Məhkəmə qərarları › İş №2-1(112)-8041/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8041/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8041/2022 08.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən məhkəmədən kənar qaydada ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürüldüyünü, bununla da mübahisənin aradan qalxdığını bildirmiş və buna görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya tətbiq edilən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırıldığını və ərizəyə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını yoxlayaraq hesab edir ki, ərizə təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı fəaliyyət növü “şəxsi hazırlıq kurslarının fəaliyyəti” olan "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, həmin MMC-nin ödənilməmiş vergi borcu olduğuna görə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamenti iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(001)-2824/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Bundan sonra iddiaçı "xxxx" MMC-nin direktoru vəzifəsindən çıxmışdır və hazırda başqa bir təşkilatda işləyir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsini xahiş etmiş, lakin iddiaçıya imtina cavabı verilmiş və bildirilmişdir ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə” xx.xx.2022-ci il tarixli **********195800 saylı qərardan görünür ki, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülmüşdür. İddiaçı hazırda bu hala istinad edərək cavabdehlə mübahisənin mövcud olmadığını və icraata xitam verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). Məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğuna və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar