Məhkəmə qərarları › İş №2-1(112)-8014/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8014/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8014/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxslər X9, X4, X10 cəlb olunmaqla) qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X9, X4, X10 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9, X4, X2 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, hazırda mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 48, 88 saylı mənzil mərhum atası X3 məxsus olmuşdur. 11 mart 2006-cı il tarixdə mənzildə pasport qeydiyyatında olan qardaşı X9, bacısı X5 və anası X1 40 saylı Dövlət Notariat kontorunda bu mənzilin ona bağışlanmasına dair müvafiq razılıq ərizəsi vermişlər. Bundan sonra xx.xx.2006-cı ildə DƏDRX tərəfindən verilmiş ******* saylı Çıxarış əsasında mənzili xüsusi mülkiyyətinə keçirmişdir. Xüsusi ilə qeyd edir ki, bacısı X4 1998-ci il tarixdə ailə həyatı quraraq gəlin köçmüş, qardaşı X9 isə 2000-ci ildə ailə quraraq xüsusi mülkiyyətində olan mənzili tərk etmişdir. Həmin tərixlərdən indiyə kimi bacısı Təravət Əbdülova, oğlu X10 və qardaşı X9 ümumiyətlə bu mənzildə yaşamamış və yalnız formal olaraq pasport qeydiyyatında qalmışlar. X6 və qardaşı Eldəniz Rzayevin daimi yaşayış ünvanları var. Onların iddiaçının xüsusi mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda olmaları bir çox hüquqi çətinliklər yaratdığı üçün məcburiyyət qarşısında qalaraq onların pasport qeydiyyatından çıxmaları üçün Xətai rayon Polis İdarəsinə rəsmi müraciət etsə də, bundan imtina olunmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi üçüncü şəxslərin qeydiyyatda olduğu Bakı şəhəri, İnqilab İsmayılov küçəsinə yerləşən 48 saylı evin 88 saylı mənzilinə göndərilmiş, lakin həmin bildirişlər poçt idarəsi tərəfindən zərfin üzərində “bu ünvanda yaşamır” sözləri qeyd olunaraq məhkəməyə geri qaytarılmışdır. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 22 aprel 2006-cı il tarixli ********* qeydiyyat nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsinə istifadədə olan 0.0755 ha torpaq sahəsində yerləşən 48 №li, 9 mərtəbəli binanın 5-ci girişində, 8-ci mərtəbəsində yerləşən, 61.52 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 88 №li mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına hüquqi qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ******* №li arayışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X12, xx.xx.2001-ci il təvəllüdlü X14, xx.xx.1955-ci il təvəllüdlü X1, xx.xx.1978-ci il təvəllüdlü X9, xx.xx.2003-cü il təvəllüdlü X13, xx.xx.1951-ci il təvəllüdlü X7, xx.xx.1974-cü il təvəllüdlü X4, xx.xx.1998-ci il təvəllüdlü X10 xx.xx.2005-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadırlar. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 101-16058R-3221 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, X9, X4, X2 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq məhkəməyə müraciət edilməsi bildirilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması dövründə ünvan 4 ünvanında yerləşən 88 saylı mənzilin halhazırda kimin mülkiyyətində olmasına dair məlumatı və buna dair sənədlərin, həmçinin İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* saylı **********26-05101-093001 reyestr nömrəli Çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan 30 iyul 2021-ci il tarixli cavab məktubunda Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 48 ünvanda yerləşən 88 saylı mənzilin İddiaçı adına qeydiyyatdan keçdiyi və hazırda mülkiyyətində olduğu bildirilmiş və tələb olunan çıxarışın verilməsinə əsas olmuş sənəd məhkəməyə ünvanlanmışdır. Təqdim olunan 11 mart 2006-cı il tarixli mənzilin bağışlanılmasına dair müqavilədən görünür ki, X8 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən 07 mart 2006-cı il tarixli, 30/4339 №li arayışa əsasən özünə məxsus olan mənzili İddiaçı hədiyyə etmişdir. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 48 ünvanında yerləşən 88 saylı mənzil İddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxslər X9, X4, X10 iddiaçının anası, bacısı və qardaşıdır. Lakin qeyd olunan şəxslərin özlərinə məxsus mənzilləri vardır, bacısı ümumiyətlə qeyd olunan mənzildə yaşamamış və yalnız formal olaraq pasport qeydiyyatında qalmışlar. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxslərin ona məxsus mənzildə yaşamaması, qeydiyyatlarının formal olmaları ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X9, X4, X10 iddiaçıya məxsus ünvan 3 ünvanında yaşamadığı halda üçüncü şəxslərin həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxslərin Bakı şəhəri, Xətai rayonu, 1956-1989-cu məhəllə İnqilab İsmayılov küçəsi (keçmiş Ə.Cavad küçəsi), 48, mənzil 88 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X9, X4, X2 İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 48 saylı evin 88 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar