Məhkəmə qərarları › İş №2-1(112)-7994/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7994/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7994/2021 17.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı (üçüncü şəxs X8) «qərarların və inkassa sərəncamlarının ləğv edilməsi, isra sənədi üzrə məcburi və digər icra tədbirlərinin dayandırılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv Prosesində olan İddiaçı ASC cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı (maraqlı şəxs X8) «qərarların və inkassa sərəncamlarının ləğv edilməsi, isra sənədi üzrə məcburi və digər icra tədbirlərinin dayandırılması»na dair şikayət ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə ərizədə göstərilənləri formal xəta qismində qiymətləndirərək, şikayət ərizəsini “iddia ərizəsi”, maraqlı şəxsi “üçüncü şəxs” kimi qəbul etmişdir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim olunmamışdır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 144/2016 saylı iş üzrə 9 mart 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ASC-dən 80.000 ABŞ dolları məbləğində vəsaitin X5 xeyrinə tutulması qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1494/2016 saylı iş üzrə 9 fevral 20216-cı il tarixli qərardadına əsasən İddiaçı ASC müflis elan edilmiş, “X2 Company” MMC Banka ləğvedici təyin edilmişdir. Həmin Məhkəmənin 2-1 (81 )-1494/2016 saylı iş üzrə 13 aprel 2017-ci il tarixli qərardadı ilə “X2 Company” MMC-nin fəaliyyətinə xitam verilmiş və İddiaçı ASC-yə ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Bundan sonra icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-144/2016 saylı 9 mart 2016-cı il tarixli icra sənədinə əsasən borclu İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun AR Mərkəzi Bankında olan hesablarına həbs qoyulmasına dair inkasso sərəncamı icra olunması üçün 17/74-138365/16 saylı 28 aprel 2021-ci il tarixli məktubla AR Mərkəzi Bankına göndərilmişdir. Sözügedən məktuba Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 4 fevral 2019-cu il tarixli icraata başlamaq haqqında qərar, bildiriş və təkrar olaraq 6 mart 2019-cu il tarixli tələbin 10 gün müddətində könüllü icrasının təmin etmək məqsədilə bildirişin surəti, 27 mart 2019-cu il tarixli borclu ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 5.600 ABŞ dolları məbləğində icra ödənişinin tutulmasına dair qərar əlavə edilmişdir. Lakin məktuba əlavə edilmiş və Əmanətlərin Sığortalanması Fondunun birbaşa maraqlarına toxunan həmin qərarlar Fondun hüquqi və ya faktiki ünvanına rəsmi qaydada göndərilməmişdir. Qərarlar qanunla müəyyən olunmuş qaydada Ləğv prosesində olan İddiaçı ASC-yə və ya Əmanətlərin Sığortalanması Fonduna məlumat verilməməsi səbəbindən həmin qərarlardan şikayət vermək hüququ itirilmişdir. İşin mübahisələndirilməyən halı, iddia tələbi İddiaçı ASC-də sığorta hadisəsi baş verməzdən əvvəl mübahisələndirilməyə başlanmış, Bankdan 80.000 ABŞ dolları məbləğində vəsaitin tutulması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edildikdən sonra qorunan əmanət statusuna aid edilən məbləğləri tam kompensasiya etmiş, qorunmayan əmanətlər statusuna şamil edilən pul vəsaitlərini isə «Banklar haqqında» AR Qanununun 76, 77-ci maddələrinə uyğun olaraq tələb kimi qeydə almış və təsdiq edilməsi üçün aidiyyəti məhkəməyə təqdim etmişdir. Hazırki mübahisə predmeti olan iş üzrə isə Fond tərəfə «Əmanətlərin sığortalanması haqqında» AR Qanununun 26.1-ci maddəsinə əsasən 30.000 manat ekvivalentində pul vəsaitini X1 etmişdir. Belə ki, AR Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Hazırki iş üzrə Bank və X8 arasında münasibət 2014-cü ildə yaranmışdır. İddiaçı ASC-də sığorta hadisəsi isə 2016-cı ilin fevral ayında baş vermişdir. Həm Bankla müştəri arasında hüququn yarandığı dövr həm də Bankda sığorta hadisəsinin baş verdiyi dövrdə kompensasiya ödənişinin həyata keçirilməsi üçün yeganə qanunvericilik aktı «Əmanətlərin sığortalanması haqqında» AR Qanunu olmuşdur. Bu səbəbdən iş üzrə tərəf olan X6 18.820 ABŞ dolları (30.000 manat ekvivalenti) pul vəsaiti kompensasiya edilmişdir. Belə ki, «Əmanətlərin sığortalanması haqqında» AR Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Mübahisə predmeti olan borc məbləğinin «Əmanətlərin sığortalanması haqqında» AR Qanununun təsir dairəsinə düşməsi qeyri-mümkündür. Sözügedən Qanun 2016-cı ildə dərc edilmiş və həmin dövrdən sonra edilmiş əmanətlər üzrə hərəkətlər həmin qanunun təsir dairəsinə düşmüşdür. «Əmanətlərin sığortalanması haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Lakin, iddiaçı tərəfindən əmanətin geri qaytarılması barədə müraciət daxil olmamışdır. Qeyd olunduğu kimi, əmanətin sözügedən qanunun tələbləri altına düşməsi üçün əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrdə müvafiq dəyişiklik edilməlidir. Lakin mübahisə predmeti olan bu əmanət üzrə qanunla nəzərdə tutulmuş şəxsin iradə ifadəsi olan ərizə ilə müraciəti Banka daxil olmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-144/16 saylı iş üzrə 9 mart 2016-cı il tarixli qətnaməsi ilə X7 tərəfindən X5 İddiaçı ASC-dəki hesabına qoyulmuş 80.000 ABŞ dolları məbləğində vəsaitin İddiaçı ASC-dən alınaraq X6 verilməsi qət edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun müraciəti əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)-144/2016 saylı 3 may 2018-ci il tarixli məktubla qeyd olunan icra sənədinin icrası ilə əlaqədar qətnaməyə izah verərək bildirmişdir ki, məhkəmənin 2(009)-144/2016 saylı iş üzrə 9 mart 2016-cı il tarixli qətnaməsində və həmin qətnamə üzrə 7 oktyabr 2016-cı il tarixdə verilmiş icra vərəqəsində 80.000 ABŞ dollarının qətnamədə olduğu kimi məhz İddiaçı ASC-dən tutulması qeyd edilmişdir. Fond tərəfindən Bankın yeganə qanuni nümayəndəsi olaraq qətnamənin izahından sonra 49.180 ABŞ dolları məbləğində vəsaiti kreditor tələbi 616385 nömrə ilə ləğv prosesində olan İddiaçı ASC-nin kreditorların reyestrində qeydə alınmış və «Banklar haqqında» AR Qanununun tələblərinə əsasən növbəlik qaydasında ödəniləcəkdir. İcra məmuru Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Səbail Rayon Məhkəməsinin 2(009)-144/2016 saylı iş üzrə 9 mart 2016-cı il tarixli icra sənədinə əsasən borclu İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun AR Mərkəzi Bankında olan hesablarına həbs qoyulmasına dair inkasso sərəncamına əlavə edilmiş qərarlardan borcun 62.000 ABŞ dolları olması qeyd edilir. Bank sənədlərinə əsasən 80.000 ABŞ dolları tələbkarın hesabına 19 may 2014-cü il tarixdə mədaxil edilmişdir. Bundan sonra 20 may 2014-cü il tarixdə həmin məbləğdən 12.000 ABŞ dolları tələbkarın hazırda ləğv prosesində olan İddiaçı ASC-də mövcud olmuş kredit borcuna silinmiş və 27 aprel 2017-ci il tarixdə 18.820 ABŞ dolları məbləğində pul vəsaiti Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olaraq X6 ödənilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən hazırki iş üzrə tələbkar X6 və AR Maliyyə Bazarlarına Nəzarət Orqanına ünvanlanmış məktubdan görünür ki, borc məbləği 62.000 ABŞ dolları deyil, 49.180 ABŞ dolları məbləğindədir. Bu isə öz növbəsində icra orqanının qanunsuz hərəkətlər aparmasının bariz nümunəliyini özündə əks etdirir. Göstərilənlərə və «İcra haqqında» AR Qanununun 8.5, 17.1.1-ci 18.1.40, 29.1, 81.4-cü maddələrinə, «Banklar haqqında» AR Qanununun 71.3, 76.1-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin 4 fevral 2019-cu il tarixli və 27 mart 2019-cu il tarixli qərarlarının ləğv edilməsi, 138365-1-/19, 138365-2-/19, 138365-3-/19, 138365-4-/19 saylı 21 aprel 2021-ci il tarixli inkasso sərəncamlarının ləğv edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-144/2016 saylı iş üzrə 9 mart 2016-cı il tarixli icra vərəqəsi üzrə məcburi icra tədbirlərinin və digər icra hərəkətlərinin aparılmasının dayandırılması vəzifəsinin Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 ərizədə göstərilənləri təsdiqlədi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «İcra haqqında» AR Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.5-ci maddəsinə görə tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 78.1-ci maddəsinə görə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. «İcra məmurları haqqında» AR Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Məhkəmə vurğulayır ki, icra qanunvericiliyi icra işində iştirak edən tərəflərin icra məmurunun hərəkət və hərəkətsizliklərindən, eləcə də qərarlarından, o cümlədən “icraata başlama haqqında”, “icra ödənişin alınması haqqında” qərarlarından, habelə inkassa sərəncamının qoyulması ilə bağlı hərəkətlərdən şikayətlərə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə deyil, bu şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, müvafiq icra işi üzrə “icraata başlanma haqqında”, “icra ödənişin alınması haqqında” qərarlar, müvafiq inkassa sərəncamları Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi əsasında qəbul olunmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə icra işi üzrə tərəf kimi hazırkı iddiaçı icra məmurunun müvafiq qərar və hərəkətlərindən şikayətə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq, İPM-in 2.1, 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar