesablanmış pensiya məbləği 1543 manat 89 qəpik müəyyən edildi. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-23521/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı4 pensiyası məhkəmə qərarına əsasən bərpa vətəndaşın ərizəsinə əsasən 6 illik olmaqla hesablanmış və yenidən hesablanmış pensiya məbləği 1201.48 manat müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-13440/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı7 hazırkı pensiya məbləği 1358 manat 28 qəpik, yenidən hesablanmış pensiya məbləği 1800 manat 20 qəpik müəyyən edildi. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-10270/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı11 hazırkı pensiya məbləği 2193 manat 97 qəpik, yenidən hesablanmış pensiya məbləği 3317 manat 95 qəpik müəyyən edildi. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-13730/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı6 hazırkı pensiya məbləği 2908 manat 31 qəpik, yenidən hesablanmış pensiya məbləği 3300 manat 79 qəpik müəyyən edildi. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-15756/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı2 hazırkı pensiya məbləği 635 manat 65 qəpik, yenidən hesablanmış pensiya məbləği 1128 manat 54 qəpik müəyyən edildi. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-17307/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı1 hazırkı pensiya məbləği 1437 manat 75 qəpik, yenidən hesablanmış pensiya məbləği 2134 manat 08 qəpik müəyyən edildi. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-13353/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı8 hazırkı pensiya məbləği 2769 manat 33 qəpik, yenidən hesablanmış pensiya məbləği 3232 manat 88 qəpik müəyyən edildi. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024 cü il tarixli, 3-17-1/3-3-17007/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı12 hazırkı pensiya məbləği 2006 manat 64 qəpik, yenidən hesablanmış pensiya məbləği 2473 manat 13 qəpik müəyyən edildi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıların nümayəndəsi(vəkili) Vəkil ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17- 1/2-35577/2025 nömrəli “Güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında” məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 45-ci maddəsinin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, Qanunun 9-cu maddəsinə uyğun olaraq, yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmiş 13 may 2022- ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən, Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının 13 may 2022- ci il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qanunun 45-ci maddəsinin ikinci cümləsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələblərinə uyğun olaraq, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən, Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən, əmək pensiyası hüququ 29 iyun 2022-ci il tarixinədək yaranmış şəxslərin həmin tarixdən sonra əmək pensiyalarının yenidən hesablanması zamanı əmək pensiyalarının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, etibarnamə üzrə nümayəndəsi olduğunuz şəxlərə ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizənizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin: -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaçıların əmək pensiyasının yenidən hesablanması haqqında qərarlarının iddiaçılara təqdim edilməsini sübut edən sənədə istinad etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qərardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçılar sözügedən inzibati aktdan məlumatlı olmamışdır. İddiaçılar mübahisələndirilən qərarla hazırkı məhkəmə icraatında tanış olmuşdur. Beləliklə, iddiaçılar məhkəmə icraatında məlumatlı olduğu mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. Beləliklə, iddia üzrə mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki: -İddiaçı9 Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sabunçu rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2007-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12664/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. -İddiaçı3 Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xəzər rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2006-cı tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-13836/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. -İddiaçı X7 Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Suraxanı rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2012-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-22554/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. -İddiaçı4 Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının müvafiq qərarı ilə xx.xx.2011-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-23521/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. -İddiaçı7 Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Yasamal rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2009-cu il tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-13440/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. -İddiaçı11 Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xəzər rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2007-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-10270/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. -İddiaçı6 Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Binəqədi rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2007-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-13730/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. -İddiaçı2 Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Suraxanı rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2011-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-15756/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. -İddiaçı1 Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Yevlax rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2007-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-17307/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. -İddiaçı8 Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sabunçu rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2007-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-13353/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. -İddiaçı12 Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xəzər rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2007-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-17007/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. İddiaçılar hazırda bu qərarları mübahisələndirərək, onlara təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmamasını xahiş etmişdir. Məhkəmə işin göstərilən hallarını nəzərə alaraq, qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun: - maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. - xx.xx.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Yəni “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: - xx.xx.2017-ci il tarixədək 144; - xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. İş materiallarından görünür ki, cavabdeh öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixinədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Birgə iddiaçılar İddiaçı1 və digərlərinə xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunduğuna görə onlara münasibətdə sözügedən keçid müddəaları tətbiq edilməlidir. Məhkəmə cavabdehin bu istinadı ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. Gözlənilən pensiya ödənişi müddəti -pensiyaya çıxan şəxsin orta hesabla pensiya alacağı illərin sayını ifadə edir. Bu müddət statistik göstəricilərə əsaslanaraq müəyyən edilir və ölkədəki orta ömür uzunluğu, pensiyaya çıxma yaşı və digər demoqrafik faktorlarla əlaqəlidir. Bu göstərici əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur: 1. Pensiya kapitalının hesablanması – İşləyən şəxsin topladığı pensiya kapitalı onun gözlənilən pensiya ödənişi müddətinə bölünərək aylıq pensiya məbləği müəyyən edilir. 2. Pensiya sisteminin dayanıqlığının təmin edilməsi – Dövlət və ya pensiya fondları pensiya ödənişlərini planlaşdırarkən, gözlənilən ömür uzunluğunu nəzərə alaraq sistemin maliyyə dayanıqlığını təmin edirlər. 3. Fərdi pensiya planlaşdırılması – Şəxslər pensiyaya çıxdıqda, onların yığılmış pensiya kapitalının nə qədər müddətə çatacağını hesablamaq üçün bu göstəricidən istifadə olunur. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə dəyişməz olmuş, 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Belə ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsi). “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərin digər şəxslərə münasibətdə daha tez əmək pensiyası təyin edilmək hüququ müəyyən edilmişdir. Qanunvericinin bu zaman əsas məqsədi sağlamlıq riski daşıyan, nəticədə orqanizmi daha tez qocalan və əmək qabiliyyəti daha tez azalan şəxslərin xüsusi sosial təminat mexanizmləri müəyyən etməklə sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlıdır. Məhz buna görə də qanunverici sonradan həmin şəxslərin pensiya təmnatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini “Əmək pensiyaları haqqında” Qanunundan çıxarmışdır. Keçid müddəaya gəldikdə isə, həmin norma xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə əmək pensiyası (yaxud yenidən hesablama) hüququ yaranan, lakin həmin tarixdə deyil, sonradan əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması barədə qərar qəbul edilən şəxslərə yeni normanın şamil edilməməsini nəzərdə tutur. Nə qədər ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ xx.xx.2022-ci ilə qədər deyil, həmin tarixdən sonra yaranmışdır, deməli, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil. Beləliklə, yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticəsi aradan qaldırılmalı, yəni ilkin pensiya təyinatı qərarına uyğun olaraq pensiyanın əvvəlki məbləğdə hesablanaraq ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı9 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-12664/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, İddiaçı5 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-22554/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qismən 6 illik hesablama hissəsində ləğv edilməsi, İddiaçı4 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-23521/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qismən 6 illik hesablama hissəsində ləğv edilməsi, İddiaçı1 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-17307/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qismən 6 ilik hesablanma hissəsində ləğv edilməsi, İddiaçı7 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-13440/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının, İddiaçı11 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-10270/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qismən 6 illik yenidən hesablanma hissəsində ləğv edilməsi, İddiaçı8 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 13353/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, İddiaçı6 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-13730/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, İddiaçı3 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-13836/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, İddiaçı2 münasibətdə cavabdehin cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3 15756/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qismən 6 ilik hesab lama hissəsində ləğv edilməsi, İddiaçı12 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-17007/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının 6 illik hesablama hissəsində ləğv edilməsi və iddiaçılara əmək pensiyası "Əmək pensiyaları haqqında" AR Qanununun 37.3.1-ci maddəsinə əsasən hüququn yarandığı vaxtdan yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyanın yenidən hesablanma yaşı ilə "Əmək pensiyaları haqqında" AR Qanununun 7 ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X4 Zülfi Qüdrət oğlu barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-12664/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı, İddiaçı5 barəsində xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-22554/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qismən- 6 illik hesablama hissəsində, İddiaçı4 barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-23521/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qismən- 6 illik hesablama hissəsində, İddiaçı1 barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 17307/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qismən 6 ilik hesablanma hissəsində, İddiaçı7 barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 13440/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı, İddiaçı11 barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-10270/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qismən 6 illik yenidən hesablanma hissəsində, İddiaçı8 barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-13353/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı, İddiaçı6 barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-13730/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı, İddiaçı3 barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-13836/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı, İddiaçı2 barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3 15756/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qismən- 6 ilik hesablama hissəsində, İddiaçı12 barəsində cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-17007/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı 6 illik hesablama hissəsində ləğv edilsin. İddiaçı1, İddiaçı8, İddiaçı5, X5, İddiaçı6, İddiaçı7, İddiaçı9, X1, İddiaçı4, İddiaçı3, İddiaçı2 əmək pensiyası "Əmək pensiyaları haqqında" AR Qanununun 37.3.1-ci maddəsinə əsasən hüququn yarandığı vaxtdan yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyanın yenidən hesablanma yaşı ilə "Əmək pensiyaları haqqında" AR Qanununun 7 ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, İddiaçı9 küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7967/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7967/2025
06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver