Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7980/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı “İddiaçı” şirkətinin Cavabdeh qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “müqavilə əsasında görülmüş işlərlə bağlı 01.01.2012-ci il tarixindən 31.03.2016-cı il tarixinədək olan dövr ərzində aparılmış ödənişlər üzrə ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması məqsədi ilə vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə rəy tərtib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” şirkəti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 rezidenti olan “Cboss Orient” FZ-LLC” şirkəti ilə Azərbaycan Respublikasının rezidenti olan “Azərfon MMC” arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması məqsədi ilə vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə rəy tərtib vəzifəsinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədləri cavabdehə təqdim olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsini göstərməklə X4 rezident olan “İddiaçı” şirkəti ilə Azərbaycan Respublikasının rezidenti olan "xxxx" MMC arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması məqsədi ilə vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə rəy tərtib etmək vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsini göstərməklə X4 rezident olan "xxxx" MMC arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması məqsədi ilə vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə rəy tərtib etmək vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2867/2020 nömrəli, 08 sentyabr 2020-ci il tarixli qərardadları ilə iddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh qarşı X4 rezident olan “İddiaçı” şirkəti ilə Azərbaycan Respublikasının rezident olan "xxxx" MMC arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması məqsədi ilə vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə rəy tərtib etmək vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmasına dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 rezidenti olan “Cboss Orient FZ- LLZ” şirkəti ilə Azərbaycan Respublikasının rezidenti olan “Azərfon MMC” arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmış və müqavilə əsasında xidmətlər göstərilmişdir. X4 rezidenti olan “İddiaçı” şirkəti Azərbaycan Respublikası ərazisində göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirlərdən Azərbaycan Respublikasında vergi tutulmuşdur. Azərbaycan Respublikasının Hökuməti və X6 Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya mövcuddur. Həmin konvensiyanın 8-ci maddəsində göstərilmişdir ki, razılığa gələn dövlətin müəssisəsinin mənfəəti yalnız həmin dövlətdə vergiyə cəlb edilir, bir şərtlə ki, həmin müəssisə sahibkarlıq fəaliyyətini razılığa gələn digər dövlətdə orada yerləşən daimi nümayəndəlik vasitəsi ilə həyata keçirməsin. Məlumat üçün bildirilir ki, bundan əvvəl iddiaçı “İddiaçı” şirkəti Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilən tələb 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2-1(82)-1960/2018 saylı qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qərar ilə həmin qərar qüvvəsində saxlanmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.05.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir.Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qərarı ilə 03.10.2019-cu il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2-1(82)-1960/2018 saylı qərarı ilə ləğv edilmiş, iddiaçı “İddiaçı”-nin iddia tələbi mümkün sayılmamışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.05.2019-cu il tarixli, 2-1(102)-177/2019 saylı qərarının 6-cı vərəqəsinin 5-ci və 6-cı abzasında qeyd edilmişdir ki, cavadeh inzibati orqanın iddiaçı şirkətin müraciətlərinin təmin edilməsindən imtina etməsi şirkətin qanunla qorunan hüquqlarını pozduğundan əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 30.04.2013-cü il tarixli **********002400 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 qaydalarına əsasən ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə dəfələrlə müraciət edilmiş və qaydalarda nəzərdə tutulan sənədlər təqdim edilmişdir.Lakin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən verilmiş cavabda göstərilmişdir ki, müraciətə qeyd edilən qaydaların tələblərinə uyğun olaraq ərizəyə vergilərin ödənilməsini təsdiq edən sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcümələri əlavə edilməlidir.Halbuki Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə müraciət edilən zaman və X4 rezidenti olan “İddiaçı” şirkətindən vergilər tutulan zaman Azərbaycan Respublikası Vergilər Nazirliynin Kollegiyasının 30.04.2013-cü il tarixli **********002400 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 qaydaları qüvvədə olmuş və həmin qaydalarda qeyd edilən sənədlərin notarial təsdiq edilmiş surətlərinin əlavə edilməsi nəzərdə tutulmamışdır.Əlavə olaraq bildirilir ki, təqdim edilən sənədlərin notarial qaydada təsdiq edilən surətlərinin ərizəyə əlavə edilməsi həmin qaydalara 12.06.2017-ci il tarixdə edilmiş dəyişiklikdən sonra nəzərdə tutulmuşdur.Bu səbəbdən də hesab edirlər ki, Azərbaycan Respublikası Vergilər nazirliyi yanında Milli Gəlirlər Departamenti əsassız olaraq sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərinin ərizəyə əlavə edilməməsi əsası ilə müraciətlərinə baxmaqdan imtina etmiş və bununla da beynəlxalq konvensiya ilə nəzərdə tutulmuş tələbləri pozmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, hesab edirlər ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. İlk növbədə qeyd edilir ki, iddia mümkün hesab edilməməlidir.Belə ki, vergi ödəyicisi hal-hazırkı iddia ərizəsinə əsas olmuş cavabı ilə əlaqədar əvvəllər məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən həmin iddianın mümkün olmaması bildirilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən yenidən məhkəmə qərarında göstərilənlər nəzərə alınmaqla vergi orqanına hər hansı yeni müraciət olmamışdır. İşin mahiyyəti ilə əlaqədar bildirilir ki, iddiaçı tərəfindən 11.05.2017-ci il və 09.06.2017-ci il tarixlərdə “Azərbaycan Respublikasındakı mənbələrdən əldə edilən gəlirlərdən ödəniş mənbəyində tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə ilə vergi orqanına müraciət edilmişdir. Qeyd olunan müraciətlər 26.05.2017-ci il və 19.06.2017-ci il tarixli cavab məktubu ilə cavablandırılmış və “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 Qaydaları”nın tələblərinə əsasən müvafiq ərizə (DTA-06 forması) formasının tərtibi qaydalarını və “X6 ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Sazişdən irəli gələn tələblər nəzərə alınaraq yeni ərizənin, həmçinin vergilərin ödənilməsini təsdiq edən sənədlərin (müqavilə və digər sənədlər) Azərbaycan dilinə notarial qaydada tərcüməsi ilə birlikdə təqdim olunması bildirilmişdir. İş üzrə iddiaçıya göndərilmiş cavab məktublarında qeyd edilən nöqsanların aradan qalıdırılması tövsiyə edilmiş, qeyd edilən sənədlər və ərizə forması təqdim edildikdən sonra müraciətə yenidən baxılmasının mümkün olması qeyd edilmişdir. İddiaçı isə vergi orqanının cavab məktublarında qeyd olunan nöqsanları aradan qaldırmamış, o cümlədən sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiqlənmiş surətlərini təqdim etməyərək yeni ərizə ilə müraciət etməmişdir. Həmçinin “İddiaçı” məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 08 iyun 2018-ci il tarixli 2-1(82)-1960/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 14 may 2019-cu il tarixli qərarı ilə qismən təmin edilmiş, əvvəlki instansiya məhkəmələrinin iş üzrə gəldiyi nəticələr düzgün hesab edilməmişdir. Həmin qərarla iş yenidən baxılması üçün, o cümlədən iddianın mümkünlük məsələsinin araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)- 1937/2019 saylı iş üzrə 03 oktyabr 2019-cu il tarixli qərarı ilə işə yenidən baxılmış, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Qeyd olunan qərar 04 noyabr 2019-cu il tarixdən qüvvəyə minmişdir. İş üzrə icraat zamanı həm apellyasiya məhkəməsi, həm də Ali Məhkəmə o qənaətə gəlmişdir ki, iddianın mümkünlüyü tələbləri ödənilməmişdir. Belə ki, hər iki məhkəmə qərarında qeyd olunur ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İş üzrə müəyyən edilmişdir ki, cavabdeh vergi orqanı iddiaçı şirkətin müraciətinin təmin olunmasından imtina etməmişdir. Halbuki iddianın mümkünlük şərti iddiaçının müvafiq inzibati orqana müraciət etməsini, həmin inzibati orqan tərəfindən isə iddiaçının arzuladığı nəticədən imtina olunmasını ehtiva edir. Göründüyü kimi, məhkəmə tərəfindən cavabdeh inzibati orqanının imtinasının olubolmaması yoxlanılmış, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab vermədiyi üçün inzibati məhkəmə icraatı qaydasında baxılmasının, həmçinin tələb olunan sənədlərlə birgə yeni müraciət təqdim edilmədiyi halda araşdırmanın başa çatdırılmasının mümkün olmadığını bildirmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının eyni müraciəti ilə bağlı işin halları məhkəmə tərəfindən araşdırılmış və müvafiq qiymət verilmişdir. Göstərilənlərə əsasən iddiaçı "İddiaçı”-nin "ödəniş mənbəyində tutulmuş vergilərin geri qaytarılması barədə rəy tərtib etmək vəzifəsinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etməyinizi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2867/2020 nömrəli, 21.10.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-765/2021 nömrəli, 03.02.2021-ci il tarixli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-2867/2020 saylı qərardadınin ləğv edilərək və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdir.Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-765/2021 nömrəli, 03.02.2021-ci il tarixli qərardadında qeyd edilmişdir ki, cavabdeh inzibati orqan qanunla onun üzərinə düşən hərəkətləri yerinə yetirməmiş, iddiaçının müraciətinə baxmaqdan imtina etməklə haqlı olmamışdır. Qanunun tələblərinə görə rəyin hazırlanmasına münasibətdə qanunla müəyyən edilmiş qaydada cavabdehin müvafiq qərar qəbul etmək səlahiyyəti olduğu halda bundan imtina etmiş, inzibati icraat üzrə nəzərdə tutulan sənədləri əsassız olaraq tələb etmişdir. Məhkəmə Kollegiyası cavabdehin iddiaçının müraciətlərinə cavab məktubları iddiaçı ilə bağlı yeni hüquqi status yaratdığına görə, bu məktublar imtina məktubu kimi qəbul edilməlidir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iş materialları 29.06.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 01 dekabr 2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X4 rezidenti olan “İddiaçı” şirkəti ilə Azərbaycan Respublikasının rezidenti olan “Azərfon MMC” arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı 01.01.2012-ci il tarixindən 31.03.2016-cı il tarixinədək olan dövr ərzində aparılmış ödənişlər üzrə ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması məqsədi ilə vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə rəy tərtib etmək vəzifəsinin Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iş materiallarına əlavə edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 20 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Cboss Orient”-nin iddia ərizəsinə dair 01 oktyabr 2021-ci il tarixli **********329100 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən 11.05.2017-ci il və 09.06.2017-ci il tarixlərdə “Azərbaycan Respublikasındakı mənbələrdən əldə edilən gəlirlərdən ödəniş mənbəyində tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə ilə vergi orqanına müraciət edilmişdir. Qeyd olunan müraciətlər 26.05.2017-ci il və 19.06.2017-ci il tarixli cavab məktubu ilə cavablandırılmış və “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 Qaydaları”nın tələblərinə əsasən müvafiq ərizə (DTA-06 forması) formasının tərtibi qaydalarını və “X6 ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb, edilməsinin qarşısının alınması haqqında” Sazişdən irəli gələn tələblər nəzərə alınaraq yeni ərizənin, həmçinin vergilərin ödənilməsini təsdiq edən sənədlərin (müqavilə və digər sənədlər) Azərbaycan dilinə notarial qaydada tərcüməsi ilə birlikdə təqdim olunması bildirilmişdir. İş üzrə iddiaçıya göndərilmiş cavab məktublarında qeyd edilən nöqsanların aradan qalıdırılması tövsiyyə edilmiş, qeyd edilən sənədlər və ərizə forması təqdim edildikdən sonra müraciətə yenidən baxılmasının mümkün olması qeyd edilmişdir. İddiaçı isə vergi orqanının cavab məktublarında qeyd olunan nöqsanları aradan qaldırmamış, o cümlədən sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiqlənmiş surətlərini təqdim etməyərək yeni ərizə ilə müraciət etməmişdir.Vergi ödəyicisi tərəfindən təqdim edilən ərizə araşdırılarkən təqdim olunmuş müqavilələrin Azərbaycan dilinə notarial qaydada tərcüməsinin təqdim edilmədiyi müəyyən edilmiş və bununla əlaqədar (DTA-06 forması) təsdiqlənməsi mümkün olmamışdır. İddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Belə ki, qeyri-dövlət dilində təqdim olunmuş sənədlər üzrə beynəlxalq müqaviləyə və vergi qanunvericiliyinə əməl edilməsi vəziyyətinin yoxlanılmadan qərar çıxarılmasının tələb edilməsi ilk növbədə, həm vergi qanunverciliyinin, həm də dövlət dili haqqında qanunvericiliyin tələblərinə ziddir.Eyni zamanda, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”n 7.1-ci bəndinə əsasən beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş ərizə təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını (DTA-05 forması) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər.İddiaçının vergi orqanı tərəfindən göndərilən cavab məktubunda sənədlərin Azərbaycan dilinə tərcümə edilərək ərizənin yenidən təqdim edilməsi barədə cavabını “qanunvericilikdə tələb olunmayan əlavə sənədlərin tələb edilməsi” kimi bildirməsi tamamilə əsassızdır.Belə ki, iddiaçıdan müraciətə aid olmayan hər hansı əlavə sənədlər deyil, yalnız müraciətə əlavə edilmiş (və ya edilməli olan) sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiq olunmuş tərcümələrini təqdim etməklə yenidən müraciət edilməsi tövsiyə edilmişdir. “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1" Qaydalarının 13.10-cu bəndinə əsasən DTA- 06 formaları üzrə təqdim edilən məlumatlar və sənədlər beynəlxalq müqavilədə nəzərdə tutulan azadolmanın və ya məhdud vergitutmanın əvvəlcədən tətbiq edilməsi və ya artıq ödənilmiş vergilərin geri qaytarılması üçün kifayət etmədikdə və ya vergi orqanında bu məlumatların və ya sənədlərin düzgünlüyünə şübhə yarandıqda, vergi orqanı tərəfindən müvafiq qaydada qeyri-rezidentdən və ona gəlir ödəyən şəxsdən əlavə təsdiqlənmiş məlumatlar tələb edilə bilər və zərurət olduqda müvafiq qaydada digər Dövlətlərin səlahiyyətli vergi orqanlarına sorğu göndərilə bilər.İddia ərizəsinə əsasən ərizə və sənədlərin təqdim edildiyi tarixdə qüvvədə olan inzibatçılıq qaydalarına əsasən müəyyən olunmuş tələblər sırasında sənədlərin Azərbaycan dilinə tərcümə olunması ilə bağlı tələb olmadığından, həmin tələbin sonradan qüvvəyə minən qaydalarda əks olunduğundan sənədlərin tərcümə olunması barədə tələbin əsassız olduğu bildirilmişdir.İlk növbədə, 2017-ci il 12 iyun tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 30.04.2013-cü il tarixli **********002400nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”ında tərcümə ilə bağlı ayrıca bəndin olmaması dövlət dili haqqında qanunun tələblərini qüvvədən salmır.2017-ci il 12 iyun tarixdə təsdiq olunmuş qaydalara tərcümə ilə bağlı müddəanın daxil edilməsi mahiyyət üzrə mövcud qanunvericiliyə yenilik gətirməmiş, əvvəlcədən qüvvədə olan müddəaları bir daha təsdiq etmiş və prosedurların təkmilləşdirilməsi məqsədi daşımışdır.Belə ki, iddiaçının sənədlərin tərcümə etməməsinin əsası kimi istinad etdiyi hissə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 30.04.2013-cü il tarixli **********002400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın tələblərində sənədlərin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı tələbin olmamasıdır.Halbuki iddiaçı istinad olunan Qaydalarda belə bir bəndin olmasından asılı olmayaraq Azərbaycan dili tələbinin təkcə inzibatçılıq qaydalarından deyil, Konstitusiyadan, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanundan və Vergi Məcəlləsinin tələblərindən irəli gəlməsini nəzərə almır.Əlavə olaraq qeyd edilir ki, “X6 ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Saziş (bundan sonra Saziş) gəlirin iki dəfə vergiyə cəlb olunmasının qarşını almaq məqsədi daşımaqla, Sazişə tərəf dövlətlərin daxili qanunvericiliyinin tələblərini yerinə yetirməkdən yayınma halını istisna edir. Sazişdə nəzərdə tutulan azadedilmənin və güzəştlərin prosedur qaydaları Sazişin özündə deyil, gəlirin yarandığı dövlətin daxili qanunverciliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının rezidenti olmayan şəxs tərəfindən dövlət dilində olmayan sənədlər üzrə Sazişin və daxili vergi qanunvericiliyin müddəalarına əməl edilməsi halının araşdırılması imkanını aradan qaldırır.Eyni zamanda, tərcüməsi təqdim edilmədiyindən qanunauyğunluğu müəyyən edilməyən sənədlər üzrə ödəmə mənbəyindən tutulmuş vergilərin geri qaytarılması vergi qanunvericiliyinin pozulmasına gətirib çıxarır. Göstərilənlərə əsasən iddiaçı “İddiaçı”-nin “ödəniş mənbəyində tutulmuş vergilərin geri qaytarılması barədə rəy tərtib etmək vəzifəsinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə dair etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən şəxslərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən “X7” MMC-yə ünvanlanmış 26.05.2017-ci il tarixli **********070500 nömrəli DTA-06 formasının təsdiqi barədə məktubun surətində qeyd olunmuşdur ki, sizin, “CBOSS ORİENT FZ" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi kimi vergi məbləğlərinin geri qaytarılması ilə əlaqədar “Azərbaycan Respublikasındakı mənbələrdən əldə edilən gəlirlərdən ödəniş mənbəyində tutulmuş vergilərin geri qaytarılması haqqında" Ərizənizə (DTA-06 forması) Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentində baxılmışdır. Bildiririk ki, təqdim edilmiş DTA-06 formasının aşağıdakı bölmələrində qeyd olunan məlumatlarda kənarlaşmalar müəyyən edilmişdir: Belə ki, DTA-06, formasının 9-cu bəndi yalnız fiziki şəxslər tərəfindən doldurulmalı olduğu halda tərəfinizdən həmin bənddə qeydlər aparılmışdır. Əlavə olaraq bildiririk ki, DTA-06 forması qeyri-rezident tərəfindən 3 (üç) nüsxədə tərtib edilir, Azərbaycan dilində və ya notariat qaydasında təsdiq edilmiş tərcüməsi ilə birgə ingilis dilində doldurulur və xarici dövlətin qeyri-rezidentin vergi uçotunda olduğu səlahiyyətli vergi orqanı tərəfindən təsdiqlənir. Lakin tərəfinizdən təqdim olunmuş müqavilələr Azərbaycan dilinə notarial qaydada tərcüməsi ilə birlikdə təqdim edilməmişdir. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1” Qaydalarının 13.10-cu bəndinə əsasən DTA-06 formaları üzrə təqdim edilən məlumatlar və sənədlər beynəlxalq müqavilədə nəzərdə tutulan azadolmanın və ya məhdud vergitutmanın əvvəlcədən tətbiq edilməsi və ya artıq ödənilmiş vergilərin geri qaytarılması üçün kifayət etmədikdə və ya vergi orqanında məlumatların və ya sənədlərin düzgünlüyünə şübhə yarandıqda, vergi orqanı tərəfindən müvafiq qaydada qeyrirezidentdən və ona gəlir ödəyən şəxsdən əlavə təsdiqlənmə məlumatlar tələb edilə bilər və zərurət olduqda müvafiq qaydada digər Dövlətlərin səlahiyyiyyətli vergi orqanlarına sorğu göndərilə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.2-1-ci maddəsinə əsasən vergi maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək vergi orqanının hüquqları sırasına aid edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71.3-cü maddəsinə əsasən vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onları Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edə bilər. Qeyd olunanlarla əlaqədar ərizənizin (DTA-06 forması) təsdiqlənməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 Qaydaları”nın tələblərinə əsasən müvafiq ərizə (DTA- 06 forması) formasının tərtibi qaydalarını və “X6 ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında" Sazişdən irəli gələn tələblər nəzərə alınaraq yeni ərizənin, həmçinin vergilərin ödənilməsini təsdiq edən sənədlərin (müqavilə və digər sənədlər Azərbaycan dilinə notarial qaydada tərcüməsi ilə birlikdə təqdim olunması tövsiyə olunur. Əlavə məlumat almaq üçün Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinə (telefonlar: 403-83-65, 403-83-19)) Vergi ödəyicilərinə xidmət mərkəzlərinə və Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən “X7" MMC-yə ünvanlanmış 19.06.2017-ci il tarixli **********0826 nömrəli DTA-06 formasının təsdiqi barədə məktubda qeyd olunmuşdur ki, Sizin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi kimi vergi məbləğlərinin geri qaytarılması ilə əlaqədar “Azərbaycan Respublikasındakı mənbələrdən əldə edilən gəlirlərdən ödəniş mənbəyində tutulmuş vergilərin geri qaytarılması haqqında” ərizənizə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentində baxılmışdır. Bildiririk ki, bununla əlaqədar 11.05.2017-ci il tarixli **********335800 nömrəli müraciətiniz cavablandırılaraq “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 Qaydaları” və X6 ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Sazişin tələbləri nəzərə alınmaqla yeni ərizənin və müraciətinizə əlavə etdiyiniz sənədlərin (müqavilələrin) Azərbaycan dilinə notariat qaydada təsdiq olunmuş tərcümələrinin təqdim edilməsi sizdən xahiş edilmişdir. Lakin tərəfinizdən təqdim olunmuş ərizə formasına vergilərin ödənilməsini təsdiq edən sənədlərin (müqavilə və digər sənədlər) Azərbaycan dilinə notarial qaydada təsdiq olunrmuş tərcümələri və yeni ərizə əlavə edilməmişdir. Belə ki, bununla əlaqədar məktubunuzda Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 Qaydaları"nın 13.6-cı bəndinə əsaslanaraq müraciətə aid olmayan sənədlərin təqdim edilməli olmadığı əsas gətirilmişdir. Bildiririk ki, göstərilənlərlə əlaqədar sizdən müraciətə aid olmayan hər hansı əlavə sənədlər deyil, yalnız müraciətə əlavə edilmiş (və ya edilməli olan) sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiq olunmuş tərcümələri tələb edilmişdir. “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1" Qaydalarının 13.10-cu bəndinə əsasən DTA-06 formaları üzrə təqdim edilən məlumatlar və sənədlər beynəlxalq müqavilədə nəzərdə tutulan azadolmanın və ya məhdud vergitutmanın əvvəlcədən tətbiq edilməsi və ya artıq ödənilmiş vergilərin geri qaytarılması üçün kifayət etmədikdə və ya vergi orqanında bu məlumatların və ya sənədlərin düzgünlüyünə şübhə yarandıqda, vergi orqanı tərəfindən müvafiq qaydada qeyri-rezidentdən və ona gəlir ödəyən şəxsdən əlavə təsdiqlənmiş məlumatlar tələb edilə bilər və zərurət olduqda müvafiq qaydada digər Dövlətlərin səlahiyyətli vergi orqanlarına sorğu göndərilə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.2-1-ci maddəsinə əsasən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək vergi orqanının hüquqları sırasına aid edilmişdir. Bildiririk ki, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 Qaydaları”nın 12.3-cü bəndinə əsasən ödəniş mənbəyində artıq tutulmuş vergilərin geri qaytarılması üçün, qeyri-rezident tərəfindən ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına bu Qaydalara əlavə edilən DTA-06 ərizə forması üzrə müraciət edilməlidir. DTA-06 forması razılığa gələn digər Dövlətin səlahiyyətli vergi orqanı tərəfindən müvafiq qaydada təsdiqlənməlidir. Qaydaların 13.9-cu bəndinə əsasən formaların təsdiq edilmiş nüsxələrindən biri vergi orqanında saxlanılır, digər ikisi isə müraciət edən şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. Əlavə olaraq qeyd edirik ki, “X6 ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Sazişdə sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş surətinin tələb olunmaması və ya yalnız digər xarici dillərdə təqdim oluna biləcəyi barədə müddəa yoxdur. Qeyd olunan sənədlər və ərizə forması (DTA-06 forması) təqdim edildikdən sonra müraciətinizə yenidən baxıla bilər. Əlavə məlumat almaq üçün Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinə (telefonlar: 403-83-65, 403-83- 19) Vergi ödəyicilərinə xidmət mərkəzlərinə və Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz. İş materialında olan Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi tərəfindən verilmiş Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli **********009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”na uyğun olaraq müraciət olunan DTA-03 və DTA-05 Ərizə formaları və onlara əlavə olaraq təqdim olunan sənədlərlə bağlı izahedici Mövqedən görünür ki, DTA-03 forması üzrə: - Yalnız gəlir ödəyən şəxslər (vergi agentləri) qeyri-rezidentdən etibarnamə almadan müvafiq vergi orqanına müraciət edə bilərlər; - Qeyri-rezidentlər tərəfindən təqdim olunan rezidentlik sertifikatını müvafiq qaydada həmin sertifikatı təqdim edən müvafiq qurumun rəsmi internet səhifəsindən yoxlamaq imkanı olduğu təqdirdə (QR kod, identifikasiya nömrəsi), həmin sertifikatlar gerbli möhür və ya apostil və ya leqallaşdırma olmadan vergi orqanları tərəfindən tanınırlar; - Təqdim olunmuş rezidentlik sertifikatları (yalnız hüquqi şəxslərə münasibətdə) göstərilən misala uyğun olaraq növbəti təqvim ilinin sonunadək vergi orqanları tərəfindən tanınır. Misal: qeyri-rezident DTA-03 forması ilə 01.06.2020-ci il tarixində müvafiq vergi orqanına müraciət edir. DTA-03 formaya əlavə olaraq təqdim olunmuş rezidentlik sertifikatına əsasən həmin şəxs 2020-ci il üzrə Gürcüstan Respublikasının rezidentidir və rezidentlik sertifikatının verilmə tarixi 30.05.2020-dir. Bu misala uyğun olaraq DTA-03 müraciəti edən şəxs formanın 6.4-cü “ödənişlərin aparılacağı dövr” olan hissəsində ödənişin bitmə tarixini 31.12.2021-dək qeyd edə bilər. - DTA-03 forması üzrə müraciətlərdə "ödənişlərin aparılacağı” dövr hissəsində qeyd olunan müddət ödənişlərin rüblük əsasla aparılması halı üzrə nəzərə alınır. Müraciət edən şəxslər tərəfindən rübün bitməsinə ən geci 20 iş günü qalmış edilən DTA-03 müraciətləri üzrə eyni rübü əhatə edən əvvəlki ödəniş dövrünün qeyd olunması məqbul hesab olunur. Misal: DTA-03 müraciəti 01.12.2020-ci il tarixində edilmişdir. DTA-03 formasının 6.4-cü “ödənişlərin aparılacağı” dövr hissədə müddət 01.10.2020- 01.10.2021 göstərilmişdir. DTA-03 formasına əlavə olaraq təqdim olunmuş rezidentlik sertifikatına əsasən şəxs 2020ci ildə Rusiya Federasiyasının rezidenti olmuşdur. Misalda göstərilən hal beynəlxalq vergitutma prinsiplərinə tam uyğun olduğu üçün müraciət vergi orqanı tərəfindən məqbul hesab olunur. - Ərizə formasına əlavə olaraq təqdim olunmuş müqavilə-, onun əlavəsi, təhviltəslim aktları və invoyslar ingilis və ya rus dilində olduğu təqdirdə, onların azərbaycan dilində olan tərcüməsini vergi orqanına təqdim etmək tələb olunmur; DTA-05 forması üzrə: - Yalnız gəlir ödəyən şəxslər (vergi agentləri) qeyri-rezidentdən etibarnamə almadan müvafiq vergi orqanına müraciət edə bilərlər; - Qeyri-rezidentlər tərəfindən təqdim olunan rezidentlik sertifikatını müvafiq qaydada həmin sertifikatı təqdim edən müvafiq qurumun rəsmi internet səhifəsindən yoxlamaq imkanı olduğu təqdirdə (QR kod, identifikasiya nömrəsi), həmin sertifikatlar gerbli möhür və ya apostil və ya leqallaşdırma olmadan vergi orqanları tərəfindən tanınırlar; - Ərizə formasına əlavə olaraq təqdim olunmuş müqavilə, onun əlavəsi, təhvil-təslim aktları və invoyslar ingilis və ya rus dilində olduğu təqdirdə, onların azərbaycan dilində olan tərcüməsini vergi orqanına təqdim etmək tələb olunmur; - DTA-05 formasının vergi orqanı tərəfindən araşdırılması zamanı qeyri-rezidentə ödənilməli olan məbləğin tam şəkildə ödənilməsi təsdiqlənərsə və artıq ödənilmiş (tutulmuş) vergilər, gəlir ödəyən şəxsin (vergi ödəyicisinin) müvafiq dövr üzrə təqdim etdiyi mənfəət (gəlir) vergisi bəyannaməsində vergi orqanı tərəfindən xərclərdə nəzərə alınmışdırsa, DTA-05 formasıın təsdiq olunması məqbul hesab olunmur. Eyni zamanda gəlir ödəyən şəxs (vergi ödəyicisi) tərəfindən hesablanan və mənfəət vergisi məqsədləri üçün xərclərdə göstərilməyən vergi məbləği ilə bağlı, vergi ödəyicisi tərəfindən təqdim olunmuş DTA-05 forması əsasında, vergi orqanının razılığı ilə, Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələblərinə əsasən 3 illik müddət nəzərə alınmaqla, dəqiqləşdirilmiş Ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilməklə (audit yoxlamaları ilə əhatə olunan dövrlər istisna olunmaqla), müvafiq əməliyyatlar üzrə hesablanmış vergi məbləğləri ilə bağlə azalmalar verilə bilər. İş materiallarına X4 rezidenti olan “İddiaçı” şirkəti ilə Azərbaycan Respublikasının rezidenti olan “Azərfon MMC” arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilələr əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual məcəlləsinin 2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: (125.1.1.) dividend - bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq: (125.1.2.) faizlər - bu Məcəllənin 123-cü maddəsinə uyğun olaraq; (125.1.3.) rezident müəssisəsinin və ya sahibkarın lizinq, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödəmələri, habelə riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri - 4 faiz; (125.1.4.) Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri - 6 faiz: (125.1.5.) rezident müəssisəsinin və ya sahibkarın aşağıdakı ödəmələrindən: Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10 aprel 2007-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və X6 Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyanın 2.1-ci maddəsinə əsasən Bu Konvensiya, vergitutma üsulundan asılı olmayaraq, Razılığa gələn Dövlət və ya onun inzibati ərazi bölmələri və ya yerli hakimiyyət orqanları, yaxud yerli hökumətləri tərəfindən gəlirlərə və əmlaka görə tutulan vergilərə tətbiq edilir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən Bu Konvensiyanın məqsədləri üçün "daimi nümayəndəlik" termini, müəssisənin sahibkarlıq fəaliyyətinin tamamilə və ya qismən həyata keçirildiyi daimi fəaliyyət yerini bildirir. Həmin Konvensiyanın 8-ci maddəsinə əsasən Razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti yalnız həmin Dövlətdə vergiyə cəlb edilir, bir şərtlə ki, həmin müəssisə sahibkarlıq fəaliyyətini Razılığa gələn digər Dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsilə həyata keçirməsin. Əgər müəssisə sahibkarlıq fəaliyyətini yuxanda göstərilən tərzdə həyata keçirirsə, bu halda onun mənfəətinin yalnız həmin daimi nümayəndəliyə aid edilə bilən hissəsi həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər. Azərbaycan Respublikası Vergilər Nazirinin 29 mart 2007-ci il tarixli **********198300 nömrəli əmrilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 Qaydalarının (Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının **********002400 nömrəli, 30 aprel 2013cü il tarixli qərarı ilə qüvvədən düşmüşdür) 12.1-ci bəndinə əsasən beynəlxalq müqavilədə məhdud vergitutma və ya azadolma nəzərdə tutulduğu halda Azərbaycan Respublikasında qeyri-rezident tərəfindən artıq ödənilmiş və ya qeyri-rezidentdən ödəmə mənbəyində artıq tutulmuş vergilər geri qaytarılmalı və ya qanunvericiliyə müvafiq qaydada digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə aid edilməlidir. Həmin Qaydaların 12.2-ci bəndinə əsasən artıq tutulmuş vergilərin qaytarılması və ya digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə aid edilməsi müvafiq qanunvericiliyə əsaşen həyata,keçirilir. Həmin Qaydaların 12.3-cü bəndinə əsasən ödəniş mənbəyində artıq tutulmuş vergilərin geri qaytarılması üçün, qeyri-rezident tərəfindən ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına bu Qaydalara əlavə edilən DTA 06 ərizə forması üzrə müraciət edilməlidir, DTA-06 forması Razılığa gələn digər Dövlətin səlahiyyətli vergi orqanı tərəfindən müvafiq qaydada təsdiqlənməlidir. Həmin Qaydaların 12.4-cü bəndinə əsasən ərizədə göstərilən məlumatların faktiki məlumatlara və müvafiq beynəlxalq müqavilənin müddəalarına uyğunluğuna vergi orqanı tərəfindən baxılmalı və artıq ödənilmiş vergilərin qeyri-rezidentə qaytarılması barədə rəy və ərizənin surəti müvafiq maliyyə orqanına verilməlidir. Həmin Qaydaların 12.5-ci bəndinə əsasən artıq ödənilmiş vergilərin qaytarılması üçün maliyyə orqanlarının hərəkətləri qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 12.6-cı bəndinə əsasən artıq ödənilmiş vergilər qeyri-rezident tərəfindən vergi orqanına ərizə təqdim edildiyi tarixdən 45 gündən gec olmayaraq maliyyə orqanları tərəfindən qeyri-rezidentlərin DTA-06 formasında göstərilən bank hesablarına qaytarılmalıdır. Göründüyü kimi beynəlxalq müqavilədə məhdud vergitutma və ya azadolma nəzərdə tutulduğu halda Azərbaycan Respublikasında qeyri-rezident tərəfindən artıq ödənilmiş və ya qeyri-rezidentdən ödəmə mənbəyində artıq tutulmuş vergilər geri qaytarılmalı və ya qanunvericiliyə müvafiq qaydada digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə aid edilməlidir. İşin araşdırılması ilə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə Azərbaycan Respublikasının rezidenti olan “Azərfon MMC" arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması ilə bağlı müraciət etsə də, cavabdeh müqavilələrin Azərbaycan dilinə notarial qaydada tərcüməsinin təqdim edilmədiyindən iddiaçının müraciətə baxılmasından imtina etmişdir. Məhkəmə cavabdehin vergi ödəyicisi tərəfindən təqdim edilən müqavilələrin Azərbaycan dilinə notarial qaydada tərcüməsinin təqdim edilmədiyi əsası ilə iddiaçının müraciətindən imtinanı əsassız sayaraq qeyd edir ki, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalar”nın 8.13-cü maddəsinə əsasən müraciətə əlavə olunan sənədlər xarici dildə olduğu halda onların Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi də təqdim edilməlidir. Həmin Qaydaların Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Lakin iddiaçı cavabdehə müraciət etdiyi zaman Azərbaycan Respublikası Vergilər Nazirinin 29 mart 2007-ci il tarixli **********198300 nömrəli əmrilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 Qaydaları” tətbiq edilirdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq, hesab edir ki, cavabdeh iddiaçıdan görülmüş işlərlə bağlı ödəniş mənbəyindən vergi tutarkən haqlı olmamış, Azərbaycan Respublikası Hökuməti və X6 Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyanın müddəalarını pozmuşdur. Buna görə də iddia tələbi təmin edilməli, iddiaçı ilə Azərbaycan Respublikasının rezidenti olan "Azərfon MMC” arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin X4 rezidenti olan “İddiaçı” şirkəti ilə Azərbaycan Respublikasının rezidenti olan “Azərfon MMC” arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı 01.01.2012-ci il tarixindən 31.03.2016-cı il tarixinədək olan dövr ərzində aparılmış ödənişlər üzrə ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması ilə əlaqədar DTA-05 formasının təsdiq edilərək müvafiq rəy tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-7980/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7980/2021
20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver