Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8018/2025 29.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və vəkili Nümayəndə Zəruri cəlb edilmiş üçüncü şəxs X19 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Xətai rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2/2370 saylı, xx.xx.1998-ci il tarixli qətnaməsi ilə X15 olaraq mənə verilməsi nəzərdə tutulan yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993-cü il tarixində anadan olub. xx.xx.1993-cü il tarixində ona Xətai rayon VVAQ şöbəsi tərəfindən 1843 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2/2370 saylı xx.xx.1998-ci il tarixli qətnaməsi ilə həmin doğum haqqında şəhadətnamə ləğv edilmiş, X15 olaraq mənə yeni doğum haqqında şəhadətnamənin verilməsi qərara alınmışdır. Lakin yeni şəhadətnamə verilməmiş valideynləri tərəfindən Rusiya Federasiyasına aparılmış və orada ləğv edilmiş 1843 nömrəli doğum haqqında şəhadətnamə əsasında vəsiqə verilmişdir. Hazırda o, Rusiya Federasiyası vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmaya dair ********* qeydiyyat nömrəli elektron arayışa əsasən ünvan 1 ünvanında qeydiyyata alınıb. Xətai rayon VVAQ şöbəsi tərəfindən verilmiş 1843 nömrəli doğum haqqında şəhadətnaməsi itirilmişdir. İtirilmiş şəhadətnamənin və X15 olaraq mənə verilməsi nəzərdə tutulan yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə Xətai rayon Qeydiyyat Şöbəsinə müraciət edilsə də, əvvəl şifahi olaraq bundan imtina edilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində cavabdehə təkrar 048 saylı yazılı müraciət edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-A-288 saylı cavab məktubu ilə bundan imtina edilmişdir. Cavabdeh imtinasını aşağıdakı kimi əsaslandırmışdır: “İddiaçı Rafayıl qızı barəsində uşaq qrafasında adı "İddiaçı Rafayıl qızı doğum tarixi "xx.xx.1993-cü il", atası "X20 və anası "X16 olmaqla Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 1843 saylı xx.xx.1993-cü il tarixli doğum haqqında akt qeydi tərtib edilmiş və həmin akta əsasan XVİİ-JQ seriyalı 372068 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı Rafayıl qızının 1843 saylı, xx.xx.1993-cü il tarixli doğum haqqında akt qeydi və 194 saylı, xx.xx.1994-cü il tarixli atalığı müəyyən etmək haqqında akt qeydi Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2/2370 saylı xx.xx.1998-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Həmin qətnaməyə əsasən uşaq qrafasında adı "X17” doğum tarixi "xx.xx.1993-cü il", atası "X12 anası "X19" olmaqla Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 166 saylı, xx.xx.1998-ci il tarixli doğum haqqında bərpa akt qeydi tərtib edilmiş və İ-AZ seriyalı 001302 nömrəli doğum haqqında ilkin şəhadətnamə verilmişdir. Bizə ünvanlanmış müraciətinizdə həmin şəxsə məxsus olmuş hər iki doğum haqqında şəhadətnamələrinin surətinin və şəhadətnamələrin verilməsi üçün əsas olan sənədlərin surətlərinin əldə edilməsinə köməklik edilməsini xahiş etmisiniz. Bildiririk ki, xahişinizn qeydiyyat şöbəsi tərəfindən təmin edilməsi mümkün deyil. Belə ki, İddiaçı Rafayıl qızı kimi tərtib edilmiş 1843 saylı, 15.06. 1993-cü il tarixli doğum haqqında akt qeydi Nərimanov rayon məhkəməsinin 2/2370 saylı, xx.xx.1998-ci il tarixi qətnaməsinə əsasən ləğv olunduğundan həmin akt qeydinə münasibətdə hər hansı bir sənədin eləcə də doğum haqqında şəhadətnamənin surətinin verilməsi mümkün deyil. Habelə, həmin şəxsin adına X1 tərtib edilmiş doğum haqqında akt qeydinə uyğun olaraq şəhadətnamənin surətinin verilməsi qanunvericiliyin tələbinə əsasən mümkün deyil. Bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 okytabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.14-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir. Xətai rayon qeydiyyat şöbəsi tərəfindən X9 adına tərtib edilmiş 166 saylı xx.xx.1998-ci il tarixli doğum haqqında bərpa akt qeydində akt qeydi ilə təqdim etdiyiniz İddiaçı adına Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş RUS 66№ ******* nömrəli, xx.xx.2022-ci il tarixli pasport arasında ziddiyyət mövcud olduğuna görə doğum haqqında şəhadətnaməsinin surətinin verilməsi mümkün deyil. Eyni zamanda bldiririk ki, yuxarıda qeyd olunan doğum haqqında akt qeydlərinə əsasən tərtib edilmiş doğum haqqında şəhadətnamələrin verilməsi üçün əsas olan sənədlər şöbəmizin arxivində mövcud deyil.” Hesab edilir ki, cavabdehin belə imtinası qanunsuz olmuşdur.
3. Cavabdeh tərəfindən iddiaçıya verilmiş qeyd edilən məzmunda imtina iş materiallarına əlavə edilmişdir.
4. xx.xx.1993-cü il tarixli XVİİ-ЖГ seriyalı 372068 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1993-cü ildə anadan olmuş İddiaçı Rafayıl qızının atası X20, anası X10r.
5. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.1998-ci il tarixli məhkəmə qətnaməsinə əsasən 03 may 1993-cü il tarixdə anadan olmuş Ziba adlı uşaq X6 alınıb X13 verilməsi iddiası təmin edilməmiş; 15 iyun 1993-cü il tarixli XVİİ-ЖГ seriyalı 372068 nömrəli Doğum haqqında şəhadətnamə ləğv edilmiş, X11 X14 ilə birgə nikahdan 03 may 1993-cü ildə Bakı şəhərində Ziba adlı uşağın olmasına dair doğum haqqında şəhadətnamə verilməsi Xətai rayon VVAQ şöbəsinə tapşırılmış; 03 may 1993-cü ildə anadan olmuş Ziba adlı uşaqla anası X11 hər həftənin cümə, şənbə və bazar günləri nahar fasiləsindən sonra 18-dək görüş verilmişdir.
6. Həmin qətnaməyə əsasən İddiaçı Rafayıl qızının 1843 saylı, xx.xx.1993-cü il tarixli doğum haqqında akt qeydi və 194 saylı, xx.xx.1994-cü il tarixli atalığı müəyyən etmək haqqında akt qeydi ləğv olunmuş, uşaq qrafasında adı "X17” doğum tarixi "xx.xx.1993-cü il", atası "X12 anası "X19" olmaqla Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 166 saylı, xx.xx.1998-ci il tarixli doğum haqqında bərpa akt qeydi tərtib edilmiş və İ-AZ seriyalı 001302 nömrəli doğum haqqında ilkin şəhadətnamə verilmişdir.
7. Beləliklə, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.1998-ci il tarixli məhkəmə qətnaməsi icra olunmuşdur.
8. Məhkəmənin sorğusuna əsasən İddiaçı Rafayıl qızının və X8 qeyd edilən doğum haqqında akt qeydlərinin təsdiq edilmiş surəti cavabdeh Xətai rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Doğum akt qeydləri qeyd edilən məzmunda icra olunmuşdur.
9. İddiaçı Rafayıl qızına Rusiya Federasiyası vətəndaşının pasportu verilmişdir.
10. İddiaçı Rafayıl qızının adına Rusiya Federasiyası ərazisində işlədiyi yerlərdən verilmiş müsbət xasiyyətnamələr məhkəməyə təqdim edilmişdir.
11. Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən İddiaçı Rafayıl qızının adına verilmiş arayışlara əsasən İddiaçı Rafayıl qızının doğumu və adının dəyişdirilməsi barədə vətəndaşlıq vəziyyəti aktlarında hər hansı qeyd mövcud deyildir.
12. X7 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: - ...X5
13. X12 və X19 məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər.
14. Məhkəmənin əvvəlki iclasında iştirak edən X12 iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı Rafayıl qızının bioloji atasıdır və icra olunmuş məhkəmə qətnaməsinə əsasən X2 bərpa edilmiş doğum haqqında akt qeydinin qızına verilməsini məhkəmədən xahiş edir. Hesab edir ki, iddia tələbi təmin edilməlidir.
15. Məhkəmə iclasında iştirak edən X19 və onun vəkili iddia tələbinə etiraz edərək bildirdilər ki, İddiaçı Rafayıl qızının bioloji anasıdır. Qeyd edilən Nərimanov rayon məhkəməsinin qətnaməsi onun iddia tələbi əsasında qəbul edilib və daha sonra icra olunub. Lakin məhkəmə qətnaməsi de jure icra olunmuş olsa da, de fakto icra olunmayıb. Belə ki, X20 və X16 həmin qətnamə qəbul ediləndən sonra qızını özləri ilə Rusiyaya qaçırıb. xx.xx.1993-cü il tarixli XVİİ-ЖГ seriyalı 372068 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1993-cü ildə anadan olmuş İddiaçı Rafayıl qızı atası X20, anası X3 bugünə kimi yaşayıb, o dəfələrlə qızının dalınca gedib onu qaytarmağa cəhd göstərsə də, cəhdləri alınmayıb. Qızı 16 yaşı olanda da dalınca Rusiya Federasiyasına getmiş, lakin qızı onu anası kimi qəbul etmədiyini bildirmiş və Rusiyada “İddiaçı Rafayıl qızı” kimi yaşamağı seçmişdir. Bu səbəbdən uzun illər keçəndən sonra qızının Azərbaycana qayıdaraq X2 doğum haqqında şəhadətnaməsini əldə etməsini anlamır və buna etiraz edir. Hesab edir ki, eyni adamın adına iki fərqli ad, soyad və ata adı olmaqla sənəd verilə bilməz və Zibanın məkrli planlarının olduğuna inanır. Hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əlavə olaraq bildirir ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qətnaməsinin yeni açılmış hallarla əlaqədar ləğv edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmiş, hesab edir ki, həmin ərizə üzrə yekun qərar qəbul edilənə qədər iş üzrə icraat dayandırılmalıdır.
16. Məhkəmə hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 437.2.3-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı ərizənin iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi haqqında qərardad təqdim edilmədiyindən vəsatətin təmin edilməsi üçün əsas yoxdur.
17. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
18. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verdi.
İİ. İddianın növü və mümkünlüyü
19. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. İddiaçı məhkəmə qətnaməsinə əsasən artıq tərtib edilmiş doğum haqqında bərpa akt qeydinə əsasən doğum haqqında təkrar şəhadətnmənin verilməsini tələb edir, yəni iddia tələbi qətnamənin icrası ilə bağlı deyil. Belə ki, həmin qətnamə artıq icra olunub və akt qeydləri mövcuddur. Odur ki, iddia mümkündür.
21. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
İV. Məhkəmənin mövqeyi
22. Məhkəmə qeyd edir ki, öz mənşəyindən xəbərdar olmaq hüququ X32 Konvensiyasının 8-ci maddəsinə əsasən “şəxsi həyata hörmət” hüququ ilə əhatə olunur. Belə ki, şəxsin mənşəyi barədə məlumatlarla tanış olmasına imkan yaradılması mürəkkəb və həssas məsələdir və şəxsin öz fərdi tarixçəsini bilmək hüququ vardır.
23. Mülki Məcəllədən: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. 26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. 26.6. Başqa şəxsin adı ilə hüquq və vəzifələr əldə edilməsinə yol verilmir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 okytabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”ndan: 1.14. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti akt qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir.
25. X12 və X9 iddiaçının bioloji valideynləri olması, eləcə də Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qətnaməsinə əsasən İddiaçı Rafayıl qızının 1843 saylı xx.xx.1993-cü il tarixli doğum haqqında akt qeydinin və 194 saylı xx.xx.1994-cü il tarixli atalığı müəyyən etmək haqqında akt qeydinin ləğv olunması, uşaq qrafasında adı "X17” doğum tarixi "xx.xx.1993-cü il", atası "X12”, anası "X19" olmaqla Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 166 saylı xx.xx.1998-ci il tarixli doğum haqqında bərpa akt qeydi tərtib edilməsi işin mübahisəsiz halıdır. Buna baxmayaraq, həmin akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 okytabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.14-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir. Xətai rayon qeydiyyat şöbəsi tərəfindən X9 adına tərtib edilmiş 166 saylı xx.xx.1998-ci il tarixli doğum haqqında bərpa akt qeydində akt qeydi ilə təqdim edilən İddiaçı adına Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş RUS 66№ ******* nömrəli xx.xx.2022-ci il tarixli pasport arasında ziddiyyət mövcud olduğuna görə doğum haqqında şəhadətnaməsinin surətinin verilməsi mümkün deyil.
26. Odur ki, qeydiyyat orqanında İddiaçı Rafayıl qızının məhz doğum haqqında bərpa akt qeydi tərtib edilmiş X17 olmasına (yəni şəxsin özü olmasına) dair hər hansı şübhə olmamışdır. Qeyd edilənlərə əsasən barəsində müvafiq vətəndaşlıq vəziyyəti akt qeydi tərtib olunmuş şəxs olaraq doğum haqqında təkrar şəhadətnamənin ona təqdim edilməməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
27. Məhkəmə qeyd edir ki, məhkəmə iddia tələbinin ifadə tərzi ilə bağlı deyil və iddiaçının hüquqi marağı uşaq qrafasında adı "X17” doğum tarixi "xx.xx.1993-cü il", atası "X12”, anası "X19" olmaqla Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 166 saylı xx.xx.1998-ci il tarixli doğum haqqında bərpa akt qeydi əsasında İddiaçı təkrar doğum haqqında şəhadətnamə verilməsində ifadə olunur. 28.Məhkəmədə iddiaçının Rusiya Federasiyası ərazisində cinayət təqibinə məruz qalması barədə hər hansı məlumat mövcud deyildir. Bununla belə, məhkəmə hesab edir ki, səlahiyyətli dövlət qurumları İddiaçı doğum haqqında bərpa akt qeydi əsasında X4 təkrar şəhadətnamə verilməsi barədə məlumatlandırılmalıdırlar.
29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Uşaq qrafasında adı "X17” doğum tarixi "xx.xx.1993-cü il", atası "X12”, anası "X19" olmaqla Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 166 saylı xx.xx.1998-ci il tarixli doğum haqqında bərpa akt qeydi əsasında İddiaçı təkrar doğum haqqında şəhadətnamə verilməsi vəzifəsi cavabdeh Xətai rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Məhkəmə qərarı məlumat üçün Daxili İşlər Nazirliyinin Baş pasport, qeydiyyat və miqrasiya idarəsinə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva