Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7982/2021 09.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “Alfa Sığorta» ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “tələbin icraya yönəldilməsi haqqında” **********312000 saylı 21.02.2020-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" ASC tərəfindən 5390,84 əsas, 1964,71 manat faiz və 100 manat maliyyə sanksiyası olmaqla 7455,55 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərtib etdiyi 03.06.2019-cu il tarixli **********945600 nömrəli və 14.02.2020-ci il tarixli **********590700 nömrəli qərarlar üzrə müəyyən edilmiş tələblərin icraya yönəldilməsi barədə 21.02.2020-ci il tarixli **********312000 saylı qərar qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli, 2-1(81)-4072/2016 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmışdır. Vergi Məcəlləsinin 79.3-cü maddəsinə əsasən müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir. Qanunla müəyyən edilmiş müddətdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kreditor tələblərinin qeydə alınması üçün ləğvetmə komissiyasına müflis elan olunması tarixindən əvvəlki bir il ərzində yaranmış öhdəliklərinə dair tələblər irəli sürülmüş və həmin tələblərin 8-ci növbə üzrə ödənilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmənin 19.04.2017-ci il tarixli 2-1(81)-4072/2016 nömrəli qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvetmə komissiyasının kreditorlarının tələblərinin reyestri təsdiq edilmişdir. Vergi orqanı tərəfindən "xxxx" ASC-yə qarşı kreditor kimi tanınma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və 1 saylı Bakı İnzibatilqtisadi Məhkəməsinin 13.09.2019-cu il tarixli 2-1(81)-4072/2016 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2-1(103)- 2661/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 13.09.2019-cu il tarixli 2-1(81)-4072/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, 24 yanvar 2020ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən kassasiya şikayəti təmin edilməmişdir. Qanunun 18-ci maddəsinin 2-ci hissəsinə əsasən borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur və borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülür. Eyni zamanda Qanunun 18-ci maddəsinin 2-ci hissəsinə əsasən borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur və borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülür. Lakin vergi orqanı tərəfindən iflas prosesində olan cəmiyyətin "xxxx" QSC-də olan hesabından 2168.54 manat məbləğində vəsait qanuna zidd olaraq silinmişdir. Bununla yanaşı, vergi borcunun ödənilməsi üçün tələbin icraya yönəldilməsinə dair hərəkətlərə bugünədək son qoyulmamış və bu məqsədlə vergi ödəyicisinin aktivləri barədə məlumat formasının təqdim edilməsi məqsədilə borcluya müraciət ünvanlanmışdır. Həmin müraciətə cavab olaraq ləğvetmə komissiyası tərəfindən sığortaçının müflisləşmə ilə bağlı ləğvetmə prosesində olduğu və bu zaman vergi ilə bağlı sığortaçının qəbul etdiyi tələblərinin “Sığorta fəaliyyəti haqqında” Qanunun 119.1.7-ci maddəsinə əsasən səkkizinci növbədə ödənilməli olması və bu halın yalnız məhkəmə qaydasında kreditorların reyestrinə daxil edilməklə ödənilə biləcəyi bir daha bildirilmişdir. Buna baxmayaraq 14.02.2020-ci il tarixində Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumatın müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə **********590700 nömrəli qərarı ilə 100 manat məbləğində maliyyə sanksiyası tədbiq edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin bank hesablarına qoyulmuş sərəncamın ləğv edilməsi, "xxxx" QSC-də olan hesabdan silinmiş 2.168,54 manat vəsaitin geri qaytarılması, vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilmə barədə 14.02.2020-ci il tarixli, **********590700 saylı qərarın ləğv edilməsi barədə Vergilər Nazirliyinə məktub ünvanlanmışdır. Lakin Vergilər Nazirliyi tərəfindən 03.06.2019-cu il tarixli **********945600 nömrəli və 14.02.2020-ci il tarixli **********590700 nömrəli qərarların 21.02.2020-ci il tarixindən icraya yönəldilməsi barədə **********312000 saylı qərar qəbul edilmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin 29.04.2020-ci il tarixdə **********146800 saylı məhkəməyə daxil olmuş etirazında göstərilmişdir ki, iddia ərizəsində qeyd edilənlərlə razılaşmır və etirazını aşağıdakılarla əsaslandırır. İlk növbədə vergi ödəyicisinə 2018-ci ilin əmlak vergisi üzrə 03.06.2019-cu il tarixli **********945600 “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarla 7560,84 manat məbləğində əlavə vergi hesablanmış və həmin qərar vergi ödəyicisi tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə, vergi ödəyicisi tərəfindən aktivləri barədə məlumat vergi orqanına təqdim edilmədiyindən vergi ödəyicisi Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 14.02.2020-ci il tarixli, **********590700 nömrəli qərarla 100 manat məbləğində maliyyə sanksiyasına cəlb edilmişdir. Qeyd edilən qərarlar üzrə borc məbləğləri və hesablanmış faizlər tam olaraq qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə (5.390,84 əsas, 1.964,71 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 7.455,55 manat vergi, faiz və maliyyə sanksiyası) 03.06.2019-ci il tarixli **********945600 nömrəli,14.02.2020-ci il tarixli **********590700 nömrəli qərarlar “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci, 2.0.2-ci, 82-ci, “İcra haqqında” Qanunun 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən “Tələbin icraya yönəldilməsi haqqında" **********312000 nömrəli, 21.02.2020-ci il tarixli qərarla icraya yönəldilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, vergi orqanı tərəfindən Vergi Məcəlləsi, “İnzibati icraat haqqında” Qanunun tələbləri çərçivəsində ona verilmiş səlahiyyətlərdən istifadə edilmiş və vergilərin dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə düzgün qərar çıxarılmışdır. İddiaçı iddia ərizəsində “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 nömrəli, 21.02.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmiş və tələbini 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli 2-1(81)-4072/2016 nömrəli qərarı ilə "xxxx" ASC-nin müflis elan edilməsi, barəsində iflas proseduruna başlanılması, “Müflisləşmə və iflas haqqında” Qanunun 2-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, “Sığorta fəaliyyəti haqqında” Qanunun 119.1.7-ci maddəsinə əsasən, sığortaçı ləğv edildikdə vergi ilə bağlı onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələblərinin səkkizinci növbədə ödənilməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi münasibətləri xüsusi qanunvericilik aktları ilə tənzimlənir ki, həmin qanunvericiliyə Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktları daxildir. Qeyd edilən qanunvericilik aktlarından başqa vergitutma və vergi nəzarəti məsələlərinin ehtiva edə bilən digər qanunvericilik aktlarının siyahısı Vergi Məcəlləsinin 2.4-cü maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, vergitutma və vergi nəzarəti məsələləri ilə əlaqədar müflisləşmə və iflas haqqında qanunvericilikdə vergi öhdəliklərinin üstünlüyü haqqında müddəalar daxil edilə bilər. Həmin maddənin tələbindən irəli gələrək, hüquqi şəxslərin müflisləşmə və iflas prosesini tənzimləyən “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsində vergi öhdəliyi borclunun digər öhdəliklərinə - kreditorlara, müəssisənin mülkiyyətçilərinə münasibətdə üstünlüyü müəyyən edilmişdir. Bunun əsas səbəbi isə vergilərin dövlət büdcəsinə ödənilməli olan məcburi ödəniş olmasıdır. İddiaçının iddia ərizəsində “Sığorta fəaliyyəti haqqında” Qanunun 119.1.7-ci maddəsinə istinad etməklə, vergi ödənişlərinin 8-ci növbədə ödənilməli olması ilə bağlı mülahizəsinə gəldikdə isə həmin maddə sığortaçı təşkilatın ləğvi zamanı tətbiq edilir. Hüquqi şəxsin ləğvi və müflis elan edilməsi fərqli anlayışlar olub, müxtəlif qanunvericilik aktları ilə tənzimlənir. İflas prosesində olan hüquqi şəxsin, o cümlədən sığortaçı təşkilatın borclarının ödənilməsi növbəliliyi müflis elan edilmə və iflas prosesini tənzimləyən xüsusi qanunla - “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci fəsli ilə tənzimlənir. İddiaçının istinad etdiyi digər dəlil isə Vergilər Nazirliyi tərəfindən “Müflisləşmə və iflas haqqında” Qanunun 43-cü maddəsinin tələblərinin yerinə yetirilmədiyi ve vergi orqanının "xxxx" ASC-yə qarşı kreditor kimi tanınma barədə iddia ərizəsinin məhkəmə tərəfindən təmin edilməməsi olmuşdur. “Müflisləşmə və iflas haqqınd” Qanunun 1-ci maddəsində qeyd edilən anlayışlarda kreditor anlayışı təminatlı və təminatsız kreditor anlayışları ilə ehtiva edilmişdir. Belə ki, təminatlı kreditor - girov, ipoteka saxlayan kreditor, təminatsız kreditor isə təminatlı kreditor olmayan, bu Qanuna müvafiq surətdə tələbləri beşinci növbədə ödənilən kreditorlardır. Qeyd edilən anlayışlardan göründüyü kimi, vergilərin yığılmasına nəzarəti həyata keçirən vergi orqanı isə kreditor anlayışı ilə əhatə edilməyib, əksinə vergilərin ödənilməsi növbəliliyi müvafiq Qanunun 53-cü maddəsinə əsasən, dördüncü növbədə müəyyən edilmişdir. Yəni, “Müflisləşmə və iflas haqqında” Qanunun tələbləri baxımından vergi orqanının həmin Qanunun 43-cü maddəsinə müvafiq olaraq kreditor kimi tanınması nəzərdə tutulmur və vergi öhdəliyi Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edildiyi kimi, tam və vaxtında ödənilməlidir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdehin 21.02.2020-ci il tarixli **********312000 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” qərarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti (Ləğv prosesindədir) tərəfindən 5.390,84 əsas, 1.964,71 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 7.455,55 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin 03.06.2019-ci il tarixli **********945600 nömrəli,14.02.2020-ci il tarixli **********590700 nömrəli qərarları 21.02.2020-ci il tarixindən icraya yönəldilmişdir. Tələbin icraya yönəldilməsi haqqında qərar 21.02.2020-ci il tarixində verilmiş və həmin tarixdən qüvvəyə minmişdir. - Cavabdehin 06.2019-ci il tarixli **********945600 nömrəli qərarından görünür ki, iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə 7.560,84 manat məbləğində vergi hesablanmışdır. - Cavabdehin 14.02.2020-ci il tarixli **********590700 nömrəli qərarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti (Ləğv prosesindədir) tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli, 2-1(81)-4072/2016 nömrəli qərarından görünür ki, "xxxx" ASC müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmışdır. - Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-2661/2019 saylı 05.11.2019-cu il tarixli qərardadından görünür ki, 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli, 2-1(81)-4072/2016 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24.01.2020ci il tarixli 2-1(102)-566/2019 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-2661/2019 saylı 05.11.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Vergi borcunun ödənilməsinə dair **********8 saylı 17.02.2020-ci il tarixli bildirişdən görünür ki, iddiaçının 7,423.22 manat məbləğində borcunun olması barədə bildiriş göndərilmişdir. - “Vergi borcunun ödənilməyəcəyi təqdirdə tələbin icraya yönəldilməsi qaydasında icra strukturlarına müraciət ediləcəyi barədə” xəbərdarlıqdan görünür ki, iddiaçıya bildirilmişdir ki, dövlət büdcəsinə olan vergi borcunun ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.6-cı və “İnzibati icraat haqqında” Qanunun 82-ci maddələrinin müddəalarına əsasən vergi orqanı borc tələbinin icraya yönəldilməsi haqqında inzibati qərar qəbul etmək hüququna malikdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmədə işin halları müəyyən olunmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli, 2-1(81)-4072/2016 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmışdır. 03.06.2019-ci il tarixli **********945600 nömrəli qərarı ilə iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə 7.560,84 manat məbləğində vergi hesablanmışdır. Cavabdehin 14.02.2020-ci il tarixli **********590700 nömrəli qərarı ilə iddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin 21.02.2020-ci il tarixli **********312000 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” qərarı ilə iddiaçı tərəfindən 5.390,84 əsas, 1.964,71 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 7.455,55 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar cavabdehin 03.06.2019-ci il tarixli **********945600 nömrəli, 14.02.2020-ci il tarixli **********590700 nömrəli qərarları 21.02.2020-ci il tarixindən icraya yönəldilmişdir. Tələbin icraya yönəldilməsi haqqında qərar 21.02.2020-ci il tarixində verilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Ləğv prosesində olan iddiaçı tərəfindən isə vergi öhdəliyinin ödənilməsi növbəsi çatmadığı üçün həmin qərarı mübahisələndirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşagıdakı maddələri bu işə tətbiq olunur: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 15.1.6. vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq vergi ödəyicisinin hüququdur. 15.1.8. vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 79.1. Ləğv edilən müəssisənin (təşkilatın) vergi öhdəliklərini onun pul vəsaitləri, o cümlədən müəssisənin (təşkilatın) əmlakının satışından əldə edilən gəlir hesabına ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) yerinə yetirir. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) müəssisənin (təşkilatın) filiallarının digər struktur bölmələrinin və daimi nümayəndəliyinin vergi öhdəliklərini də yerinə yetirməlidir. Ləğv edilən müəssisənin (təşkilatın) filialının və ya digər ayrıca bölməsinin öhdəliklərini bilavasitə həmin ayrıca bölmənin daxil olduğu müəssisə (təşkilat), bu müəssisə (təşkilat) ləğv edildikdə isə həmin müəssisənin (təşkilatın) ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) yerinə yetirir. 79.2. Ləğv edilən müəssisənin (təşkilatın) pul vəsaiti, o cümlədən vergi öhdəliklərinin yerinə yetirilməsindən ötrü əmlakın satışından əldə edilən vəsait onun vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün kifayət etmədiyi halda, vergi öhdəlikləri üzrə qalan borc qanuna, nizamnaməyə və ya digər təsis sənədinə uyğun olaraq müəssisənin (təşkilatın) öhdəlikləri üçün onun iştirakçıları (təsisçiləri) birgə məsuliyyət daşıyırlarsa, həmin iştirakçılar (təsisçilər) tərəfindən ödənilməlidir. 79.3. Müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
1. Müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. Səhmdar investisiya fondu və sığortaçı bu Qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla müflis elan edilir. 2.2. Səhmdar investisiya fondu və sığortaçı bu Qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla müflis elan edilir. 18.2. Borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; c) qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır; ç) əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir; d)borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir. 52.1. Əmlak inzibatçısı kreditorların tələblərini aşağıdakı üsullarla ödəyə bilər: a) ya borcluya çatası borcları tutmaq və ya borclunun əmlakını təşkil edən aktivləri bu Qanunun V fəslinə müvafiq surətdə satmaq və satışından götürülən pulu kreditorlar arasında bölüşdürmək yolu ilə; b) ya da borclunun əmlakını təşkil edən aktivləri onların tələblərinin ödənilməsi üçün bilavasitə vermək yolu ilə. 52.2. Hər növbənin kreditorlarının tələbləri yalnız özündən əvvəlki növbənin kreditorlarının tələbləri tamamilə ödənildikdən sonra ödənilməlidir. 52.3 Əgər bölgü kreditorların bir növü üçün aparılmalıdırsa, onda həmin növə aid bütün kreditorlar bərabər sayılmalı və onlara çatası borc məbləğlərinə mütənasib ödəniş almalıdırlar. 52.4. Əgər təminatlı kreditorlara eyni aktivlər barəsində təminat verilmişdirsə, qanunvericiliyə müvafiq surətdə birinci qeydə alınmış təminat daha yaxın növbəli olur. 53.1. Borclunun əmlakını təşkil edən aktivlər bu Qanunun İX fəslinin müddəalarına uyğun olaraq aşağıdakı növbəlik qaydasında bölünməlidir: a) birinci növbədə iflas prosesinə çəkilən bütün məsrəflər və xərclər (o cümlədən müflisolmanın kütləvi informasiya vasitələrində elan edilməsi xərcləri, məhkəmə xərcləri, əmlak inzibatçısının və müvəqqəti əmlak inzibatçısının haqqı və xərcləri, habelə müflisolma məqamından sonra əmlak inzibatçısının qəbul etdiyi və ya davam etdirdiyi öhdəliklərdən irəli gələn tələblər) ödənilir; b) ikinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması barəsində tələbləri ödənilir; c) üçüncü növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi barədə tələblər ödənilir, həm də bu tələblər borclunun müflisolma məqamından əvvəlki 6 ayadək müddətlə məhdudlaşdırılır; ç) dördüncü növbədə aşağıdakılar ödənilir: dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna və bələdiyyələrin büdcələrinə ödənişlər. Bu tələblər borclunun müflis elan olunması tarixindən əvvəlki bir il ərzində yaranmış öhdəlikləri əhatə edir; kredit təşkilatlarının, o cümlədən qeyri-rezidentlərin bu Qanunun qüvvəyə mindiyi tarixədək ödənilməmiş təminatsız borcları və onların faizləri barəsində tələbləri; d) beşinci növbədə təminatsız kreditorların tələbləri ödənilir; e) altıncı növbədə, borclu müəssisənin mülkiyyətçilərinin tələbləri ödənilir.
2. Bu maddənin 1-ci bəndinə müvafiq surətdə aparılmış bölgüdən qalan hər hansı aktivlər borclunun mülkiyyətinə aiddir. 119.1. Sığortaçı ləğv edildikdə onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələbləri aşağıdakı qaydada ödənilir: 119.1.1. birinci növbədə, icbari sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər; 119.1.2. ikinci növbədə, şəxsi sığorta üzrə könüllü sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər; 119.1.3. üçüncü növbədə, əmlak sığortası üzrə könüllü sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər; 119.1.4. dördüncü növbədə, müddəti başa çatmamış sığorta müqavilələri üzrə sığorta haqqının müvafiq hissəsinin bu Qanuna uyğun olaraq qaytarılması ilə bağlı tələblər; 119.1.4-1. beşinci növbədə sığortaçının əmlakının ipoteka və ya girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların bu Qanunun 119.3-cü maddəsinə uyğun olaraq ödənilməmiş tələbləri; 119.1.5. altıncı növbədə, sığortaçının fəaliyyəti nəticəsində həyatına və ya sağlamlığına zərər dəymiş fiziki şəxslərin belə zərərlə bağlı tələbləri; 119.1.6. yeddinci növbədə, işdənçıxarma müavinətlərinin verilməsi, əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin, həmçinin müəlliflik müqavilələrinə əsasən haqların ödənilməsi üzrə hesablaşmalar; 119.1.7. səkkizinci növbədə, vergilər, rüsumlar, habelə “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta”, “Tibbi sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən digər icbari ödənişlər üzrə, həmçinin, dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar; dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar istisna olmaqla, bu tələblər sığortaçının ləğvi tarixindən əvvəlki 1 il ərzində yaranmış öhdəlikləri əhatə edir; 119.1.8. doqquzuncu növbədə digər qalan kreditorlarla hesablaşmalar. 119.2. Hər növbənin tələbləri əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. 119.3. Sığortaçının ləğvetmə prosesi ilə bağlı xərcləri və onun əmlakının ipoteka və ya girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə həmin təminatın məbləği həddində kreditorların tələbləri növbədənkənar ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ bu Qanunun 119.1.4-1-ci maddəsində müəyyən edilmiş növbəliliklə ödənilir. 119.4. Eyni növbəyə aid olan tələblər ödənilərkən, vəsaitlər həmin tələblər arasında onların məbləğlərinə mütənasib olaraq bölüşdürülür. 119.5. Kreditorun razılığına əsasən onun tələbi pul ilə və (və ya) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə zidd olmayan üsullarla, hesablamalarda nisbət gözlənilməklə tələbin əmlaka yönəldilməsi yolu ilə natura formasında ödənilə bilər. Beləliklə də məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı müflis elan olunmuşdur. Bu barədə məhkəmə qərarı 24.01.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İddiaçı həmin vaxtdan müflis elan edilməsinə baxmayaraq, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublıkası Qanununun 18.2-ci maddəsinin tələblərinə zidd olaraq borcludan alınmalı məbləğlərin tutulması üçün qərar qəbul etmişdir. Belə ki, cavabdehin “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 saylı 21.02.2020-ci il tarixli qərarı qəbul edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin həmin qərarı qanunsuz olduğu üçün ləğv edilməlidir. İddiaçının cavabdeh kimi digər kreditorlar qarşındakı öhdəlikləri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbləri nəzərə alınmaqla, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublıkasının Qanununa əsasən növbəlilik əsasında icra edilməldir. “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.2 və 67.3-cü maddələrinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Digər tərəfdən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Mübahisələndirilən qərarların inzibati icraat hüququ ilə bağlı olan, yəni formal-hüquqi tərəfinə gəlincə qeyd etmək lazımdır ki, onların qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (“İnzibati icraat haqqında” Qanunun 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) borcludur. Cavabdeh isə baxılan iş üzrə yuxarıda qeyd olunan formal müddəaları pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2ci maddəyə görə, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə, işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, müvafiq inzibati aktların qəbul edilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehin “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 saylı 21.02.2020-ci il tarixli qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci, 109-cu və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 saylı 21.02.2020-ci il tarixli qərarı ləğv edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA