Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8019/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Qarayevanın sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanılmasına sərəncam verilməsi” tələbinə dair iddiası üzrə inzibatı mübahisəyə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 binanın 80 mənzilinə dair kirayə müqaviləsinin iddiaçının adına bağlanılmasına sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 binanın 80 saylı mənzilində 1994-cü ildən pasport qeydiyyatında olmaqla yaşayır. Mənzilə dair bütün kommunal xərcləri ödəyir. Həmin binanın 80 saylı mənzili binanın əvvəllər məxsus olduğu Bakı Baştikinti Mənzil Kommunal İdarəsinin 19 may 1994-cü il tarixli, 729 saylı orderi əsasında 2 nəfər ailə üzvü ilə birlikdə (özü və oğlu -X3) istifadəsinə verilmişdir. Belə ki, 2003-cü ilin əvvələrindən yaşadıqları bina Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Cavabdeh təşkilat tərəfindən bina sakinlərinin əksəriyyətinə yaşadıqları mənzillərə dair adlarına kirayə müqaviləsi bağlanılmışdır və həmin kirayə müqaviləsi əsasında bir çox mənzillər özəlləşdirilmişdir. Kirayə müqaviləsi bağlanılması üçün müraciətinə Departamentin xx.xx.2022-ci il tarixli, Q-17 saylı məktubu ilə bildirilmişdir ki, "Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi müəyyən edilmiş normaya əməl edilməklə müəssisənin müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarına əsasən vətəndaşa mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. ünvan 1 ünvanda yerləşən yataqxana binasında 80 saylı otağın istifadənizə verilməsi ilə bağlı binanın əvvəllər məxsus olduğu “Bakıbaştikinti" Mənzil Kommunal İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixli, 729 saylı orderin verilməsinə əsas olan müəssisənin müdiriyyəti və həmkarlar komitəsinin birgə iclas protokolundan çıxarışın təsdiq olunmuş surəti ərizənizə əlavə edilmədiyindən xahişinizi təmin etmək mümkün olmamışdır. Yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Ona görə də, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnuzdan istifadə edə bilərsiniz". Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998ci il tarixli, 254 saylı Sərəncamı ilə əvvəllər Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinə məxsus olmuş, ünvan 2 ünvanda yerləşən ailəvi yataqxana binası Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Göstərilənlərə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaşadığı mənzilə dair kirayə müqaviləsinin bağlanılmasına sərəncam verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanlanmış yazılı etirazda bildirilmişdir ki, iddiaçı X1 yaşadığı mənzilə öz adına kirayə müqaviləsinin bağlanması barədə ərizə ilə Departamentə müraciət etmiş, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, Q-17 saylı məktubu ilə cavab verilərək ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 107ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi müəyyən edilmiş normaya əməl edilməklə müəssisənin müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarına əsasən vətəndaşa mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. ünvan 1 ünvanda yerləşən yataqxana binasında 80 saylı otağın istifadəsinə verilməsi ilə bağlı binanın əvvəllər məxsus olduğu “Bakıbaştikinti” Mənzil Kommunal İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixli, 729 saylı orderin verilməsinə əsas olan müəssisənin müdiriyyəti və həmkarlar komitəsinin birgə iclas protokolundan çıxarışın təsdiq olunmuş surəti ərizəsinə əlavə edilmədiyindən xahişini təmin etmək mümkün olmamışdır. Yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Ona görə də, ərizəçi İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin qanuni və əsaslı olduğundan təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi isə yazılı etirazı müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları Azərbaycan Respubikası İPM-nin 58.7-ci maddəsinin tələblərinə müvafiq tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir kı, iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Q-17 saylı imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi müəyyən edilmiş normaya əməl edilməklə müəssisənin müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarına əsasən vətəndaşa mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. ünvan 1 ünvanda yerləşən yataqxana binasında 80 saylı otağın istifadəsinə verilməsi ilə bağlı binanın əvvəllər məxsus olduğu “Bakıbaştikinti” Mənzil Kommunal İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixli, 729 saylı orderin verilməsinə əsas olan müəssisənin müdiriyyəti və həmkarlar komitəsinin birgə iclas protokolundan çıxarışın təsdiq olunmuş surəti ərizəsinə əlavə edilmədiyindən xahişini təmin etmək mümkün olmamışdır. Yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Ona görə də, İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş sənədlər: - İddiaçı adına Bakl Baş Tikinti Mənzil Kommunal İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 729 nömrəli orderə əsasən onun Mənzil Kommunal İdarəsində mühasib vəzifəsində işlədiyindən ona Əbilov qəsəbəsində, 830 keçid, ev 4, 80 nömrəli mənzil 4 nömrəli Yataqxanasında yeddinci mərtəbədə iki otaqlı mənzil (iki tərkibli ailə olaraq o və oğlu X4) verilmişdir. - İddiaçı verilmiş Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 122 saylı mənzil kommunal istismar sahəsinin 07 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən o, həqiqətən Sadıqcan küçəsindəki 4 nömrəsi, 9 mərtəbəli evin 8-ci mərtəbəsində 24,0 kv.m. sahəsi olan 2 otaqlı 80 nömrəli mənzilində yaşayır. Mənzilin şəraiti kommunal, bina 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsusdur. Ailəsi iki nəfərdən ibarətdir. Daimi qeydiyyatda olanlar: 1955-ci il təvəllüdlü İddiaçı və 1984-cü il təvəllüdlü X4 xx.xx.1994-cü il tarixdən qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən ünvan 3 ünvanında xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 qeydiyyatdadırlar. - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 251 nömrəli, xx.xx.1998-ci il tarixli Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin ailəvi yataqxanalarının yerləşdikləri ərazilər üzrə rayon mənzil-kommunal təsərrüfatı birliklərinin balansına verilməsi haqqında Sərəncamına əsasən iddiaçının yaşadıgı Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olan ailəvi yataqxana mənzil fonduna keçirilmişdir. Məhkəmə, mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarına əsasən qənaətini əsaslandırır: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edlməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 1994-cü ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icraədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Bakı ŞİH Başçısının xx.xx.2000-ci il tarixli 154 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nizamnaməsi”nin 2.4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə nəzərdə tutulmuş kirayə (icarə) müqaviləsinin dəyişdirilməsi, rəsmiləşdirilməsi tədbirlərinin (işlərinin) yerinə yetirilməsi Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentin vəzifələri sırasına daxildir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı adına BakıBaş Tikinti Mənzil Kommunal İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixli, 729 nömrəli order verildiyindən, yaşayış sahəsində onunla oğlundan başqa şəxslər yaşamadığından, MKİS-nin qeydiyyat kartockasına əsasən 1994-cü ildən həmin mənzildə yaşadığından, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən həmin ünvanda qeydiyyatda olduğundan, habelə onun həmin mənzildə yaşaması üçüncü şəxslərin hüquqlarını pozmadığından (bu barədə məhkəmə icraatında heç bir dəlil, sübut gətirilməmişdir), cavabdehin iddiaçıya mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi”ndən imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati atın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə Məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ilə ünvan 2 binanın 80 mənzilinə dair kirayə müqaviləsinin bağlanılmasına sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsının 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ilə ünvan 2 binanın 80 mənzilinə dair kirayə müqaviləsinin bağlanılmasına sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8019/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8019/2022
10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver