Məhkəmə qərarları › İş №2-1(112)-8/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8/2021 10.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, İddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə üçüncü şəxs - X10 üçüncü şəxs - X4 qarşı “orderin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər X3 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4090a saylı bağın cavabdeh X2 adına aparılmış özəlləşdirmə qanunsuz və əsassız olduğundan mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş məlumatların və dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin bağ sahəsinin mənim mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrinə daxil olunması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-705/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadı ilə hazırkı iş məhkəmə aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1165/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadı ilə X5 cavabdeh qismində prosessual iştirakına xitam verilmiş və o, üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmişdir. (hakim X.İmanov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1165/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. (hakim X.İmanov) xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli 14952 nömrəli Ekspert Rəyi məhkəməyə daxil olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-371/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə iş üzrə əlavə kompleks məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. (hakim X.İmanov) xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 25743 nömrəli Ekspert Rəyi məhkəməyə daxil olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-25/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilmişdir. (hakim X.İmanov) Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1199/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-25/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında X1 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Həmçinin, iddiaçının “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4090a saylı bağ sahəsinin X2 adına ayrılmasına dair “Б/С” saylı orderin etibarsız hesab edilməsi və həmin order əsasında xx.xx.2014-cü il tarixdə X2 adına verilmiş RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyetrindən çıxarışın ləğv edilməsi barədə qərar çıxarılması” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 5/971 nömrəli Ekspert Rəyi məhkəməyə daxil olmuşdur. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4090a saylı bağ sahəsinin X2 adına ayrılmasına dair “Б/С” saylı orderin və həmin order əsasında xx.xx.2014-cü il tarixdə X2 adına verilmiş RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyetrindən çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4090a saylı bağ sahəsinin X2 adına ayrılmasına dair “Б/С” saylı order və həmin order əsasında xx.xx.2014-cü il tarixdə X2 adına verilmiş RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyetrindən çıxarış etibarsız hesab edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) X6 ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmənin qərarı qanuni qüvvəyə minmədiyindən, həmçinin iddiaçı iddiadan imtina edildiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-ci maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Ərizə təmin edilir. İddiaçı cavabdehlər X3 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “orderin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair 2-1(112)-8/2021 saylı işi üzrə icraata xitam verilir. Qərardaddan şikayət verilə bilməz. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar