Məhkəmə qərarları › İş №2-1(112)-80/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-80/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-80/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Üçüncü şəxsin nümayəndəsi X7 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X5 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs X14) qarşı “bağ sahəsinə dair qərarın və orderin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və Mürşüdlü (Süleymanova) Könül Müseyib qızı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X9 Binəqədi rayonu, Goradil kəndində yerləşən, 2034V nömrəli bağ sahəsinə dair verilmiş, xx.xx.2017-ci il tarixli (seriya RX №1189324), ********** nömrəli dövlət qeydiyyat nömrəsi və bununla bağlı Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar təsərrüfatının inkişafı ictimai birliyi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli B/S nömrəli orderin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X9 Binəqədi rayonu, Goradil kəndində yerləşən, 2034V nömrəli bağ sahəsinə dair verilmiş çıxarışın etibarsız hesab edilməsi vəzifəsinin cavadehlərin üzərinə qoyulması və qanunsuz aparılmış tikintinin cavabdeh tərəfindən sökülərək əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X14 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçılar daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli 3/318 nömrəli qərarının X9 Bakı şəhəri, Göradil bağ massivində 0,12 ha torpaq sahəsinin ayrılmasına aid olan hissədə, eləcə də həmin qərar əsasında verilmiş Б/С seiyalı, həmin tarixli orderin etibarsız sayılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. İddia tələbi bununla əsalandırılmışdır ki, Binəqədi rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 114 nömrəli qərarına, 3 aprel 2006-cı il tarixli, 373 saylı icarə müqaviləsinə əsasən X4 600 kv.m, 6 aprel 2006-cı il tarixli 396 saylı müqaviləyə əsasən isə İddiaçı1 600 kv.metr torpaq sahəsi bağ kimi istifadə məqsədilə xx.xx.2006-cı il tarixdən xx.xx.2105-ci il tarixədək icarəyə verilmişdir. İcarə müqaviləsinə əsasən iddiaçılar hər il 72 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. Binəqədi bələdiyyəsi tərəfindən iddiaçılar ayrılmış torpaq sahəsində bələdiyyə tərəfindən yerində torpaq sahəsinin dönmə nöqtələri göstərilməklə təhvil verildikdən sonra bələdiyyənin razılığı əsasında qeyd olunan ərazidə 2006-cı ilin may ayında bir metr hündürlüyündə hasar inşa edilmiş və dəmir qapı qoyulmuşdur. İcarəyə götürülmuş ərazidə bu müddət ərzində təsərrüfat işləri aparmış, torpağın münbitliyini və ekoloji şəraitini qorumuş, yaxşılaşdırmış, müxtəlif meyvə, bəzək ağacları əkmişlər. İcarəyə ayrılmış torpaq sahəsinin ətrafında yerləşən digər torpaq sahələri də Binəqədi bələdiyyəsi tərəfindən fiziki şəxslərin mülkiyyətinə və ya icarəsinə verilmişdir. Bu ərazilər vətəndaşların istifadəsinə verilərkən ərazi boş və yarasız sahədən ibarət idi. Bu sahədə tikinti işləri aparılarkən heç bir şəxs bu torpaq sahəsində bu işlərinin aparılması ilə bağlı hər hansı müraciət etməmişdir. Lakin iddiaçı bir gün bağ sahəsində kənar şəxslərin olduğunu görmüş, onlardan hansı səbəbdən bağa icazəsiz daxil olduqlarını və burada hansı səbəndən tikinti işləri apardıqlarını soruşduqda ona məlum olmuşdur ki, həmin torpaq sahəsi xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən üçüncü şəxsin adına Binəqədi rayonu, Goradil kəndində yerləşən 2034V nömrəli bağ sahəsi kimi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Həmin vaxta qədər heç kəs iddiaçıları narahat etməmiş, həmin torpağın ona ayrılması ilə bağlı müraciət etməmişdir. Hal-hazırda digər şəxs tərəfindən qanunsuz olaraq tikinti işləri aparılır. Dəfələrlə həmin şəxs xəbərdar olunsa da, əhəmiyyət verməmişdir. Qeyd olunan 2034V nömrəli bağ sahəsinə dair ilkin torpaq ayırma sənədləri olmalıdır və bu sənədlər verildiyi gündən istifadəçi tərəfindən bağ sahəsi istifadə olunmalıdır ki, bu da edilməmişdir. Digər tərəfdən torpaq sahəsinin plan və ölçüsündə göstərilir ki, plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd Bakı şəhəri İHnin Bağlar təsərrüfatının inkişafı ictimai birliyinin xx.xx.1991-ci il tarixli, B/S nömrəli orderidir. Həmin dövrdə adı çəkilən qurum fiziki və hüquqi şəxslərə torpaq sahəsi ayırmırdı. Həmin dövrə Azərbaycan SSR-nin Nazirlər Kabinetinin qərarı əsasında vətəndaşlara torpaq sahəsi müəssisələr tərəfindən yaradılmış kooperativlər tərəfindən ayrılırdı. Eyni zamada torpaq sahəsi ayrılsa idi, onun ayrıc aktı da olmalı idi. Ayrıc aktı olmadan adı çəkilən qurum tərəfindən torpaq səhəsinə hər hansı order verilə bilməz. Lakin cavabdehin 1991-ci il tarixdə ona torpaq sahəsinin ayrılması ilə bağlı orderindən məhrum olur ki, bu bağın harada yerləşməsi ilə bağlı yerin ayrıc aktı, plan sxemi vəs torpaqayırma sənədi yoxdur. Üçüncü şəxs məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində göstərmişdir ki, iddiaçılar İddiaçı1 və X6 cavabdehlərə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Belə ki, X1 rayonu, Goradil kəndində yerləşən 2034V nömrəli bağ sahəsinin qanuni mülkiyyətçisidir. X14 ilə iddiaçılar arasında daşınmaz əmlak barəsində hər hansı müqavilə imzalanmamış, həmçinin onun iddiaçılar qarşısında hər hansı öhdəliyi mövcud deyildir. Belə olan halda iddiaçıların üçüncü şəxsin qanuni sahibliyində, istifadəsində və sərəncamında olan torpaq sahəsinə hansı əsaslarla iddia irəli sürməsi anlaşılan deyildir. Bundan əlavə, iddia tərəfi qeyd olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması barədə əsaslı sübut təqdim etməlidir. Belə ki, qeyd olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması müvafiq Çıxarışla əsaslandırılmalıdır. İddia ərizəsində iddia tərəfinin qeyd etdikleri həqiqəti əks etdirmir. K.Sadıqov qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsində meyvə və ya bəzək ağacları əkilməmiş, inşa edilmiş hasar və dəmir qapı mülkiyyətçi X14 tərəfindən inşa edilmiş və quraşdırılmışdır. İş materiallarında olan şəkillərə nəzər saldıqda əyani olaraq görünür ki, fotoşəkillər müəyyən qədər kənardan çəkilmişdir. Ərazidə iddiaçılar və yaxud qeyri şəxslər tərəfindən hər hansı tikinti işləri aparılmamışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Goradil bağlar sahəsindəki 194 nömrəli kooperativin B/S nömrəli orderindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 nömrəli qərarı ilə Görədil bağlar sahəsində 194 nömrəli BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 2034V nömrəli bağ sahəsi X9 ayrılmışdır. İş materiallarında olan RX Seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 2034V nömrəli bağ sahəsinə X8 mülkiyyət hüququ qeydə alınaraq bu barədə onun adına ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. İşdə olan Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 114 nömrəli qərarından görünür ki, Binəqədi Bələdiyyəsinin inzibati ərazisi olan Goradil massivində Süleymanova (Mürşüdlü) Könül Müseyib qızı tərəfindən istifadə edilən bələdiyyə mülkiyyətinə məxsus 600 kv.metr bağ evi torpaq sahəsi onun icarəsinə verilmiş, bu barədə K.Süleymanova ilə xx.xx.2006-cı il tarixli 392 nömrəli müqavilə bağlanmış, müqavilənin müddəti xx.xx.2105-ci il tarixədək müəyyən edilmiş, torpaq sahəsinin situasiya planı müqaviləyə əlavə edilmişdir. İşdə olan Binəqədi rayonu Binəqədi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin bağ kimi istifadə edilməsi üçün icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 396 saylı müqaviləsindən görünür ki, Goradil massivindəki 600 kv.m. torpaq sahəsi xx.xx.2105-ci il tarixədək İddiaçı1 icarəsinə verilmiş, torpaq sahəsinin situasiya planı müqaviləyə əlavə edilmişdir. İddiaçılar hazırda bələdiyyə tərəfindən onların icarəsinə verilmiş torpaq sahələri ilə Bakı Şəhər İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli, 3/318 nömrəli qərarına əsasən X9 Bakı şəhəri, Göradil bağ massivində ayrılmış 0,12 hektar torpaq sahəsinin üst-üstə düşməsinə istinad edərək üçüncü şəxsə verilmiş orderin və qərarın həmin hissədə etibarsız hesab edilməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İddiaçılar hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmasını sübuta yetirə bilmir. Belə ki, iddiaçılar hazırda Binəqədi Bələdiyyəsi tərəfindən onlara ayrılmış torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olmasını iddia etsələr də, iş materiallarında bununla bağlı hər hansı bir sübut mövcud deyil. Məhkəmə qeyd edir ki, məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməklə, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçıların naturada göstərdiyi torpaq sahəsi iş materiallarında olan “Binəqədi Bələdiyəsinin inzibati ərazisi olan Göradil bağ massivində bağ kimi X2 istifadə etdiyi torpaq sahəsinin (600 kv.m)” Situasiya planında və “Binəqədi Bələdiyəsinin inzibati ərazisi olan Göradil bağ massivində bağ kimi İddiaçı1 istifadə etdiyi torpaq sahəsinin (600 kv.m)” Situasiya planında təsvir edilən torpaq sahələri ilə üst-üstə düşürmü?

2. İş materiallarında olan “Binəqədi Bələdiyyəsinin inzibati ərazisi olan Göradil bağ massivində bağ kimi X2 istifadə etdiyi torpaq sahəsinin (600 kv.m)” Situasiya planında və “Binəqədi Bələdiyyəsinin inzibati ərazisi olan Göradil bağ massivində bağ kimi İddiaçı1 istifadə etdiyi torpaq sahəsinin (600 kv.m)” Situasiya planında təsvir edilən torpaq sahələri işdə olan xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planında təsvir edilən Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi, 2034V saylı bağ sahəsi ilə üst-üstə düşürmü?

3. . İş materiallarında olan “Binəqədi Bələdiyyəsinin inzibati ərazisi olan Göradil bağ massivində bağ kimi X2 istifadə etdiyi torpaq sahəsinin (600 kv.m)” Situasiya planında və “Binəqədi Bələdiyəsinin inzibati ərazisi olan Göradil bağ massivində bağ kimi İddiaçı1 istifadə etdiyi torpaq sahəsinin (600 kv.m)” Situasiya planında təsvir edilən torpaq sahələri dövlət, yoxsa bələdiyyə torpaqlarına aiddir? xx.xx.2022-ci il tarixdə ekspert məhkəməyə vəsatət təqdim edərək, ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 63.3-cü maddəsinə və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən "xxxx" MMC-nin mütəxəssis rəyi, baza məlumatları, mübahisəli torpaq sahəsinin faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin təqdim edilməsi xahiş olunmuşdur. Məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə müvafiq sorğular göndərilmiş, İdarə xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bu səbəbdən, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 2034V nömrəli bağ sahəsinin digər fiziki şəxsin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmə halının dəqiqləşdirilməsi mümkün olmamışdır. Həmçinin işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda təkrar bildirilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Belə kı, sözügedən torpaq sahəsinin giriş-çıxış qapısı bağlı olduğundan iddiaçı tərəfindən göstərilən ərazidə ölçü işləri aparılması mümkün olmamışdır. Şərti göstərilən ərazi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (Torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********19) 2034V nömrəli bağ sahəsi kimi 0, 12 hektar torpaq sahəsi X8 xüsusi mülkiyyətinə rəsmiləşdirilmişdir. Mülki iş materiallarının 7-ci səhifəsinə əlavə edilmiş Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən tərtib edilmiş İddiaçı1 adına olan 600 kv.metr torpaq sahəsinin yerləşmə sxemində və mülki iş materiallarının 19-cu səhifəsinə əlavə edilmiş Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən tərtib edilmiş X3 adına olan 600 kv.metr torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinatlar göstərilməməsi səbəbindən sözügedən torpaq sahələrinin sərhədlərini dəqiq olaraq müəyyən etmək və X8 xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0, 12 hektar torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini təyin etmək mümkün olmamışdır. Məsələ ilə bağlı həmçinin torpaq sahəsini ayıran Binəqədi bələdiyyəsinə müvafiq sorğu verilmiş, Bələdiyyə tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş sorğuya cavabda göstərilmişdir ki, Binəqədi qəsəbə Bələdiyyəsinin arxiv materiallarında vətəndaşlar Mürşüdlü (Süleymanova) Könül Müseyib qızı və İddiaçı1 ilə bağ və ya torpaq sahəsinə dair hər hansı formada müqavilə bağlanması və mülkiyyətə ayrılması barədə iş materiallarında sənədləşmə mövcud deyildir. Göründüyü kimi, iddiaçılar təqdim etdikləri qərar, müqavilə və situasiya planına əsasən üçüncü şəxsin adına qeydə alınmış Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 2034V nömrəli bağ sahəsinin onların icarəsinə verildiyini, üçüncü şəxsin isə etibarsız sənəd əsasında həmin torpağa hüququnu qeydə aldırdığını iddia etsələr də, iş materialları ilə həmin torpaq sahəsinin məhz iddiaçıların icarəsinə verilmiş sahə olması öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçılar mübahisəli torpaq sahəsinin onlara ayrılmasını sübut edə bilmirlər, hazırkı məzmunda iddia qaldırmaq üçün səlahiyyətli hesab oluna bilməzlər. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar