Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8041/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı2 vəkili X5, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı sərəncamda dəyişiklik edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında(Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Bakı şəhəri Cavabdeh2nə və Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların şəhid övladı olmaları, anaları X4 vəfat etməsini nəzərə alıb, 1-1/79 saylı, 14 iyun 2019-cu il tarixli sərəncamın dəyişdirilib, vəfat etmiş analarının adının onların adı ilə əvəz edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh2nə həvalə edilməsi, şəhid ailəsi kimi onların mənzillə təmin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə anaları X7 nikahda olmuşlar. Birgə nikahlarından 22 avqust 1982-ci ildə İddiaçı2 və xx xxxx 1986-cı ildə İddiaçı1 anadan olmuşlar. X3 İ Qarabağ müharibəsində 31 yanvar 1994-cü ildə erməni işğalçılarına qarşı döyüşdə həlak olmuşdur. Həmin vaxtı onların müvafiq olaraq 12 və 8 yaşları olmuşdur. Anaları X7 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş əri X8 arvadı kimi yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində mənzil növbəsinə qəbul edilməsi barədə Bakı şəhəri Cavabdeh2nə müraciət etmişdir. Anası o vaxtı mənzil növbəsinə durarkən ailə tərkibinin 3 nəfər olmasını, yəni, özü və onlar da, daxil olmaqla 3 nəfər olmasını bildirmişdir. Lakin, Cavabdeh2 1 nəfər ailə tərkibi ilə, yalnız analarını qeydiyyata almışdır. Onu və qardaşını isə ona görə nəzərə almamasını onunla əsaslandırmışdır ki, onlar yetkinlik yaşına çatmamışlar. Bu səbəbdən, Bakı şəhəri Cavabdeh2 Başçısının 1-1/79 saylı, 14 iyun 2019-cu il tarixli sərəncamı ilə X7 mənzil növbəsinə qəbul edilmişdir. Anaları X7 22 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Qeyd edir ki, anasının vəfatı ilə əlaqədar mənzil verilməsi dayandırılmış, onlara mənzil verilməsindən imtina edilmişdir. Belə ki, mənzilin onlara verilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 10 mart 2021-ci il tarixli, **********8 saylı məktubu ilə onların müraciətindən imtina edilmişdir. Səbəb isə onun və qardaşının şəhidin ailə üzvü hesab edilməməsi olmuşdur. Bundan başqa, Bakı şəhəri Cavabdeh2nə anasının adına olan sərəncamın dəyişdirilməsi, vəfat etmiş anasının adının onun adı ilə əvəz edilməsinə dair müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Lakin, Bakı şəhəri Cavabdeh2 25 may 2021-cii l tarixli, M-115-068 saylı məktubu ilə onların yetkinlik yaşına çatmaması səbəbi ilə imtina edilmişdir. Hər iki imtinanı qanunsuz və əsassız hesab edirlər. İmtinaların qanunsuz olmasının 2 əsası mövcuddur. Birinci əsas ondan ibarətdir ki, onlar analarının vərəsələridir. Cavabdehlərin şəhid ailəsi kimi analarını mənzillə vaxtında təmin etsə idilər, indi belə problemlər olmazdı. Hesab edirlər ki, cavabdehlər qəsdən bu məsələni uzatmaqla belə nəticəyə nail olmuşlar. İkinci əsas ondan ibarətdir ki, ataları vəfat edərkən onlar azyaşlı olmuşlar. Yəni istər vərəsə baxımından, istərsə də, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən şəhid ailəsi hesab olunurlar. Ataları vəfat edərkən onlar şəhidin azyaşlı oğulları olmuşlar. Ona görə də, hesab edirlər ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiq qaydaları” onlara tətbiq edilə bilməz. Onlar Bakı şəhəri, Nizami rayonu, İnzibati bina, Ş.Mirzəyev küçəsi, ev 127-də Nizami rayon Polis İdarəsində qeydiyyatdadırlar. Onların yaşayış yerləri yoxdur. Kirayələrdə qalırlar, ataları sağ olsa idi, onları mənzillə təmin edərdi. Atalarının vaxtsız ölümü, analarının üzərinə çox böyük öhdəlik qoymuşdur. O, onları tək böyütmüş, ona görə də, təbii ki, evlə təmin olunmaları mümkünsüz olmuşdur. Bakı şəhəri, Nizami rayonu İcra Hakimiyyətinin 1-1/79 saylı sərəncamının 3-cü bəndinə əsasən sərəncamın icrasına nəzarət İcra Hakimiyyəti başçısının birinci müavininə həvalə edilmişdir. Ona görə də, hesab edirlər ki, Bakı şəhəri Cavabdeh2 cavabdehlik daşıyır. Onlar şəhidin ailə üzvləri hesab edilirlər. Ona görə ki, ataları şəhid olanda o və qardaşı azyaşlı olmuşlar. Buna görə də, imtinalar qanunsuz və əsassız olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8041/2021 saylı, 21.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi cavabdehlər sırasından çıxarılmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, X7 17.05.2019-cu il tarixdə Bakı şəhəri Cavabdeh2nə müraciət edərək, şəhid ailəsi kimi mənzil növbəsinə qəbul edilməsini xahiş etmişdir. Rayon İcra Hakimiyyəti başçısının 14.06.2019-cu il tarixli, 1-1/79 saylı sərəncamı ilə X7 1 nəfər ailə tərkibi ilə (özü) şəhid ailəsi kimi mənzil növbəsinə qəbul edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlar, qardaşlar və bacılar – uşaq evlərində tərbiyə olunanlar; peşə təhsilli orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin, ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edildiyindən və İddiaçı2 və İddiaçı1 siyahıda göstərilən şəxslər kateqoriyasına aid olmadıqlarından, onlar şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə qəbul edilməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar və İddiaçı1 vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan cavabdeh orqan tərəfindən təqdim edilmiş inzibati icraat materiallarının surətindən görünür ki, iddiaçıların mərhum anası X7 17.05.2019-cu il tarixdə Bakı şəhəri Cavabdeh2nə ərizə ilə müraciət edərək, şəhid ailəsi olduğunu, həyat yoldaşı X8 31 yanvar 1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid oluğunu bildirərək, onun mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Ərizəsinə qoşma şəklində, Nizami rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ona verilmiş 005053 nömrəli, 16.10.2007-ci il tarixli, “Şəhid Ailəsi” vəsiqəsini, özünün və ailə üzvlərinin adına 2019-cu il tarixinə Azərbaycan Respublikası üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlakın olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş arayışlar təqdim etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən X4 adına verilmiş 19.04.2019-cu il tarixli, **********37 nömrəli arayışdan müəyyən edilmişdir ki, mərhum X4 adına 15.04.1994-cü il tarixdə qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşmiş mənzil mövcud olmuş, o, həmin mənzili ünvan 2 Kontorunda 21 noyabr 2000-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X2. Eləcə də, mərhum X4 adına 18.07.2009-cu il tarixdə qeydiyyatdan keçmiş ünvan 3 ünvanında yerləşmiş mənzil mövcud olmuş, o, həmin mənzili ünvan 2 Kontorunda 31 iyul 2009-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən X1. X4 təqdim etdiyi özü və ailəsi barəsində sənədlərə Rayon İcra Hakimiyyəti tərəfindən baxılaraq, Bakı şəhəri Cavabdeh2 başçısının “X4 mənzil növbəsinə qəbul edilməsi haqqına” 1-1/79 saylı, 14 iyun 2019-cu il tarixli sərəncamı qəbul edilmişdir. Sərəncamda göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş X8 arvadı X7 yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində 1 nəfər ailə tərkibi ilə (özü) mənzil növbəsinə qəbul edilməsi barədə Cavabdeh2nə müraciət etmişdir. İddiaçı1a 2017-ci ildən ünvan 4 ünvanıdna daimi qeydiyyatdadır. Şəhid ailəsi R.Ə.Mustafayevanın mənzil qanunvericiliyi və “Şəhid adının əbədiləşdiriləsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğu nəzərə alınaraq, şəhid ailəsi X7 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. İşdə olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 123589 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 22.11.2020-ci il tarixdə ölmüşdür. Ölümü haqqında akt qeydləri kitabında 2020-ci ilin 11-ci ayının 27-si günündə, 1684 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan cavabdeh tərəfindən İddiaçı2 müraciətinə cavab olaraq verilmiş 25 may 2021-ci il tarixli, M-115-068 nömrəli məktubun surətindən görünür ki, mərhum anasının adına olan mənzil-uçot işinin ölümü ilə əlaqədar adına keçirilməsi barədə daxil olmuş ərizəsinə Rayon İcra Hakimiyyətində baxılaraq bildirilmişdir ki, anası X7 Cavabdeh2 başçısının 14 iyun 2019-cu il tarixli, 1-1/79 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi 1 nəfər ailə tərkibi ilə (özü) mənzil növbəsinə qəbul edilmişdir. Məlumat üçün bildirilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil müəssisələrində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatadək. Həmin Qanunda nəzərdə tutulan imtiyazlar 1982-ci il təvəllüdlü olduğu üçün ona şamil edilə bilməz. Məhkəmə işin faktiki hallarına və aşağıdakı sadalanan qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlar, qardaşlar və bacılar – uşaq evlərində tərbiyə olunanlar; peşə təhsilli orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin, ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilirlər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıların mərhum analarına “Şəhid ailəsi” vəsiqəsi verilən zaman (16.10.2007-ci il tarixdə) qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən şəhid ailəsi üzvü kimi yalnız iddiaçıların anaları müəyyən edilmiş, həmin vaxt da, iddiaçılar yuxarıda sadalanan şəxslər kateqoriyasına daxil edilən şəxslər hesab olunmamışlar. İddiaçıların mərhum anaları mənzil növbəsinə götürülməsi barədə ərizə ilə Rayon İcra hakimiyyətinə müraciət edən zaman da, iddiaçılar şəhid ailəsi üzvü kateqoriyasına aid edilmədiyindən, eləcə də, hər biri yetkinlik yaşına çatmış şəxs olduğundan mərhum İddiaçı1anın ailə üzvləri kimi mənzil növbəsinə götürülməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən şəhid ailəsi üzvü hesab olunmadıqlarından, cavabdeh orqan tərəfindən əsaslı olaraq iddiaçıların müraciətindən imtina edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X14 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-cimaddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-cimaddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8041/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8041/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver