Məhkəmə qərarları › İş №2-1(112)-798/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-798/2023

23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-798/2023 23.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “fərdi yaşayış evinin elektrik enerji ilə təmin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin imtina məktubunun əsassız hesab edilməsi; "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhvi nəticəsində həyətyanı sahəyə daxil edilmiş 2 ədəd 330 voltluq kabel xəttinin həyətyanı sahədən çıxarılmağı vəzifəsi və fərdi yaşayış evinə bu günə qədər evin elektrik enerjisi ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi ünvanında yerləşən torpaq sahəsini alaraq fərdi yaşayış evini tikmişdir. Lakin ona məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi üçün Bakı şəhəri, X3 küçəsi, 34, AZ10788 ünvanında yerləşən 1 nömrəli ASAN Kommunal Mərkəzinə müraciət etmişdir. Lakin cavab olaraq 1 nömrəli ASAN Kommunal Mərkəzindən bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müraciətinə imtina cavabı verilmişdir. İmtina səbəbi isə evin yüksək gərginlikli xətt ərazisində yerləşməsi göstərilmişdir. İmtina məktubundan sonra X4 Cəmiyyətinin Biləcəri şöbəsinə müraciət etmişdir. “Bizlik bir şey yoxur, ASAN Xidmətə müraciət edin” cavabını aldıqdan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 199 qaynar xəttinə müraciət etmişdir. Qaynar xəttə problem ilə bağlı məlumat vermiş, bir kömək edə bilməyəcəklərini bildirərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Biləcəri şöbəsinə müraciət etməyi bildirilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş ofisinə və Biləcəri şöbəsinə yazılı şəkildə müraciət etmişdir. Məktubda evin yerləşdiyi yüksək gərginlik xəttin olmadığı ərazidə olanın 2 ədəd 330 voltluq xətt olduğunu həmin kabel xətlərinin evin tikildiyi 2008-ci ildə hasarın çöl tərəfində olduğunu, daha sonra kabelləşmə vaxtı X5 Cəmiyyəti işçilərinin səhvi nəticəsində həmin kabellərinin hasarda içəri tərəfə keçirildiyini bildirmişdir. Ərazidə yüksək gərginlik xəttinin olmadığını göstərmək evin küçədən çəkilmiş şəklini, evin həmin ərazidə kabelləşmədən öncə yerləşdiyini göstərən 2009-cu ilin 6-cı ayına aid Google Earth xəritəsindən götürülmüş xəritəsi əlavə edilmişdir. Müraciətinə xx.xx.2022 tarixdə verilən cavab xx.xx.2022-ci il tarixdə ona çatdırılmışdır. xx.xx.2022-ci il tarixli 6-02/06/İ-434/828 nömrəli cavab məktubunda isə ərazidə yüksək gərginlikli xəttin olmadığı haqqında heç bir şey deyilmədən üstündən kəsilmişdir. Cavab məktubunda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həmin ərazidə yenidənqurma işi apardığı zaman kabel xətlərinin küçə ilə səki üzərində çəkildiyi və hasarın daha sonradan naqillərin yerləşdiyi əraziyə daxil edildiyi iddia edilmişdir ki, bu da tamamilə əsassız və yalandır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hasarın sonradan kabellərin yerləşdiyi əraziyə daxil edilməsi haqqındakı iddianın əsassız və yalan olmasına həm kabelləşmə tarixinin evin həmin ərazidə olduğunu göstərən 2009cu ilin 6-ci ayına aid Google Earth xəritəsindən sonraya aid olması, həm də həmin küçədə yaşayan sakinlərin şahidçiliyi ilə sabitdir. Hətta müvafiq ərazidə olan ev 2008-ci ildə tikilməzdən öncə də hasar həmin yerdə idi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi üzrə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1750/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğuna görə iş məhkəmə aidiyyətinin həll edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-325/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi ünvanında olan 49 nömrəli evin yerləşdiyi həyətyanı sahəyə daxil edilmiş 2 ədəd 330 voltluq kabel xəttinin həyətyanı sahədən çıxarılması və həmin evin elektrik enerjisi ilə təmin edilməsi ilə bağlı müraciətinə 2 (iki) ay müddətində yenidən baxılması vəzifəsi cavabdeh "xxxx" X2 həvalə edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti elektron məhkəmə sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixli məktub ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 2-1(112)- 6503/2022 saylı xx.xx.2022-ci il tarixli qərardad "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilmişdir. İddiaçı elektron məhkəmə sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixli məktub ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda "xxxx" X1rşı heç bir iddiası və tələbi yoxdur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdeh tərəfindən təmin edildiyindən işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar