Məhkəmə qərarları › İş №2-1(112)-7975/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7975/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7975/2023 01.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi X2 İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Ukrayna Respublikasının Beynəlxalq Ekologiya və Tibb Akademiyasından aldığı xx.xx.2023-cü il tarixli C23№000162 saylı diplomun tanınması və ekvivalentlik şəhadətnaməsi verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə Bakı şəhəri Nərimanov rayonu 212 saylı orta məktəbin rus bölməsini bitirmişdir. 2012-ci ildə Ukraynanın Donetsk şəhərində X5 Universitetinə daxil olmuşdur. 2014-cü ildə Donetskdə hərbi münaqişə nəticəsində Donetsk vilayətinin Ukraynanın tərkibinbdən ayrılması ilə əlaqədar iddiaçını təhsilini davam etdirmək üçün Kiyev şəhərində X4 Universitetinə köçürülmüş və 2016-cı ildə 4-cü kursu bitirmişdir. 2016-cı ildə öz istəyilə Beynəlxalq Ekologiya və Tibb Akademiyasında təhsilimi davam etdirmiş və 2018-ci ildə tibb fakültəsi "müalicə işi" ixtisası üzrə kursu bitirib xx.xx.2018-ci il tarixli AC48589572 saylı diplom almışdır. İddiaçı 2021-ci il 12 iyun tarixində diplomun tanınması üçün şəxsi kabineti vasitəsi ilə cavabdeh orqana müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə diplomunun tanınmasından imtina olunmuşdur. Səbəb olaraq Ukrayna Elm və Təhsil Nazirliyindən Azərbaycan Təhsil Nazirliyi tərəfindən olunan sorğuya mənfi cavab verilməsi olmuşdur. Əslində isə iddiaçının adı Ukrayna Elm və Təhsil Nazirliyində ümumi reyestr bazasına daxil edilmiş, lakin sonradan Donetsk şəhərindən arxiv məhv olduğu səbəbindən (və ya başqa səbəblərdən) iddiaçının Donetskdə aldığı təhsil haqda məlumatların alına bilməməsi səbəbindən iddiaçının adı reyestrdən xaric edilib və bu səbəbdən də cavabdehin sorğusuna mənfi cavab verilmişdir. İddiaçı xx.xx.2021-ci ildə Ukraynada fəaliyyət göstərən vəkilə vəkalətnamə göndərərək məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesləri Ukrayna ərazisində başlanmış hərbi əməliyyatlar üzündən başa çatmamışdır. İddiaçı qeyd edir ki, Ukrayna Respublikasında mütəmadi olaraq sessiyalarda iştirak etmiş, bu onun ümumvətəndaş pasportunda da öz əksinin tapmış və imtahanları da müvəffəqiyyətlə vermişdir. Sənədlərdə olan qüsurları aradan qaldırandan sonra yenidən cavabdehə müraciət etmiş bu dəfə də hazırki müraciət üzrə mübahisənin məhkəmə predmeti olduğundan yenidən məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir.

3. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh orqanın nümayəndəsi iddiaçıya təqdim edilmiş NS00008621 qeydiyyat nömrəli şəhadətnaməni təqdim edərək, iddiaçının diplomunun tanındığını və ekvivalentliyi barədə müvafiq şəhadətnamənin verildiyini bildirmişdir.

4. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

5. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin qurum olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

6. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar