Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7992/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respunlikası Hərbi Prokurorluğuna qarşı “Hərbi Prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Vüqar Məhərrəmov barəsində “Cinayət işinin başlanılması haqqında” və ya “Cinayət işinin rədd edilməsi barəsində” qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hərbi Prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Vüqar Məhərrəmov barəsində “Cinayət işinin başlanılması haqqında” və ya “Cinayət işinin rədd edilməsi barəsində” qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Hərbi Prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyevə müraciət edərək həmin prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Vüqar Məhərrəmovun qanunsuz hərəkətlərinə hüquqi qimyət verilməsinə dair cinayət işinin başlanmasını xahiş etmişdir. Prokurorluq şikayətə mahiyyəti üzrə baxaraq Vüqar Məhərrəmov barəsində ya “Cinayət işinin başlanılması haqqında” ya da “Cinayət işinin rədd edilməsi barəsində” qərar qəbul etməli idi. Qanunvericilik digər prosessual hərəkət və ya tədbirin həyata keçirilməsini nəzərdə tutmur. Cavabdeh qanunvericiliyin tələbini pozaraq şikayətə mahiyyəti üzrə cavab verməyərək heç bir prosessual qərar qəbul etmədən Hərbi Prokurorluğun böyük köməkçisi, ədliyyə müşaviri İsmayıl Əliyevin 01 iyul 2022-ci il tarixli HP01/155 saylı məktubu 08 iyul 2022-ci il tarixdə AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə daxil olmuşdur. Cavab məktubunda göstərilmişdir ki, “qeyd olunan cinayət işinə Bakı Hərbi Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində baxılarkən iş üzrə araşdırma aparmış hərbi prokurorluq orqanlarının hər hansı əməkdaşı, o cümlədən Vüqar Məhərrəmov tərəfindən cinayət və cinayət prosessual qanunvericliyinin tələblərinin pozulması halları müəyyən edilməmişdir.” İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İAMAS və xüsusi texnika üzrə şöbəsinin baş zabiti vəzifəsində xidmət etdiyi müddətdə kapitan İddiaçı öz qulluq mövqeyindən təkrarən istifadə edib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirdiyi üçün 30 aprel 2019-cu il tarixdə barəsində cinayət işi başlanaraq istintaqı aparılmış, Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsində aparılmış ibtidai istintaqın nəticəsinə görə ona Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4 və 178.4-cü maddələri ilə ittiham elan edilərək, barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışının nəticəsinə görə dövlət ittihamçısının təklifi ilə İddiaçı törətdiyi cinayət əməlləri CM-nin 178.4-cü maddəsindən 178.3.2-ci maddəsinə tövsif edilmiş və Bakı Hərbi Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmdən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsi tərəfindən hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bundan sonra, İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğuna və digər dövlət orqanlarına ərizə ilə müraciət edərək, ibtidai istintaq zamanı şahid və zərərçəkmişlərin iş üzrə verdiyi ifadələrin müstəntiq tərəfindən dəyişdirilməsini, əmlakı üzərinə qanunsuz həbs qoyulmasını, mobil telefonundakı şəxsi yazışmalarına baxış protokolunun düzgün tərtib olunmamasını, ona verilmiş ittihamın əsaslı olmamasını göstərmiş və həmin iş üzrə istintaq aparmış müstəntiqin barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi İddiaçı ərizələrində qeyd etdiyi xüsusatlar müstəntiqin prosessual hərəkətlərindən, eləcə də sübutların toplanması və qiymətləndirilməsi ilə bağlı olmuş və həmin məsələlər cinayət işinə mahiyyəti üzrə baxmış həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, qiymətləndirilmişdir. İbtidai istintaq zamanı şahid və zərərçəkmişlərin dindirilmə protokolları müstəntiq tərəfindən qanunamüvafiq şəkildə tərtib edilmiş, rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçirilmiş və həmin şəxslər məhkəmədə də eyni məzmunlu ifadə vermiş, həmçinin ibtidai istintaq zamanı bütün sübutlar qanuni yolla toplandığından məhkəmə tərəfindən qiymətləndirilərək, qəbul edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinin kobud pozulması halları aşkar olunduğu təqdirdə, işə baxan məhkəmənin cinayət işinə baxılmasına xitam verilərək prokurora qaytarılmasına dair, eləcə də məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin pozulması hallarına yol verən şəxslər barəsində xüsusi qərar çıxarmaq hüququ vardır. Həmçinin, CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən həmin Məcəllənin normalarına riayət edilməsi vəziyyəti apellyasiya məhkəməsində də yoxlanılır. İddiaçı barəsində olan cinayət işinə istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsində baxılarkən ilkin araşdırma və ibtidai istintaq zamanı cinayət-proessual qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi müəyyən olunmamışdır. Qeyd edilənlərə əsasən, həmçinin İddiaçı ərizələrində göstərdiyi xüsusatlar onun barəsində Bakı Hərbi Məhkəməsinin hazırda qüvvədə olan 26 noyabr 2020-ci il tarixli hökmündə qiymətləndirildiyindən, müraciət müəllifinə ərizələri üzrə prosessual qərar qəbul edilmədən, ətraflı cavablar verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 8.4-cü bəndinə görə, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.” Məhkəmə qeyd edir ki, iddiaçı eyni tələb üzrə eyni əsaslarla daha öncə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, hal hazırda iddiaçının qaldırdığı iddia üzrə işə inzibati icraat qaydasında baxılmış, məhkəmədə baxılması üçün verilmiş hazırki iddia tələbi yeni, fərqli əsaslarla əsaslandırılmamışdır. İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.6. bəndinə əsasən, İPM-nin 45.5.1-ci və 78-ci maddələrdə təsbit edilmiş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11622/2022 saylı işi üzrə qəbul etdiyi, xx.xx.2022-ci il tarixli Qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Hərbi Prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Vüqar Məhərrəmov barəsində “Cinayət işinin başlanılması haqqında” və ya “Cinayət işinin rədd edilməsi barəsində” qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Hərbi Prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Vüqar Məhərrəmov barəsində “Cinayət işinin başlanılması haqqında” və ya “Cinayət işinin rədd edilməsi barəsində” qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11622/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2034/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadına əsasən, apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11622/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hal-hazırda həmin iş kassasiya məhkəməsinin icraatındadır Göründüyü kimi, iddiaçı tərəfindən eyni cavabdeh və eyni predmet üzrə verilmiş iddiaya məhkəmə tərəfindən baxılmış, birinci instansiya məhkəməsinin qəradadından verilmiş şikayət əsasında apellyasiya instansiyada icraat davam edir. . Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respunlikası Hərbi Prokurorluğuna qarşı “Hərbi Prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Vüqar Məhərrəmov barəsində “Cinayət işinin başlanılması haqqında” və ya “Cinayət işinin rədd edilməsi barəsində” qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan ünvan 2əyova
Məhkəmə qərarları › İş №2-1(112)-7992/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7992/2023
24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver