Məhkəmə qərarları › İş №2-1(112)-7996/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7996/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7996/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X1 (aparıcı mütəxəssis ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən ona 60 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına "Asan 5" Xidmət vasitəsi ilə 21.04.2021-ci il tarixində müraciət edərək, ona xüsusi ilə zərərli və ağır olan əmək şəraitində çalışdığı üçün qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 27.05.2021-ci il tarixli **********7 saylı cavab məktubu ilə müraciətə imtina edərək, bildirmişdir ki, "... Mərkəz filiala təqdim edilən sənədlərində 17.04.2004-11.12.2018 il tarixləri arasındakı dövr ərzində "X8" MMC-nin Poladəritmə sexində işlədiyi odadavamlı materiallar bənnası peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Metallurgiya istehsalı bölməsinin (3) polad və ferroərintilər istehsalatı yarımbölməsində (3.2) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (2 il 5 ay 13 gün (13.12.2018-ci il tarixindən bügunədək olan dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və ona görə aşağıda qeyd olunan əsaslar nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məlum olduğu kimi, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.-ci maddəsinə əsasən "Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 avını həmin islərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır." İlkin olaraq qeyd edilmişdir ki, iddiaçının 60 yaşı 11.04.2021-ci il tarixində tamamlanmışdır. Əlavə olaraq, iş materiallarına əlavə edilmiş əmək kitabçalarından göründüyü kimi, o, 25 ildən artıq ümumi sığorta stajına malikdir (ümumi stajı 29 il), bu müddətin 16 il 9 ayını metallurgiya istehsalatı sahəsində işləmiş və fərdi hesabının sığorta hissəsində 43000 manat pensiya kapitalı vardır. Bununla yanaşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalan haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə əsasən "Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır." Qanunvericiliyin qeyd olunan tələbinə uyğun olaraq, iddiaçı tərəfindən cavabdehə müvafiq arayışlar təqdim edilmiş, lakin sonuncu tərəfindən həmin arayışlar nəzərə alınmamış və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, "X8" MMC tərəfindən verilən 13.04.2021-ci il tarixli 234/A saylı arayışla onun 17.09.2004-cü il tarixindən 15.09.2009-cu il tarixinədək Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası peşəsində çalışdığı qeyd edilmiş və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.2. yarımbölməsində isti işlərdə məşğul olan odadavamlı materialla işləyənlər kimi öz əksini tapdığı bildirilmişdir. 38/L saylı 13.04.2021-ci il tarixli arayışla onun 15.09.2009-cu il tarixindən 03.09.2012-ci il tarixinədək Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası; 03.09.2012-ci il tarixindən 11.12.2018-ci il tarixinədək Poladəritmə sexində isti və zərərli iş şəraitində böyük odadavamlı materiallar bənnası peşələrində çalışdığı qeyd edilmiş və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsal atlann, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.2. yarımbölməsində isti işlərdə məşğul olan odadavamlı materialla işləyənlər kimi öz əksini tapdığı bildirilmişdir. "X9 and Foundry Company" MMC tərəfindən verilən 055/1- 21- G/BNFFC saylı 05.04.2021-ci il tarixli arayışla, onun 13.12.2018-ci il tarixində odadavamlı materiallar sahəsinə çalovçu peşəsinə işə qəbul olunduğu və hal hazırda həmin peşədə işlədiyi qeyd edilmiş və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlann, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.2. Polad və ferroərintilər istehsalatı yarımbölməsində qeyd edilən "çalovçular" şifrəsinə uyğun olduğu bildirilmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilən "güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına" dair iş yerindən arayışlara əsasən onun 17.09.2004-cü ildən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığı və həmin işlər üzrə stajı 16 il 9 ay olduğu aşkardır. Lakin, iddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına yetərli sübutlar təqdim edilməsinə baxmayaraq, sonuncunun imtinası əsassız olmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etirazı 04.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Eyni zamanda bildilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 17.04.2004- 11.12.2018-ci il tarixləri arasındakı dövr ərzində “X8” MMC-nin Poladəritmə sexində işlədiyi odadavamlı materiallar bənnası peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalı bölməsinin (3) polad və ferroərintilər istehsalatı yarımbölməsində (3.2) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (2 il 5 ay 13 gün (13.12.2018-ci il tarixindən bugünədək olan dövr) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmaqla, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il tarixdə Füzuli rayonu Qaraxanbəyli kəndində doğulmuş İddiaçı Füzuli rayonu Qaraxanbəyli ünvanında qeydiyyatdadır. NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 15.05.1980-cı il tarixdən 18.05.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İT-İ seriyalı ******* nömrəli 08.07.1982-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı 02.07.1976-cı ildə Füzuli rayonu Füzuli adına Şərab Sovxozuna fəhlə kimi qəbul edilmişdir. 10.04.1980-cı ildə Sovet Ordusu sıralarına çağırıldığı üçün vəzifədən azad edilmişdir. 10.07.1982-ci ildə Füzuli adına Şərab Sovxozuna fəhlə kimi işə qəbul edilmişdir. 20.03.1986-cı ildə təhsilini artırmaq üçün Saratov şəhrinə getdiyinə görə vəzifəsindən azad edilmişdir. 03.05.1986-cı ildə Füzuli adına sovxoza fəhlə qəbul edilmişdir. 28.08.1986-cı ildə başqa təşkilata keçdiyi üçün işdən azad edilmişdir. 01.07.1986-cı ildə balıqçılıq birliyinə anbar müdiri təyin edilmişdir. 30.05.1988-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 06.07.1988-ci ildə 4 N-li üzüm emalı zavodunun Füzuli rayon məntəqəsində fəhlə təyin edilmişdir. 23.08.1993-cü ildə 4 N-li üzüm emalı zavodu Ermənistan işğalı ilə əlaqədar iş fəaliyyətinə son verilmişdir. 19.02.2002-ci ildə "xxxx" QSC “Azəriqaznəql” İB Avtomobil və Mexanizasiya Nəql İdarəsi Avtonəqliyyat sahəsinə 2-ci dərəcəli gözətçi qəbul edilmişdir. 15.09.2004-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. 17.09.2004-cü ildə Poladəritmə sexinə odadavamlı materiallar bənnası vəzifəsinə qəbul edilmişdir. 15.09.2009-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. 15.09.2009-cu ildə Poladəritmə sexinə odadavamlı materiallar bənnası vəzifəsinə qəbul edilmişdir. 03.09.2012-ci ildə Poladəritmə sexinə böyük odadavamlı materiallar bənnası keçirilmişdir. 11.12.2018-ci ildə öz xahişi ilə işdən azad edilmişdir.13.12.2018-ci ildə “X9 and Foundry Company” MMC-ya Odadavamlı materiallar sahəsinə çalovçu peşəsinə işə qəbul edilmişdir. “X8” MMC tərəfindən verilən 38/L nömrəli 13.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 15 sentyabr 2009-cu il tarixindən 03 sentyabr 2012-ci il tarixinədək Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası peşəsində çalışmışdır. 03 sentyabr 2012-ci il tarixindən 11 dekabr 2018-ci il tarixinədək Poladəritmə sexində isti və zərərli iş şəraitində böyük odadavamlı materiallar bənnası peşəsində çalışmışdır. Qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (a) yarımbəndində isti işlərdə məşğul olan odadavamlı materialla işləyənlər kimi öz əksini tapmışdır. “X8” MMC tərəfindən verilən 234/A nömrəli 13.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı X8 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X2 Salan Mərkəz tərəfindən tərtib edilmiş X8 Limited şirkətinin arxiv fondunun materiallarında aşağıdakı məlumatlar qeyd edilib: İddiaçı 17 sentyabr 2004-cü il tarixindən 15 sentyabr 2009-cu il tarixinədək Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası peşəsində çalışmışdır. 15.09.2009-cu il tarixindən 03.09.2012-ci il tarixinədək Poladəritmə sexinə odadavamlı materiallar bənnası vəzifəsinə qəbul edilmişdir. Poladəritmə sexinə böyük odadavamlı materiallar bənnası peşəsində çalışmışdır. Məhkəmə tərəfindən cavabdehin imtina məktubunda qeyd etdiyi 17.04.2004-cü il tarixdən 11.12.2018-ci il tarixədək "X8" MMC-nin Poladəritmə sexində işlədiyi odadavamlı materiallar bənnası peşəsinin güzəştli iş stajı verən peşələrə aid olub-olmaması araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının işlədiyi həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Metallurgiya istehsalı bölməsinin “Polad və ferroərintilər istehsalatı” adlı 3.2 yarımbölməsində güzəştli iş stajı verən isti işlərdə məşğul olan “Polad və ferroərintilər istehsalatı” bölməsinin “isti iş şəraitində məşğul olan odadavamlı materiallarla işləyənlər” peşəsinə uyğundur və həmin peşə üzrə iddiaçının güzəştli iş stajı 14 il 07 ay 24 gün təşkil edir. “X9 and Foundry Company” MMC tərəfindən verilmiş 055/1-21-G/BNFFC nömrəli 05.04.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, 13.12.2018-ci il tarixində “X9 and Foundry Company” MMC-nin Odadavamlı materiallar sahəsinə çalovçu peşəsinə işə qəbul edilmişdir (13.12.2018-ci il tarixli 133-BNFFC №-li Əmək müqaviləsi) və hal hazırda həmin peşədə işləyir. Göstərilən bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12-saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 3-cü Metallurgiya istehsalı bölməsinin 3.2. Polad və ferroərintilər istehsalı yarımbölməsində qeyd edilən “çalovçular” şifrəsinə uyğundur. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 27.05.2021-ci il tarixli **********7 saylı imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarım və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə 17.04.2004-11.12.2018-ci il tarixləri arasındakı dövr ərzində “X8” MMC-nin Poladəritmə sexində işlədiyi odadavamlı materiallar bənnası peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalı bölməsinin (3) polad və ferroərintilər istehsalatı yarımbölməsində (3.2) nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (2 il 5 ay 13 gün (13.12.2018-ci il tarixindən bugünədək olan dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1961-cİ il təvəllüdlüdür. İddiaçının 60 yaşına çatması (11.04.2021) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun 17.04.2004-11.12.2018-ci il tarixləri arasındakı dövr ərzində “X8” MMCnin Poladəritmə sexində işlədiyi odadavamlı materiallar bənnası vəzifəsində işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı və bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az (2 il 5 ay 13 gün (13.12.2018-ci il tarixindən bugünədək olan dövr) təşkil etdiyi qeyd edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının 15 sentyabr 2009-cu il tarixdən 03 sentyabr 2012-ci il tarixədək işlədiyi odadavamlı materiallar bənnası peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Metallurgiya istehsalı bölməsinin “Polad və ferroərintilər istehsalatı” adlı 3.2 yarımbölməsində güzəştli iş stajı verən isti işlərdə məşğul olan “Polad və ferroərintilər istehsalatı” bölməsinin “isti iş şəraitində məşğul olan odadavamlı materiallarla işləyənlər” peşəsin nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin cavabdehin imtina ərizəsində qeyd etdiyi iddiaçının Poladəritmə sexində işlədiyi odadavamlı materiallar bənnası peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Metallurgiya istehsalı bölməsinin (3) polad və ferroərintilər istehsalatı yarımbölməsində (3.2) nəzərdə tutulmadığına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, sözügedən Siyahının 3.2-ci bəndində qeyd olunan “isti iş şəraitində məşğul olan odadavamlı materiallarla işləyənlər” peşəsi isti iş şəraitində məşğul olan odadavamlı materiallarla işləyən müxtəlif növ fəhlələri, o cümlədən bənnaları nəzərdə tutur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 11.04.2021-ci il tarixədək, qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalının, 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 11.04.2021-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına və qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Beləliklə, məhkəmə araşdırması ilə sübut olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 60 yaşdan, yəni 11.04.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar