Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7972/2022 18.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdehnə qarşı “soyad sonluğunun dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “soyad sonluğunun dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 “Əfəndizadə” soyadının “Əfəndiyeva” soyadına dəyişdirilməsinə icazə verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, övladları xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 “Əfəndizadə” soyadının “Əfəndiyeva” soyadına dəyişdirilməsi məqsədi ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh təşkilat soyadının dəyişdirilməsindən imtina edərək bu barədə ə-86-164 saylı, xx.xx.2022-ci il tarixli məktubla cavab vermişdir. Qeyd olunan imtina məktubunda göstərilmişdir ki, “Əfəndizadə” soyadının “Əfəndiyeva” soyadına dəyişdirilməsi haqqında müraciətinə cavab olaraq bildirir ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 dəyişdirilməsi azyaşlıların mənafeləri baxımından məqsədəuyğun hesab edilməmişdir. Valideynlərin hər ikisinin soyadları Əfəndiyev(a)dir. “Əfəndizadə” soyadının “Əfəndiyeva” soyadına dəyişdirilməsinə razıdır və buna dair razılıq ərizələri iddia ərizəsinə əlavə edilib. Həmçinin uşaqların öz razılıqlarının alınması ilə bağlı sənəd iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)- 7972/2022 saylı qərardadı ilə əsl olmayan cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti əsl cavabdeh Bakı şəhəri Cavabdeh ilə əvəz olunmuşdur. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuş X6 aid 0032 1 2512 №-li, xx.xx.2011-ci il tarixli doğum haqqında akt qeydində və xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş X7 aid 0032 1 0983 №-li, xx.xx.2013-cü il tarixli doğum haqqında akt qeydində hər ikisinin soyadlarının sonluğunun “-zadə”dən “-yeva”ya dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatının aparılması vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və cavabdeh inzibati orqanın imtinasının qanunvericiliyin tələblərinə uyğun olmadığının nəzərə alınaraq, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; xx.xx.1981-ci ildə verilmiş Vİİ-JQ seriyalı 488355 №li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı atası X14, anası X8r. “ASAN 3” tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1981ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.1986-cı ildə verilmiş Vİ-JQ seriyalı 487831 №li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş X2 atası X9 oğlu, anası X5r. “ASAN 3” tərəfindən xx.xx.2021-cı il tarixdə verilmiş AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş X10 ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Cavabdeh tərəfindən 19 mart 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 568590 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X11 19 mart 2010-cu il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2010-cu ilin mart ayının 19-cu günündə 275 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əfəndiyev, arvada Əfəndiyeva soyadı verilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 720325 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2010-cu ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin 08 ayının 12-ci günündə 2512 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə uşağın atası qrafasında İddiaçı; anası qrafasında X10 qeyd olunmuşdur. Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 070338 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2012-ci ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2013-cü ilin mart ayının 19-cu günündə 983 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə uşağın atası qrafasında İddiaçı; anası qrafasında X10 qeyd olunmuşdur. “ASAN 3” tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı 12507230 №-li və AZE seriyalı 12750695 №-li şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Əfəndizadə Zeynəb və xx.xx.2012-ci il təvəllüdlü Əfəndizadə Nərgiz Bakı şəhərində doğulmuşlar, atası İddiaçı, anası Əfəndiyeva Əminə, yaşayış yeri- ünvan 1 ünvanı qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixdə İddiaçı və X10 tərəfindən Bakı şəhəri Cavabdehnə ünvanlannmış ərizələrdən müəyyən olunur ki, onlar yetkinlik yaşına çatayan - xx.xx.2010cu il təvəllüdlü və xx.xx.2012-ci il təvəllüdlü uşaqlarının “Əfəndizadə” soyadından “Əfəndiyeva” soyadına keçirilməsinə etiraz etmirlər. xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuş X12 və xx.xx.2012-cı il tarixdə Bakı şəhərində doğulmuş X13 tərəfindən valideynlərinin iştirakı ilə 21 noyabr 2021-ci il tarixdə notarial qaydada təsdiqlənmiş ərizədə onlar soyadlarının “Əfəndizadə”dən “Əfəndiyeva” soyadına keçirilməsinə etiraz etmədiklərini təsdiq etmişlər. İddiaçının hazırkı tələblə bağlı müraciətinə cavab olaraq Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli xx/xx-4007115 №li imtina məktubunda göstərilmişdir ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 doğum haqqında akt qeydlərində uşaq bəndində soyad sonluğunun “Əfəndizadə”dən “Əfəndiyeva”ya dəyişdirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş müraciətə baxılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarına əsasən “ov” və “yev” sonluqlu soyadlar sözün kökündən asılı olaraq “lı”, “li”, “lu”, “lü, “zadə”, “soy”, “gil”, “oğlu”, “qızı” sonluqlu və sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər. Qanunvericiliklə müəyyən olunmuş əsasların olmaması səbəbindən soyad sonluğunun yenidən “Əfəndizadə”dən “Əfəndiyeva”ya dəyişdirilməsindən imtina edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli 05/76-861/13 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən: - X6 aid doğum haqqında 0032 1 2512 №-li, xx.xx.2011-ci il tarixli akt qeydinin surətindən görünür ki, akt qeydində uşaq haqqında məlumat bölməsində soyadı Əfəndizadə, adı-Zeynəb, ata adı- Mahir, doğum tarixi xx.xx.2010-cu il, ata qrafasında xx.xx.1981-ci il təvəllüdlü İddiaçı, ana qrafasında xx.xx.1986-cı il təvəllüdlü X10 qeyd olunmuşdur. - X7 aid doğum haqqında 0032 1 0983 №-li, xx.xx.2013-cü il tarixli akt qeydinin surətindən görünür ki, akt qeydində uşaq haqqında məlumat bölməsində soyadı Əfəndizadə, adı-Nərgiz, ata adı- Mahir, doğum tarixi xx.xx.2012-ci il, ata qrafasında xx.xx.1981-ci il təvəllüdlü İddiaçı, ana qrafasında xx.xx.1986-cı il təvəllüdlü X10 qeyd olunmuşdur. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia həmçinin əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Əvvəla qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir; 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4-cü maddəsinə əsasən, valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın (bundan sonra mətndə – “Qaydalar”): 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016- İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (bundan sonra-qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra-icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir; 4.1-ci bəndinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir; 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir; 5.2-ci bəndinə əsasən, hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. 5.3-cü bəndinə əsasən, soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir; 5.4-cü bəndinə əsasən, soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir; 5.10-cu bəndinə əsasən, qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Göründüyü kimi, qanunvericiliyə görə, uşağın soyadının bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən olunduğu qeyd olunmuşdur. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir və 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə uşaqların soyad sonluğuna növbəti dəfə dəyişiklik kimi qiymət verilmiş və müraciətin təmin edilməsindən imtina edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, uşaqların doğum haqqında akt qeydlərinin təsdiq edilmiş surətlərindən, doğum haqqında şəhadətnamələrindən göründüyü kimi, uşaqlara “-zadə” sonluqlu soyad ilkin doğum haqqında akt qeydləri aparılarkən verilmişdir, sonradan soyad sonluğunun dəyişdirilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı sənəd təqdim edilməmişdir və bu məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Cavabdeh inzibati orqanın da istinad etdiyi, Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” 02 fevral 1993-cü il tarixli Qərarının birinci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “- oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq bildirir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə soyad sonluğu ilə bağlı konkret siyahını nəzərdə tutan normativ hüquqi akt qəbul olunmamışdır. Lakin, bu sahədə istinad olunan yeganə hüquqi akt hazırda da qüvvədə olan Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan qərarıdır. Həmin Qərarda isə “-ov”, “- yev” sonluqlu soyadların dəyişilməsi qaydası dispozitiv formada müəyyən edilmişdir. İstinad olunan normanı məhdudlaşdırıcı və imperativ norma kimi qəbul edilə bilməz. Həmçinin həmin Qərarda “ov”, “- yev” sonluqlu soyadlara dəyişilməni qadağan edən hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasında yeni doğulan uşaqlara soyad verilərkən, valideynlərin soyadına uyğun olaraq “-ov”, “-yev” sonluqlu soyadların verilməsində hər hansı məhdududiyyət olmadığı halda, ilkin doğum haqqında akt qeydində digər sonluqlu və ya sonluqsuz ifadə formalarında olan soyadların sonluğunun (valideynlərin soyadına uyğun olaraq) “-ov” “-yev” olaraq dəyişdirilməsinə məhdudiyyətin tətbiq edilərək, “fərq qoyulması” ədalətli olmayan və qanunvericiliyə söykənməyən differensasiyanın aparılmasına gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının uşaqlarının soyad sonluğunun dəyişdirilməsi hüququna malik olduğundan və qanunvericilikdə soyad sonluğunun “ova”ya dəyişdirilməsini istisna edən hallar mövcud olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-nin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. xx.xx.2010-cu ildə Bakı şəhərində doğulmuş X6 aid 0032 1 2512 №-li, xx.xx.2011-ci il tarixli doğum haqqında akt qeydində və xx.xx.2012-ci ildə Bakı şəhərində doğulmuş X7 aid 0032 1 0983 №-li, xx.xx.2013-cü il tarixli doğum haqqında akt qeydində hər ikisinin soyadlarının sonluğunun “-zadə”dən “-yeva”ya dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatının aparılması vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7972/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7972/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver