Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8039/2022 18.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmdan İddiaçı Cavabdehnə qarşı “nəqliyyat vasitəsinin qeydiyyata alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı **-DG-*** dövlət qeydiyyat nişanlı “VAZ-2101” markalı minik avtomobilinin İddiaçı adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, **-DG-*** dövlət qeydiyyat nişanlı “VAZ-2101” markalı minik avtomobili Bakı şəhəri 6 saylı notariat ofisində 12 avqust 2021-ci il tarixində 4E- 43015 nömrə ilə qeydə alınmış etibarnamə ilə X2 tərəfindən İddiaçı sərəncamına verilmişdir. Həmin etibarnamədə İddiaçı nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və qeydiyyat salmaq, qeydiyyatdan çıxarmaq barədə ərizə vermək səlahiyyəti verilmişdir. İddiaçı **-DG-*** dövlət qeydiyyat nişanlı "VAZ-2101” markalı minik avtomobilin öz adına rəsmiləşdirilməsi üçün cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə müraciət etsədə, lakin İdarənin xx.xx.2022-ci il tarixli, 41011-1222 nömrəli məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh öz mövqeyini belə əsaslandırmışdır ki, nəqliyyat vasitəsinin mühərrikinin silinmə-nömrəsiz olması, ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması səbəbindən nəqliyyat vasitəsi ilə qeydiyyat hərəkətləri yalnız məhkəmə qərarı ilə aparıla bilər. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinin mühərrikinin silinmə-nömrəsiz olması, ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması ilə əlaqədar materiallar araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinə göndərilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin rəis müavini, polis polkovniki X3 tərəfindən araşdırma aparılmış və 05 aprel 2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən avtomobildə aşkar edilmiş qüsurlarla bağlı hər hansı cinayət hadisəsinin olmadığı bildirilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı” olduğu halda yenidən cavabdeh qanunsuz və əsassız olaraq, heç bir hüquq normasına istinad etmədən, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Nəzərə alınmalıdır ki, qanunsuz və hüquqi əsası olmayan hərəkətləri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh İddiaçı hüquqlarını pozmuşdur. Cavabdeh öz imtina qərarını əsaslandırmağa cəhd belə etməmiş, iddiaçıya qarşı konkret tələbin nədən ibarət olduğu göstərilməmişdir. Bununla da cavabdeh çoxsaylı normativ hüquqi aktların, o cümlədən “Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini kobud pozmuşdur. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Həmin qanunun 8.1-ci maddəsinə əsasən dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 18-ci bəndinə əsasən sənədin düzgün tərtibi, məzmununun aydın ifadə edilməsi və üslubu, tapşırığın vaxtında və keyfiyyətlə yerinə yetirilməsi bilavasitə icraçının vəzifəsidir. Lakin göründüyü kimi cavabdeh tərəfindən imtina məktubunda imtinanın dəqiq hüquqi əsasları göstərilməmiş, vətəndaşdan dəqiq hansı sənədlərin tələb olunduğu bildirilməmiş, nəticədə ümumi şablon cavab yazılaraq Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanının tələbləri kobud pozulmuşdur. Məlum olduğu kimi, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3.9-cu maddəsinə əsasən qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan məlumatları və sənədləri fiziki və hüquqi şəxslərdən tələb etmək və 9.3.12-ci maddəyə əsasən fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq korrupsiyaya şərait yaradan hüquqpozmalara aiddir. Göründüyü kimi, dövlət orqanı imtinanın hüquqi əsasını və dəqiq tələb olunan sənədləri göstərməməklə korrupsiyaya şərait yaradan hüquq pozuntularına yol verir və vətəndaş üçün əlavə bürokratik əngəllər yaradır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları həmin Qanunla və ona uyqun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Həmin qanununun 27-ci maddəsinin V-ll hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Həmin qanununun 27-ci maddəsinin XİV hissəsinə əsasən təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Həmin qanununun 27-ci maddəsinin XV hissəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Göründüyü kimi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qeydiyyatla əlaqədar müraciət zamanı cavabdeh nəqliyyat vasitəsinin mühərrikinin silinmə- nömrəsiz olması, ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması şübhəsi səbəbindən materialları araşdırılması üçün Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş istintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinə göndərmişdir. Araşdırma zamanı qüsurların hər hansı cinayət əməli ilə bağlı olmadığı təsdiq edilmişdir. Göründüyü kimi, hazırda iddiaçıya məxsus avtomobilin dövlət qeydiyyata alınmasından imtina edilməsi üçün heç bir əsas mövcud deyil. Lakin cavabdeh qanunvericiliyin tələblərini nəzərə almadan iddiaçının ərizəsini təmin etməmişdir.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, ”VAZ-2101 markalı, ban nömrəsi: ******* olan **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin adınıza rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı DİN Cavabdeh Qeydiyyatimtahan İdarəsinə etdiyiniz müraciətə baxılmışdır. Bildirilmişdir ki, qeyd olunan "VAZ-2101" markalı, 1980-ci il buraxılışlı, ******* ban nömrəli nəqliyyat vasitəsinin mühərrəkinin silinmə-nömrəsiz olması, ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Cavabdeh Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi İlə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər.
4. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən “VAZ-2101” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, qara rəngli, 1980-ci il buraxılışlı avtomobildə aşkar edilmiş qüsurla bağlı cinayət hadisəsi olmadığından bu fakt üzrə cinayət işi başlanması rədd edilmişdir.
5. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək mübahisələndirilən minik avtomobilinə dair mülkiyyətçi ilə bağlanmış alqı-satqı müqaviləsinin təqdim edilməsi təklif edilmiş, bununla əlaqədar müddət təyin edilmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etmirlər.
II. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
10. “VAZ-2101” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, qara rəngli, 1980ci il buraxılışlı avtomobilə dair qeydiyyat haqqında şəhadətnaməyə əsasən mülkiyyətçisi X1r.
11. X2 tərəfindən İddiaçı nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə verilmişdir. Həmin etibarnamə xx.xx.2022-ci il tarixədək qüvvədədir.
12. Digər tərəfdən həmin etibarnamə hazırda qüvvədə olmuş olsa belə, iddiaçı həmin etibarnamə əsasında öz xeyrinə hərəkətlər edə bilməz.
13. Belə ki, Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
14. Odur ki, İddiaçı hazırda nəqliyyat vasitəsinin mülkiyyətçisi deyil. Odur ki, nəqliyyat vasitəsinə dair hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
15. Odur ki, iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.
16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva