Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-80/2020 04.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi Xanməmmədli İlahə Arzu qızının (Zəngilan rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı Hilal qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn vəfat etmiş şəxsə məxsus olması haqqında çıxarışın verilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Hilal qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətinin qanunsuz hesab edilərək Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 500 kv metr sahəsi olan 90 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum qaynatası Kərimov Tofiq Məmməd Əli oğlunun adına rəsmiləşdirib bu barədə müvafiq çıxarışın veilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Xəzər” bağlar cəmiyyətinin 20 fevral 1993cü il tarixli, 01 saylı protokoluna əsasən cəmiyyətin üzvü X11 ərazəsinə əsasən o, bağçılıq üzvlüyündən azad edilmiş və onun adına olan Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 500 kv.m. sahəsi olan 90 saylı torpaq sahəsi iddiaçının mərhum qaynatası X4 ayrılmış, onun adına həmin tarixdə bağçının üzvlük kitabçası verilmişdir. Bundan əvvəl isə iddiaçının mərhum qaynatası Bağlar Birliyinin 10 oktyabr 1988-ci il tarixli, 8888 №-li məktubuna əsasən bağ sahəsinin verilməsi ilə bağlı qeydiyyata alınmışdır. X6 07 fevral 2000ci il tarixdə vəfat etmişdir. Həmin şəxsin X7 ilə olan nikahına 17 noyabr 1989-cu il tarixdə xitam verilmişdir. İddiaçı, 24 dekabr 1991-ci il tarixdə X9 ilə ailə qurmuşdur. İddiaçının əri X9 24 iyul 2017-ci il tarixdə vəfat etmişdir. Bundan sonrai iddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna müraciət etmişdir. Bakı şəhəri 3 saylı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontorunun notariusunun məktubuna əsasən qeyd edilən torpaq sahəsinin iddiaçının mərhum qaynatasının adına çıxarışın verilməsi cavabdehdən xahiş edilmişdir. Bununla bağlı cavabdeh imtina cavabı vermiş və bildirişdə qeyd etmişdir ki, mərhum X3 və protokoldan çıxarışda qeyd olunan Alek Avakyanın adı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamış və torpaq sahəsi qonşu “89” saylı bağ sahəsi ilə bir hasar daxilindədir, ara mərz nişanları şərtidir. Bundan sonra iddiaçı yenə də cavabdehə müraciət etmiş və iddiaçıya tam fərqli olaraq cavab verilmişdir. Sonuncu dəfə cavabdeh vəkil sorğusu əsasında yenə imtina cavabı vermiş və həmin cavab iddiaçıya 10 dekabr 2018-ci il tarixdə təqdim edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası tam əsassızdır və qeyd edilən torpaq sahəsi iddiaçının mərhum qaynatasının adına rəsmiləşdirilməlidir. Belə ki həmin torpaq sahəsi iddiaçının qaynatasının və ailə üzvlərinin daimi istifadəsində olmuşdur. Hazırda da əri vəfat etdikdən sonra həmin torpaq sahəsi iddiaçının istifadəsindədir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, mərhum X3 və protokoldan çıxarışda qeyd olunan Alek Avakyanın adı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamışdır. Bundan başqa torpaq sahəsi qonşu “89” saylı bağ sahəsi ilə bir hasar daxilindədir, ara mərz nişanları şərtidir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2018-ci il tarixli, **********31 saylı cavab məktubu ünvanlanmışdır.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir.Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi İ.Xanməmmədli iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. “Bağçının üzvlük kitabçası”na əsasən Kərimov Tofiq Məmməd Əli oğlu xx.xx.1993-cü ildə “Xəzri” bağçılıq cəmiyyətinin 1 N-li protokoluna əsasən həmin cəmiyyətə üzv qəbul edilmişdir və ona Qaradağ rayonu, Şıxlar qəs., “Xəzri” bağçılıq cəmiyyətinin bağından sahəsi 500 kv metr olan 90 N-li bağ sahəsi ayrılmışdır. “Xəzri” bağçılıq cəmiyyətinin 1 saylı protokolundan xx.xx.1993-cü il tarixli çıxarışa əsasən “Xəzri” bağçılıq cəmiyyətinin üzvü Avakyan Alek Borisoviç bağçılıq üzvlüyündən öz ərizəsi əsasında azad edilmiş və ona məxsus olan 90 saylı torpq sahəsi “Xəzri” bağçılıq cəmiyyətinin digər üzvü X4 verilmişdir. “Xəzri” bağçılıq cəmiyyəti tərəfindən təsdiq edilmiş “Xəzri” Bağçılıq Cəmiyyətinin torpaq sahəsinin planına əsasən həmin planda 90 nömrəli bağ sahəsi mövcuddur. Bakı şəhəri Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin X5 və İstismarı Birliyinin xx.xx.1988-ci il tarixli məktubuna əsasən X6 bağ sahəsinin alınması üçün növbəyə götürülmüşdür. “Doğum haqqında şəhadətnamə”yə əsasən X1 Tofiq Məmməd Əli oğlu ilə Kərimova Larisa Zinovyevnanın nikahından xx.xx.1969-cu ildə doğulmuşdur. “Ölüm haqqında şəhadətnamə”yə əsasən X6 xx.xx.2000-ci ildə vəfat etmişdir. “Ölüm haqqında şəhadətnamə”yə əsasən Kərimov Tərlan Tofiq oğlu xx.xx.2017-ci ildə vəfat etmişdir. “Boşanma haqqında şəhadətnamə”yə əsasən Kərimov Tofiq Məmməd Əli oğlu ilə Kərimova Larisa Zinovyevna arasında bağlanməş nikah xx.xx.1989-cu ildə pozulmuşdur. “Nikahın bağlanması haqqında şəhadətnamə”yə əsasən Kərimov Tərlan Tofiq oğlu Qasımova Sevda Hilal qızı ilə xx.xx.1991-ci ildə nikaha dail olmudur nikaha daxil olduqdan sonra arvada “Kərimova” soyadı verilmişdir. ünvan 1 ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubuna əsasən X3 xx.xx.2000-ci ildə vəfatı ilə əlaqədar vərəsəsi Kərimova Sevda Hilal qızının ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur.Məktubda T.M.Kərimovdan miras qalmış “Xəzri” bağçılıq cəmiyyəti tərəfindən ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, “Xəzri” b/y ünvanda yerləşən yaşayış sahəsi 500 kv metr olan 90 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədin-çıxarışın veriməsi xahiş edilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişə, xx.xx.2018-ci il tarixli məktuba əsasən mərhum Kərimov Tofiq Məmməd Əli oğlunun və protokoldan çıxarışda adı qeyd olunan Alek Avakyanın adı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar edilmədiyi, torpaq sahəsi qonşu 89 saylı bağ sahəsi ilə bir hasar daxilində olması və ara mərzinin şərti olması əsası ilə X15 Əli oğlundan miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, “Xəzri” b/y ünvanda yerləşən 90 saylı bağ sahəsi üzərində hüquqların qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.3030-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə əsasən “Xəzri” bağçılıq cəmiyyətinin 1 saylı xx.xx.1993-cü il tarixli protokolu ilə Kərimov Tofiq Məmməd Əli oğluna verilmiş, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən “Xəzri” bağçılıq cəmiyyətinin bağının sahəsi 500 kv metr olan 90 nömrəli bağ sahəsi 89 nömrəli qonşu bağ sahəsi ilə əvvəllər bir hasar daxilində olmuşdur.Hal-hazırda metal tor hasarla çəpərlənərək ayrılmışdır və yola ayrı çxışı vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, “Xəzri” b/y-nın 89 saylı bağ sahəsi iddiaçı İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Məhkəmə yuxarıda sadalanan sənədlərdən, verilən izahatlardan müəyyən etmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, “Xəzri” b/y-nın 90 saylı bağ sahəsi iddiaçının ərinin atası Kərimov Tofiq Məmməd Əli oğluna qeyd edilən bağçılıq cəmiyyətinin qərarı ilə ayrılmışdır, yəni bağ sahəsi iddiaçının ərinin atasının istifadəsinə qanuni əsaslarla ayrılmışdır və o, həmin əmlak üzərində qanunvericiliyə əsasən mülkiyyət hüququ əldə etmişdir, lakin həmin hüququ rəsmiləşdirmək üçün müraciət etməmişdir və vəfat etmişdir, Kərimov Tofiq Məmməd Əli oğlu vəfat edən zaman nikahda olmamışdır, onun vərəsəsi olan oğlu Kərimov Tərlan Tofiq oğlu da qeyd edilən əmlak üzərində hüquqlarını rəsmiləşdirmədən vəfat etmişdir, hazırda iddiaçı vərəsəlik hüququnu rəsmiləşdirmək üçün notariat kontoruna müraciət etmiş, X3 xx.xx.2000-ci ildə vəfatı ilə əlaqədar vərəsəsi Kərimova Sevda Hilal qızının ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur, X2 miras qalmış “Xəzri” bağçılıq cəmiyyəti tərəfindən ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, “Xəzri” b/y ünvanda yerləşən yaşayış sahəsi 500 kv metr olan 90 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədin - çıxarışın verilməsi xahiş edilsə də cavabden tərəfindən müraciət təmin edilməmişdir, imtina onunla əsaslandırılmışdır ki, mərhum Kərimov Tofiq Məmməd Əli oğlunun və protokoldan çıxarışda adı qeyd olunan Alek Avakyanın adı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar edilməmişdir, torpaq sahəsi qonşu 89 saylı bağ sahəsi ilə bir hasar daxilindədir və ara mərzi şərtidir. Odur ki, iddiaçı hazırki iddia ilə məhəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada verilmişdir, yəni özəlləşdirilmişdir. Həmin Əsasnamənin 6-cı bəndinə görə bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər;.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 8.0-ci maddəsində deyilir: Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin təlimatln 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. İddiaçının ərinin atası vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyi üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinin üzərində vəfat etmiş qaynatası Kərimov Tofiq Məmməd Əli oğlunun adına çıxarış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ mövcuddur. Cavabdehin etirazda göstərdiyi bağın 89 nömrəli bağla bir hasar daxilində olması barədə birldirdiklərinə gəldikdə isə məhkəmə qeyd edir ki, 89 nömrəli bağ sahəsi də iddiaçıya mülkiyyət hüququ ilə məxsusdur, yəni burada maraqların toqquşması mövcud deyildir. Həmçinin bağlar metal tor çəpərlənmə ilə bir-birlərindən ayrılmışlar və hər bir bağın ayrıca çıxışı vardır.Eyni zamanda iddiaçının ərinin atası olmuş X3 və Alek Avakyan adlı şəxsin “Xəzri” bağçılıq cəmiyyətinin üzvü olmaları ”Xəzri” bağçılıq cəmiyyətinin iş materiallarında olan protokolları ilə təsdiqlənir və cavabdeh həmin protokolların mötəbərsizliyini məhkəmədə sübuta yetirə bilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından göründüyü kimi cavabdehin etirazında göstərilən əsasların heç biri də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilərək Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 500 kv metr sahəsi olan 90 saylı bağ sahəsi üzərində hüququn ölmüş şəxsə (X4) məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat apararaq müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci,85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz hesab edilərək Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 500 kv metr sahəsi olan 90 saylı bağ sahəsi üzərində hüququn ölmüş şəxsə (X4) məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat apararaq müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-80/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-80/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver