Məhkəmə qərarları › İş №2-1(112)-8032/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8032/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8032/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı "xxxx" MMC-nin qanuni təmsilçisi kimi X3 Dövlət Reyestrində qeydə alınmağının qanunsuz hesab edilməsi və iddiaçının həmin Cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeydin X3 Dövlət Reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mübahisənin ərazi aidiyyəti məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ:

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı "xxxx" MMC-nin qanuni təmsilçisi kimi X3 Dövlət Reyestrində qeydə alınmağının qanunsuz hesab edilməsi və iddiaçının həmin Cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeydin X3 Dövlət Reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi məhkəməyə vəsatət verərək, onun əsl cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı rəhbəri olduğu "xxxx"MMC-nin (VÖEN **********) təsisçisinin xx.xx.2012-ci il tarixli qərarı ilə həmin hüquqi şəxsə rəhbər (qanuni təmsilçilik funksiyasına malik direktor) təyin edilmiş və sənədlər kağız daşıyıcıda qeydiyyat orqanına təqdim olunmuşdur. Həmin hüquqi şəxsdə rəhbər dəyişikliyi faktı dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. "xxxx"MMC 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır.

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 1.1.-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 1.2.-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin - 54.1.-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

6. Məhkəmə təqdim edilmiş cavabdehin vəsatətini və iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, iddia tələbi üzrə əsl olmayan cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün, vəsatət təmin edilməli, iddiaçının "xxxx" MMCnin qanuni təmsilçisi kimi X3 Dövlət Reyestrində qeydə alınmağının qanunsuz hesab edilməsi və iddiaçının həmin Cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeydin X3 Dövlət Reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş idarəsi əsl cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilməlidir. Məhkəmənin 21 sentyabr 2023-cü il tarixli qərardadı ilə cavabdeh Dövlət Vergi xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin əsl cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır.

7. Belə olan halda məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı deyildir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin - 2.2.3-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: - 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; - 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; - 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında

mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; - 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. - 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış

yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. - 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

6. İddiaçı ilə cavabdeh arasında yaranmış hazırki mübahisə üzrə ərazi aidiyyət məsələsi Azərbaycan Respublikasının İPM-nin 8.1.4-cü maddəsinə uyğun tənzimlənir.

7. Göründüyü kimi cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin olduğu ünvan- Beyləqan şəhəridir.

8. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində göstərilmişdir:” İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir.İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.”

9. Məhkəmə-Hüquq Şurasının 4 nömrəli, xx.xx.2020 tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərarına əsasən Beyləqan şəhəri Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.

10. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə ilə bağlı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir.

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 8-ci, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xxxx" MMC-nin qanuni təmsilçisi kimi X3 Dövlət Reyestrində qeydə alınmağının qanunsuz hesab edilməsi və iddiaçının həmin Cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeydin X3 Dövlət Reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati iş ərazi aidiyyəti üzrə baхılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar