Məhkəmə qərarları › İş №2-1(112)-8008/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8008/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8008/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı 3-cü şəxs X3 işə cəlb edilməklə texniki pasporta dəyişiklik edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı X2 məxsus, Bakı şəhəri, Səbail Rayonu, Mirzə Mənsur küçəsi, ev 94 də yerləşən 9, 12 və 14a saylı mənzillərin texniki pasportuna düzəliş edilməklə sanitar qovşaqların təyinatının çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsində 2018-ci ildə 3cü şəxsin iddiası ilə işə baxılmış və iddia qismən təmin olunmaqla cavabdehə üç mənzilinə dair texpasport və çıxarışın verilməsi həvalə olunmuşdur. Lakin, hazırki mübahisə üzrə bu 3 mənzilin daxilində cavabdehin üzərinə həyətdə ümumi sanitar qovşaqları olduğu halda mənzil daxilində sanitar qovşağı parametrləri və təyinatının texpasportda göstərilməsi öhdəliyi qoyulmamışdır. Cavabdeh bunu 3-cü şəxsin istəyi ilə müvafiq icra hakimiyyətinin icazəsi olmadan qanunsuz etmişdir. O, 2016-cı ildən 94 binasında qonşu olmuş, bu hal onun hüquqlarına toxunur. Belə ki, mənzil daxilində istifadə sahələrin əlavə olunması və yerdəyişmə edilməsi qonşuların hüquqları nəzərə alınmaqla icazəsi ilə aparıla bilər. 94 binasının 1-ci və 2-ci mərtəbəsini əks etdirən qoruğ arxiv sxemində 3-cü şəxsə məxsus mənzillərdə sanitar qovşağı təyinatı yoxdur. 3-cü şəxs 2021-ci ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edib ona məxsus 9ª mənzilin daxilindəki sanitar qovşağını bu əsasda sökdürmüşdür. Bu analoji addımı atmasına ona qarşılıqlı əsas verməklə həmçinin məhkəmə təcrübəsini də, iddianın təmin etməsi üçün tətbiq etməyə hüquqi zəmin yaradır. Bu gün isə Bakı İnzibati Məhkəməsində onun iddiası əsasında mənzilinin inzibati sahələrinin qanunauyğunluğunu müəyyən etmək üçün hakim Tural Məlikovun icraatında işə baxılır. Bu işin qarşısını almaq üçün 3-cü şəxs Bakı İnzibati Məhkəmədə təkrar oxşar iddia sürmüş, bu barədə o, hakim Emin Abdullayevi xəbərdar etsə də, o onu eşitməmişdir. 3-cü şəxsin eyni iş üzrə qarşılıqlı iddia vermək hüququ yoxdur. Lakin, yeni iddia qaldırmaq hüququnu heçkim onun əlindən ala bilməz. O, 2018-ci il işi üzrə 3-cü şəxs qismində cəlb olunmaq istəmiş, təmin olunmamışdır. Bu vəziyyətdə narazılıqlarından qanunvericiliyin icarə verdiyi həddə 1 element üzrə qarşılıqlı iddiasına baxılmalıdır. Həmçinin, digər şəxslərin qanuni mənafelərinə toxunan inzibati orqanlar tərəfindən qəbul edilən müəyyən aktlar və rəsmi sənədlər (hətta bu aktlar və sənədlər məhkəmə qərarı ilə müşayət olunmuşsa belə), qanunsuz tərtib olunmuşsa bu səbəbdən yeni qərarla bu sənədlərə düzəliş edilməklə yenisi ilə əvəz edilməsi təmin edilə bilər. Bu əsasda o, inzibati məhkəmədə ilkin olaraq iddia qaldırmaqla qarşılıqlı iddiasının eyni işdə olmasada eyni hakim (Emin Abdullayev) tərəfindən yeni saylı işdə baxılmasını təmin edilməsi iddiası prosessual qənaət və məlumatlılığı səbəbindən tam qanunauyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı ərizə təqdim edilərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş **********33 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində bildiririk ki, daşınmaz əmlakın dövlət reyestrində müvafiq əmlaka dair cari dəyişikliklər hüquq sahibi, onun tərəfindən vəkil edilmiş şəxs, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin müraciətləri əsasında edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8008/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbi barəsində hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə hazırlıq iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3663/2025 nömrəli xx.xx.2026-cı il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, həmin iş üzrə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: İddiaçı) Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9A saylı mənzilinə dair xx.xx.2016-cı ildə və xx.xx.2021-ci ildə qanunsuz tərtib edilmiş texniki pasportların sanitar qovşaqlar hissəsində ləğv edilməsi və xx.xx.2016-cı ildə İddiaçı adına aparılan reyestr qeydiyyatında 1 kv.metr sahə ilə bağlı düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sözügedən qərarına əsasən iddiaçı X1 iddia tələbi təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, “Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi çoxmənzilli binanın sakinlərinin ümumi mülkiyyətində olan əmlakın hər hansı sakin tərəfindən özününküləşdirilməsinə və özgəninkiləşdirilməsinə yolverilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/2566 saylı ekspert rəyində üçüncü şəxsin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9A saylı mənzilinə dair xx.xx.2016-cı ildə və xx.xx.2021-ci ildə tərtib edilmiş texniki pasportlarda yerləşmə mövqeyinə görə mənzilin tərkib hissəsi olmayan və hər iki texniki pasportda qeyd olunmuş “sahəsi 1 kv.metr olan sanitar qovşağı” əks olunmuşdur. Sözügedən “sahəsi 1 kv.metr olan sanitar qovşağı” üçüncü şəxsə məxsus RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan mənzilin ümumi sahəsinə daxil edilmişdir və iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Ekspert rəyindən də görünür ki, hazırda mübahisə predmetini təşkil edən sanitar qovşaq üçüncü şəxsin mülkiyyətində olan mənzilin tərkib hissəsi deyildir. Həmin sanitar qovşaq binanın birinci mərtəbəsində yerləşir. Buradan belə nəticə çıxır ki, həmin sanitar qovşaq binanın sakinlərin ümumi istifadəsində olan hissəsinə, yəni bina sakinlərinin ümumi müılkiyyətinə aiddir. Belə olan halda həmin tikilinin üçüncü şəxsin mənzilinin tərkib hissəsi kimi texniki pasporta daxil edilərək üzərində üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınması əsaslı hesab edilə bilməz.” Göründüyü kimi, tərəflər arasındakı mübahisəyə (mübahisə predmetini təşkil edən sanitar qovşaqla bağlı) artıq digər inzibati məhkəmə icraatı qaydasında bir dəfə hüquqi qiymət verilmiş və qərar hazırda qanuni qüvvəsini almamışdır. Lakin, buna baxmayaraq iddiaçı eyni predmet üzrə hazırki iddia tələbini irəli sürmüşdür. Qeyd edilməlidir ki, hazırki mübahisəyə yuxarıda qeyd edilən inzibati iş üzrə hüquqi qiymət veriləcəyindən (qərar hazırda qüvvəsini almamışdır) iddiaçının tələbinə ayrıca inzibati icraat qaydasında baxılmasına lüzum yoxdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflər arasındakı mübahisəyə başqa inzibati məhkəmə icraatı qaydasında baxılaraq hüquqi qiymət veriləcəyindən və iddiaçı həmin iş üzrə üçüncü şəxs olduğundan və beləliklə tərəflər arasındakı eyni predmet üzrə mübahisəyə təkrar ayrıca inzibati məhkəmə icraatında baxılmasına zərurət olmadığından iddia tələbi mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki: 15.1-ci bəndinə əsasən, məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər; 15.2-ci bəndinə əsasən - tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri), tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. 15.3-cü bəndinə əsasən - prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 15.4-cü bənində əsasən - İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 15.5-ci bəndinə əsasən - İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.; 15.6-cı bəndinə əsasən - qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar