Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7978/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı X4 İddiaçının vəkili və nümayəndəsi Nümayəndə cavabdehin nümayəndəsi X3 iştirakları ilə iddiaçı X4 (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarların ləğv etməklə, 2019-cu ilin aprel, may, iyun və iyul ayları üçün hesablanmış ƏDV məbləğlərin silinməsi, 2019-cu ilin gəlir vergisi və mükəlləfiyyəti ləğv edilərək, SV (sadələşdirilmiş vergi) mükələfiyyətini bərpa edilməsi və ƏDV qeydiyyatını ləğv olunması, həmçinin, obyektiv, hərtərəfli yoxlamanı təmin etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarlarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmiş, cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması nəticəsində 04.05.2020-ci il tarixli qərarları ilə iddiaçıya 2019-cu ilin aprel ayı üzrə 18476,70 manat, may ayı üzrə 19092,59 manat, iyun ayı üzrə 18476,70 manat və iyul ayı üzrə 3079,45 manat ƏDV hesablanmışdır. Həmin hesablama aşağıdakı səbəblərdən düzgün deyildir. Belə ki, iddiaçı 2017-ci ildə ünvan 2 ünvanında yerləşən “Aynur” gözəllik salonunda fəaliyyət göstərmiş, 2019-cu ilin mart ayında obyektdə xronometraj üsulu ilə nəzarət tədbiri həyata keçirilmiş, həmin obyektdə iddiaçının vergi uçotu ilə bir neçə şəxs olaraq fəaliyyət göstərmiş, bundan sonra hər bir tərəf öz payını böldüyündən 15.04.2019-cu il tarixli icarə müqavilələrinə əsasən iddiaçı həmin obyektin 70 kv/m-ni "xxxx" MMC-yə (VÖEN: 1 7********) və digər 70 kv/m-ni "xxxx" MMC-yə (VÖEN: **********) vermiş, həmin icarə müqavilələri də vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınmışdır. Lakin sonradan vergi orqanı tərəfindən iddiaçıya uyğunsuzluq məktubu gəlməyə başlamış və iddiaçı vergi orqanında olan uçot baza və icarə müqavilələri əsasında vəziyyəti izah etmişdir. Eyni zamanda 05.07.2019-cu il tarixdə baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə rəsmi müraciət etmiş, müraciətini nəzərə alıb, hesablama aparılmamış, lakin müşahidə də həyata keçirilməmişdir. Sonradan məlum olmuşdur ki, 2019-cu ilin mart ayında həyata keçirilmiş XMM əsas götürülərək 30.09.2019-cu il tarixdə iddiaçı ƏDV qeydiyyatına alınmış və qeydiyyatın qüvvəyə minmə tarixi 01.04.2019-cu il müəyyən edilmişdir. Bu qeydiyyatın nəticəsində də 2020-ci ilin may ayında yuxarıda qeyd etdiyi hesablamalar aparılmışdır. Qeyd edilən hesablamaların aparılması Vergi Məcəlləsinin tələblərinə ziddir. Çünki, 2019-cu ilin mart ayında həyata keçirilmiş XMM-dən sonra satış dövriyyəsi dəyişmişdir. Yuxarıda qeyd etdiyi kimi, obyekt 3 yerə bölünmüş və yalnız bir hissəsində iddiaçı fəaliyyət göstərir. Vergi Məclləsinin 15.1.13-cü maddəsinə əsasən xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək vergi ödəyicisinin hüquqlarına aiddir. İddiaçı 05.07.2019-cu il tarixdə yeni XMM keçirilməsini tələb etmişdir. Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometraj keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Belə olan halda vergi orqanı faktiki məlumat dəyişikliyini və XMM müraciətini nəzərə almadan hansı əsasla 2019-cu ilin may ayında keçirilmiş XMM məlumatlarına istinad edərək ƏDV qeydiyyatı apara və ƏDV hesablaya bilər. Sonda iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin 07.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş etirazında göstərilmişdir ki, iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara, hüquq normalarına və Mülki Prosessual Məcəllənin 47.2-ci və İnzibati Prosessual Məcəllənin 47.2 və 48.2-ci maddəsinə əsaslanaraq etiraz edilir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 2019-cu ilin aprel, may, iyun və iyul ayları üzrə ƏDV bəyannamələrinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrlərində “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 0 manat məbləğ göstərilməyinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsinə əsasən dövriyyə məbləği (ƏDV daxil) aprel ayı üzrə 121125.0 manat, may ayı üzrə 125162.5 manat, iyun ayı üzrə 121125.0 manat və iyul ayı üzrə 20187.5 manat müəyyən edilmişdir. Yaranmış kənarlaşmalarla bağlı iddiaçıya 17.03.2020-ci il tarixli **********403800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd qlunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri və dəqiqləşdirilmiş vergi bəyannamələrin vergi orqanına təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83cü, 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin aprel ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 18476.70 manat, may ayı üçün 19092.59 manat, iyun ayı üçün 18476.70 manat və iyul ayı üçün 3079,45 məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 04.05.2020-ci il tarixli **********084200, **********093200, **********038000 və **********080400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Bundan başqa iddiaçının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 21.05.2020-ci il tarixli (AVİS qeydiyyatı: 21.05.2020-ci il tarixli, **********067200 nömrəli) məktubu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövıət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsinə daxil olmuşdur. Müraciətin ətraflı araşdırılması məqsədilə Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) tərəfindən Sənədlərin təqdim edilməsi barədə 10.08.2020-ci il tarixli (AVİS qeydiyyatı: 10.08.2020-ci il tarixli **********099300 nömrəli) məktub göndərilmişdir və ödəyici tərəfindən 20.08.2020-ci il tarixli **********289700 və **********224000 nömrəli məktublarla müvafiq dövrlər üzrə xərc sənədləri təqdim edilmişdir. Sənədlərinin araşdırılması zamanı nəzarət kassa aparatından çıxarışa əsasən 2019-cu ilin aprel ayından dekabr ayına qədər 64375,6 manat dövriyyənin olmasına və təsərrüfat obyektinin digər şəxslərə icarəyə verilməsinə baxmayaraq qeyd olunan dövrlər üçün vergi orqanına gəlirlər barədə müvafiq bəyannamələr, həmçinin ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilmədiyi, həmçinin ödəyicinin müraciətində 15.04.2019-cu il tarixdə təsərrüfat obyektinin 140 kv.metr sahəsi olan hissəsinin digər şəxslərə icarəyə verilməsinə baxmayaraq vergi orqanına obyekt məlumatı dəyişikliyi barədə və satış dövriyyəsinin aşağı düşməsi səbəbindən yenidən xronometraj metodu ilə müşahidənin aparılması barədə ərizə ilə müraciət olunmadığı müəyyən edilmiş və işin həlli üçün zəruri olan sənədlər inzibati araşdırmaya təqdim edilmədiyi üçün müraciətin baxılması ilə bağlı müddətin axımının dayandırılması barədə vergi ödəyicisinə 27.08.2020-ci il tarixli (AVİS qeydiyyatı: 27.08.2020-ci il tarixli **********534600 nömrəli) məktub göndərilmişdir. ƏDV qeydiyyatının ləğvi Vergi Məcəlləsinin 158-ci maddəsi ilə tənzimlənir. Məcəllənin 158.1-ci maddəsinə əsasən vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci maddələrində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Məhkəməyə təqdim olunmuş sübutlar və inzibati iş üzrə məhkəmənin sərəncamı əsasında cavabdeh etirazından da göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən kameral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Sonda iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı, habelə onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04.05.2020-ci il tarixli **********088000 saylı nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarından görünür ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilərək 2019-cu ilin aprel ayı üzrə ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrlərində “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 0 manat məbləğ göstərilməyinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsinə əsasən dövriyyə məbləği (ƏDV daxil) aprel ayı üzrə 121125.0 manat müəyyən edildiyindən 18.476,70 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04.05.2020-ci il tarixli **********084200 saylı nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarından görünür ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilərək 2019-cu ilin may ayı üzrə ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrlərində “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 0 manat məbləğ göstərilməyinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsinə əsasən dövriyyə məbləği (ƏDV daxil) may ayı üzrə 125162.5 manat müəyyən edildiyindən 19.092,59 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04.05.2020-ci il tarixli **********093200 saylı nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarından görünür ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilərək 2019-cu ilin iyun ayı üzrə ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrlərində “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 0 manat məbləğ göstərilməyinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsinə əsasən dövriyyə məbləği (ƏDV daxil) iyun ayı üzrə 121125.0 manat müəyyən edildiyindən iddiaçıya iyun 2019-cu il üçün 18.476,70 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04.05.2020-ci il tarixli **********080400 saylı nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarından görünür ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilərək 2019-cu ilin iyul ayı üzrə ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrlərində “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 0 manat məbləğ göstərilməyinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsinə əsasən dövriyyə məbləği (ƏDV daxil) iyul ayı üzrə 20187.5 manat müəyyən edildiyindən iddiaçıya iyul 2019-cu il üçün 3.079,45 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış 21.05.2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarların ləğv olunmasını xahiş etmişdir. - İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri 29 saylı notariat ofisində bağlanmış 15.04.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 515.9 kv/m olan qeyri-yaşayış sahəsinin 70 kv/m-ni "xxxx" MMCyə 15.04.2021-ci il tarixə qədər icarəyə vermişdir. - İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri 29 saylı notariat ofisində bağlanmış 15.04.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 515.9 kv/m olan qeyri-yaşayış sahəsinin 70 kv/m-ni "xxxx" MMCyə 15.04.2021-ci il tarixə qədər icarəyə vermişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə 05.07.2019-cu il tarixli ərizəsindən görünür ki, iddiaçı əlavə vergilərin hesablanması ilə bağlı obyektin 70 kv/m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx" MMC-yə (VÖEN: 1 7********) və digər 70 kv/m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx"MMC-yə (VÖEN: **********) icarəyə verilməsi, həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması və baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə vergi orqanına müraciət etmişdir. - Vergi orqanı tərəfindən 11.03.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020667 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə yekun aktdan görünür ki, iddiaçının 06.03.2019-cu il tarixdən 11.03.2019-cu il tarixədək göstərdiyi xidmətə görə xidmət dövriyyəsi fiskal hesabata əsasən 24225 manat, orta günlük xidmət dövriyyəsi isə 4037, 5 manat təşkil etdiyi müəyyən edilmişdir. - Vergi orqanı tərəfindən 06.03.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020673 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 1785 manat təşkil etdiyi müəyyən edilmişdir. - Vergi orqanı tərəfindən 07.03.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020672 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 4035 manat təşkil etdiyi müəyyən edilmişdir. - Vergi orqanı tərəfindən 08.03.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020671 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 5267 manat təşkil etdiyi müəyyən edilmişdir. - Vergi orqanı tərəfindən 09.03.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020670 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 4710 manat təşkil etdiyi müəyyən edilmişdir. - Vergi orqanı tərəfindən 10.03.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020669 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 6578 manat təşkil etdiyi müəyyən edilmişdir. - Vergi orqanı tərəfindən 11.03.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020668 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 1850 manat təşkil etdiyi müəyyən edilmişdir. - 17 mart 2020-ci il tarixli **********403800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubundan görünür ki, yaranmış kənarlaşmalarla bağlı məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi iddiaçıdan tələb edilmişdir. - Cavabdehin 05.03.2019-cu il tarixli **********0558 saylı xronometraj metodu ilə müşahidə aparılması haqqında qərarından görünür ki, iddiaçıya məxsus olan ünvan 3 ünvanında yerləşən obyektdə 06.03.2019-cu il tarixdən 15 on beş iş günündən çox olmayan müddətdə Xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY191323841 saylı çıxarışdan görünür ki, iddiaçıya məxsus obyektdə (gözəllik salonu) 06.03.2019-ci il tarixdən 03.04.2019-cu il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qeydiyyata alınmışdır. - Xronometraj müşahidənin nəticəsi nəzərə alınmaqla vergi orqanı tərəfindən vergi ödəyicisinin 30.09.2019-cu il tarixdə ƏDV qeydiyyatına alınması və qeydiyyatın qüvvəyə minmə tarixinin 01.04.2019-cu il olması göstərilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7978/2021 saylı, 08.09.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblər yəni 15.04.2019-cu il tarixli icarə müqavilələrinə əsasən fiziki şəxs X5 tərəfindən əlavə vergilərin hesablanması ilə bağlı obyektin 70 kv/m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx" MMC-yə (VÖEN: 1 7********) və digər 70 kv/m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx"MMCyə (VÖEN: **********) icarəyə verilməsi, həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması və vergi ödəyicisinin vergi orqanına baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə 05.07.2019-cu il tarixli müraciəti əsas götürülməklə 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarlarla hesablanmış vergilərin Vergi Məcəlləsinin tələblərinə uyğunluğu müəyyən olunmur. Belə ki, Vergi Məcəlləsinin (hesablanmış vergilərin əhatə etdiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsi) 3.1., 3.2., 15.1.13. və 50-1.2. maddələrində aşağıdakılar göstərilmişdir. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına olmasına əsaslanmalıdır. 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Yəni Vergi Məcəlləsinin yuxarıda göstərilən tələblərinə əsasən 15.04.2019-cu il tarixli icarə müqavilələrinə əsasən fiziki şəxs X5 tərəfindən əlavə vergilərin hesablanması ilə bağlı obyektin 70 kv/m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx" MMC-yə (VÖEN: 1 7********) və digər 70 kv/m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx"MMC-yə (VÖEN: **********) icarəyə verilməsi, həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması və vergi ödəyicisinin vergi orqanına baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə 05.07.2019cu il tarixli müraciəti əsas götürülməli idi. Həmçinin qeyd edilir ki, xronometraj metodu ilə müşahidə 06.03.2019-cu il tarixdən 10.03.2019-cu il tarixədək yəni bayram ərəfəsi və bayram günlərində aparılmışdır ki, bunun da iqtisadi cəhətdən əsaslılığına və s. məhkəmə tərəfindən qiymət verilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən yalnız X4 (VÖEN- **********) fəaliyyəti üzrə dövriyyəsinin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Həmçinin bütün yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarları ilə hesablanmış əlavə dəyər vergisinin düzgün olmaması müəyyən olunur. X2 fəaliyyəti üzrə ƏDV hesablanmamalı idi. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmədə işin halları müəyyən olunur ki, vergi ödəyicisi X1 verginin ödəyicisi olmuşdur. 15.04.2019-cu il tarixli icarə müqavilələrinə əsasən fiziki şəxs X5 obyektin 70 kv/m-ni "xxxx" MMC-yə (VÖEN: 1 7********) və digər 70 kv/m-ni "xxxx"MMC-yə (VÖEN: **********) icarəyə vermiş və həmin MMC-lər vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınmışlar. Lakin vergi orqanın xronometraj metodu ilə müşahidə aparılması haqqında 05.03.2019-cu il tarixli **********0558 nömrəli qərarına əsasən vergi ödəyicisinə məxsus obyektdə (ünvan-ünvan 4llik salonları tərəfindən xidmətlərin göstərilməsi) xronometraj metodu ilə müşahidə keçirilmiş və yekunu ilə bağlı 11.03.2019-cu il tarixli akt tərtib olunmuşdur. Xronometraj metodu ilə müşahidə 06.03.2019-cu il tarixdən 10.03.2019-cu il tarixədək aparılmış, xronometraj müşahidəsinin nəticəsinə əsasən dövriyyə məbləği (ƏDV daxil) aprel ayı üzrə 121125.0 manat, may ayı üzrə 125162.5 manat, iyun ayı üzrə 121125.0 manat və iyul ayı üzrə 20187.5 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən vergi orqanı tərəfindən 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarlarla vergi ödəyicisinə əlavə olaraq 2019-cu ilin aprel ayı üzrə 18476,70 manat, may ayı üzrə 19092,59 manat, iyun ayı üzrə 18476,70 manat və iyul ayı üzrə 3079,45 manat ƏDV hesablanmışdır. İddiaçının vergi orqanına baş vermiş dəyişiklikləri, yəni 15.04.2019cu il tarixli icarə müqavilələrinə əsasən fiziki şəxs X4 obyektin 70 kv/m-ni "xxxx" MMC-yə (VÖEN: 1 7********) və digər 70 kv/m-ni "xxxx"MMC-yə (VÖEN: **********) icarəyə verməsi və həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması nəzərə alınaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə 05.07.2019-cu il tarixli müraciətinə münasibət bildirilməmişdir. İddiaçı cavabdehin qəbul etdiyi 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarları məhkəmədə mübahisələndirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşagıdakı maddələri bu işə tətbiq olunur: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 15.1.6. vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq vergi ödəyicisinin hüququdur. 15.1.8. vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Məhkəmə iclasda tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, cavabdehin 04.05.2020-ci il tarixli **********084200, **********093200, **********038000 və **********080400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehin qərarları ilə vergilərin düzgün hesablanıb-hesablanmamasını müəyyənləşdirmək xüsusi bilik tələb etdiyi üçün məhkəmə araşdırmasının obyektiv və hərtərəfliyini təmin etmək üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert aparılmış tədqiqatın nəticəsi olaraq öz rəyində göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarları ilə hesablanmış əlavə dəyər vergisinin düzgün olmaması müəyyən olunmuşdur. Ekspert hesablanan verginin yalnız X4 fəaliyyəti üzrə olmadığnı göstərməklə yanaşı, bunu 15.04.2019-cu il tarixli icarə müqavilələri ilə iddiaçının işlədiyi obyekti icarəyə verməsi, həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması və vergi ödəyicisinin vergi orqanına baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə 05.07.2019-cu il tarixli müraciətini ilə əsaslandırmışdır. Ekspert həmçinin göstərmişdir ki, xronometraj metodu ilə müşahidə 06.03.2019-cu il tarixdən 10.03.2019-cu il tarixədək yəni bayram ərəfəsi və bayram günlərində aparılmışdır ki, bunun da iqtisadi cəhətdən əsaslılığına və s. məhkəmə tərəfindən qiymət verilməli olduğunu bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin mübahisləndirilən qərarları ilə hesablanmış əlavə dəyər vergisinin düzgün olmaması ekspert rəyi ilə müəyyən olunduğu üçün də qanunsuzdur. Bundan başqa, vergi orqanı tərəfindən xronometraj metodu ilə müşahidə 06.03.2019cu il tarixdən 10.03.2019-cu il tarixədək yəni bayram ərəfəsi və bayram günlərində aparılması yoxlamanın formallıgına dəlalət edir və məhkəmədə əsaslı şübhə yaradır. Belə ki, təbii ki, iddiaçı gözəllik salonu tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olduğu üçün qadınlar tərəfindən “X7” ərəfəsində müraciətlər adi günlərə nisbətdə çox olmuşdur. İş materiallarında iddiaçının təqdim etdiyi kassa mədaxil qəbzlərindən də göründüyü kimi iddiaçının satış dövriyyəsi digər aylarda və günlərdə tamamilə və əhəmiyyətli dərəcədə fərqli olmuşdur ki, bu da iddiaçının orta günlük satış dövriyyəsinin vergi orqanının müəyyən etdiyi kimi olmasını şübhə altına alır. Buna görə də, iddiaçının 06.03.2019-10.03.2019-cu il tarixlərdə, yəni bayram ərəfəsi dövriyyəsi əsas götürülərək, iddiaçının digər vaxtlar üçün dövriyyəsinin hesablanmaması hüququn ədalət, humanizm, dövlətin sahibkarlara dəstək göstərilməsi prinsiplərinə ziddir. Belə olan halda, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əlavə vergilərin hesablanması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan yalnız ehtimala əsaslanan, yəni satış dövriyyəsinin etalon kimi qəbul edilərək, habelə vergi ödəyicisi tərəfindən işlədiyi obyektin icarəyə verilməsi barədə və yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında ərizənin verilməsinə baxmayaraq xronometraj metodu ilə müşahidənin nəticələrindən istifadə etməsi qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 50-1.1-ci maddəsinə müvafiq olaraq xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. Həmin Məcəllənin 50-1.2-ci maddəsinə görə, bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. Həmin Məcəllənin 50-1.3-cü maddəsinə uyğun olaraq xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.350.6cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Həmin Məcəllənin 50-1.4-cü maddəsinə əsasən, müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. Həmin Məcəllənin 50-1.5-ci maddəsinə müvafiq olaraq xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. Həmin Məcəllənin 50-1.6-cı maddəsinə görə, xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Həmin Məcəllənin 83.2-ci və 83.2.4-cü maddələrinə uyğun olaraq vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Göründüyü kimi vergi orqanının həyata keçirdiyi xronometraj yoxlanılmasının formulasına görə, əgər yoxlama 06.03.2019-cu il tarixdən 10.03.2019-dək bayram ərəfəsində yalnız X4 fəaliyyəti üzrə deyil, 15.04.2019-cu il tarixli icarə müqavilələri ilə iddiaçının işlədiyi obyekti icarəyə verməsi, həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması və vergi ödəyicisinin vergi orqanına baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə 05.07.2019-cu il tarixli müraciəti nəzərə alınmaqla aparılsaydı, onda iddiaçının günlük satış dövriyyəsi həmin məbləğdən xeyli az məbləği təşkil edərdi ki, bu hal da, vergi orqanı tərəfindən aparılmış hesablamaların etibarlığını, obyektivliyin və qərəzsizliyini şübhə altına alır. Proses iştirakçılarının məhkəməyə verdikləri izahatların təhlili, işdə olan yazılı mülahizələr və işə əlavə edilmiş sənədlərin tədqiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən müvafiq qərarlar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə tam şəkildə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı pozuntulara yol verərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə əlavə vergi məbləğlərinin hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə yoxlanılan hissədə sübuta yetirilmir. Vergi Məcəlləsinin işə tətbiq edilən aşagıdakı maddələrinə əsasən: 49.5. vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3. vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquq pozun¬tusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. 62.1. hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.
64. vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 94.0.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Digər tərəfdən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Mübahisələndirilən qərarların inzibati icraat hüququ ilə bağlı olan, yəni formal-hüquqi tərəfinə gəlincə qeyd etmək lazımdır ki, onların qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (“İnzibati icraat haqqında” Qanunun 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) borcludur. Cavabdeh isə baxılan iş üzrə yuxarıda qeyd olunan formal müddəaları pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəyə görə, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə, işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, müvafiq inzibati aktların qəbul edilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırıl-malıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd oldu¬ğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarları ləğv edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23.11.2021-ci il tarixli, 9/7255 nömrəli məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci, 109-cu və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarları ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 6
SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA