Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8037/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi X14, üçüncü şəxsin vəkili Vəkil iştirakları ilə iddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında 2619 nömrəli neft-qaz quyusunun mühafizə zonasında yerləşən sənaye təyinatlı torpaq sahəsinin məqsədli təyinatı nəzərə alınmadan fərdi ev tikintisi üçün X7 ayrılması barədə Cavabdeh xx.xx.1994-cü il tarixli 3149 saylı sərəncamın etibarsılığının tanınması” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında 2619 nömrəli neft-qaz quyusunun mühafizə zonasında yerləşən sənaye təyinatlı torpaq sahəsinin məqsədli təyinatı təyinatı nəzərə alınmadan fərdi ev tikintisi üçün X7 ayrılması barədə Cavabdeh xx.xx.1994-cü il tarixli 3149 saylı sərəncamın etibarsılığının tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhəri X6 İcrayyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə SOCAR-ın İddiaçı (İB) “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi Cavabdeh xx.xx.1994-cü il tarixli, 3149 saylı sərəncamı ilə məqsədli təyinatı nəzərə alınmadan fərdi ev tikintisi üçün vətəndaş X7 ayrılmışdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, həmin torpaq sahəsi 2619 saylı neft-qaz quyusunun mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuşdur. Sənaye təyinatlı olması və Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə NQÇİ-nin müddətsiz istifadəsinə ayrılması açıq şəkildə göstərir ki, Cavabdeh mübahisəli torpaq sahəsinə dair sərəncam verməyə səlahiyyəti olmamışdır. Bu səbəbdən də Cavabdeh xx.xx.1994-cü il tarixli, 3149 saylı sərəncamı etibarsız hesab edilməlidir. Bununla bağlı bildiririk ki, mübahisə predmeti olan Cavabdeh xx.xx.1994-cü il tarixli, 3149 saylı sərəncamı rəsmi qaydada “Azneft” İB-yə verilməmiş və yalnız belə qərarın mövcudluğu Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-3387/2024 saylı işə baxılarkən Azneft” İB-nə məlum olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə edilən müraciətdən sonra sözügedən sərəncamın mövcudluğu “Azneft” İB-nə məlum olmuşdur. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X10 hazırkı inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxsin vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı etiraz məktubda qeyd etmişdir ki, Cavabdeh başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 3149 saylı xx.xx.1994-cü il tarixli Sərəncamı ilə vətəndaş X7 Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxt sərəncamın icrası ilə əlaqədar həmin torpaq sahəsi naturada ayrılıb təhvil verilmiş, həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi və digər köməkçi tikililər inşa edilmiş və həmin sahə 30 ildir ki, X5 və ailəsinin istifadəsində olmaqla, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi, 9-cu döngə, 165 saylı ünvanda yerləşir və onun ailəsinin yeganə yaşayış yeridir. Həmçinin Cavabdeh Başçısının müavini V.Muxtarov tərəfindən Cavabdeh Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 3149 saylı xx.xx.1994-cü il tarixli Sərəncamı ilə vətəndaş X7 ayrılmış Badamdar qəsəbəsi 2-ci yaşayış massivi, 9-cu döngə, 165 saylı ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir X10 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli 2764/2023 saylı arayışından görünür ki, xx.xx.2023cü il tarixdə vəfat etmiş X2 qalan miras əmlaka dair vərəsəlik işi açılmış, X3 mirası qəbul etmiş vərəsələr sırasına daxildir. Beləliklə, həmin torpaq sahəsi X5 qanuni istifadəsində olmaqla, orada inşa edilmiş bir mərtəbəli fərdi yaşayış evində 29 il ailə üzvləri ilə birgə yaşamış və bu müddətdə bütün kommunal xərcləri (işıq, qaz, su və s.) ödəmiş və o, həmin evdə ötən il, yəni xx.xx.2023-cü il tarixdə vəfat etmiş, bu gün də həmin evdə ailə üzvləri yaşayır. X10 hələ sağlığında həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun istifadədə olan vəziyyətə uyğun olaraq qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsininə xx.xx.2023-cü il tarixli müraciət edilmiş, lakin həmin torpaq sahəsinə heç bir baxış keçirilmədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubu ilə bundan imtina edilmiş, bunun da nəticəsində müvafiq iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, həmin iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). Bundan sonra X10 vəfat etmiş, X3 qanun üzrə vərəsə kimi məhkəmə prosesində iştirak etmiş, iddianın dəyişdirilməsi barədə ərizə verilərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə 165 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin mülkiyyət hüququnun X7 məxsus olması haqqında arayışın iddiaçı X1 verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin (sədrlik edən hakim Orxan Həsənov) 2-1(112)-3387/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə 165 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin mülkiyyət hüququnun X7 məxsus olması haqqında arayışın iddiaçı X1 verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bundan sonra hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İB-nin Cavabdehnə qarşı “SOCAR-ın “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-nin daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi ünvanında 2619 nömrəli neft-qaz quyusunun mühafizə zonasında yerləşən sənaye təyinatlı torpaq sahəsinin məqsədli təyinatı nəzərə alınmadan fərdi ev tikintisi üçün X7 torpaq sahəsinin ayrılması barədə Cavabdeh Başçısının 3149 saylı xx.xx.1994-cü il tarixli Sərəncamının etibarsızlığının tanınması” tələbinə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iddianı qanunsuz və əsassız hesab edilir. İddia ərizəsində göstərilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı Şəhər X4 İcraiyyə Komitəsinin) xx.xx.1962-ci il tarixli 27/919 nömrəli Qərarı ilə “SOCAR-ın “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-nin daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi Cavabdeh Başçısının 3149 saylı xx.xx.1994-cü il tarixli Sərəncamı ilə məqsədli təyinatı nəzərə alınmadan fərdi ev tikintisi üçün X7 ayrılmışdır. İddiaçı Bakı Şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 27/919 nömrəli Qərarının özünü (əslini) deyil, Milli Arxiv İdarəsi tərəfindən “Bibiheybət” NQÇİ-yə 5 il bundan əvvəl ünvanlanmış xx.xx.2019-cu il tarixli 468 saylı arxiv arayışının surətini əlavə etmişdir. İkincisi, iddiaçı Bakı Şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 27/919 nömrəli Qərarının hazırda qüvvədə olması barədə heç bir sübut təqdim etmir. Üçüncüsü, hətta həmin qərar hazırda qüvvədə olsa belə, həmin qərarda “Badamdar qəsəbəsi 2-ci yaşayış massivi” ünvanı ilə bağlı heç bir müddəa yoxdur. Həmçinin iddia ərizəsində göstərilir ki, həmin torpaq sahəsi 2619 nömrəli neft-qaz quyusunun mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Yuxarıda qeyd edildiyi kimi, həmin torpaq sahəsi 1994-cü ildən X5 qanuni istifadəsində olmaqla, orada inşa edilmiş bir mərtəbəli tikililərdə 29 il ailə üzvləri ilə birgə yaşamış və bu müddətdə bütün kommunal xərcləri (işıq, qaz, su və s.) ödəmiş və həmin evdə ötən il, yəni xx.xx.2023-cü il tarixdə vəfat etmiş, bu gün də həmin evdə ailə üzvləri yaşayır. İkincisi, həmin torpaq sahəsi 1994-cü ildə X5 qanuni istifadəsinə verilən zaman orada və ətrafda heç bir neft-qaz quyusu mövcud olmamışdır. Belə olan halda, X5 qanuni istifadəsinə verilən həmin torpaq sahəsinin guya mühafizə zonasında yerləşməsi və bu səbəbdən üzərində aparılan hər hansı fəaliyyətin insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyi olması barədə dəlillər tamamilə əsassızdır. Üçüncüsü, həmin ərazidə 1 metr də olsun, boş sahə yoxdur, ərazidə bütünlülkə yaşayış binaları və fərdi yaşayış evləri möcuddur ki, onların da mütləq əksəriyyəti yaşayış sahəsi təyinatlı torpaq sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və mülkiyyət hüququna dair çıxarış verilmişdir. Belə ki, Cavabdeh Başçısının 3149 saylı xx.xx.1994-cü il tarixli Sərəncamından, elə iddiaçının özünün də tələbindən göründüyü kimi, söhbət Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi ünvanında yerləşən torpaq sahəsindən, başqa sözlə, yaşayış sahəsi təyinatlı torpaq sahəsindən gedir. Nəhayət, ötən 30 il ərzində həmin ərazidə insanların həyat və sağlamlığı üçün hər hansı hadisə baş verməmiş və həmin 30 il ərzində iddiaçı bir dəfə də olsa belə həmin əraziyə, iddiaçının istifadəsində olan və yaşadığı ünvana gəlməmiş, həmin sahənin ona məxsus olması və insanların həyat və sağlamlığı üçün hər hansı təhlükə yaradacağı barədə nə yazılı, nə də şifahi qaydada heç bir xəbərdarlıq etməmiş, bu barədə heç bir aidiyyəti orqana, o cümlədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə rəsmi məlumat verməmişdir, əks halda iddiaçının istifadəsində olan sahəyə bitişik qonşu olan torpaq sahələri və onların üzərində yerləşən fərdi yaşayış evləri daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydə alınmazdı. Göstərilənlər bir daha təsdiq edir ki, iddianın həmin dəlilləri də tamamilə əsassızdır. Bundan başqa, iddia ərizəsində göstərilir ki, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində həmin torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuşdur. Həmin xüsusat da tamamilə əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Cavabdeh Başçısının 3149 saylı xx.xx.1994-cü il tarixli Sərəncamının verilməsindən ötən 30 il ərzində iddiaçı tərəfindən bir dəfə də olsun nə cavabdehə, nə X7, nə də ətraf qonşulara göstərilənlər barədə heç bir irad bildiriməmişdir. Göründüyü kimi, iddianın həmin dəlilləri də tamamilə əsassızdır. Nəhayət, iddia ərizəsində göstərilir ki, sənaye təyinatlı olması və Bakı Şəhər X4 İcraiyyə Komitəsinin qərarı ilə “Bibiheybət” NQÇİ-nin istifadəsinə ayrılması onu göstərir ki, Cavabdeh mübahisəli torpaq sahəsinə sərəncam verməyə səlahiyyəti olmamış, bu səbəbdən də həmin sərəncam etibarsız hesab edilməlidir. İddianın həmin dəlilləri də tamamilə əsassızdır və hesab edir ki, iddianın mümkün sayılmaması haqqında qərardad çıxarılmalıdır. Belə ki, əvvəla, iddia ərizəsindən göründüyü kimi, iddiaçı Cavabdeh Başçısının 3149 saylı xx.xx.1994-cü il tarixli Sərəncamının, yəni düz 30 il bundan əvvəl qəbul edilmiş aktı mübahisələndirərək, əqdin etibarsız hesab edilməsini tələb edir. Hesab edir ki, tərəflər arasında olan mübahisəli torpaq sahəsinə dair münasibətlər 01 sentyabr 2000-ci il tarixdən əvvəl yarandığından, həmin münasibətlər 01 sentyabr 2000-ci il tarixdədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına uyğun həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Hazırki işdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı tələbi, “SOCAR-ın İddiaçı neft və qaz əməliyyatlarının aparılması məqsədilə Bakı Şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 27/919 nömrəli Qərarı ilə daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi ünvanında 2619 nömrəli neft-qaz quyusunun mühafizə zonasında yerləşən sənaye təyinatlı torpaq sahəsinin məqsədli təyinatı nəzərə alınmadan fərdi ev tikintisi üçün X7 torpaq sahəsinin ayrılması barədə Cavabdeh Başçısının 3149 saylı xx.xx.1994-cü il tarixli Sərəncamının etibarsızlığının tanınması” barədədir. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs X10 prosessual hüquq varisi X3 ilə əvəz edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı orqanın nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. İş materiallarına surəti əlavə edilmiş sərəncamdan müəyyən edilmişdir ki, Cavabdeh 01 oktyabr 1994-cü il tarixli 3149 nömrəli sərəncamı ilə vətəndaş X8 fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi olan X3 miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə 165, (yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, giriş 22 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsidir. İş materiallarından müəyyən olunur ki, X9 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi,2-ci yaşayış massivi, 9-cu döngə 165 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsinin mülkiyyət hüququnun X7 məxsus haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-3387/2024-cü il nömrəli qərarı ilə (sədrlik edən hakim Orxan Həsənov) iddiaçının iddia tələbi təmin edilmiş, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi,2-ci yaşayış massivi, 9-cu döngə 165 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsinin mülkiyyət hüququnun X7 məxsus haqqında arayışın X1 verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Sözügedən məhkəmə qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-2579/2024-cü il nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-3387/2024-cü il nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində iştirak etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə, 165 (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2024-cü il tarixdə X11 adına qeydiyyata alınmışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə, 165 (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2024-cü il tarixdə X11 adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, iddia mahiyyət etibarı ilə sərəncamın qanunsuzluğunun tanınması deyil, üçüncü şəxs adına verilmiş çıxarışın ləğv edilməsi məqsədilə sərəncamın mübahisələndirilməsi ilə bağlıdır. İddiaçı iddia müddətinin tətbiqini istisna edərək qanunvericiliklə müəyyən edilmiş prosessual müddətlərdən yayınmaq üçün üçün sərəncamın etibarsız sayılmasını tələb edərək hazırkı iddianı "müəyyən etmə və tanınma haqqında iddia” növü kimi göstərmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia mahiyyət etibarilə mübahisələndirmə növündə iddiadır və iddianın ümumi və xüsusi mümkünlük şərtləri mübahisələndirmə haqqında iddia növünə münasibətdə yoxlanılmalıdır. Həmçinin iddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materiallarından görünür ki, iddiaçı cavabdehin 01 oktyabr 1994-cü il tarixli, 3149 nömrəli sərəncamını xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri izah edilmiş, müddətlərdən yan keçmək məqsədilə iddia tələbinin fərqli şəkildə irəli sürülməsinin qanunvericiliklə müəyyən edilən tələblərin məhkəmə tərəfindən yoxlanılmasını istisna etmədiyi bildirilmişdir. Məhkəmə tərəfindən yardımetmə vəzifəsi icra olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmənin yardımetmə vəzifəsinə cavab olaraq iddianın mümkün sayılaraq təmin olunmasını xahiş etmişdir. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İPM-in 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı faktiki olaraq iddia etdiyi mübahisəli torpaq sahəsinin hüquqi müqəddəratı ilə maraqlanmalı olduğu halda, həmin torpaq sahəsinə münasibətdə hüquqlarının müdafiəsi və həyata keçirilməsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi ilə bağlı tədbir görməli olmasına baxmayaraq, uzun illər ərzində bu istiqamətdə hər-hansı hərəkət etməmiş və məhkəməyə iddia ərizəsi ilə müraciət etməmiş, 30 ilə yaxın müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İnzibati Prosessual Məcəllə isə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Yəni Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların və edilmiş hərəkətlərin mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı münasibətə qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında 2619 nömrəli neft-qaz quyusunun mühafizə zonasında yerləşən sənaye təyinatlı torpaq sahəsinin məqsədli təyinatı nəzərə alınmadan fərdi ev tikintisi üçün X7 ayrılması barədə Cavabdeh xx.xx.1994-cü il tarixli 3149 saylı sərəncamın etibarsılığının tanınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X13.
Məhkəmə qərarları › İş №2-1(112)-8037/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8037/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver