Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-797/2024 21.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə qarşı “inzibati aktın qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə qarşı “inzibati aktın qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2022-ci il 24 dekabr tarixli MİHO/4.1.1-2-2022-713 nömrəli inzibati aktın qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslanıdırlmışdır ki, 23 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə 2022-ci il 2 dekabr tarixli İS(ƏFT-VXSİDA.1sBAxm)-1/2022 nömrəli informasiya sorğusu ilə müraciət etmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi informasiya sorğusuna aidiyyəti üzrə baxılması üçün onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə (bundan sonra - Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi) göndərmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi informasiya sorğusunu aidiyyəti üzrə baxılması üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərərək “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə istinad etməsi tamamilə qanunsuzdur. Belə ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsinə əsasən informasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə olduğu halda 1 saylı Bakı “ASAN xidmət” mərkəzi informasiya sorğusunu aidiyyəti üzrə baxılması üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərərərkən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.3-cü maddəsinə istinad etməli idi. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.6-cı maddəsinə əsasən “informasiya sorğusu” informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət hesab olunur. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən informasiya sahibinin vəzifəli şəxsi araşdırmanın nəticəsindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 1.sorğunun icrasından imtina edir; 2.sorğunun icrasını təmin edir; 3.sorğunu aidiyyəti informasiya sahibinə göndərir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən sorğu edilən informasiya informasiya sahibində yoxdursa, o, aidiyyəti informasiya sahibini müəyyənləşdirməli və informasiya sorğusunu ləngitmədən, lakin 5 iş günündən gec olmayaraq ona göndərməli və bu barədə sorğuçuya məlumat verməlidir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən informasiya sorğusu aşağıdakı hallarda icra olunmuş sayılır: 1. informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə; 2.informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə; 3. açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə; 4.informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə. Məhkəmə tərəfindən Azərbaycan Respunlikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq hazırki iddia tələbinin qeyri-mümkün sayılmasına dair xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq iddiaçıya hüquqi yardım olunmuş, qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. (hakim B.Cəlalov) İş materiallarında olan poçt xəbərnaməsindən (SS838256149AZ) görünür ki, göndərilmiş hüquqi yardım haqqında məktub iddiaçıya xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra “İPM”) tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehin iddiaya dair etirazına yazılı münasibət təqdim edərək, yazılı münasibətdə göstərilənlərin qərardadda öz əksini tapmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının tələbi “2022-ci il 24 dekabr tarixli MİHO/4.1.1-2-2022-713 saylı inzibati aktın qanursuz hesab edilməsindən” ibarət olmuşdur. İddia tələbinə münasibət bildirilməsi məqsədi ilə iddiaçı tərəfindən inzibati akt kimi qiymətləndirilən və hazırda mübahisələndirilən məktubun təhlil edilməsi zəruridir. Məlum olduğu kimi, İddiaçı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı Asan xidmət mərkəzinə sorğu ilə müraciət edərək, Mərkəzə “valideyn (ana) 1 saylı Bakı “Asan Xidmət" mərkəzinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət etdiyi təqdirdə, qanuni qüvvəyə minmiş və yazılı müraciətə qoşma şəkildə əlavə edilmiş 2(006)-4380/2022 saylı məhkəmə qətnaməsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilmiş yetkinlik yaşına çatmayan uşaqları üçün digər valideynin (ata) razılığı olmadan ümumvətəndaş pasportu ala bilərmi?” sualını ünvanlamışdır. Göründüyü kimi, iddiaçının sualı yetkinlik yaşına çatmamış övladına ümumvətəndaş pasportunun verilməsi ilə bağlı olmuşdur. Azərbaycan vətəndaşlarının ümumvətəndaş pasportu ilə təmin edilməsi Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin səlahiyyətlərinə aid edilmişdir. Bununla yanaşı, "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 706 saylı Fərmanı ilə təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.” Əlavə olaraq, iddiaçı iddia ərizəsində “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa istinad etmişdir. Həmin Qanunun 3.0.5-ci maddəsində informasiya sahibinin anlayışı verilərək, informasiya sahibinin informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanlarının, bələdiyyələrin, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslərin və fiziki şəxslərin olduğu müəyyən edilmişdir. Yuxarıda istinad olunan qanunvericilikdən göründüyü kimi, “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfiı dən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Odur ki, iddiaçının müraciəti ilə bağlı (yetkinlik yaşına çatmamış övladına ümumvətəndaş pasportunun verilməsi) informasiya sahibi 1 saylı Bakı “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən müvafiq orqandır. Bu səbəbdən də iddiaçı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “Asan xidmət” mərkəzinə ünvanlanmış müraciət “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.10-cu maddəsinə istinad edilərək aidiyyəti üzrə müvafiq orqana, Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yönləndirilmişdir. Digər tərəfdən, iddiaçı 2022-ci il 24 dekabr tarixli MİHO/4.1.1-2-2022-713 saylı inzibati aktın qanunsuz hesab edilməsini Məhkəmədən xahiş etmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən “inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədiridir". İddiaçı inzibati akt kimi qiymətləndirdiyi faktiki olaraq 2022-ci il 24 dekabr tarixli MİHO/4.1.1- 2-2022-713 saylı sənəd müşayiət məktubudur və inzibati akt statusuna malik deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən “Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdğı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.” İstinad olunan prosessual hüquq normasına əsasən iddiaçının iddiası mümkün sayılmamalıdır. Belə ki, iddiaçının mübahisələndirdiyi məktub inzibati akt deyil, bununla yanaşı, inzibati orqan hərəkətləri nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddiaçı əsaslandıra bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş cavabdehin iddiaya dair etirazına yazılı münasibətində göstərilmişdir ki, iş üzrə cavabdeh – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi iddia ərizəsinə qarşı verdiyi 29 mart 2023-cü il tarixli etirazında iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Öz növbəmdə hesab edirəm ki, aşağıda qeyd olunan səbəblərə görə iddia təmin edilərək məhkəmə qərarı çıxarılmalıdır. 1. Etirazın 2-ci səhifəsinin 6-cı abzasında aşağıdakılar qeyd olunmuşdur: “İddiaçı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə ünvanlanmış müraciət “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə istinad edilərək aidiyyəti üzrə müvafiq orqana, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə yönləndirilmişdir.” 1.1. İlk növbədə onu qeyd etmək lazımdır ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində müraciətə (informasiya sorğusuna) baxılarkən, hüququn tətbiq edilməsində kobud səhvə yol verilmişdir. Belə ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsinə əsasən informasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu səbəbdən də 1 saylı Bakı “ASAN xidmət” mərkəzi müraciəti (informasiya sorğusunu) baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərərkən, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə istinad etməsi tamamilə qanunsuzdur. Cavabdeh həmin müraciəti Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərərkən, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinə istinad etməli idi. 2. Etirazın 2-ci səhifəsinin 9-cu abzasında cavabdeh tərəfindən iddia olunmuşdur ki, 2022-ci il 24 dekabr tarixli MİHO/4.1.1-2-2022-713 nömrəli məktub inzibati akt hesab edilməməklə müşayiət məktubu statusuna malikdir. Bu iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirəm. 2.1. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda 2022-ci il 24 dekabr tarixli MİHO/4.1.1-2- 2022-713 nömrəli məktubun inzibati akt hesab edilməməklə müşayiət məktubu statusuna malik olduğunu iddia etsə də, həmin iddianı təsdiq edən nə müvafiq hüquq normasına istinad etmiş, nə də buna dair hər hansısa sübut gətirmişdir. 2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları” siyahısına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri daxildir. 2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ bölməsinin 29-1.1-ci bəndinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri daxildir. 2.4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarının 1ci bəndində aşağıdakılar qeyd edilmişdir: “1.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır.” 2.5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar qeyd edilmişdir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: • inzibati orqan tərəfindən qəbul edilməli; • ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; • ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; • hakimiyyət tədbiri olmalıdır. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. 2.5. Yuxarıda qeyd olunan iki Qərarın müvafiq müddəaları nəzərə alınmaqla, 2022-ci il 24 dekabr tarixli MİHO/4.1.1-2-2022-713 nömrəli məktubun inzibati akt olduğu aşağıdakı hallarla sübut edilir: 2.5.1. Məktub (inzibati akt) inzibati orqan, yəni 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən qəbul edilmişdir; 2.5.2. İnzibati orqan tərəfindən informasiya sorğusuna baxılması məsələləri ümumi (publik) hüquq sahəsinə aid olmaqla, həmin müraciətə baxılması ilə bağlı qəbul edilmiş qərar informasiya sorğusunun icrasından imtina edilməsi, təmin edilməsi və ya onun aidiyyəti informasiya sahibinə göndərilməsi məsələlərini nizama salır (tənzimləyir). Cavabdeh də müraciətimə baxarkən informasiya sorğusunun aidiyyəti informasiya sahibinə göndərilməsi barədə qərar qəbul etmişdir; 2.5.3. Məktubda (inzibati akt) “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinə deyil, məhz “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə istinad edilərək, müraciətin (informasiya sorğusunun) baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilməsi, həmin müraciətimə 7 iş günü müddəti ərzində deyil, qanunsuz olaraq daha uzun müddət ərzində baxılmasına səbəb olmuşdur ki, bu da sorğulanmış informasiyanın daha gec əldə olunması ilə nəticələnmişdir. 2.5.4. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir: 2.5.4.1. hüquq münasibətinin subyekti kimi aktı qəbul edən inzibati orqan (1 saylı Bakı “ASAN xidmət” mərkəzi); 2.5.4.2. obyekti kimi isə barəsində akt qəbul edilən şəxs (sorğuçu). Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Cavabdehin məktubda (inzibati akt) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə istinad edərək, müraciəti (informasiya sorğusunu) baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərməsi hakimiyyət tədbiri olmuşdur. Məhkəmə iclasın yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddiaya İPM-in müddəalarına uyğun olaraq mümkün sayılmamalıdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır:
1. mümkünlük;
2. əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən iddiaçının hüquqi müdafiə marağının mövcud olması, mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilən hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərini pozduğunu sübut etməlidir. İş materiallarından görünür ki, iddiaçı 23 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə 2022-ci il 2 dekabr tarixli İS(ƏFT-VXSİDA.1sBAxm)-1/2022 nömrəli informasiya sorğusu ilə müraciət etmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi 2022-ci il 24 dekabr tarixli MİHO/4.1.1-2- 2022-713 nömrəli məktubla iddiaçının informasiya sorğusunu aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərmişdir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin 2022-ci il 24 dekabr tarixli MİHO/4.1.1-2-2022-713 nömrəli məktubunun qanunsuz hesab edilməsini tələb edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi informasiya sorğusunu aidiyyəti üzrə baxılması üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərərkən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.3-cü maddəsinə istinad etməli idi. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin 2022-ci il 24 dekabr tarixli MİHO/4.1.1-2-2022-713 nömrəli məktubunun qanunsuz hesab edilməsi nəticəsində nail olmaq istədiyi hüquqi marağının nədən ibarət olması müəyyən olunmur. Belə ki, hazırkı halda məktub inzibati akt hesab olunsa belə tələb üzrə yerinə yetirilməli hər hansı hərəkət və ya hüquqi nəticə mövcud deyil. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin 2022-ci il 24 dekabr tarixli MİHO/4.1.1-2-2022-713 nömrəli məktubu müstəqil hüquqi nəticəyaratmadığından, inzibati akt sayıla bilməz. Belə ki, cavabdeh tərəfindən həmin məktubla iddiaçının informasiya sorğusu aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilmişdir. Göründüyü kimi, həmin məktub iddiaçı üçün müəyyən hüquqi nəticələr yaratmamaqla yanaşı mövcud qanunvericilikdə inzibati akt üçün nəzərdə tutulan əlamətləri və rekvizitləri özündə əks etdirmir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... Maddə 59. Yazılı inzibati aktın rekvizitləri 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. ... Yuxarıda qeyd edilən normalardan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirilən məktub özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə, onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə məktubun özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Bundan əlavə, məhkəmə qeyd edir ki, məktubun verilməsinə baxmayaraq, məsuliyyət doğuran qərar qəbul edilməyə də bilər. Hüquqi müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz gedə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə nail olmaq istədiyi hüquqi marağı müəyyən olunmadığından, həmçinin 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin 2022-ci il 24 dekabr tarixli MİHO/4.1.1-2-2022-713 nömrəli məktubu inzibati akt hesab olunmadığından, hazırkı iddia tələbi mümkün sayıla bilməz. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Göründüyü kimi, hazırkı halda iddiaçı iddia tələbini dəqiqləşdirmədiyindən, mübahisələndirmə haqqında iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan xüsusi mümkünlük şərtlərinin, yəni iddia qaldırmaq müddətinə əməl edilib-edilməməsinin yoxlanılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilmişdir: Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Bənd 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:2.3, 8.5 və 9-cu bəndlər: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İddiaçıya izah olunur ki, iddianın qeyri-mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.
Hakim Elvin Əliyev