Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-803/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin dərəcəsinin təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin oktyabr ayından xx.xx.2023-cü il tarixədək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2021-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı travma almışdır. Aldığı travma ilə əlaqədar aparılmış müalicələr nəticə verməmiş və DSX Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 1596 №-li qərarına əsasən “Sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlıdır” hesab olnaraq “xəstəliyə görə” maddəsi ilə ehtiyata buraxılmış (Diaqnoz: 1) (S83.7) Hər iki diz oynağının medial meniskinin arxa buynuzunun Grade İİİ yırtığına görə xx.xx.2021-ci il tarixdə aparılmış (Z98.8) “Sol diz oynağının artroskopik meniskektomiyası” və xx.xx.2022-ci il tarixdə aparılmış (Z98.8) “Sağ diz oynağının medial meniskinin arxa buynuzunun açıq üsulla rezeksiyası” cərrahi əməliyyatlarından sonrakı vəziyyət, (M23.2) ön və arxa çarpaz, medial və lateral kollateral bağların tamlığının pozulması, funksiyaların mülayim dərəcədə pozulması ilə. 2) (K76.0) Qaraciyərin piy distrofiyası.) Ehtiyata buraxıldıqdan sonra Azərbaycan Respublikası TƏBİB “Azərbaycan X2 və Ortopediya” İnstitutu publik hüquqi şəxsdə müayinə olunmuş və ona “Hər iki diz oynağının travmasından sonrakı vəziyyəti, Hər iki diz oynağı medikal mediskinin Graddle 3 yırtığı. Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının tamlığının pozulması. Hər iki diz oynağının qeyri stabilliyi. Ağrılı oynaq. Hər iki diz oynağının İV mərhələ deformasiyası qalıcı qol artrozu kəskin 1-ci, hər iki aşağı oynağın hərəkət funksiyasının pozğunluğu, yerişin çətinləşməsi” xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək TƏBİB-nin X4 müalicədə olmuşdur. Diaqnoz: Hər iki diz oynağının travmadan sonrakı vəziyyəti və.s. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Qax RMX-da müalicədə olmuş (diaqnoz: iki tərəfli postravmatik qonartroz medikal mediksin ektomiyası və. s.), xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək isə Qax RMX-da müalicədə olmuşdur: Diaqnoz: Hər iki dizin defektiv postravmatik qonartrozu, 4-cü mərhələ 2-ci dərəcəli və.s. Səhiyyə Nazirliyinin Azərbaycan X2 və Ortopediya İnstitutu publik hüquqi şəxsdə müayinədə olmuşdur. Diaqnoz: Hər iki diz oynağının travmadan sonrakı vəziyyəti hər iki diz oynağının medikal meniskinin Gradle 3 yırtığı və.s. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Respublika Klinik Xəstəxanasında müayinə və müalicədə olmuşdur. Diaqnoz: Bel-oma fəqərələrinin disklərin radinulopatyası. Aşağı ərtafların paraparizi. Gərginlik baş ağrısı. Diz qapağının dislokasiyası artrozkopyanın menisktopiyası cərrahı əməliyyatdan sonrakı vəziyyət. Diz oynaqlarının ön və arxa xaçabənzər bağının gərilməsi. Hər iki diz oynağının kontrakturası çanaq oynaq funksiyası ləngimə tipli pozulması. Müalicələrdən sonra ona əlilliyinin təyin olunması üçün qeydiyyatda olduğu yer üzrə poliklinika tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilmişdir. Lakin ona əlillik təyin olunmasından imtina edilmişdir. İmtinanın səbəbi isə təyin olunmuş diaqnozun əlillik əlaməti təyin etməsi göstərilmişdir. İmtina ilə razı deyil. Cavabdeh tərəfindən ona əlillik qrupu təyin edilməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” barədə iddia tələbi üzrə İddiaçı əyani müayinə olunması üçün 01 (bir) ay müddət təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” barədə iddia tələbi üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-3- 18041/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0001 saylı göndərişə əsasən xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Meniskin təzə cırılması, Hər iki diz oynağının medial meniskinin yırtığı (Grade İİİ). Diz oynağının bur neçə elementinin tramvası, hər iki diz oynağının ön və arxa çarpaz bağları yan bağlarının tamlığının poz-nın hər iki medial nenisklərin yltlğı ilə müştərək rast gəlinməsi diaqnozu ilə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir.” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0002 saylı göndərişə əsasən xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Meniskin təzə cırılması, Hər iki diz oynağının medial meniskinin yırtığı (Grade İİİ). Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən Diaqnozun mətni: sonrakı vəziyyət, sol tərəfli endoskopik (xx.xx.2021) və sağ tərəfli (xx.xx.2022) açıq medial meniskektomiya əməliyyatlarından sonrakı vəziyyət.” diaqnozu ilə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Zaqatala Rayon Mərkəzi Xəstəxana tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si R00128277YHE, göndəriş tarixi xx.xx.2023-cü il) göndərişi verən müəssisədə xx.xx.2023-cü il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2021-ci il tarixdən (xroniki; orta ağır) müəyyən edilmişdir. Əsas diaqnoz: S83.2 Meniskin təzə cırılması, Hər iki diz oynağının medial meniskinin yırtığı (Grade İİİ) Ağırlaşmalar: M24.5 Oynaqların kontrakturası, Hər iki diz oynağının bükücü konturakturası R52.0 Kəskin ağrı, Ağrılı oynaq M23.5 Diz oynağının xroniki qeyri-stabilliyi, Hər iki diz oynağının mülayim dərəcədə daha çox sağda ifadə olunmuş qeyri stabilliyi. Diz oynağı bağlarının və qığırdağının təzahür edən zədələnməsi. Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Ap-ş sol tərəfli endoskopik (xx.xx.2021) və sağ tərəfli (xx.xx.2022) açıq medial meniskektomiya əməliyyatlarından sonrakı vəziyyət. S83.5 Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının tamlığının pozulması S83.7 Diz oynağının bir neçə elementinin travması, Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının yan bağlarının poz-nın hər iki medial menisklərin yırtığı ilə müştərək rast gəlinməsi M17.2 İkitərəfli posttravmatik qonartroz, İki tərəfli postravmatik deformasiyaedici qonartroz İV mərhələ R26.2 Başqa rubrikalarda təsnif olunmayan yerin çətinləşməsi, dayaq hərəkət funksiyasının pozulması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininxx.xx.2024-cü il tarixli 3-17-4/2- 21942/2024 saylı məktubundan görünür ki, Bakı şəhər sakini İddiaçı əyani müayinə olunması barədə xx.xx.2024-cü il tarixli, 2-1(112)-6344/2024 nömrəli məktuba Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0003 saylı göndərişə əsasən xx.xx.2024-cü il tarixdə müayinə edilərək “Meniskin təzə cırılması, Hər iki diz oynağının medial meniskinin yırtığı (Grade İİİ) diaqnozu ilə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-3- 5863/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T-797/2024 saylı ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli R00128277YHE saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “S83.2- Meniskin təzə cırılması. Hər iki diz oynağının medial meniskinin yırtığı (Grade İİİ); M24.5- 0ynaqların kontrakturası. Hər iki diz oynağının bükücü kontrakturası; R52.0-Kəskin ağrı. Ağrılı oynaq. M23.5- Diz oynağının xroniki qeyri-stabilliyi. Hər iki diz oynağının mülayim dərəcədə daha çox sağda ifadə olunmuş qeyri stabilliyi. Diz oynağı bağlarının və qığırdağının təzahür edən zədələnməsi. Z98.8-Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonraki vəziyyətlər. Aparılmış sol tərəfli endoskopik (xx.xx.2021) və sağ tərəfli (xx.xx.2022) açıq medil meniskektomiya əməliyyatından sonraki vəziyyət. S83.5-DİZ oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması. Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının tamlığının pozulması. S83.7- Diz oynağının bir neçə elementinin travması. Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının yan bağlarının poz-nın hər iki medial menisklərin yırtığı ilə müştərək rast gəlinməsi. M17.2-İkitərəfli posttravmatik qonartroz. İki tərəfli posttravmatik deformasiyaedici qonartroz 4 mərhələ. R26.2- Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Dayaq hərəkət funksiyasının ciddi pozulması” diaqnozu suallardakı xəstəliklərlə eynilik təşkil edir və onlara hazırda xəstədə rast gəlinir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Hazırki iddia məcburetməyə dair iddiadır. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli R00128277YHE, göndəriş tarixi saylı göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, imtinanın iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Nəticənin iddiaçıya daha əvvəl təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Zaqatala Rayon Mərkəzi Xəstəxana tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si R00128277YHE, göndəriş tarixi xx.xx.2023-cü il) göndərişi verən müəssisədə xx.xx.2023-cü il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2021-ci il tarixdən (xroniki; orta ağır) müəyyən edilmişdir. Əsas diaqnoz: S83.2 Meniskin təzə cırılması, Hər iki diz oynağının medial meniskinin yırtığı (Grade İİİ) Ağırlaşmalar: M24.5 Oynaqların kontrakturası, Hər iki diz oynağının bükücü konturakturası R52.0 Kəskin ağrı, Ağrılı oynaq M23.5 Diz oynağının xroniki qeyri-stabilliyi, Hər iki diz oynağının mülayim dərəcədə daha çox sağda ifadə olunmuş qeyri stabilliyi. Diz oynağı bağlarının və qığırdağının təzahür edən zədələnməsi. Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Ap-ş sol tərəfli endoskopik (xx.xx.2021) və sağ tərəfli (xx.xx.2022) açıq medial meniskektomiya əməliyyatlarından sonrakı vəziyyət. S83.5 Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının tamlığının pozulması S83.7 Diz oynağının bir neçə elementinin travması, Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının yan bağlarının poz-nın hər iki medial menisklərin yırtığı ilə müştərək rast gəlinməsi M17.2 İkitərəfli posttravmatik qonartroz, İki tərəfli postravmatik deformasiyaedici qonartroz İV mərhələ R26.2 Başqa rubrikalarda təsnif olunmayan yerin çətinləşməsi, dayaq hərəkət funksiyasının pozulması Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı xxxxxxx0002 saylı göndərişə əsasən xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Meniskin təzə cırılması, Hər iki diz oynağının medial meniskinin yırtığı (Grade İİİ). Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən Diaqnozun mətni: sonrakı vəziyyət, sol tərəfli endoskopik (xx.xx.2021) və sağ tərəfli (xx.xx.2022) açıq medial meniskektomiya əməliyyatlarından sonrakı vəziyyət.” diaqnozu ilə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Məhkəmə aradırması zamanı təyin və tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T-797/2024 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli R00128277YHE saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “S83.2-Meniskin təzə cırılması, Hər iki diz oynağının medial meniskinin yırtığı (Grade İİİ); M24.5-0ynaqların kontrakturası, Hər iki diz oynağının bükücü kontrakturası; R52.0-Kəskin ağrı. Ağrılı oynaq, M23.5- Diz oynağının xroniki qeyri-stabilliyi, Hər iki diz oynağının mülayim dərəcədə daha çox sağda ifadə olunmuş qeyri stabilliyi, Diz oynağı bağlarının və qığırdağının təzahür edən zədələnməsi, Z98.8-Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonraki vəziyyətlər, Aparılmış sol tərəfli endoskopik (xx.xx.2021) və sağ tərəfli (xx.xx.2022) açıq medil meniskektomiya əməliyyatından sonraki vəziyyət, S83.5-DİZ oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının tamlığının pozulması, S83.7- Diz oynağının bir neçə elementinin travması, Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının yan bağlarının poz-nın hər iki medial menisklərin yırtığı ilə müştərək rast gəlinməsi, M17.2-İkitərəfli posttravmatik qonartroz, İki tərəfli posttravmatik deformasiyaedici qonartroz 4 mərhələ, R26.2- Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Dayaq hərəkət funksiyasının ciddi pozulması” diaqnozu suallardakı xəstəliklərlə eynilik təşkil edir və onlara hazırda xəstədə rast gəlinir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərar ilə təsdiq edilmiş “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən: 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: … 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2); Beləliklə, XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” əsasənəlillik təyin olunmasına əsas verən xəstəliyini (13.4., M17 Qonartroz (diz oynağının artrozu) 13.4.41. hər iki diz oynağı qığırdağının təzahür edən zədələnməsi (İV mərhələ qonartroz) 50% - 1 il; 6.1.10., R25-R29 sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr) müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı müalicələrdə olmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Belə ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq qeyd edilən son qiymətləndirildiyi tarixdən xx.xx.2023-cü il tarixdən əlillik (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) təyin edilməlidir. Cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir. Sağlamlığın pozulmasının faiz dərəcəsinə münasibətdə məhkəmə hesab edir ki, qeyd edilən məsələ inzibati orqanın qiymətləndirmə sərbəstliyi ilə müəyyən edilən məsələdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-803/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-803/2025
03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver